Gün: Fevral 7, 2018

Göz yaşları haqqında 10 MARAQLI FAKT

Turkustan.info  göz yaşları haqqında10 maraqlı fakt təqdim edir. 1. Körpələr əvvəl ağlamağı, sonra isə gülməyi öyrənir. 2. Göz yaşlarının tərkibində olan lizosim maddəsi təbii antibiotikdir. Bu maddə gözləri infeksiyalardan qoruyur. 3. Göz yaşlarının kimyəvi tərkibi dəyişilir. İnsan kədərdən ağlayanda göz yaşları daha duzlu, hətta acı olur, sevincdən ağlayanda isə əksinə. […]

Cinsi gücü artıran tərəvəz – Hər gün 3 ədəd yeyin

Bəzi qidaların cinsi güc verdiyi bilinir. Sarımsaq bu qidaların siyahısında birinci yerlərdədir.  Turkustan.info Unikal.org-a istinadən sarımsağın cinsi gücə olan təsirləri barədə məlumat verir. Səhv qidalanma bütün metabolizmaya təsir etdiyi üçün cinsi həyata da mənfi mənada təsir edir. Ancaq aparılan araşdırmalar zamanı sarımsağın kişilər üzərində qəribə bir faydası olduğunu ortaya çıxarıb. […]

“WhatsApp”dan daha bir möhtəşəm yenilik – Beləsi olmamışdı

“WhatsApp” messenceri fevralın 6-dan səsli rabitə ilə ünsiyyət quran müsahiblərin sayını 5 nəfərə qədər artırıb. Turkustan.İnfo lent.az-a istinadən xəbər verir ki, artıq “WhatsApp”ın köməyi ilə eyni anda 5 nəfər danışa biləcək. Bildirilir ki, hazırda bu funksiya test rejimində işləyir. Onun “WhatsApp” istifadəçiləri üçün bir neçə həftədən sonra əlçatan olacağı gözlənilir. […]

Hacıbala Abutalıbovun oğlu İstanbulda 20 milyona otel aldı – FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov (Yeni adı Abu Bəkr-red.) İstanbulun Sultanahmet məhəlləsində dəyəri 20 milyon dollara olan otel alıb. Turkustan.İnfo xəbər verir ki, bu barədə Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, Türkiyədə vətəndaşlıq statusu alaraq, adını da Abu Bəkr kimi yazdıran Bakı merinin oğlu aldığı otelin yenilənməsi üçün […]

İlham Əliyev 1 sərəncam, 2 fərman imzaladı

Prezident İlham Əliyev Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Mingəçevir şəhərinin su təchizatı sisteminin yenidən qurulması […]

İlham Əliyev Rəşid İsmayılova vəzifə verdi – SƏRƏNCAM

Prezident İlham Əliyev Rəşid İsmayılovun Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info-nun xəbərinə görə,Rəşad Fail oğlu İsmayılov Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilsin.  /Publika.az/

Türkmənistan prezidenti oğlunu belə hazırlayır…

Son ilyarımda Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammədovun oğlu Sərdarın fəallığı gözəçarpan dərəcədə artıb. Dövlət mediası da onun şəxsiyyətinə böyük diqqət ayırır. Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammədov oğlu Sərdarla birlikdə Aşqabad yaxınlığındakı Axaltəkə at kompleksinə baş çəkib. Fevralın 4-də ölkənin rəsmi mediası xəbər verib ki, axaltəkəliləri ziyarət edən Türkmənistan prezidenti “Qucurlı” (“Güclü”) adlı köhlən atın üzərində, […]

“Gəncəli Firdovsi” Bakıya gətirildi – 17 il həbs yatacaq – VİDEO

Kriminal aləmdə “Gəncəli Firdovsi” kimi tanınan Firdovsi Mustafayevin cinayət işi üzrə məhkəməsi başa çatıb. Turkustan.info-nun Lent.az-a istinadən məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Firdovsi Mustafayev 17 il müddətinə azadlıqdan məhrum edilib.  Hökmlə razılaşmayan “Gəncəli Firdovsi” apellyasiya şikayəti […]

