Gün: Fevral 19, 2018

Almaniya ilə Türkiyə qarşı-qarşıya – Sabah bütün dünyanın GÖZÜ ORADA OLACAQ – VİDEO

Sabah Çempionlar Liqası 1/8 final mərhələsi çərçivəsində baş tutacaq “Bavariya”-“Beşiktaş” matçı böyük maraqla gözlənilir. Turkustan.info xəbər verir ki, 75 000 azarkeş tutumu olan “Allianz” arenada keçiriləcək nəhəng qarşılaşmanın artıq bütün biletləri satılıb. Oyun 120 ölkədə canlı yayımlanacaq və 500 milyon futbolsevər tərəfindən izləniləcək. Türkiyənin ÇL-də yeganə təmsilçisi olan “Beşiktaş”ın Almaniya nəhəngi […]

Son dəqiqə : “Hizbullah” terror təşkilatı PKK/PYD terrorçularına yardım üçün Afrinə girir – Livan telekanalları canlı yayıma başlayıb – Foto

Bu gün axşam saatlarında Suriya diktatoru Bəşər Əsədə bağlı qüvvələrin terror təşkilatı PKK/PYD-yə kömək üçün Afrinə girəcəyi gözlənilir.  Turkustan.info xəbər verir ki, ilk olaraq PKK/PYD-yə yardım üçün “Hizbullah” terror təşkilatının Afrinə girəcəyi ehtimal edilir. Artıq Livanda “Hizbullah”a bağlı telekanallar Afrinin girişindən canlı yayıma başlayıb.  /Avropa.info/

Şeirdə ləhcə haqqında…

Mahmud Əyyub Bir çox zaman şeirləri oxuyarkən bölgə ləhcələrinə rast gəlirik. Sözsüz ki, bunu təbii hal kimi qəbul etmək lazımdır. Hər bir bölgədə yaşayan şair öz ləhcəsini qismən olsada şeirə gətirməlidir. Ancaq ləhcənin şeirə gətirilməsi də bir qədər nəzəri qaydalarla həyata keçirilməlidir. Dilin normalarını bilmədən şeirə gətirilən ləhcə şirin olmur […]

“Afrin Əsədin nəzarətinə keçsə, Rusiya daha çox…”

Afrinin Suriya ordusunun nəzarətinə keçməsi, Rusiyanın daha çox diplomatik səy göstərməsinə yol açar. Turkustan.info xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının üzvü Vyaçeslav Nikonov bildirib. “Suriya ordusunun Afrini alması regiondakı vəziyyəti daha da gərginləşdirəcək və Rusiyanın vəziyyəti yumşaltmaq üçün daha çox diplomatik səy göstərməsi lazım olacaq. Afrinin Suriya ordusuna keçməsi […]

Rus TV-lərində dünyanı mat qoyan azərbaycanlı – İnsanı “sms”lə də hipnoz edir – VİDEO

Son günlər bütün Rusiya ondan danışır. Ölkənin birinci kanalında hər həftə efirə gedən “Ulduzlar hipnoz altında” (Звезды под гипнозом ) verilişinə gələn bütün məşhurları öz təsirinə salıb, onlara hər istədiyini etdirir. Verilişin digər aparıcı Maksim Qalkinsə onun bacarığı qarşısında heyrətini gizlətmir. Hətta bir həftə öncə Rusiyanın ən reytinqli “Veçerniy Urqant” […]

İrandan İsrailə sensasion cavab — Strateji obyektlərin görüntülərini yaydılar + FOTO

İran Hizbullahına və İran İnqilab Keşikçilərinə yaxın bir kanalda İsrailin dövlət əhəmiyyətli obyektlərinin koordinatları və görüntüləri paylaşılıb. Turkustan.info xəbər verir ki, həm şəkilli, həm də videolu yayımlanan görüntülər Hizbullah lideri Həsən Nəsrullahın çıxışı ilə tamamlanır. Video-çarxda istifadə olunan yazıların ivrit dilində olması da xüsusi diqqət çəkir. İranın video-çarxda hədəf taxtasına […]

