PKK-çılar Türkiyəni vurdu: Ordu cavabı gecikdirdi və… – VİDEO

Mülki geyimdə olan PKK-PYD terrorçularının Türkiyə ərazilərini vurması Türkiyə Silahlı Qüvvələrinə məxsus PUA-larla görüntülənib.

Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, görüntülərdə terrorçular Türkiyədə yaşayış ərazilərini nişan alaraq raket zərbəsi endirib.

Məlumata görə, raket buraxıldıqdan sonra qaçan terrorçular məhv edilməyib, onlar PUA-larla izlənilib və qərargahlarının yeri dəqiqləşdirilib. Bundan sonra Türkiyə Silahlı Qüvvələrinin dəqiq atəşi ilə terrorçuların qərargahı darmadağın edilib.