Gün: Fevral 15, 2018

“Türkiyənin Azərbaycana dəstəkdən vaz keçməsi arzuolunandır” – Sərkisyan yuxusunu danışdı

Türkiyə ilə münasibətlərin normallaşması üçün birtərəfli güzəştlərə getmək erməni xalqı üçün təhqirə bərabərdir” Bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan Avropa Şurasının Parlament Assambleyasının qış sessiyasında çıxışından sonra Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı suala cavabında deyib. “Biz Türkiyə tərəfinin bu addımla bağlı tələblərini anlamırıq. 2008-ci ildə yenidən prezident seçildikdən sonra mən […]

Lənkəranskiyə yaxın avtoritetlər Şamaxıda: Amansız cəza, atışma – Məhkəmədən reportaj

Odlu silahla cinayət törətməkdə təqsirli bilinən Şamaxı şəhər sakini Sadiq Hüseynov, Rusiya Federasiyasının Saxalin vilayətində anadan olmuş Əziz Əzizov və Qobustan rayon sakini Lətif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info Teleqraf.com-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər kriminal aləmin üzvləri olub. Sadiq Hüseynov və Əziz Əzizov Rövşən Lənkəranski […]

“And olsun Allaha, əgər kürd olsaydım, kürdlüyümlə fəxr edərdim, amma…”

Həmişə qalmaqallı açıqlamarı ilə gündəmə gələn deputat Araz Əlizadə bu dəfə keçmiş daxili işlər naziri İsgəndər Həmidovun və mərhum prezident Əbülfəz Elçibəyin kürd olduğunu deyib. Turkustan.info bildirir ki, Milli azadlıq hərəkatının liderlərindən biri, keçmiş daxili işlər naziri İsgəndər Həmidov Moderator.az-a açıqlamasında Araz Əlizadənin fikirlərinin əsassız olduğunu qeyd edib. “Kürd olmaq […]

Rusiyadan Dağlıq Qarabağla bağlı açıqlama…

“Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında razılaşmaların həyata keçirilməsində aktiv iştirak edir. Ümid var ki, bu münaqişə həllini tapacaq.” Turkustan.info Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında bildirib. Rusiyanın Azərbaycan, Ermənistan və Rusiyada keçiriləcək prezident seçkilərindən sonra […]

ABŞ-ı dünyaya rəzil edən – FOTOLAR

Yaxın Şərq turu çərçivəsində Livana səfər edən ABŞ-ın dövlət katibi Reks Tillerson biabırçı vəziyyətə salınıb. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, dövlət katibi Livan prezidenti Mişel Aunla görüş öncəsi salonda dəqiqələrlə tək oturaraq prezidenti gözləməyə məcbur edilib. Tillersonun oturduğu kreslo isə diqqətlərdən qaçmadı. Görüntülərdə Tillersonun oturduğu kreslonun daha alçaq olduğu, […]

Cabbarov 2 nəfəri işdən qovdu – Rüşvət alarkən saxlanılıblar

Vergilər naziri Mikayıl Cabbarov daha 2 nəfər vergi orqanı əməkdaşını işdən azad edib. Turkustan.info-nun “Ölkə.Az”a istinadən verdiyi məlumata görə, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal GəlirlərDepartamentinin əməkdaşları – Nurlan Verdiyev və Cavid (soyadı bizə məlum deyil – müəllif) Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyicilərindən rüşvət alarkən saxlanılıblar. Sözügedən şəxslər Vergilər […]

Qarabağ münaqişəsi niyə hələ də həll olunmayıb? – İsrail mətbuatının araşdırması

İsrailin nüfuzlu “THE JERUSALEM POST” nəşri Dağlıq Qarabağ probleminə həsr olunmuş məqalə yayınlayıb. BakuPost həmin məqaləni təqdim edir: Bu ay Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlamasının 30 ili tamam olur. Lakin təəssüf ki, bu münaqişənin həlli haqda danışmaq hələ çox tezdir. Niyə? Tərəflər, Azərbaycan ərazisinin 20%-nin işğalı, təxminən 1 milyon azərbaycanlının […]