ABŞ kəşfiyyatının Qarabağla bağlı məxfi məktubu aşkarlandı

Rusiyanın ermənipərəst “regnum” agentliyində Ermənistanda keçiriləcək seçkilərə həsr olunmuş məqalə yayımlanıb. Turkustan.info xəbər verir ki,  Qarib Babayanın imzası ilə yayılan məqalədə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki ermənilərin seçkilərə təsirinə də toxunulur. Ən diqqət çəkən məqam isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzinin Avrasiya məsələləri üzrə […]

Baramanın “Science via Media” layihəsinin mükafatlandırma mərasimi keçirilib

Barama İnnovasiya və Sahibkalıq Mərkəzi, Azercell  və  PAŞA Bankın dəstəyi ilə Bakı Dövlət Universitetində yerləşən, tələbələrin özünü inkişaf laboratoriyası olan Barama Media Mərkəzi tərəfindən gənclik üçün möhtəşəm şans  olan “Science via Media” layihəsi uğurla tamamlanmış və qaliblərə mükafatlar təqdim edilmişdir. Qaliblərin məyyən edilməsi Youtube  kanalı və münsiflər tərəfindən verilən ballar […]

Putin Suriya ilə bağlı Ərdoğana zəng etdi

Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub. Turkustan.info A24.az-a istinadən xəbər verir ki, danışıqlar zamanı Suriya məsələsi müzakirə olunub. Hər iki prezident Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatını və İdlib əyalətinin Suriya deeskalasiya zonasında müşahidə məntəqlərinin ucaldılmasını müzakirə edib. Xatırladaq ki, yanvarın 20-də Türkiyə […]

İlham Əliyevdən 150 milyonluq SƏRƏNCAM

Azərbaycan prezidenti İlham Əliyev Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Turkustan.info-nun məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq […]

Bu şəxslərə verilən Prezident təqaüdünün məbləği artırıldı – SƏRƏNCAM

Dövlət başçısı şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdünün artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb. İlham Əliyevin digər sərəncamlarıyla müharibə əlillərinə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə də Azərbaycan […]

Zakir Həsənov: “Müharibə hər an başlaya bilər”

Müdafiə Nazirliyində vacib görüşdən önəmli anons. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi elçisi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Turkustan.info Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, cəbhə xəttindəki hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə general-polkovnik […]

Artur Rasi-zadə nazirlikdə dəyişiklik etdi – SİYAHI

Baş nazir Artur Rasi-zadə “Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb. Turkustan.info xəbər verir ki, qərarla Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib: Kollegiyanın sədri Azərbaycan Respublikasının energetika naziri Kollegiyanın üzvləri: energetika nazirinin müavinləri; Energetika […]

Bakı sakinlərinin nəzərinə: Bu xəbəri oxuyun ki, pulunuz cibinizdə qalsın

Bu gün Bakıda bir çox ödəmə aparatlarında problem yaranıb.  Turkustan.info xəbər verir ki, bu gün “MilliÖn” ödəmə terminallarında problem yaranıb. Bu barədə Bakı sakinləri məlumat veriblər. Onların sözlərinə görə, bəzi aparatlar qəpik pul qəbul etmir. Yalnız manatla ödənişin aparılması mümkündür. Bundan əlavə digər bir sakinb “BakıKart” aparatından şikayət edir. Onun sözlərinə […]

“Lotu Quli”ni təhqir edən şəxsi maşınında gülləbaran etdilər – ŞOK GÖRÜNTÜLƏR

Bir müddət əvvəl sosial şəbəkələrdə çeçen əsilli kriminal aləm üzvünün “Lotu Quli” ləqəbli Nadir Səlifovu təhqir etdiyi görüntülər yayılmışdı. Lent.az-ın Crimetime.ru-ya istinadən məlumatına görə, həmin şəxslə bağlı yeni görüntülər ortaya çıxıb. Görüntülərdə həmin şəxsin maşında güllələndiyi açıq-aydın görünür. Morqda çəkilən videoda isə bədəninin bütün hissələrinin güllə izindən deşik-deşik olduğu görünür. […]

