Bu gün “Bibiheybət” Gəmi Təmiri Zavodunun ərazisində yanğın olub.

Turkustan.info-nun “Qafqazinfo”ya istinadən məlumatına görə, yanan gəminin Xəzər Dəniz Gəmiçiliyinə aid olduğu bildirilir.

Hələlik hadisə yerinə yanğınsöndürənlər cəlb edilməyib.

Yanğının səbəbi bilinmir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev isə faktı təkzib edib: O bildirib ki, yanan gəmi bu quruma məxsus deyil:““Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə aid hər hansı bir gəmi yanmayıb. Hadisə qeyd olunduğu kimi “Bibiheybət” Gəmi Təmiri Zavodunun ərazisində baş verməyib. Yanğının baş vermə sahəsinin də Gəmiçiliyin inzibati ərazisinə hər hansı bir aidiyyatı yoxdur”.