Astanada II Türk Dünyası Şəxsiyyətlər İrsi seminarı

Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyası tərəfindən “Alaş əsgəri, tarix təlimi” mövzusunda II Türk Dünyası Şəxsiyyətlər İrsi seminarı keçirilib.

Akademiyanın rəhbəri Darhan Kıdıralinin təşəbbüsü və Alaş Ordanın 100-cü ildönümü münasibətilə Milli Akademik Kitabxanada keçirilən seminarda Azərbaycanın Qazaxıstan səfiri Rəşad Məmmədov, Yaponiyanın səfiri İçiro Kavabata, Qazaxıstan millət vəkilləri və digər qonaqlar iştirak edib.

Seminarın açılış nitqini söyləyən D.Kıdırali tədbirləri ötən ildən başladıqlarını xatırladaraq deyib: “İlk seminarımız “Tatar ziyalısı Əbdürəşid İbrahim və Yaponiyadakı müsəlmanlar” haqqında idi. İkinci tədbirimizi Alaş Ordaya həsr etdik.”

Seminarda Alaş Orda hökuməti milli ordusunun (1917-1920) tarixi müzakirə olunub, tarixçi Berik Əbdüqaliulinin “Alaş Ordanın hərbi quruluşu” adlı kitabının təqdimatı keçirilib.

D.Kıdırali seminar çərçivəsində xalqlar arasında təhsil və elm sahələrində əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfələrə görə Yaponiya səfiri İ.Kavabata minnətdarlığını bildirib və onu Şərəf ordenilə təltif edib.

/trt.net.tr/azerbaycan/