Gün: Fevral 20, 2018

Qarabağ probleminin həlli üçün təklif – VİDEO

“Biz Ermənistanla sərhədlərimizi açacağıq, onlarla qardaş olacağıq, viza sistemini aradan qaldıracağıq. Mən əminəm ki, Ermənistan da bu dostluğa, qardaşlığa bir jestlə qarşılıq verəcək”. Turkustan.info xəbər verir ki, bunu Türkiyədəki A9 kanalının sahibi, dini kitabların müəllifi və kanalında gündəlik, canlı yayımladığı verilişlərin aparıcısı olan Adnan Oktar Minval.info-ya müsahibəsində bildirib. Bir saata […]

Göygöldə itkin düşən gəlin tapıldı

Göygöl rayonunda itkin düşən gəlinin 11 gün ərzində harada yaşadığı məlum olub. 11 gün əvvəl qayınatası ilə birgə Göygöl şəhərinə gələn və qəflətən orada taksiyə minərək Gəncə şəhəri istiqamətinə gedən gəlin Gülüstan qəsəbəsində düşərək rəfiqəsi ilə görüşüb. Əvvəlcədən planlaşdırdıqları kimi şəhər ərazisində kirayə ev tutub və 11 gün ərzində orada […]

“Mehmetcik”dən 2 saat içində STRATEJİ QƏLƏBƏ – VİDEO

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu (ASO) Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatının 32-ci günündə ciddi uğur qazanıb. Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, Afrinin şimalındakı Sorani, Heyyani ve Zeytune kəndləri 2 saat ərzində azad edilərək şimal cəbhəsinin birləşdirilməsi üçün önəmli addım atılıb. Əməliyyatın gedişatında Azez və Şeyx […]

Xəbərdar etmişdi – Türk pilotları Əsəd hərbi konvoyunun keçdiyi bölgəni bombalayır – FOTO

Türk ordusu Afrinə girən Bəşər Əsəd tərəfdarı olan qüvvələrə bomba yağdırır. Turkustan.info xəbər verir ki, Əsəd tərəfdarı ordu qüvvələrin Afrinə daxil olması ilə paralal olaraq, Türk reaktivlərinin konvoyun keçdiyi ərazini bombalamağa başlayıb. Suriya dövlət televiziyası da TSQ-nin Afrinə girən rejim tərəfdarı qrupları bombaladığını bildirib. Nəticədə Suriya rejiminin silahlıları 10 km […]

Azərbaycanda yayılan xəstəlik adi qrip deyil – Həkimlər çarəsizdir

1 aydan çoxdur ki, əhali arasında kütləvi yayılan, geridönüşlü, təkrarlanan və uzun müddət davam edən, əvvəl həkimlərin mövsümi qrip adlandırıb sanki “boş verdikləri” virus təhlükəli dövriyyəyə qədəm qoyub. Turkustan.info medicina.az-a istinadən bildirir ki, bəzən gecəyarı belə insanlar aptekə gələrək qızdırma salıcı, öskürək əleyhinə dərmanlar, antibiotiklər, qrip dərmanları, akvamaris kimi preparatlar […]

Vaqif Əsədov azyaşlının həyatını riskə atan Abbas Bağırov barədə: “Cəzalanacaq” – VİDEO

Əməkdar artist Abbas Bağırovun qanuna zidd olaraq azyaşlını qabaq oturacaqda əyləşdirərək (üstəlik, kəmər bağlamadan – red.) videosu yayılıb. Bu görüntü sosial şəbəkədə müzakirələrə səbəb olub. Hər kəs Abbası buna görə kəskin tənqid edib. Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə […]

Azərbaycan Putinsiz Rusiya ilə birləşir?

Ermənistanda Putindən sonrakı dövrün böyük müharibəsinə hazırlaşırlar. Bu ildən Rusiya Avrasiya İttifaqının sədridir  və bununla bağlı prezident Vladimir Putin bir sıra MDB ölkələrini – Tacikistan, Özbəkistan və Azərbaycanı Avrasiya İttifaqında müşahidəçi olmağa dəvət edib. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə,  “Eurasia Review” portalı “Azerbaijan In EAEU: Is It Possible?” (Azərbaycan Avrasiya İttifaqında: […]

Ərdoğandan açıqlama: Əsəd bunun bədəlini ağır ödəyər…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədə sadiq qüvvələrin Afrinə daxil olması ilə bağlı yayılan məlumatları şərh edib. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, makedoniyalı həmkarı Gyorge İvanovla görüşündən sonra jurnalistlərin bu yöndə olan suallarını cavablandırıb. “10-a qədər şəxsin Afrinə doğru hərəkətdə olması müəyyən edilib. Daha sonra top atışlarından sonra […]

Əsəd ordusu Afrinə belə daxil oldu – VİDEO

Bəşər Əsədə sadiq qüvvələr Suriyanın Afrin şəhərinə daxil olub. Turkustan.info xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb. Sputnik agentliyinin Türkiyə üzrə bölməsi də YPG-yə istinadən məlumatı təsdiqləyib. Qeyd edək ki, bir neçə gündür Əsəd qüvvələrinin Afrinə daxil olacağı ilə bağlı məlumatlar yayılırdı. *** Əsəd qüvvələrinin Afrinə daxil olmasının videogörüntüləri yayılıb. Həmin […]

SON DƏQİQƏ: Türkiyə Suriya ordusunu da susdurdu – Afrinə girən qüvvələr geri çəkildi

