ADAU tələbələrinin uğur forumu: Aynur Quluzadə Macarıstandan qayıdıb

Azərbaycan Dövlət Aqrar Universitetinin daha bir tələbəsi Macarıstanın Dunayvaroş Universitetindən qayıdıb. Quluzadə Aynur ADAU-nun Aqrar iqtisadiyyat fakültəsinin iqtisadiyyat ixtisasının tələbəsidir və 4-cü kursun 1-ci semestrini Dunayvaroş Universitetində biznesin idarə edilməsi üzrə oxuyub. Orda verilən təhsildən də çox razılıq edir.

-Aynur, bir az özün haqqında məlumat ver. Bu günə kimi keçdiyin təhsil yolundan danış.

– Gəncədəki 11 saylı tam orta məktəbi bitirmişəm və həmin il ADAU-nun Aqrar iqtisadiyyat fakültəsinin iqtisadiyyat ixtisasına qəbul olmuşam. 3-cü kursun sonuna kimi burda təhsil almışam.

 -Aqrar universitetdə təhsil şəraiti necədir və bu səni qane edirmi?

 -ADAU-da çox şəffaf təhsil mühiti var. Müəllimlərimizlə münasibətimiz həmişə səmimi olub və öyrənmək istədiklərimizi bizə yüksək səviyyədə tədris ediblər. Yəni, tələbə üçün lazım olan biliyi əldə etmək çətin olmayıb.

Macarıstandan yenicə qayıdıbsan. Orda təhsil hansı dildə keçirilirdi və ADAU ilə Dunayvaroş Universitetinin verdiyi təhsil arasında nə fərq gördün?

-Orda dərslər ingilis dilində keçirilirdi. ADAU ilə Dunayvaroş unuversiteti arasında elə ciddi fərq yoxdur. Eynilik daha çoxdur. Orda kitablara elə də çox üstünlük verilmirdi. Dərslər ən çox təqdimat formasında olurdu. Verilən mövzuları biz özümüz internet vasitəsilə araşdırırdıq. Araşdırma yalnız tələbənin öhdəsində idi. Ayın sonunda isə verilən mövzulardan birini seçib təqdimat hazırlayırdıq və bununlada aylıq biliyimiz qiymətləndirilirdi. Bir də dərslər diskusuya formasında olurdu ki, bu da olduqca maraqlı alınırdı.  Həm də Macarıstanda müəllim rəsmi deyil, çox sadə geyinrdi və ünsiyyət dostluq kimi qurulurdu. Təbii ki, müəllimin hörməti hər tələbə tərəfindən saxlanırdı. Qısası ADAU-da nəzəriyyə, orda isə təcrübə üstünlük təşkil edirdi.

-Dil biliyini necə əldə edibsən və Macarıstan sənə nə verdi?

-Hələ orta məktəbdən ingils dilindən hazırlıqlara gedirdim. Baza var idi. ADAU-da oxuduğum illərdə isə layihələrdə iştirak edirdim və təbii ki, burda da dil bilmək vacib idi. Yəni, özüm öyrəndim ingilis dilini. Macarıstan isə dil biliyimi daha da təkmilləşdirdi. Eyni zamanda dünyaya baxışım yeniləndi. Bütün bunlar üçün və dünya təhsilinin qapılarını üzümüzə açdıqlarına görə diqqəti və qayğısı olan hər kəsə minnətdarlığımı bildirirəm.

Qalib Rəhimli,

ADAU-nun mətbuat xidmətinin rəhbəri.