Ça. İyn 18th, 2019

Azərbaycanda bahalı təhsil: Avropada ikiqat ucuz oxumaq olar – SİYAHI

Bu il ölkəmizdə təxminən Azərbaycan bölməsi üzrə 4657, rus bölməsi üzrə 555, ümumilikdə 5212 nəfər magistiraturaya sənəd verib.

Azərbaycanda magistiratura qiymətləri digər ölkələrlə müqayisədə kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycanda hətta bakalavr təhsil haqqısı xaricdə ən inkişaf etmiş ölkələrin magistr təhsil haqqısı ilə müqayisədə kifayət qədər yüksəkdir. Kiçik bir müqayisəyə nəzər yetirərək, təxminən ötən ilin  əvvəlində yerli universitetlərin açıqlanan bakalavr və magistr qiymətlərinə nəzər salaq.

Azərbaycan Dillər Universiteti
Fakültələr üzrə illik təhsil haqqı 1 – 2,5 min manat arasında dəyişir:
Ən yüksək təhsil haqqı olan fakültələr
Regionşünaslıq – 2,5 min manat
Beynəlxalq münasibətlər – 2,5 min manat
İngilis dili müəllimliyi – 2,5 min manat
İngilis dili filologiyası – 2,5 min manat
İngilis dili tərcümə – 2,5 min manat

Azərbaycan Dövlət İdarəçilik Akademiyası
Kompüter elmləri- 2000 manat
Politologiya – 2500 manat
Siyasi Elmlər- 2500 manat
Beynəlxalq münasibətlər -2500 manat
Hüquqşünaslıq – 2500 manat
Dövlət və bələdiyyə idarəetməsi – 2500 manat
Menecment – 2500 manat
İqtisadiyyat – 2500 manat

Xəzər Universiteti
Humanitar və sosial elmlər – 2500 manat
İqtisadiyyat – 4000 manat
Təhsil – 3500 manat
Mühəndislik – 3500 manat

Göstərilən ixtisaslat üzrə magistr təhsili isə 3000 manatdı. Hazırda isə bu qiymətlərin öncəki illərlə müqayisədə daha da yüksək olacağı ehtimal olunur Əlbəttə, bu da ölkədəki bahalaşma ilə əlaqədar ola bilər.

Ölkəmizdə bakalavr təhsili almış məzunlar bəzi hallarda da magistriratura üçün xaricə üz tuturlar. Əlbəttə, təhsilin daha keyfiyyətli və ölkəmizlə müqayisədə qiymətlərin bu keyfiyyətlə yanaşı həm də münasib olması məzunlaırn seçiminə təsir edir. 

Ötən illərlə müqayisədə xaricə üz tutan məzunların sayında isə artım tempi müşahidə olunur. Ümumilikdə xaricdə təhsil alan məzunların statistikasına qısaca da olsa nəzər yetirək:

Belə ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin ötən illərdə yayımladığı məlumata görə 2007-2008-ci tədris ilində xarici ölkələrin ali məktəblərinə 66 nəfər, 2008-2009-cu tədris ilində 134 nəfər qəbul olub, 200 nəfər təhsil alıb. 2009-2010-cu ildə xarici ölkələrin ali məktəblərinə daxil olanların sayı 308, təhsil alanların sayı 508 nəfər olub. 2010-2011-ci tədris ilində isə xarici ölkələrin ali məktəblərinə 275 nəfər qəbul olub, 783 nəfər təhsil alıb. 2011-2012-ci tədris ilində xarici ölkələrin ali məktəblərinə daxil olanların sayı 435, təhsil alanların sayı 1218 nəfər təşkil edib. 2012-2013-cü tədris ilində 607 nəfər azərbaycanlı xarici ölkələrin ali məktəblərinə daxil olub. 2013-2014-cü tədris ilində “Dövlət proqramı” ilə 24 nəfər xarici ölkələrin ali məktəblərində təhsil almaq şansı əldə edib. 2014-2015-ci tədris ili üçün Təhsil Nazirliyinin məlumatına görə,  900-ə yaxın namizəd xaricdə təhsil üçün qeydiyyatdan keçib.