Azərbaycanda bu müəllimlərin vəzifə maaşı iki dəfə artırılıb – RƏSMİ

“2014-cü ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrində çalışan 140 mindən çox müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib, ölkə başçısının sərəncamına əsasən, onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılıb”. Turkustan.info Unikal.org-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyində keçirilən müşavirədə Nazirliyin İnsan resursları […]

Peyk görüntüləri İFŞA ETDİ – Türkiyəyə qarşı Rusiya-ABŞ oyununun ŞOK DETALLARI – VİDEO

Qəndil (PKK terror təşkilatının əsas qərargahı, Şimali İraqda yerləşir – red.) Afrində PYD-nin (PKK terror təşkilatının Suriya qanadı – red.) Afrindəki itkilərini kompensasiya etmək üçün mahala 600 terrorçu göndərib. Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, PKK terrorçuları Münbic və Kobani kimi bölgələrdən 2 min nəfər dinc sakinlə birlikdə “vətəndaşlara həmrəylik […]

ABŞ-ın gizli HƏDƏFİ: Türkiyənin “dərin dövləti” Ağ Evi ifşa etdi

“Hazırda ABŞ və Türkiyə Qərbi Asiyada savaşın iki qütbündə yer alır. Digər ölkələr bu qütbləşməyə görə mövqe tuturlar”. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bu fikirlə Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek (“Dərin dövlət”in adamı olaraq tanınır – red.) “Aydınlıq” qəzetində dərc etdiyi yazısında çıxış edib. Partiya sədri bununla da […]

Rəhman Rəmişi təhqir etdi, cavabını arvadı verdi – VİDEO

Tanınmış gitara ifaçısı Rəhman Məmmədli ilə xalq artisti Rəmiş arasında səngiyən “müharibə” yenidən alovlanıb. Gitara ifaçısının “Xəzər” Televiziyasının “5/5” verilişində xalq artistinin ünvanına söylədiyi təhqiramiz ifadə Rəmişin həyat yoldaşı Gülünü özündən çıxarıb.  Belə ki, R.Rəhmanov Rəmişin ünvanına “artıq o isimdən , o mövzudan iyrənirəm” deyib. Qaynarinfo xəbər verir ki, yenicag.az məsələyə münasibət bildirmək üçün […]

Azərbaycanın prezidentliyinə daha bir namizəd

Xəbər verdiyimiz kimi aprelin 11-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, seçkilərdə iştirak edəcək daha bir namizədin adı bəlli olub. Söhbət AXCP-nin sədri Razi Nurullayevdən gedir. Bu barədə Nurullayevin özü “facebook” hesabında məlumat verib: “Ali Məclisin iclasını keçirtdik və mühüm qərarlar qəbul etdik. Partiya seçkidə iştiraka […]

Zahid Oruc prezidentliyə namizəd olacaq?

Millət vəkili Zahid Oruc aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak edib etməyəcəyi ilə bağlı danışıb.  Turkustan.info-nun məlumatına görə, o, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, prezident seçkilərində iştirak edib etməmək qarşıdakı dövrün xarakterindən, tələblərindən və komandanın içərisindəki prinsiplərdən asılı olacaq: “Prezident seçkilərində namizəd olmaq təkcə birincilik məqamı uğrunda mübarizə aparmaq anlamına […]

“Bəhanələrə gərək yoxdur, hər seçkidən sonra hazırlaşmalıyıq” – İqbal Ağazadə

Ümid Partiyasının may ayında keçirilməsi nəzərdə tutulan qurultayı yaxın günlərdə baş tuta bilər. Turkustan.info bildirir ki, bununla bağlı Yenicag.az-a partiya sədri İqbal Ağazadə məlumat verib. Onun sözlərinə görə, fevral ayının 10-da Ümid partiyasının növbədənkənar sessiyası çağırılıb: “Növbədənkənar sessiya qurultayın çağırılması, prezident seçkilərində iştirakın forması ilə bağlı qərar verəcək”. Prezidentin məlum sərəncamını şərh edən […]