QHT sədri təltif edildi

Bu gün “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təltif edilib. Bu barədə Turkustan.info-ya ictimai birliyin sədri Mətanət Əsgərqızı məlumat verib. Təşkilat rəhbəri qeyd edib ki, daha bir hədiyyə xaricdə yaşayan, adının çəkilməsini istəməyən bir iş adamından gəlib. Qeyd edək ki, yaxın zamanlarda […]

“Misir dunya uşaqların gözü ilə” adlı beynəlxalq rəsm müsabiqəsində ölkəmizi təmsil edən şagirdlər mükafata layiq görüldü

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Abşeron rayon Saray qəsəbə Uşaq  İncəsənət Məktəbinin Təsviri İncəsənət şöbəsinin şagirdləri “Misir dunya uşaqların gözü ilə” adlı Beynəlxalq rəsm müsabiqəsinə qatılıblar. Belə ki, Misir Ərəb Respublikasında ənənəvi olaraq hər il “Misir dunya uşaqların gözü ilə” adlı Beynəlxalq rəsm müsabiqəsi keçirilir. Sonuncu müsabiqəyə dunyanın 140 ölkəsindən […]

Ehtiras, şəhvət, pornoqrafiya… – Ekrandan evimizə sızan XƏRÇƏNG – SOS (18+) VİDEO

Ötən həftə “Lider TV”də yayımlanan “Evimin qonaqları” adlı proqramda aparıcı Sərxan Kərəmoğlunun qonağı olan müğənni Mətanət Əsədovanı öpüşlərə qərq edərək, erotik məzmunlu ifadələr işlətməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Aparıcının Mətanəti öpərək “Ay Allah, nədir bu? Baldı, bal! Nə gözəl parfum vurub gəlmisən. Parfumunun dadı, özünün dadı, bədəninin dadı… 18 plyusdur, artıq […]

“Deputatın statusu haqqında” qanun DƏYİŞİR

Sabiq deputat və onun ailə üzvləri pensiya təminatından istifadə edə biləcəklər. Turkustan.info bildirir ki, bu barədə Modern.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli “Deputatın statusu haqqında” qanuna ediləcək dəyişikliyi şərh edərkən bildirib. O deyib ki, “Deputatın statusu haqqında” qanunun hazırda qüvvədə olan 24-1-ci maddəsi ləğv […]

Hər kəsin bilməsi vacib olduğu qayda: Ev tikmək üçün rüsum və icazəyə ehtiyac yoxdur

Yerli icra hakimiyyətlərinin tikinti sahəsində nöqsanları və özbaşınalıqları Azərbaycan Respublikasında yaşayan hər bir insana məlumdur. Bunların qarşısı alınmaz dərəcədə mövcud qanunların pozulmasına yönəldilmiş hərəkətlərinə rəvac verən orqanlarla yanaşı elə sadə vətəndaşların özləridir.Vətəndaşların öz hüquqlarını və qanunu bilməməsi tikinti ilə bağlı icra hakimiyyətinin qeyri-qanuni cinayətkar tələblərinin normaya çevrilməsinə səbəb olub.Baxmayaraq ki, […]

Evdən qaçan gəlinin qaynatasından şok sözlər: “Asiya başqa oğlanla görüşürmüş…”

Xəbər verildiyi kimi, Göygöl rayonunda 2 ayın gəlini evdən qaçıb. Rayonunun Mollacəlilli kəndində 20 yaşlı Asiya Ağakişiyeva düz 8 gündür ki, axtarılır. Qaynatası gəlinini fen almaq üçün mağazaya aparıb, sonradan isə onun həmin yerdən bir taksi ilə uzaqlaşdığını görüb… Asiyanın qaynatası Tanrıverdi Bayramov AzNews.az-a müsahibəsində gəlininin qardaşı arvadının əli ilə […]

50 manatlıq xalq artistləri…

Seymur Verdizadə Son günlər şou əhlini çox tənqid edirəm. Ona görə yox ki, bu adamlar ifa etdikləri bayağı mahnılarla xalqın musiqi zövqünü korlayırlar. Əsas səbəb odur ki, əksər müğənnilər gözümüzün içinə baxa-baxa yalan danışır, bizi avam yerinə qoymağa çalışırlar… Bakıda, metronun “Əhmədli” stansiyası ilə “Ukrayna” meydanının arasında məşhur bir şadlıq […]

