Gün: Fevral 12, 2018

Putinə nə olub?

Rusiya prezidenti Vladimir Putin soyuqlayıb. Turkustan.info-nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında prezidentin mətbuat katibi Dmitri Peskov bildirib. “Cənab prezident soyuqlayıb, lakin bu, onun iş qrafikinə təsir etməyib”, – deyə Peskov söyləyib. Qeyd edək ki, V. Putin fevralın 12-də gənc menecerlərin “Rusiyanın liderləri” Ümumrusiya müsabiqəsinin finalçıları ilə […]

Azerbaycandan şehit Musa Özalkanın ailesini ziyaret

Ganire Paşayeva Azerbaycan Milletvekili Ankarada, Sincanda Afrinde şehit olmuş kahraman şehit kardeşim Musa Özalkanın değerli ailesini ziyaret etdik, şehit annemizin ellerinden öpdük, şehit babasına sizin evladınız sadece sizin ve Türkiyemizin deyil, Azerbaycanın ve tüm Türk dünyasının da değerli evladıdır və hepimiz onun için dualar okuyoruz ve her zaman sizin yanınızdayız […]

ABŞ-da Türkiyəyə qarşı kampaniya: “F-35” qorxusu erməniləri və yunanları ayağa qaldırdı

Yunan Amerikan Liderlik Cəmiyyəti (HALC) və Amerika Erməniləri Milli Komitəsi (ANCA) Türkiyənin bu il birincisini alacağı F-35 döyüş təyyarələrinin Annkaraya verilməməsi üçün Vaşinqtonda kampaniya başladıb. ABŞ senatorları ilə görüşən yunan və erməni lobbisi Türkiyənin Yunanıstan, Kipr, Suriya, Ermənistan və İsraillə bağlı NATO və müttəfiqləri ilə fikir ayrılığı yaşadığına diqqət çəkiblər. […]

Çin neft bazarına “yuan”la girir: Dollara gözlənilməz ZƏRBƏ

Çinin qiymətli kağızlar komissiyası martın 26-dan etibarən neft satışını yuanla (Çin valyutası) həyata keçirmək haqda qərar qəbul edib. Turkustan.info Bloomberg agentliyinə istinadən xəbər verir ki, bununla xarici investorlar, Çin xammal bazarına ilk dəfə rahat şəkildə giriş əldə edə biləcəklər. Əgər onlar bazarın oriyentiri kimi yuanla bir müddətlik müqavilələri qəbul edəcəklərsə, […]

İsrail təyyarəsinin vurulmasına necə qarşılıq verəcək?

Suriya ordusu İsrail təyyarəsini vuraraq Təl-Əvivə bir seçki keçirmək şansı yaratdı. Təl-Əviv ya Suriya siyasətini dəyişdirəcək, ya da Rusiya ilə hərbi toqquşmaya gedəcək. Bunlara təkan verən olay isə Suriya ərazisindən istifadə edən İranın pilotsuz aparatının İsrail sərhədini keçməsi və daha sonra İsrailin hərbi təyyarələri tərəfindən vurulması oldu. İsrail qırıcıları daha […]

SON DƏQİQƏ – ABŞ terror təşkilatı PYD/PKK-ya 550 milyon dollar büdcə ayırdı

ABŞ Orta Şərqdə terrorçu təşkilatları açıq şəkildə dəstəkləməyə başlayıb. Turkustan.info Milliyet.com.tr-yə istinadla xəbər verir ki, bu saatlarda Pentaqon 2019 büdcəsində, “SDG” adını istifadə edən PYD/PKK- terror təşkilatının saxlanılması üçün 300 milyon dollar, terror təşkilatlarının özləri üçün sərhəd təhlükəsizlik ehkamlarının qurulması üçün 250 milyon dollar ayırıb.  