İranda molla rejiminə etiraz: Qadınlar çadralarını çıxarıb… – VİDEO

İranda qadınların çadraya etiraz etməsi ilə bağlı kadrlar yayılıb. Turkustan.info xəbər verir ki, qadınlar çadralarını başlarından çıxarıb, ağac budağında sallayır, müxtəlif şüarlarla artıq baş ötrüsü taxmaq istəmədiklərini bildirməyə çalışırlar. Artıq bu tip görüntülərin sayı sosial mediada getdikcə artmağa başlayır. Qeyd edək ki, bir müddət öncə İranda bahalaşmaya qarşı etirazlar başlamışdı. Qadınlar […]

Böyük Səhraya qışın ikinci qarı yağdı — VİDEO

Böyük Səhraya ikinci dəfə qar yağıb. Turkustan.info xəbər verir ki, təbiət hadisəsi Əlcəzairin şimal-qərbindəki Ayn-Sefna şəhərində müşahidə edilib. Yerli mətbuatın xəbərinə görə, qış girəndən ikinci dəfədir ki, səhraya qar yağır. Bu vaxta qədər regionda 30 il qar yağmayıb. Ayn-Sefra rayonunda yay aylarında tempratur 37 dərəcəyə qədər artır. Qışda isə bəzən […]

Mafiya lideri masasına gələn müğənniyə elə davrandı ki… – VİDEO

Türkiyənin tanınmış mafiya lideri Sedat Peker yenidən gündəmdədir. Turkustan.info xəbər verir ki, bu dəfə o, məşhur müğənni Sibel Cana davranışı ilə diqqəti çəkib. Belə ki, Sibel Can bir konsertində onu dinləməyə gələn Sedat Pekerin masasına yaxınlaşıb. “Qış nağılı” mahnısını oxuyan Sibel Can xoşagəlməz durumla üzləşib. Belə ki, Sedat Peker həyat […]

Bölgəni qarışdıracaq müharibəyə hazırlıq gedir: İran və İsrail meydanda…

İsrail hər an “Həmas”a qarşı irimiqyaslı hərbi əməliyyatlara başlaya bilər. Cebhe.info xəbər verir ki, belə bir açıqlama ilə İsrailin “Maariv” qəzeti açıqlama yayıb. Lakin adıçəkilən mənbə bildirir ki, Qəzzada zorakılığn artması qanunauyğun olmasa da, belə bir əməliyyatın keçirilməsi üçün siyasi iradə yoxdur.  Ötən həftə “Həmas”ın Fələstin ərazisindən İsralin cənub ərazilərindəki […]

Putinin qələbəsindən dərhal sonra Bakı və Moskva… – Ermənilər 11 aprel seçkisinin ƏSL SƏBƏBİNİ AÇDI

Rusiyada prezident seçkilərində Vladimir Putinin qələbəsindən dərhal sonra Azərbaycan Dağlıq Qarabağın azad edilməsi istiqamətində ciddi hərəkata başlayacaq və Moskva bunu dəstəkləyəcək. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Azərbaycanda aprelin 11-nə növbədənkənar prezident seçkilərinin təyin edilməsi Ermənistanda ciddi narahatlığa səbəb olub. Erməni siyasi şərhçi Qraçya Qalustyan hesab edir ki, Azərbaycanda prezident seçkilərinin […]

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Sumqayıt şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimlərdən ibarət Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivinin təqdimatı keçirilib

Sumqayıt şəhər “Kimyaçılar” mədəniyyət sarayında Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Sumqayıt şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimlərdən ibarət Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivinin təqdimatı keçirilib. Təqdimat mərasiminə ölkənin tanınmış sənətkarları: Respublikanın Xalq artisti Alim Qasımov, Respublikanın Əməkdar artistləri Fərqanə Qasımova, Təyyar Bayramov, Ehtiram Hüseynov qatılıblar. […]

Millət vəkilinin Mətbuat Sarayı binası təklifi müsbət qarşılanır

Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycanda Cümhuriyyət ili elan olunması ilə bağlı göstərişindən sonra ölkədə bununla bağlı bir sıra təkliflər irəli sürülüb. Belə təkliflərdən birini ötən həftə parlamentin plenar iclasında millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov dilə gətirdi. Millət vəkili qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyəti 2 il müddətində […]

Növbədənkənar seçki ŞƏRHİ: Dövlət qarşısında duran mühüm məsələlərin həlli, kadr və struktur islahatları…