Prezident Qarabağ münaqişəsinin həlli şərtini açıqlad

Prezident İlham Əliyev fevralın 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Turkustan.info-nun məlumatına görə, dövlət başçısı Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirib. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində […]

Yol polisləri özlərini suya atıb ana və 6 aylıq körpəni xilas etdilər – FOTO+VİDEO

Xəbər verdiyimiz kimi, dünən Ağdaş rayonunda içərisində gənc ailənin olduğu avtomobil su kanalına düşüb. Hadisə Bakı-Qazax yolunun 259-cu kilometrliyində – Ağdaş rayonu Aşağı Ləki kəndindən keçən hissəsində qeydə alınıb. Bakı sakini, 1990-cı il təvəllüdlü Hümbətzadə Oruc Mehbalı oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb. Avtosfer.az-ın əldə […]

Ziya Bünyadovun qatili SENSASİYALI FAKTLARI AÇIQLADI – Həbsxanada ŞOK MÜSAHİBƏ

Turkustan.info bildirir ki, musavat.com-un əməkdaşı Akademik Ziya Bünyadovun qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş Nizami Nağıyevlə saxlanıldığı Qobustan Qapalı Həbsxanasında görüşüb müsahibə alıb. Həyatının 54-cü ilini yaşayan Nizami Nağıyev 18-ci ildir ki, həbsxanadadır. 2000-ci ildən ömürlük məhbuslar üçün nəzərdə tutulan kamerada qətlin digər iştirakçısı Mahir Zeynalovla birgə saxlanılır. İqtisad […]

Dövlət Televiziyası təsdiqlədi: Əsəd Afrinə girir

Prezident Bəşər Əsədə tabe olan silahlı birləşmələr bir neçə saat içində Afrinə girəcək. Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, bu xəbəri Suriya Dövlət Televiziyası yayıb. Məlumata görə, xəbər televiziyanın öz müxbirinə istinadən yayılıb. Xatırladırıq ki, bu günlərdə Bəşər Əsəd və PKK arasında Afrinlə bağlı uzlaşma əldə edildiyinə dair məlumatlar ortaya […]

Əli Həsənovun nəvəsi əfv ərizəsi yazıb? – Komissiya üzvü açıqladı

“Bu vaxta qədər Əfv Məsələləri Komissiyası təxminən mindən çox müraciətə baxıb”. Turkustan.info bildirir ki, bunu Cebhe.info-ya açıqlamasında Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Mehdi Mehdiyev deyib. Komissiya üzvü bildirib ki, daxil olan müraciətlərin hər birinə baxılır və müzakirə edilir: “Daxil olan müraciətlər baxılıb qurtardıqdan sonra ölkə başçısı əfvlə bağlı öz qərarını açıqlayacaq. […]

Türkiyəli seks manyak Bakı həbsxanasında öldü

Bakıda istintaq təcridxanasında saxlanılan xarici vətəndaş ölüb. Turkustan.info-nun məlumatına görə,  Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Türkiyə vətəndaşı, 1959-cu il təvəllüdlü Ertekin İsmayıl Sönmez ürək tutmasından dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, İ.Sönmez Türkiyə ərazisində zorlama və seksual zorakılıq hərəkətləri etdiyinə görə həmin dövlətin Cinayət Məcəlləsinin […]

“Virtual Məkanda Azərbaycan” layihəsinin ilk təlimi baş tutub

18.02.2018-ci il tarixində Gənclər və İdman Nazirliyinin dəstəyi , “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Virtual Məkanda Azərbaycan” layihəsinin ilk təlimi baş tutub. Əməkdar jurnalist Ləman Əliəşrəfqızı gənclərə araşdırma texnologiyasından, araşdırma sisteminin işləmə mexanizmindən, araşdırmada cavab axtarılan suallardan və sənədli filmlərin hazırlanma metodologiyasından təlim keçib. “Sərdar” sənədli filmi nümayiş olunub və […]