Erməni KİV-ləri: “İlham Əliyev nəinki İrəvanı qaytaracaq, hətta evimizə daxil olacaq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında çıxışı Ermənistanda ciddi narahatlığa səbəb olub. Azərbaycan dövlətinin başçısının dediyi “Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır… İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir” sözləri işğalçı ölkənin mediasında fəal […]

Bakıda restoranın Afrin şəhidləri ilə bağlı addımı türkləri duyğulandırdı – FOTO

Bakıda restoranlardan birində edilmiş jest böyük marağa səbəb olub. Turkustan.info-nun  məlumatına görə, sosial şəbəkələrdə paylaşılan fotonun üzərində bu qeyd yazılıb:  “Qardaş Türkiyəmiz Afrində 15 şəhid vermişdir. Bu acı səbəblə 3 gün müddətinə retoranımızda çay və su ehsan olaraq verilir. Şəhidlər ölməz, Vətən bölünməz!” Bakıda restoranlardan birinin giriş qapısına vurulmuş bu […]

Prezident Arzu Rəhimovla bağlı sərəncam verdi

Prezident İlham Əliyev Arzu Rəhimovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan dövlətçiliyinə sadiqlik göstərərək vəzifə borcunu ləyaqətlə və yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə Arzu Yusif oğlu Rəhimov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Dilqəm Əsgərov və Şahbaz Quliyevdən XƏBƏR VAR

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri ötən həftə Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: “Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq […]

Fədayə Laçın əfv müraciəti etdi

Həbsdə olan müğənni Fədayə Laçın bağışlanmaq üçün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət edib. Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, bu barədə F.Laçının vəkili Türkel Süleymanlı deyib.Vəkilin sözlərinə görə, F.Laçın özü komissiyaya müraciət göndərib: “Mənim iştirakım olmayıb. Fədayə xanım özü birbaşa təcridxanadan yazılı şəkildə komissiyaya müraciət edib”.Xatırladaq ki, ötən il […]

ABŞ Səfirliyi yerləşən küçənin adı dəyişdirlir – “Zeytun dalı”! – TÜRKİYƏDƏN ŞOK QƏRAR

Ankara Şəhərinin Bələdiyyə Sədri Mustafa Dunay, ABŞ Səfirliyi önündəki Nevzat Tandoğan küçəsinin adının ” Zeytun dalı” olaraq dəyişdirilməsi üçün lazımlı təklifin imzalandığını və bu axşam Bələdiyyə Məclisinə təqdim olunacağını bildirib. Turkustan.info xəbər verir ki,  Tuna “ABŞ Büyükelçiği qarşısında olan Nevzat Tandoğan Küçəsinin adını Zeytun Budağı olaraq dəyişdirmək üçün lazımlı təklifi imzaladıq. […]

Daha bir supergüc Suriyaya girir – Yaxın Şərq yenidən ALOVLANIR

ABŞ və Rusiyadan sonra Çin də Suriyada daha aktiv şəkildə rol oynamaq istədiyini açıqlayıb. Turkustan.info xəbər verir ki, Çinin Şamdakı səfiri Qi Qianjin ölkəsinin Suriya münaqişənin həllində böyük rol oynayacağını bildirib. Çinli diplomat “Suriyanın inkişafı və yenidən inşası üçün hərəkətə keçməyin zamanı məncə artıq gəldi. Çin bu prosesdə Suriya xalqı və […]

Türkiyəli yazarlar Azərbaycan Yazıçılar Birliyinin qonağı olub – Sumqayıt Poeziya Evində tədbir

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anarın dəvəti ilə Azərbaycanda səfərdə olan Türk Ədəbiyyatı Vəqfi nümayəndə heyətinin iştirakı ilə Sumqayıt Poeziya Evində tədbir keçirilib. Turkustan.info-nun verdiyi məlumata görə, Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirin açılışını Poeziya Evinin direktoru İbrahim İlyaslı edib. O ilk olaraq qonaqları salamlayıb və Türk […]

Daha bir deputat prezidentliyə NAMİZƏD OLDU

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Turkustan.info-nun xəbərinə görə, bəyanatda bildirilir ki, BAXCP partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyini irəli sürdüyünü bəyan edir. Bəyanatda bildirilib ki, BAXCP İdarə Heyətinin bu gün keçirilən toplantısında partiyanın aprelin 11-də […]