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını AZƏRTAC-a şərh edib. Prezidentin köməkçisi deyib: “Bu gün Azərbaycan artıq dünya birliyində özünəməxsus yer tutan, öz daxilində sabitliyə, təhlükəsizliyə və davamlı inkişafa nail olmuş, genişmiqyaslı regional və beynəlxalq layihələrin təşəbbüskarı […]

Türkiyədən darmadağın: terrorçular bir-birini qırır – ŞOK

PKK-nın Qəndil şöbəsi ilə Afrin qolu arasında qarşıdurma yaranıb. Turkustan.info xəbər verir ki, Qəndildən gələn PKK-çılar döyüşləri davam etdirməyə səsləsələr də, Afrindəkilər itkilərin mini keçdiyini deyərək, geri çəkilməyi təklif edib. Məlumata görə, öldürülən terrorçu sayının minə yaxınlaşması terror qruplaşması sıralarında xaos yaradıb. Qruplaşmanın işğalında olan Cinderes bölgəsində PKK-nın Qəndil və […]

Azərbaycanın “Super Hind” hücum vertolyotları: Dünyanın cəmi bir ölkəsində var…

Dünyada 50-yə yaxın ölkənin hərbi hava qüvvələri Rusiya istehsalı olan Mi-24 “Hind” hücum vertolyotlarının müxtəlif modifikasiyalarını istismar edir. Lakin cəmi iki ölkə var ki, bu vertolyotların əsaslı şəkildə modernləşdirilmiş “Super Hind Mk.III” versiyasına malikdir. Həmin ölkələr Azərbaycan və Əlcəzairdir. Turkustan.info xəbər verir ki, bu barədə hərbi tematika üzrə ixtisaslaşmış “War […]

Prezident lüks maşınları yerlə bir etdirdi – VİDEO + FOTO

“Onların pulunu özüm verəcəm” Filippin prezidenti yüz minlərlə dollar qiymətində olan maşınları məhv etdi. Turkustan.info-nun məlumatına görə, Rodriqe Duterte ölkəyə qanunsuz yollarla gətirilən lüks maşaınları bir göz qırpımında məhv etdirib, bu prosesi isə özü izləyib.  “Jaguar”, “Lexus”, “Corvette Stingray” və s. alman, yapon istehsalı olan lüks maşınlar paytaxt manilada Gömrük […]

ADAU-da fermerlər üçün növbəti seminar keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tədris binasında  fermerlər üçün “İribuynuzlu qaramalın bəslənməsi” mövzusunda seminar keçirilib. Seminarı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor  İbrahim Cəfərov qeyd edib ki, aqrar sahədə heyvandarlığın yeri, heyvandarlığa dövlət dəstəyi, o cümlədən cins mal-qara ilə təchizat, süni mayalanma […]

Müxalifət seçkiyə gedəcək, ya getməyəcək?

Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkisi qərarı müxalifət sıralarında çaxnaşmaya səbəb olub. Turkustan.info xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, bəzi ekspertlər belə iddialar irəli sürməyə başlayıb ki, seçkinin önə çəkilməsi müxalifətə seçkini boykot etmələri üçün bəhanə olacaq. Artıq Milli Şura seçkini boykot qərarı verdiyini bəyan edib. Bu barədə qurumun sədri […]

Qüdrət Həsənquliyev: “Ərdoğanın İlham Əliyevlə bu mövzuda söhbəti olub…” – MÜSAHİBƏ

BAXCP sədri Qüdrət Həsənquliyev Teleqraf.com-a müsahibə verib. Turkustan.info həmin müsahibəni təqdim edir. – Qüdrət bəy, Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsi haqda sərəncam imzaladı. 2018-ci il aprelin 11-də növbəti prezident seçkiləri təyin olundu. Bu qərarı necə şərh edirsiniz? – Düşünürəm ki, belə bir qərarın verilməsində bir neçə faktor rol […]

Afrinə yeni TERRORÇULAR GÖNDƏRİLDİ: ABŞ TƏŞKİL ETDİ, RUSİYA GÖZ YUMDU

PKK yuvası Qəndil, mindən çox terrorçunun öldürüldüyü Afrinə kömək üçün 600 terrorçu göndərib. PKK-lı terrorçular Menbiç və Kobani kimi regionlardan “vətəndaşların həmrəylik səfəri” adı altında rayona avtomobil konvoyu ilə gəliblər. Terrorçular Əsəd rejiminin nəzarət etdiyi yoldan istifadə edərək Afrinə girə biliblər. Terror təşkilatı YPG/PYD, “Zeytun Budağı” hərəkatında sayı minə yaxınlaşan […]