2030-dan gəldiyini iddia edən gənc yalan detektorundan keçdi – VİDEO

 “YouTube”-da  yayımlanan Apex Tv  kanalında verdiyi açıqlamalarla hələ ötən ildən məşhurlaşan Noah adlı şəxs 2030-cu ilə zaman yolçuluğu etdiyini iddia edib. Bu iddiadan sonra populyarlaşıb ABŞ-ın nüfuzlu telekanallarına dəvət alan gəncin  gələcək barədə söylədikləri əslində nüfuzlu elm adamlarının proqnozları ilə üst-üstə düşür. Gəncin dediklərinin doğru olub- olmamasını yoxlamaq üçün onu ən […]

Prezident Ali Məhkəməyə sədr təyin etdi – SƏRƏNCAM

Ramiz Yaqub oğlu Rzayev Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib. Turkustan.info-nun məlumatına görə, Prezident İlham Əliyev fevralın 15-də bununla bağlı sərəncam imzalayıb.  Sərəncam 2018-ci il fevralın 25-dən qüvvəyə minir. Qeyd edək ki, R.Rzayev 2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədri, həmin ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür. Onun Ali Məhkəmənin sədri […]

“Bu sessiyada mühüm məsələlər müzakirə olunacaq” – ATƏT PA vitse–prezidenti Azay Quliyev

“ATƏT PA-nın sessiyasında mühüm məsələlər müzakirə olunacaq”. Turkustan.info xəbər verir ki, bu sözləri AZƏRTAC-a ATƏT PA-nın vitse–prezidenti Azay Quliyev deyib. Azay Quliyevin sözlərinə görə, sessiya çərçivəsində bir çox aktual mövzulara, o cümlədən “yalançı” (fake) xəbərlər, iqlim dəyişikliyi, silahlar üzərində nəzarət, miqrasiya, terrorizm və humanitar məsələlərə dair müzakirələr aparılacaq. ATƏT rəsmilərinin […]

İlham Əliyev 3 sərəncam imzaladı

Prezident İlham Əliyev Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq […]

ADAU tələbələrinin UĞUR FORUMU: Camal Rüstəmov Sloveniyadan geri qayıdıb

Onunla Azərbaycan Dövlət Aqrar Universitetin (ADAU) Beynəlxalq əlaqələr şöbəsində görüşdüm. Sloveniyadan yenicə qayıdıb. Bir tədris ilini, yəni 2 semestri Sloveniyanın Nova Qoritsa universitetində oxuyub və yenidən doğma təhsil müəssisəsinə qayıdıb. Camal Rüstəmovu deyirəm. Bir az utancaq, təmkinli bir gəncdir. Ziyalı ailəsində böyüyüb. Bu tələbə ilə qısa bir söhbət apardım, təəssüratlarını […]

Bakıda bu yaşayış yerləri plana düşdü – ÜNVANLAR

Bakının daha bir rayonunda yaşayış üçün yararsız olan qəzalı binalar söküləcək. Bu barədə Yasamal rayonu İcra Hakimiyyətindən məlumat verilib. Bildirilir ki, pilot layihə çərçivəsində Yasamal rayonunda Qırmızı Şərq küçəsində yerləşən az mərtəbəli və yaşayış üçün yararsız olan tikililərin sökülməsi barədə qərar qəbul olunub. Adı çəkilən küçədə olan 101, 102, 103, […]

Martda 15 gün istirahət edəcəyik

Mart ayında bayramlarla əlaqədar səkkiz qeyri-iş günü olacaq. Turkustan.info xəbər verir ki, 2018-ci ildə 8 Mart – Qadınlar günü iş günü hesab edilmir, 20, 21, 22, 23, 24 mart isə Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə – yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 […]

Zəngəzur Azərbaycana qaytarılır? – Müqavilə qüvvədən düşdü – ŞOK AÇIQLAMA

Ötən gün millət vəkili Rasim Musabəyovun  Ermənistanın “Armİnfo” agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər bəzi tərəflər arasında müzakirə mövzusuna çevrilib. Müsahibəsi zamanı millət vəkili “etimad səviyyəsinin artırılması və qarşıdurmaların azaldılması növbəti addıma keçməyə imkan verəcək, bu zaman Dağlıq Qarabağın siyasi dialoqa qoşulmasına və xarici bazarlara çıxış əldə etməklə təsərrüfat-iqtisadi fəaliyyət həyata keçirməsinə imkan […]