“Bilinməyən Tarix, Nargin Adası Əsarəti ” filminin təqdimatı keçiriləcək

TRT Belgesel, ötən il “Bilinməyən Tarix, Nargin Adası Əsarəti ” adlı sənədli film çəkilişlərinə Bakı, Nargin Adası və Gəncədə start vermişdı. Turkustan.info xəbər verir ki, sənədli film, 1 Dünya müharibəsində Nargin Adasında Rus Ordusu tərəfindən əsir götürülən Osmanlı əskərləri və bu əsirlərə kömək əlini uzadan Azərbaycanlılardan bəhs edir. TRT, sənədli […]

Azərbaycanda 4 gün qabaq toyu olan gəlin öldü

Ər evinə gedən gənc yeməkdən zəhərlənib. Zaqatalada bir neçə gün öncə toy edən ailədə faciə baş verib. Turkustan.info bildirir ki,  İstiPress-in bölgə müxbirinin məlumatına görə, 4 günün gəlini ölüb. Hadise rayonun Suvagil kəndində baş verib. Dörd gün öncə kəndə gəlin köçən 1994-cü il təvəllüdlü Eminova Naimə Zahid qızının halı qəfildən isləşib. […]

Türkiyə Respublikasının səfiri ADAU-da olub

 Türkiyə  Respublikasının ölkəmizdəki  fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Gəncə şəhərinə səfəri çərçivəsində  Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşən qonaq universitetin Aqrar elm, Təhsil və Cümhuriyyət muzeyi, burada olan eksponatlarla yaxından tanış olub. Muzeyin direktoru Şəhla Məmmədova qonağın maraq göstərdiyi bölmə və eksponatlar barədə dolğun məlumatlar […]

Damla atasının cənazə tabutunun altına girdi, hamını ağlatdı – VİDEO

Xəbər verdiyimiz kimi dünən gecə saatlarında  müğənni Damlanın atası dünyasını dəyişib. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, o, bu gün torpağa tapşırılıb. Vida mərasimində mərhumun yaxın qohumları və qonşuları iştirak edib. Mərasimdən yayılan görüntülərdə Damlanın atası üçün ağlaması ürəkləri dağlayıb. Həmin görüntüləri sizə təqdim edirik:  

Suriyada daha bir azərbaycanlı terrorçu öldürülüb – VİDEO

Turkustan.info-nun verdiyi xəbərə görə, Suriyada daha bir azərbaycanlı terrorçu öldürülüb.   Bu barədə Suriyada döyüşlərdə iştirak edən azərbaycanlılar məlumat yayıb.   Məlumatda qeyd olunur ki, “Sultan” cəbhəsində vuruşan Səid Azəri hökumət qüvvələri ilə gedən döyüşlərdə öldürülüb.   Döyüş yoldaşları sosial şəbəkələrdə onun fotosunu da paylaşıblar.   /Apa/

ABŞ-ın hazırladığı qrup türk ordusu ilə savaşa yollandı

Suriyanın Afrin bölgəsinə keçən son qrup tanıdığımız PKK terror qrupu deyil. Turustan.info Publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə təhlükəsizlik üzrə mütəxəssis Mete Yarar çıxış edib. Onun sözlərinə görə, Afrində Türkiyə ordusu və Azad Suriya Ordusu (ASO) ilə vuruşmağa gedən son qrup yüksək təlim alan peşəkar əsgərlərdən ibarətdir. Mütəxəssis […]

Qarabağa köçürülməsi planlaşdırılan Rusiyanın “məxfi ordusu”na ABŞ-dan BÖYÜK ZƏRBƏ – 215 döyüşçü ÖLDÜRÜLDÜ

Amerika qoşunları Suriyanın Deyr-ez-Zor əyalətinin Xaşşam yaşayış məntəqəsində aviazərbələr zamanı Rusiya tərəfini xəbərdar etmişdi. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Ceyms Mettis bildirib. “Rusiyalılar bizə dedilər ki, orada lap əvvəldən Rusiya gücləri olmayıb. Düşünürəm ki, elədir. Amma bizdə tam aydınlıq yoxdur ki, […]

