Moskvanı nüvə hücumundan qoruyacaq müdafiə sistemi sınaqdan keçirildi

Nüvə əleyhinə raket müdafiə sistemləri təyin olunan hədəfləri uğurla məhv edə bilib.

Rusiya Silahlı Qüvvələri paytaxt Moskvanı nüvə hücumundan qoruyacaq raketdən müdafiə sistemini uğurla sınaqdan keçirib.  Turkustan.info Sputnik-ə istinadən xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Sınaq Qazaxıstandakı Sarı Şağan hərbi poliqonunda həyata keçib. Nazirlik rəsmisi Andrey Prixodko bildirilib ki, nüvə əleyhinə raket müdafiə sistemləri təyin olunan hədəfləri uğurla məhv edə bilib.

Ən mühüm müdafiə sistemlərindən olan raketdən müdafiə sistemi, paytaxt Moskvaya mümkün nüvə hücumlarının qarşısını almaq üçün Rusiyanın Hava və Kosmik Qüvvələri Agentliyi tərəfindən istifadə olunur.

Qeyd edək ki, Rusiyanın Hava və Kosmik Qüvvələri Agentliyinin əsas vəzifəsi kosmos və fəzadakı prosesləri araşdırmaqdır.