Almaniyadan PKK-ya tam qadağa: “Afrin bəhanəsi” keçmədi

Almaniyada PKK-ya yaxın təşkilatların himayə etdiyi Almaniya Demokratik Kürd Toplum Mərkəzinə bundan sonra nümayiş təşkil etmək üçün rəsmi icazə verilməyəcək. Turkustan.info xəbər verir ki, Köln polisi “Zeytun budağı” əməliyyatını bəhanə edərək Köln və Leverkuzen şəhərlərində aksiya təşkil etmək istəyən Almaniya Demokratik Kürd Toplum Mərkəzinin qarşısını alıb. Məlumata görə, mərkəzin nümayiş […]

Ermənistan sovet hüdudlarına qayıdır

Sarkisyan əsas məlumatları xalqdan gizlətməyə qərar verib Ermənistan parlametinin Avropa ilə inteqrasiya məsələləri üzrə komissiyasının sədri, “Sarukyan” partiyasından olan deputat Naira Zöhrabyan Qarabağ münaqişəsinin Ermənistanı boşaldan əsas səbəb olduğunu bildirib. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, Rusiyanın  “Vestnik Kavkaza” portalına müsahibə verən Nairi Zöhrabyan bildirib: “Əhalinin Ermənistanı tərk etməsi faktdır. Ermənistanı […]

İlham Əliyev yeni müavin təyin etdi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyinat olub. Agentlikdən  verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev 14 fevral 2018-ci il tarixli 3673 saylı sərəncamı ilə Rüfət Bünyat oğlu Rüstəmzadəni Agentliyin sədr müavini vəzifəsinə təyin edib. Rüfət Rüstəmzadə 1975-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində […]

Hamı bu günü gözləyir – Gecə saatlarından etibarən başlayacaq

Bu gün ilin ilk Günəş tutulması baş verəcək. Turkustan.info-nun məlumatına görə, tutulma bu gün Bakı vaxtı ilə saat 22:55:51-də qeydə alınacaq və fevralın 16-da da davam edəcək. Tutulma maksimuma 00:51:29-da çatacaq. Sonu saat 02:47:08-də olacaq. Təbiət hadisəsi Cənubi Amerikanın cənub hissəsində və Antarktidada müşahidə olunacaq. Qeyd edək ki, bu il […]

Bir neçə saatda 100 milyon insan öləcək, bu ölkə yer üzündən silinəcək – DƏHŞƏTLİ PROQNOZ

Yaponiya tədqiqatçıları ölkənin cənubunda sualtı supervulkanda maqmanın nəhəng kütləsini aşkar ediblər. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bu haqda “The Independent” nəşri bildirib. Alimlərin sözlərinə görə, faciəli nəticələrin olacağı püskürmənin baş vermə ehtimalı mövcuddur. Bu vulkanın 7,3 min il əvvəl püskürərək Kyuşu adasında sivilizasiyasının məhvinə səbəb olduğu bildirilir. Məlumata görə, […]

Erməni diversantlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilə bilər – KOMİSSİYA

“Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni girovluğundan azad edilməsi üçün bir neçə beynəlxalq təşkilata müraciət etmişik. Bu məsələ ilə bağlı tərəfimizdən iş aparılır”. Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib. Bu istiqamətdə işlərin davam etdirildiyini söyləyən İ. Axundov qeyd […]

Azərbaycanda bahalı təhsil: Avropada ikiqat ucuz oxumaq olar – SİYAHI

Bu il ölkəmizdə təxminən Azərbaycan bölməsi üzrə 4657, rus bölməsi üzrə 555, ümumilikdə 5212 nəfər magistiraturaya sənəd verib. Azərbaycanda magistiratura qiymətləri digər ölkələrlə müqayisədə kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycanda hətta bakalavr təhsil haqqısı xaricdə ən inkişaf etmiş ölkələrin magistr təhsil haqqısı ilə müqayisədə kifayət qədər yüksəkdir. Kiçik bir müqayisəyə […]