Ümumilikdə, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası haqqında məlumatda bildirilir ki, qeyd olunan tarixədək 2612 nəfər proqram vasitəsi ilə xaricdə təhsil alıb. Məzunların 65 faizi özəl, 35 faizi isə dövlət sektorunda çalışıb ki, onlardan 179 nəfəri Böyük Britaniyanın ali məktəblərində təhsil alıb. Gənclərin bu universitetlərdə təhsil alması  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” sayəsində baş tutub. Gənclər arasında Böyük Britaniya, Rusiya,  Türkiyə, Fransa,  Almaniyada oxuyanlar daha çox üstünlük təşkil edib. Bu ölkələrin hər birində proqram üzrə təxminən 57-58 gənc təhsil alıb. Gənclərin 76,5 faizi bakalavr və magistratura  pillələrində təhsil alanlar olub. 

Xarici təcrübəyə nəzər yetirək:

Dünyanın ən aparıcı universitetlərinin cəmləşdiyi Avstriyanın bəzi ali təhsil müəssisələrində orta hesabla təhsil haqqı hər akademik il üçün təxminən 1000 ABŞ dollarıdır. Bu ölkənin bəzi dövlət universitetləri ən az inkişaf etmiş ölkələrdən olan tələbələr üçün müəyyən güzəştlər tətbiq edir, onları təhsil haqqından azad edirlər. Vyana Universitetində isə hər semestr üçün 726 avroya istənilən bölümdə təhsil almaq mümkündür.

Finlandiya isə dünyada istər bakalavr, istərsə də magistr təhsilinə görə ən mükəmməl ölkə hesab edilir. Belə ki, Finlandiyanın Aalto və Helsinki Universitetləri bakalavr, hətta doktorluq dərəcələrində təhsil almaq istəyə yerli və xarici tələbələr üçün pulsuz təhsil təklif edən iki qabaqcıl universitetlərdəndir.

Norveçin Oslo Universiteti, Norveç Elm və Texnologiya Universiteti, Bergen Universiteti kimi aparıcı universitetlər beynəlxalq tələbələr üçün istər bakalavr, istər magistr, istərsə də doktorluq dərəcələri üzrə pulsuz təhsil təklif edir.

İstər bakalavr, istərsə də, magistr təhsili səviyyəyində qiymətlər baxımdan ən münasib ölkələrdən biri də İtaliyadır. Burada xarici tələbələrə aşağı, daha münasib təhsil haqqılı proqramlar təklif edilir. Bu universitetlərə misal olaraq Milan Politexnik Universiteti, Roma La Sapienzanın Universiteti və Boloniya Universitetini göstərmək olar.

Macarıstan universitetləri də ucuz və keyfiyyətli təhsil verir. 

1971-ci ildə qurulan Almaniyanın Bremen Universiteti ən mükəmməl 11 təhsil ocağından biridir. Burada bütün sessiya və ali proqramlara, şəhərdaxili nəqliyyat daxil olmaqla, hər semester üçün 275 avro ödəməklə təhsil almaq mümkündür. 

Rusiyanın paytaxtı Moskvada isə bütün universitetlər doktorantura fakültələri üçün ödənişsiz təhsil verir.

Çexiyanın Praqa Çarlz Universitetində 500 avrodan başlayan qiymətlərlə istənilən fakültədə təhsil almaq mümkündür. 

Almaniyanın Köln Universitetində bakalavr və magistr proqramlarında təhsil haqqı 250 avrodur.

Litvanın Kaunas Texnologiya Universitetində hər semestr üçün qiymətlər 700 avrodan başlayır.   /Cebhe.info/

Paylaşılıb
CrestaProject