Ən təhlükəli aviaşirkətlər – Bu təyyarələrlə UÇMAYIN

Ötən gün Rusiyada “Saratov” Hava Yollarına məxsus AN-148 təyyarəsinin qəzaya uğraması nəticəsində 6 heyət üzvü və 65 sərnişin həyatını itirib. Bu faciə bir daha mülki aviasiyada mövcud olan təhlükələrdən xəbər verir. Turkustan.info Modern.az-a istinadən dünyanın müxtəlif agentliklərinin tərtib etdiyi ən təhlükəli və təhlükəsiz aviasiya şirkətlərinin reytinqini təqdim edir. 1. ”Garuda” […]

Rüstəmovdan bu valyuta ilə bağlı əhaliyə çağırış

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov kriptovalyutalarla bağlı Azərbaycan əhalisinə müraciət edib. Turkustan.info xəbər verir ki,  Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib ki, son hadisələr kriptovalyutaların olduqca volatilliyi olan alət olduğunu göstərib. “Düşünürəm ki, bu volatillik davam edəcək. Azərbaycan əhalisini diqqətli […]

Teleqüllə yaxınlığında 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yarandı – SOS

“Bayıl yamacındakı sürüşmə aktiv fazadadır. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb”. Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, sürüşmənin baş verdiyi ərazi tez doyan, qumlu-gilli süxurlardan ibarətdir: “Yamacın 45 dərəcəyə qədər […]

Yeni qaydalara görə, heç kəs pasportunu, şəxsiyyət vəsiqəsini dəyişməyəcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəylinin orfoqrafiya qaydalarına edilən son dəyişikliklərlə bağlı Trend-ə müsahibəsi – Yeni orfoqrafiya qaydaları ilə bağlı müzakirələr nə zamanadək davam edəcək? – AMEA Orfoqrafiya Komissiyası hələ ki, müzakirələrin başa çatması haqqında hər hansı qərar qəbul etməyib. Amma mətbuatdakı, […]

Üstümüzdəki ən çirkli əşya nədir? – 26 MİN BAKTERİYA DAŞIYIR

Nağd pulu istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Onun üzərində çoxlu miqdarda mikrobların olmasını nəzərə alaraq mütəxəssislər belə tövsiyə ediblər. Bununla bağlı müxtəlif araşdırmalar aparılıb. “Mastercard” və Oksford Universitetinin birgə apardığı araşdırmanın nəticələrinə əsasən, bir Avropa əskinası özündə təxminən 26 000 bakteriya daşıyır. Hətta ən yeni və təmiz əskinasda mövcud olan […]

Dövlət sərhədində təxribat: Düşmən avtomobil texnikasını yandıraraq geri çəkildi – VİDEO

Düşmən tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədini pozmaq məqsədilə Qazax rayonu istiqamətində həyata keçirdiyi növbəti təxribatı uğursuzluqla nəticələnib. Turkustan.info bildirir ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən xəbərə görə, fevralın 11-də səhər saatlarında hava şəraitinin dumanlı olmasından istifadə edərək düşmən Ordumuzun ön xətt mövqeləri istiqamətində hərəkətə cəhd göstərib. Mövqelərimiz istiqamətində hərəkət […]

İqtidar düşərgəsindən prezidentliyə DAHA BİR İDDİAÇI – Namizədliyini bu gün açıqladı

“Sizin imzanız bizim taleyimizdir” İqtidar düşərgəsindən olan millət vəkili prezident seçkisinə qatılacaq. Turkustan.info bildirir ki, bu barədə müraciəti millət vəkili Zahid Oruc hazırlayıb və o, Azərbaycan vətəndaşlarına xitab edərək, onları seçkidə, bu ümumxalq kampaniyasında fəal iştiraka çağırır. Həmin müraciətin mətnini təqdim edirik: *   *   *   *   * Əziz həmvətənlər! İstəkli […]

Saakaşvili: “Putini məğlub etmədən, siyasətdən getməyəcəm”

