Türkiyənin bombardmançı təyyarələri hərəkətə keçdi — 16 hədəf məhv edildi

Hücuma hazır vəziyyətdə olan separatçı terror təşkilatının üzvlərinə qarşı hava əməliyyatı təşkil edilib.

Turkustan.info xəbər verir ki,  Türkiyə Silahlı Qüvvələri, İraqın şimalındakı Sinat-Haftanin bölgəsində kəşfiyyat aparan, polis bölmələrinə və hərbi bazalara hücuma hazırlaşan terrorçulara qarşı hava əməliyyatları aparıldığını açıqlayıb.

Əməliyyat zamanı terrorçulara aid sığınacaq və silah anbarı kimi istifadə edilən 16 hədəf məhv edilib və hücumda iştirak edən təyyarələr təhlükəsiz şəkildə öz bazalarına qayıdıb.    /Ölkə.Az/