ABŞ-Türkiyə qapalı danışıqlarının detalları açıqlandı

Cim Metis – Nurəddin Canikli görüşü 50 dəqiqə davam edib.   ABŞ və Türkiyənin müdafiə nazirlərinin Brüsseldə dünən keçirdikləri görüşün detalları açıqlanıb. Turkustan.info “Milliyet”-ə istinadən xəbər verir ki, görüşün detalları barədə Pentaqondan (Pentagon) yazılı açıqlama verilib.   “Cənab nazir Cim Metis (Jimm Mattis) türk həmkarı Nurəddin Canikli (Nurettin Canikli) ilə […]

Seçkilərdə bunu edənlər cəzalanacaq – Usubov

Azərbaycanda hüquqi dövlətin bazası möhkəmləndirilib. Ölkədə mövcud olan siyasi sabitlik, demokratik prinsiplər seçkilərin şəffaf şəraitdə keçirilməsinə tam imkan verir. Turkustan.info-nun Report-a istinadən xəbərinə görə, bunu dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə baş prokurorun birinci müavini Rüstəm Usubov deyib. O qeyd edib ki, burada prokurorluq orqanlarının da funkisiyası var: “Ölkədə […]

Türk ordusu məhv edir: 54 mövqe, 1528 meyit

Türkiyə Silahlı Qüvvələri və ASO Afrində keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində 54 mövqeni terrorçulardan təmizləyib. Turkustan.info xəbər verir ki bu barədə TSQ-dan informasiya yayılıb. Məlumata görə, “Zeytun budağı” əməliyyatı başladıqdan indiyə qədər məhv edilən terrorçu sayı 1528-ə yüksəlib. Qeyd edək ki, Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı 27 gündür davam […]

I, II, IV və V ixtisas qruplarına yeni ixtisaslar əlavə edildi – SİYAHI

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklər edib. Turkustan.info xəbər verir ki,  Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən edilən dəyişikliklərə görə, qaydaların 1 nömrəli əlavəsində “İxtisas qrupları və ixtisaslar” üzrə I ixtisas qrupu sütununda “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası ləğv edilib. Əvəzində I ixtisas qrupu sütununa […]

Yerevan ABŞ-ın “qara siyahı”sında – Ermənistan Rusiyanın güdazına GEDİR

Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyanın hərbi-sənaye şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaların orbitinə Ermənistanı da daxil etmək istəyir. ABŞ-ın Ermənistandakı səfirliyindən  “Aykakan Jamanak” qəzetinə bildirilib ki,  rəsmi Vaşinqton Rusiyanın hərbi-sənaye şirkətləri ilə əhəmiyyətli müqavilələr imzalayacağı təqdirdə Yerevana qarşı sanksiya tətbiq edə bilər. Nəşrin məlumatına görə, xəbərdarlıq məktubu səfirlik tərəfindən Ermənistan hökumətinə […]

Yük avtomobilləri və avtobus sürücüləri ilə bağlı cəzalar SƏRTLƏŞDİRİLİR

Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən şəxslər və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqrafı olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı […]

ADAU-nun “AQRAR MƏSLƏHƏT XİDMƏTİ”nin üzvləri Şəmkir fermerləri ilə görüşüb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəzdində fəaliyyət göstərən “Aqrar Məsləhət Xidməti”nin (AMX) bir qrup mütəxəssisi Şəmkir rayonu Kənd Təsərrüfatı İdarəsində istixana şəraitində pomidor becərən fermerlər və yerli kənd təsərrüfatı qurumlarının (Kənd təsərrüfatı idarəsi, Bitki mühafizəsi mərkəzi və s.) iştirakı ilə növbəti elmi-praktiki seminar keçirib.  Seminarı giriş sözü ilə açan Aqrar […]