“Gürcüstan və Ukraynanın torpaqlarını alana və Vladimir Putin məğlub olanadək mübarizə aparacağam”. Turkustan.info xəbər verir ki, bu fikirləri sabiq Gürcüstan prezidenti Mixeil Saakaşvili “Rustavi 2” televiziyasına müsahibəsində bildirib. “Həm Ukrayna həm də Gürcüstanda haqqımda deyilən ittiahmlar əslsizdir. Bütün bunlar siyasət həyatımı bitirmək üçün nəzərdə tutulub”- deyə Saakaşvili əlavə edib. Saakaşvilinin […]

İntim videosu yayılan şagird istintaq təcridxanasına köçürüldü

Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən həmin məktəbin 11-ci sinif şagirdi R.C. Bakı İstintaq Təcridxanasına köçürülüb. Turkustan.info-nun Report-a istinadən xəbərinə görə, fevralın 11-də Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş şəxs istintaq təcridxanasına etap […]

İlham Əliyev Putinə başsağlığı verdi

“Təyyarə qəzası barədə xəbər məni dərindən sarsıtdı” Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib. Turkustan.info-nun məlumatına görə, məktubda dövlət başçısı Moskva ətrafında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş təyyarə qəzası barədə xəbərin onu dərindən sarsıtdığını bildirib. Prezident İlham Əliyev Prezident Vladimir Putinə, həlak olanların […]

Bu çayı içən siqareti 3 günə tərgidir!

Siqaret çəkmək insanın həm özünə həm də ətrafındakılara kifayət qədər ziyan vurur. Bu zərərli vərdişdən yaxa qurtarmaqsa çox çətindir. Turkustan.info Publika.az-a istinadən siqareti əvəz edib, orqanizmi sakitləşdirən çay reseptini təqdim edir. Bunun üçün lazımdır: Sarı kantoron otu Labrador çayı Hər iki bitkidən 1 xörək qaşığı götürüb, 800 millilitr qaynar suya […]

Türk ordusu Afrində niyə ləng əməliyyat aparır? – SƏBƏB AÇIQLANDI

Türkiyənin Diyanət İşləri rəhbəri Ali Erbaş Afrində “Zeytun budağı” əməliyyatının niyə ləng aparılmasının səbəblərini açıqlayıb. Turkustan.info xəbər verir ki, Ali Erbaş açıqlamasında bildirib ki, Türk ordusu islam əxlaqına görə Afrində terrorçularla savaş aparır. “Müsəlman əsgərimizin Afrin savaşı İslam əxlaqına görə aparır. Onun üçün ordumuz yavaş və ehtiyatla Afrinə irəliləyir. Bilirsiniz ki, […]

Şagird müəllimi qucağına götürüb… Məktəbdə yeni biabırçı VİDEO

Orta məktəblərdən birində baş vermiş hadisə qalmaqala səbəb olub. Litseydə dərs vaxtı şagirdlər müəllimlə zarafat etməyə başlayıb. Şagirdlərdən biri ayağa qalxaraq müəllimin paltarını ələ salıb, Ona qarşı təhqiramiz hərəkətlər edib. Daha sonra həmin şagird müəllimi qucağına alaraq sinif otağından çıxarıb.  Turkustan.info xəbər verir ki, Tekirdağ vilayətinin Çorlu qəsəbəsindəki “Ahievran” litseyində […]

Dədə Şəmşirin vəfatının 38-ci ildönümü qeyd edildi – FOTOLAR

10 Fevral 2018-çi il tarixinda ” Aşıq Şəmşir” Mədəniyyət ocağı Dədə Şəmşirin vəfatının 38-çi ildönümü ilə əlaqədar ustad sənətkarın Göygöl rayonundakı abidəsi önündə anım tədbiri keçidi. “Aşıq Şəmşir” Mədəniyyət ocağının sadr müavini Həbib Misirov bildirdi ki, Əməkdar incəsənət xadimi, Şərəf ordenli Dədə Şəmşir (1893-1980) 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli […]