Sevgililər Günü qadağan olundu – QƏRAR

Hər il Azərbaycanda 14 fevralda Sevgililər Gününə münasibət birmənalı olmur. Eyni zamanda bir sıra müsəlman dövlətlərində Sevgililər Gününə fərqli yanaşmalar var. Belə müssəlman ölkələrindən birində 14 fevrala bir gün qalmış keçən il qadağan olunan Sevgililər Gününün bu il də keçirilməyəcəyi sevən cütlüklərə məyusluq gətirib. Ancaq sevənlər bu qərarla razı deyillər.

Turkustan.info xəbər verir ki, paytaxt İslamabadda İslam mədəniyyətinin bir parçası olmadığı səbəbilə Sevgililər Gününün qeyd edilməsi qadağan olunub. Həmçinin, 14 fevral günü Pakistanın bütün media orqanlarına Sevgililər Günü ilə bağlı efir yasağı gətirildi.
Pakistanda mühafizəkar müsəlmanlar, Sevgililər Gününün “əxlaqsızlığa və çılpaqlığa təşviq” olduğunu bildirirlər.
Pakistanda ötən il də Sevgililər Gününün “İslam göstərişlərinə zidd” olduğu və bu səbəblə də bir imza kampaniyası başlamışdı və bu kampaniya sonra İslamabad Ali Məhkəməsi açıq sahələrdə Sevgililər Gününün qeyd olunmasını qadağan etmişdi.