Gün: Fevral 14, 2018

Polis Xoşqədəmin efirinə basqın etdi: Canlı yayımda həbs – VİDEO

Xoşqədəm Hidayətqızının verilişinə gələn vətəndaşın həbs edilməsi üçün efirə polislər gəlib. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, problemin həlli üçün verilişə gələn kişini polislər yaxalamaq üçün televiziyanın önünə gəliblər. Qeyd edək ki, bir neçə dəqiqə sonra Xoşqədəm Hidayətqızı özü onu mühafizə xidmətinə təqdim edib. Həmin anları təqdim edirik:  

Azərbaycanlı müğənni aparıcı ilə belə öpüşdü: “Öp məni… bədəninin dadı…” – BİABIRÇI VİDEO

Aparıcı Sərxan Kərəmoğlu ilə müğənni Mətanət Əsədovanın səmimi görüntüləri yayılıb. Turkustan.info xəbər verir ki, görüntülər Lider TV-də yayımlanan “Evimin qonaqları” adlı proqramın çəkilişi zamanı çəkilib. Aparıcının dili ilə desək, 18+ videoda Sərxan Mətanəti öpüşlərə qərq edir. Əvvəlcə müğənniyə “Öp məni” deyən Sərxan daha sonra Mətanəti yanağından, boynundan, çiynindən öpüb. “Ay Allah, […]

“Danışan ruhlar”: Erməni əsirliyində olmuş azərbaycanlılar nələrlə üzləşiblər – VİDEO

Turkustan.info Azvision.az-a istinadən erməni əsirliyində olmuş azərbaycanlıların başına gətirilən dəhşətlərin əks olunduğu sənədli filmin birinci hissəsini təqdim edib. Film keçmiş əsirlərin müsahibələri əsasında hazırlanıb. Ümumilikdə 20-dən çox keçmiş əsirin qan donduran əhvalatları əsasında 3 filmin hazırlanması nəzərdə tutulub. Onların hər üçü xarici dillərə də tərcümə olunacaqlar ki, dünya erməni vəhşliyinin nə […]

Türkiyə ordusu böyük əməliyyata başladı: 71 kənddə…

Türkiyənin Diyarbəkir şəhərinin Qulp, Silvan, Xazro və Bit rayonlarına bağlı 71 kənd və 107 tarlada PKK-ya qarşı 1200 əsgər və təhlükəsizlik qüvvələrinin iştirakı ilə böyük əməliyyat başladılıb. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, pilotusz aparatlar və helikopterlərin də istifadə edildiyi əməliyyat çərçivəsində rayon və kəndlərin yollarında təhlükəsizlik nöqtələri yaradılıb. Qeyd […]

Maşın bazarında QİYMƏTLƏR DƏYİŞDİ

Yanvar ayında Bakıda maşın bazarında qiymətlərin azalması müşahidə olunub. Turkustan.info bildirir ki, bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib. R.Osmanlı bildirib ki, 2017-ci ilin dekabr ayında avtomobil bazarında daha çox qiymət artımı müşahidə olunmuşdu. Amma ötən ilin dekabrı ilə müqayisədə 2018-ci ilin yanvar ayında qiymətlər təqribən 6.5 faiz […]

Erməni jurnalistdən sensassion məqalə: “PKK-nın mənzil qərərgahı Ermənistanda olacaq”

“Kürdləri bizim ölkəmizə buraxmaqla Rusiya Ermənistan ərazisini Türkiyə əlehinə meydana çevirmək istəyir. Bu bizə lazımdırmı?” Turkustan.info-nun məlumatına görə bu barədə erməni jurnalsit Samvel Oqanesyan özünün “Ermənistan ərazisində kürd üsyançılar lazmdırmı?” adlı məqaləsində yazıb. Jurnalist qeyd edib ki, Türkiyə ordusunun hücümlarından qaçaraq Ermənistan sərhədlərinə yığışan Kürd üsyançılarına bir müddət əvvəl sərhədlərmizi […]

Saakaşvili Polşadan da deportasiya olundu

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili deportasiya olunduğu Polşadan Niderlanda gedib. Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, Saakaşvilinin bir neçə Avropa ölkəsində görüşlər keçirəcəyi bildirilir. M.Saakaşvili Belçika, Almaniya və Fransaya da səfər edəcəyini deyib. Qeyd edək ki, Saakaşvili fevralın 12-də Kiyevdə saxlanılıb və məhkəmə qərarı ilə Polşaya […]

Çini ABŞ-ın qorxacağı qədər güclü edən səbəb nədir?