Ziya Məmmədovun evi yandı

İsmayıllı rayonunda ötən gecə yanan evin sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus ev yanıb. Turkustan.info-nun APA-ya istinadən xəbərinə görə hadisə fevralın 19-da saat 4:00 radələrində rayonun Buynuz kəndində qeydə alınıb. Meşəlik və dağlıq ərazidə yerləşən, keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus böyük həyətyanı sahədə inşa edilən evlərdən biri yanıb. Yanğın […]

Terrorçuların 15 öbyekti dağıdıldı – Ölü sayı 1641-ə çatdı

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 1641-ə çatıb. Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə SQ Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, ötən gün Afrində PYD, YPG və İŞİD terror təşkilatlarının 27 üzvü zərərsizləşdirilib. Bundan başqa, Türkiyə Hərbi Hava Qüvvələri […]

Qarabağ məsələsi üçün yeni mərhələ – Bakının düşmənə “yubiley” sürprizi

Qarabağdakı separatçı hərəkatın 30-cu ildönümündə işə düşəcək meqa-layihə də işğalçı Ermənistandan yan ötəcək; iyunun 30-da istifadəyə veriləcək Cənub Qaz Dəhlizi (TANAP) tək “Şahdəniz” yatağını deyil, ümidimizi də Avropaya daha sıx bağlayacaq… Sabah – fevralın 20-də Azərbaycanın Dağlıq Qarabağ vilayətində erməni separatçı hərəkatın başlanmasının 30-cu ildönümü tamamlanır. 30 il öncə – […]

Bakıda Türkiyə ordusunun “Zeytun budağı” əməliyyatına DƏSTƏK- FOTOLAR

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) təşəbbüsü ilə Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində başladığı “Zeytun budağı” hərbi əməliyyatına dəstək məqsədilə “Qardaşlığımız əbədidir” adlı tədbir keçirilib. Turkustan.info-nun məlumatına görə, iştirakçılar tədbirdən əvvəl Şəhidlər Xiyabanı və Türk şəhidliyini ziyarət ediblər.Tədbirdə bildirilib ki, Türkiyənin Afrində başladığı terrorla mübarizə hərəkatını dəstəkləmək və Azərbaycan-Türkiyə qardaşlığının əbədi […]

Yeni Zelandiyalı mütəxəssis ADAU-da çalışacaq

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində Yeni Zelandiyalı mütəxəssis, doktor Brain Milestone 3 ay müddətində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) çalışacaq. Təhsil müəssisəsinin mətbuat xidmətinin  Turkustan.info-ya verilən xəbərinə görə Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla […]

Yerevandakı PKK terrorçularının tutulması üçün axtarışlar başlayıb

Ermənistan polisi Milli Təhlükəsizlik Nazirliyi ilə birlikdə Yerevanda PKK terrorçularının tutulması üçün axtarışlara başlayıb. Turkustan.info Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Haykakan Jamanak” qəzeti yazıb. Məqalədə qeyd olunub ki, Yerevanda təhsil alan erməni və kürd tələbələr bununla bağlı ölkənin hüquq-mühafizə orqanlarına çağırılıblar və sorğu-sual ediliblər. Qeyd edək ki, “Haykakan […]

Sabahdan MSK-da prezidentliyə namizədlik üçün sənəd qəbulu başlayır

Sabahdan prezidentliyə namizədliyin qeydə alınması üçün sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi başlayır. Turkustan.info Modern.az-a istinadən məlumatına görə,bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında qeyd olunub. Təqvim planına əsasən, namizədlərin qeydə alınması üçün sənədlər 2018-ci il fevralın 20-dən 12 mart saat 18.00-dək təqdim edilə bilər. […]

Bir neçə saat sonra Suriya-Türkiyə müharibəsi BAŞLAYA BİLƏR – Dövlət televiziyası BƏYAN ETDİ

 Suriyanın hökumət gücləri bir neçə saat içində Afrin bölgəsinə girəcək. Bu barədə “Röyters” agentliyi Suriya dövlət televiziyasına istinadən bildirib. Türkiyənin “Habertürk” nəşri isə yazıb ki, hökumət güclərinin bu gün axşam saat 18:00 radələrində Afrinə girməsi gözlənilir. rejim güclərinin bir həftə ərzində 52 kritik nöqtədə, bu gün və sabah isə 4 […]

