Prezident Ali Məhkəməyə sədr təyin etdi – SƏRƏNCAM

Ramiz Yaqub oğlu Rzayev Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.

Turkustan.info-nun məlumatına görə, Prezident İlham Əliyev fevralın 15-də bununla bağlı sərəncam imzalayıb. 
Sərəncam 2018-ci il fevralın 25-dən qüvvəyə minir.
Qeyd edək ki, R.Rzayev 2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədri, həmin ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür.

Onun Ali Məhkəmənin sədri kimi səlahiyyət müddəti fevralın 25-də bitəcəkdi.