Qabil Hüseynli: “Senatorların irəli sürdüyü fikir onu göstərir ki, ABŞ-ın Çinə qarşı müəyyən strategiyası formalaşır” “Çin ABŞ üçün indiyə qədər görülməmiş təhdiddir”.  Turkustan.info-nun Axar.az-a istinadən xəbərinə görə, bu sözləri Senatda çıxışı zamanı amerikalı senator Mark Rubio söyləyib. “Düşünmürəm ki, 240 illik tariximiz ərzində bizim ölkə bu qədər gücü və miqyası olan potensial […]

Bu rayonların icra başçılarına yol göründü – Ən çox şikayət ONLARDANDIR

İcra hakimiyyətləri əhalinin ən çox narazılıq etdiyi qurumlardır. Rəsmi məlumatlar da bunu deməyə əsas verir. Belə ki, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov ötən ilin yekunları ilə bağlı danışarkən ən çox şikayət olunan İcra hakimiyyətlərinin adlarını açıqlayıb. Rəsmi məlumata görə 2016-cı illə müqayisədə müraciətlərin […]

“Sovetski”dən sonra bu ƏRAZİLƏR söküləcək

Bakının məşhur “Sovetski” adlanan məhəlləsinin bir hissəsində söküntü bitsə də, işlər tam başa çatmayıb. Bu il həyata keçiriləcək növbəti mərhələdə “Sovetski”də 2010 yaşayış və qeyri-yaşayış obyektinin satın alınması və onların sökülərək ərazinin təmizlənməsi nəzərdə tutulur. “Sovetski”dən sonra söküntünün paytaxtın hansı ərazisində davam etdiriləcəyi hələ məlum deyil. Bəs “Sovetski”dən sonra Bakının […]

Türkiyə bunu gözləyirdi – ABŞ kəşfiyyatından ŞOK ETİRAF

ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Koutsun ABŞ Konqresinə təqdim etdiyi “Ümumdünya təhlükələrin qiymətləndirilməsi” məruzəsində Türkiyənin çoxdan gözlədiyi bir etiraf yer alıb. Turkustan.info məlumat verir ki, məruzədə YPG-nin PKK terror təşkilatının Suriya qolu olduğu və muxtar bölgə axtarışında olduğu qeyd edilib. “YPG PKK-nın Suriyadakı döyüşçüləri böyük ehtimalla muxtar bölgənin yaradılması axtarışına girəcəklər, […]

Azərbaycanın yeni əməkdaşlığı rəsmi Bakı ilə Moskvanın arasını vuracaq?

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Avropa İttifaqı arasında yeni strateji tərəfdaşlıq sazişi üzərində aparılan iş, bu sazişin qonşular və ilk növbədə Rusiya ilə münasibətlərə mümkün təsiri barədə “RİA Novosti” agentliyinin suallarını cavablandırıb.  Turkustan.info AzərTac-a istinadən həmin müsahibəni təqdim edir. -Cənab nazir, siz Azərbaycan ilə Avropa İttifaqı arasında strateji […]

DƏHŞƏT! “Vampir qadın” gündə 2 litr insan qanı içir – İnsanlar qanlarının tökülməsi üçün… – VİDEO

Dünya indi də özünü vampir adlandıran qadını müzakirə edir. Turkustan.info xarici mediaya istinadən bildirir ki,  ABŞ-da yaşayan Culiya Caples qanını sorması üçün ona gələn bir çox insan ilə birlikdə qəribə bir cəmiyyətdə yaşayır. Sadəcə nişanlısının qanını içən 50 yaşlı qadın Pensilvaniyada bir icmada yaşayan qadın yalnız öz nişanlısının qanını içdiyini deyir. […]

Bakı hərəkətə keçdi: bu çirkin əməl… – Əli Həsənov

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunan AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə İtaliyanın Milan məhkəməsinin bəraət qərarını şərh edib.  Turkustan.info bildirir ki, Əli Həsənov Axar.az-a bildirib ki, Milan məhkəməsinin 2018-ci il 13 fevral tarixli qərarı ötən ilin ortalarında […]

Şəxsiyyət vəsiqəsinə görə rüsum dəyişdirilir

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir. Turkustan.info “APA”ya istinadən xəbər verir ki, qanuna dəyişiklik bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə olunub. “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliyə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsum 10 gün […]

İrfan Sapmaz: “Azərbaycan üçün çox darıxmışam” – Bakını 17 il əvvəl tərk etmiş savaş müxbiri ilə MÜSAHİBƏ

İrfan Sapmaz ismi azərbaycanlı jurnalistlərə yaxşı tanışdır. Bir vaxtlar Bakıda gündəlik nəşr olunan “Avrasiya” qəzetinin sahibi və baş redaktoru indi haralardadır, nə işlə məşğuldur, Azərbaycanı unutmayıb ki? Turkustan.info bildirir ki, Modern.az saytının əməkdaşı İrfan Sapmazla əlaqə saxlayaraq, ondan müsahibə alıb… – İrfan bəy, salam. Sizi Bakıdan – Modern.az xəbər portalından […]

Bakı məktəblərində vərəm yayıldı? – AÇIQLAMA

Bakı məktəblərinin birində müəllimənin vərəm tutması barədə sizə xəbər vermişdik.  Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, müəllimənin vərəm xəstəsi olması onun haqqında məlumatın vərəmə yoluxmuş şəxslə bağlı elektron məlumat bazasına təqdim edillməsi zamanı aşkarlanıb.  Məsələ ilə bağlı Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova ilə əlaqə saxladıq.  Bildir ki, müəllimənin xəstə olması […]

Amerika Suriyada 40 Rusiya əsgərini öldürdü

Keçən həftə ABŞ əsgərləri Deyrizora hücum edən Əsəd ordusuna atəş açmışdı. Turkustan.info dünya mətbuatına istinadən verdiyi məlumata görə, həmin hücumda ölənlər arasında Rusiyanın 40 muzdlu əsgərinin olduğu da ortaya çıxıb. Əsəd rejiminə bağlı olan 100 nəfərlik silahlı dəstə Deyrizorda PYD-nin nəzarəti altında olan neft sahələrinə hücum etmişdi. Bu gün ortaya […]

Dindarların prezidentliyə namizədi məlum oldu

“Bir Azərbaycan vətəndaşı kimi bunu yerinə yetirməyə borcluyuq” “Xalq, cəmiyyət yekdillikdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir”. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə prezident seçikiləri ilə bağlı Azərbaycan dindarlarının toplantısında deyib. A.Paşazadə qeyd edib ki, Sovet İttifaqı dövründə müsəlmanlar çox əziyyət çəkib, lakin ulu […]

Bakıda bacı-qardaşın başını kəsən qatil danışdı – VİDEO

Bir müddət əvvəl Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə qətldə təqsirləndirilən Azər Cəfərov ömürlük azadlıqdan məhrum edilib. Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, hadisə ötən il aprelin 2-də Keşlə qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Saqil Qasımzadə və onun 26 yaşlı bacısı Fəridə qətlə yetirilib. […]

Bu rayonun polislərindən daha çox şikayət var – Prezident Administrasiyası açıqladı

“Azərbaycan polisinin fəaliyyəti nəticəsində əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 271-dən 264-ə qədər azalıb. Dünya İqtisadi Forumunun “2017-2018-ci illər üzrə Qlobal Rəqabətlilik Hesabatı”na əsasən, Azərbaycan “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə irəliləyərək 137 ölkə arasında 54-cü yerə çıxıb”. Turkustan.info BakuPost-a istinadən xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Sənədlərlə […]

Girov ailələrindən “Qırmızı Xaç”a İTTİHAM: “Hanı o məktub, niyə boş-boş açıqlama yayırlar?!”