Xərçəngə qarşı yeni dərman hazırlandı

Stenford Universitetinin tədqiqatçıları xərçəng xəstəliyinə qarşı preparat hazırlayıblar. Dərman üzərində aparılan testlər uğurla nəticələnib. İlk olaraq gəmiricilər üzərində sınaqdan keçirilən preparat xərçəng hüceyrələrinə güclü təsir göstərib. Belə ki, preparat immun hüceyrələrini müəyyən olunmuş şişlərə “istiqamətləndirir” və onları bir neçə gün ərzində məhv edir. Tibb işçilərinin indiyədək istifadə etdikləri dərmanlarla bunu […]

Üç nazirlik və bir komitə bu statusunu itirdi

Azərbaycanda yeyinti məhsullarına dövlət nəzarəti həyata keçirən orqanların siyahısında dəyişiklik edilib. Turkustan.info-nun məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilib. Qaydaya əsasən İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər […]

Ruhani meydan oxudu: Silahlanmaya davam edəcəyik

Biz öz silahlanmamızla bağlı heç kimlə danışıqlar aparmayacağıq. Turkustan.info-nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İran Prezidenti Həsən Ruhani söyləyib. Onun sözlərinə görə, İran yalnız müdafiə xarakterli ballistik raketlər hazırlayır. O, həmçinin, ölkəsinin nüvə razılaşmasında dəyişikliklər edilməsinə izn verməyəcəyini bildirib.  /Axar.az/

Kremllə Qafqaz elitasının savaşı: Dağıstanda nə baş verir?

Dağıstanda hakimiyyətin formalaşmasında yerli etnik klanlar hər zaman xüsusi rol oynayıb. Hətta sovet hökuməti belə Dağıstanda vəzifə təyinatı apararkən bu etnik amili nəzərə alıb. Turkustan.info bildirir ki, bunu Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, Dağıstanda hazırda da kifayət qədər geniş dayaq və biznesləri olan çox nüfuzlu ailələr var: […]

Azərbaycanda haram malları əhaliyə “halal qida” adı ilə satan ŞİRKƏTLƏR

Kolbasa və sosislərin halal olub-olmaması həmişə müzakirə edilib. Heç kimə sirr deyil ki, bu gün satılan kolbasa və sosislərin bir hissəsi əslində yalançı “ Halal” sertifikatı ilə satılır. Azərbaycanda “ Halal” sertifikatı almış müəssisələrin adları açıqlansa da, bu sənədi almayan bəzi şirkətlər də öz məhsullarını “ Halal” yarlığı ilə təqdim […]

Adnan Oktar və “kediciklər” əxlaqsızlığa görə cəzalandırıldı

Türkiyənin Radio və Televiziya Üst Qurumu (RTÜK) ictimaiyyət arasında “Adnan hoca”, “Harun Yəhya” kimi tanınan Adnan Oktara məxsus A9 telekanalına cəza kəsib  Türkiyənin Radio və Televiziya Üst Qurumu (RTÜK) ictimaiyyət arasında “Adnan hoca”, “Harun Yəhya” kimi tanınan Adnan Oktara məxsus A9 telekanalına cəza kəsib. Sputnik Türkiyə xəbər verir ki, RTÜK-ün İdarə […]

84 min erməni Türkiyədən Qarabağa köçürüldü – VİDEO

XIX əsrin əvvəllərində “Türkmənçay” və “Gülüstan” müqavilələrindən sonra ermənilər Azərbaycana köçürüldü. Turkustan.info xəbər verir ki, bu sözləri AMEA-nın Qafqazşünaslıq institutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev Karabakh.tv-yə müsahibəsində deyib. O bildirib ki, 84 min erməni Türkiyədən, 40 min erməni İrandan Azərbaycan ərazilərinə köçürülmüşdü: “Onların zaman-zaman yerli azərbaycanlılarla qaynayıb-qarışmasına […]