Ç. İyn 19th, 2019

Bakıda 15 yaşlı qız sevgilisinə görə özünü asdı

Yeniyetmə rəfiqəsinin evində həyatına son qoyub.

Yasamal rayonunda intihar hadisəsi baş verib. Turkustan.info “Report”a istinadla verdiyi məlumata görə, hadisə Abbas Mirzə Şərifzadə küçəsində yerləşən binada qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü, adı və soyadı hələlik açıqlanmayan qız rəfiqəsinin yaşadığı evə qonaq gəlib. O, sevgilisindən ayrıldığını bildirib və gecə saatlarında yatdığı otaqda özünü asaraq öldürüb.

Yeniyetmənin ölümü barədə atası Anar Abbasova məlumat verilib. Hadisənin baş verdiyi mənzilə Yasamal Rayon Prokurorluğunun və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən baxış keçirilib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Paylaşılıb
CrestaProject