Xərçəngə qarşı peyvənd yaradıldı – Tibb aləmində böyük tapıntı

Xərçəngə qarşı peyvənd yaradılıb. Turkustan.info xəbər verir ki,  ABŞ-ın Kaliforniya Universitetinin mütəxəssisləri genetik modifikasiya olunmuş virus yaradıblar. Bu virus xərçəng heceyrələrini məhv edir. Pexa-Vec adlandırılan virus əvvəlcə xərçəngə tutulan siçanlar üzərində sınaqdan keriçilib. Mütəxəssislər sınağın uğurlu olduğunu bildirib və virus üzərində işi davam etdirəcəkləriin açıqlayıblar. Məlum olub ki, virus sağlam […]

ABŞ Rusiyanın 600 döyüşçünü məhv etdi – Sübut

Amerikalılar Suriyada “Vaqner” özəl hərbi şirkətinin 3 hücum dəstəsini məhv edib. ABŞ koalisiyasının endirdiyi zərbələrdə Suriyada döyüşən “Vaqner” qrupunun Rusiyadan və Ukraynanın Donbas vilayətindən olan təxminən 600-ə qədər muzdlusu öldürülüb. Turkustan.info xəbər verir ki, bu barədə Donbas separatçılarının keçmiş “müdafiə naziri” İqor Qirkinin (Strelkov) yaxın müttəfiqi Mixail Polınkov danışıb. “Qısaca […]

Azərbaycanda tələbə qəbulu qaydaları dəyişdirildi – Baş Nazirdən qərar

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklər edib. Turkustan.info xəbər verir ki, qərar baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb. Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən edilən dəyişikliklərə görə, Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək […]

Ağsaqqal toyda “tərbiyəsizlik” edən oğlanla qızı qovdu – VİDEO

Toyda gənclərin qeyri-adi oyunu şənlikdə iştirak edən ağsaqqal kişinin əsəbləşməsinə və gənclərə göstərməsinə səbəb olub. Turkustan.info xəbər verir ki, sinirlərinə hakim ola bilməyən yaşlı kişi “tərbiyəsiz” oyun sərgiləyən gənclərə hücum çəkib, onları oyun meydançasından çıxarıb. Ağsaqqalın bu hərəkəti ətrafda daha çox gülüşə səbəb olub.    

Azərbaycanlılar arasında silahlı insident: “Oğru dünyası” qarışdı – VİDEO

Moskvada azərbaycanlılar arasında silahlı insident baş verib. Turkustan.info-nun musavat.com-a istinadən məlumatına görə, bu haqda saytımıza Moskvada yaşayan soydaşlarımız xəbər veriblər. Xəbərdə bildirilir ki, hadisə fevralın 13-də,Moskvada baş verib. “Oğru dünyası”nın tanınmışlarından olan ağçabədili Elmir bir nəfərlə birlikdə balakənli Adama güllə atıb. Maşının içində olan Adama güllə dəyməyib və o, maşını cəld […]

Bu görüntülər Azərbaycanda çəkildi: Şok kadrlar… – VİDEO

Şabranda mağazaya quraşdırılan təhlükəsizlik kamerasına dövrə vuran naməlum işıq düşüb. Turkustan.info Xəzər TV-yə istinadla xəbər verir ki, kamera görüntüsünə baxan mağaza sahibi əvvəlcə içəri oğruların daxil olduğunu zənn edib. Ancaq görüntülərə tam baxdıqdan sonra bunun oğrular yox, hərəkətdə olan naməlum işıq olduğunu görüb. Mağaza sahibi Məzahir Məmmədov deyir ki, hər […]

İsrail parlamenti yalançı “erməni soyqırımı”nı tanımağı rədd etdi – SON DƏQİQƏ

İsrail parlamenti, 1915-ci il hadisələrinin “Erməni soyqırımı kimi tanınmasını nəzərdə tutan qanun layihəsini rədd etdi. Turkustan.info xəbər verir ki, Eş Atid Partiyasının nümayəndəsi Yair Lapid tərəfindən dəstəklənən” Erməni soyqırımı tanıma layihəsi səsvermə ilə rədd edilib. . İsrail xarici işlər nazirinin müavini Tsipi Hotoveli, 1915 hadisələrinin 100-ci ildönümü münasibətilə İrəvana parlament nümayəndə […]