“Bordo bereli”lər məşhur holland terrorçunu öldürdü

Afrində keçirilən “Zeytun budağı” əməliyyatında 3 terrorçu öldürülüb. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, öldürülən terrorçular YPG terror təşkilatının üzvləri olublar. Onların Niderland, İspaniya və Fransa vətəndaşı olduğu bildirilib. *** Öldürülənlərdən biri hollandiyalı Sjoerd Heeger xarici mətbuat orqanlarına verdiyi müsahibələrlə məşhur olub. Məlumata görə, Heeger türk ordusuna partladıcı yerləşdirilmiş avtomobillə […]

İran ABŞ-a meydan oxuyur: İraq silahlandırılır

İran İraqa hərbi texnika tədarük etməyə hazırdır. Turkustan.info xəbər verir ki, bu barədə informasiyanı İran Müdafiə Nazirliyi yayıb. Nazirlik silah tədarükü ilə bağlı İraqla xüsusi komitələr formalaşdırılacağını bildirib. Qeyd edək ki, İran Səddam Hüseynin devrilməsindən sonra İraqda öz təsir dairəsini artırıb. Hazırda İranın xüsusi təlimçiləri İraq ordusunun hazırlığını həyata keçirir.  […]

ABŞ Azərbaycanı təhdid etdi! – Ağ Evdən xəbərdarlıq

Ağ Ev rəhbərliyi Azərbaycanın Rusiya ilə imzaladığı hərbi sazişə görə, Bakı administrasiyasına xəbərdarlıq məktubu göndərib. Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə KİV-də məlumat yayılıb. Xəbərdə bildirilir ki, Ağ Ev Azərbaycanın ABŞ-ın sanksiya tətbiq etdiyi ölkələrin siyahısında olan Rusiya müdafiə şirkətlərindən hərbi texnika almasından məmnun deyil və Vaşinqton rəhbərliyi bununla […]

ADAU tələbələrinin uğur forumu: Qüdrət Həbibli Macarıstan təəssüratlarından danışdı

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Qüdrət Həbibli də  Macarıstanın Dunayvaroş Universitetindən qayıdıb. O, ADAU-nun Aqrar iqtisadiyyat fakültəsinin dünya iqtisadiyyatı ixtisasının tələbəsidir və 4-cü kursun 1-ci semestrini Dunayvaroş Universitetində biznesin idarə edilməsi üzrə oxuyub. Gəncədəki doğma universiteti ADAU-ya  qayıdan Qüdrət orda gördüklərini bizimlə bölüşdü.  -Qüdrət, necə oldu ki, sən Macarıstanda oxumaq […]

“Mən belə laqeyd cəmiyyətə görə çox qorxuram” – Anar

“Mən və rəhmətlik Yusif Səmədoğlu İsa Qəmbəri zaminə götürdük, türmədə olanda neçə dəfə müraciət yazdım. Neçə dəfə türmədə olan Pənah Hüseyn haqqında, İsgəndər Həmidov haqqında yazdım. Rəhmətlik Əbülfəz Elçibəy – mənim ona hörmətim var – haqqında yazmışdım.  Yaxşı, Elçibəy bizim haqqımızda çox gözəl sözlər deyib, 60-cı illər nəsli, konkret olaraq […]

Çində Azərbaycan əsginasları satışa çıxarıldı: 1 manat 6 dollara, 5 manat isə… – FOTO

Dünyaca məşhur alış-veriş saytında Azərbaycanın köhnə pul əsginasları ilə yanaşı yeniləri də satışa çıxarılıb. Turkustan.info unikal.org-a istinadən xəbər verir ki, Çinin dünyaca məşhur alış-veriş saytı “e-bay”da Azərbaycanın 1 və 5 manatlıq əsginaları satılması üçün sayta yerləşdirilib. Maraqlıdır ki, satışda olan 5 manat 31 dollara, 1 manatlıq əsginas isə 6.29 dollara satılır.  […]