Ötən həftə Beynəxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı girovlar – Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib. Turkustan.info bildirir ki, bu barədə Modern.az-a BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. O qeyd edib ki, şəxslərdən ailələrinə məlumatlar çatdırılıb, eyni zamanda ailələrinə çatdırılması üçün […]

Dövlət orqanlarında işləmək istəyənlərin – NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən altı dövlət orqanında 165 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib. Turkustan.info bildirir ki, DİM-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (110 vakant vəzifə), Kənd Təsərrüfatı Nazirliyi (43 vakant […]

Bu işdə çalışanlara “Güzəştli mənzil” imkanı

Azərbaycan Respublikası Prezidentinin 21.07.2017-ci il tarixli 1560 nömrəli Fərmanı ilə mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşlar sırasına yeni “ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər” kateqoriyası əlavə edilib. Turkustan.info bildirir ki, Mənzil İnşaatı Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə, “Güzəştli mənzil” sistemində buna görə zəruri dəyişikliklər aparılıb, ən […]

Bakıda həbsdə yatan erməni ilə bağlı – Yeni xəbər

Bakıda cəzaçəkmə müəssisəsində cəza çəkən erməni əsilli Marat Ueldanovun saxlanma rejiminin dəyişdirilməsi barədə məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb. Turkustan.info xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub. Qərara görə, Marat Ueldanovun apelyasiya şikayəti təmin edilməyib. İttihama görə, Rusiya vətəndaşı Marat Ueldanov […]

ABŞ və Türkiyə üz-üzə: Toqquşma riski buna görə artır…

ABŞ və Türkiyənin Suriyada toqquşma ehtimalı getdikcə artır. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Türkiyənin Afrində apardığı əməliyyatların miqyası artdıqca ABŞ hərbçiləri tərəfindən dəstəklənən PYD qruplaşmalarının bölgədə fəallığı da artır: “Bu onu göstərir ki, ABŞ hər vəchlə regionda Türkiyənin fəaliyyətini məhdudlaşdırmağa çalışır. […]

Putin ağır xəstələnib – Kremldə gizlədilməyə çalışılan TƏLAŞ

“Independent” yazır ki, son illər ərzində ilk dəfə olaraq, Vladimir Putin sağlamlığı ilə əlaqədar bir neçə ictimai tədbirlərini təxirə salıb və bununla lider kimi uzun müddətə yararlığına şübhə yaradan şayiələrə səbəb olub. O, bazar ertəsi Soçiyə getməyib. Çərşənbə axşamı Kremldə mikroelektronikaya dair diskussiyalar keçirilməyib. Çərşənbə günü isə prezident Moskvada keçiriləcək […]

Flora Kərimova 30 yaş cavanlaşdı – FOTO+VİDEO

Xalq artisti Flora Kərimova da xarici görünüşündə dəyişiklik edən qadın həmkarlarına qoşulub.  Turkustan.info xəbər verir ki, sənətçinin imici üzərində stilist Anar Ağakişiyev çalışıb. Stilist Flora Kərimovanın hər kəsi təəccübləndirən görüntülərini İnstaqram hesabında paylaşıb. O, müğənninin saç rəngini dəyişib, eləcə də onu indiyə qədər gördüyümüzdən tamamilə fərqli makiyaj edərək azı 30 yaş […]

Maral Tahirqızına elçi düşdülər: “Vəzifəli kişidir…”

Tədbirlərin birində fotokameramıza poz verən müğənni Maral Tahirqızı ona elçi düşən kişilərdən danışıb. Turkustan.info xəbər verir ki. Yeniçag.az-a açıqlama verən Maral onların arasında vəzifəli kişilərin də olduğunu bildirib: “Orta məktəbdə oxuyandan bu günə qədər sevənlərim çox olub. Günü bu gün də mənimlə evlənmək istəyən kişilər az deyil. Çoxu vəzifəli, ziyalı kişilərdi… […]