Röyters agentliyi Dəməşq tərəfindən dəstəklənən qüvvələrin Afrinə girdiyi barədə xəbərlər yayıb. Turkustan.info-nun məlumatına görə, Hələbdən yola çıxan silahlıların bir hissəsi artıq bölgəyə çatıb. Lakin az sonra Türkiyə ordusu həmin dəstələrin daxil olduğu bölgələrə zərbələr endirib. Anadolu agentliyinin məlumatına görə, xəbərdarlıq atəşindən sonra qüvvələr geri qayıtmağa başlayıb.  /Metbuat.az/

Paşayeva türkləri ayağa qaldırdı: “Türkün türkdən başqa dostu yoxdur!” – VİDEO

Millət vəkili yenidən Türkiyə mediasının gündəminə gəlib. Turkustan.info xəbər verir ki, millət vəkili Türkiyənin Aydın şəhərinin Nazilli bölgəsində ucaldılan Xocalı abidəsinin açılışına qatılıb. Mərasimdə Paşayeva çıxış edərək Türkiyəyə dəstəyini nümayiş etdirib. ” Türkiyəni zəiflətmək istəyənlərə səslənirəm. Türkiyə tək deyil, onu zəiflətmək istəyənlərin buna gücü yetməz. Türkiyə üçün canını verəcək, canını verməyə […]

QHT Şurası ilə ASAN Radio yeni layihəyə başladı

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ASAN Radio ilə əməkdaşlığı çərçivəsində radio proqram hazırlanır. Verlişində hazırlanmasında məqsəd QHT-lərin fəaliyyətinin ictimaiyyətə daha geniş miqyasda təqdim olunmasına yardım etməkdir. İndiyədək 2 buraxılışı yayımlanmış “QHT Xəbər” verlişi hər həftənin ikinci günü (çərşənbə axşamı), saat 14:00-da efirdə olacaq. “QHT Xəbər” verlişi də Qhtxeber […]

Gizli görüş: Bazarlıq başlamadan bitdi

Terror təşkilatı PYD-nin 3 ildir aralarında heç bir görüş olmadığını iddia etdiyi Bəşər Əsəd tərəfdarı olan hərbi birliklərlə görüşdüyünə dair xəbər yaylıb. Turkustan.info xarici mətbuata xəbər verir ki, görüş 3 saat davam edib və tərəflər heç bir razılığa gələ bilməyib. Beləliklə də günlərdir müzakirə edilən PYD-Əsəd işbirliyi başlamadan sona çatıb. […]

Prezidentdən Ramiz Mehdiyevlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin ediliblər. Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə […]

İranda iğtişaşlar – Ölü sayı 5-ə çatdı – VİDEO

300-dən artıq həbs olunan var. İranda ötən gündən başlayan iğtişaşlar zamanı ölənlərin sayı 5 nəfərə çatıb. Turkustan.info İran KİV-lərinə istinadən verdiyi məlumata görə, fevralın 19-u axşam saatlarında Tehranın Pasdaran küçəsində Qonabad dərvişləri ilə hüquq-mühafizə qüvvələri arasında qarşıdurma yaranıb. Hadisə dərviş liderlərindən olan Nemətullah Riyahinin həbs edilməsindən və dərvişlərin yaşadığı məhəllərin […]

MAXE olmaq istəyənlərin nəzərinə

Müdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər martın 1-dən 20-dək müvafiq sənədlərlə birlikdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, eləcə də hərbi birliklərin qərargahlarında fəaliyyət göstərən […]

Vətəndaşların hər birinə 100 dollar bağışlana bilər – TƏKLİF

Vəhdət Partiyası Azərbaycan Xalq Cümuriyyətinin (AXC) 100 illik yubileyi münasibətilə Azərbaycan Hökumətinə ölkə vətəndaşlarının hər birinə 100 dollar ekvivalentində pul bağışlamasını təklif edib. Turkustan.info bildirir ki, bu barədə unikal.org-a Vəhdət Partiyasının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Vəhdət Partiyası Azərbaycan Xalq Cümuriyyətinin 100 illik yubileyi münasibətilə hökümətə Azərbaycanın strateji valyuta ehtiyatlarının […]

Lənkəranskinin qatili bilindi

Rusiya hüquq-mühafizə orqanları aydınlaşdırıblar ki, Rövşən Lənkəranskini 2016-cı ilin yazında Moskvada güllələnmiş “göyərti kralı” Canpolad Şamiloğlununm qisasını almaq üçün öldürüblər. Turkustan.info Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiyanın hüquq-mühafizə orqanlarındakı etibarlı mənbə məlumat verib. Mənbə bildirib ki, Rövşən Canıyevin İstanbuldakı qətli Rusiya Federasiyasının kriminal dünyasında güc bölgüsünə təsir etdiyi üçün […]

Bu sürücülər 50 manat cərimələnəcək – YENİ QANUN

Nasaz və ya plombu pozulmuş taksometrlə (yol haqqını hesablayan taksi sayğacı) sərnişin daşıyan taksi sürücüləri cərimələnəcək. Turkustan.info axar.az-a istinadən xəbər verir ki, bu barədə millət vəkili Vüsal Hüseynov qeyd edib. O bildirib ki, Milli Məclisdə müzakirə ediləcək yeni qanun layihəsinə əsasən nasaz və ya plombu pozulmuş taksometrlə sərnişin daşıyan taksiləri […]

Nazirliklərdə İSTİSMAR – Mikayıl Cabbarov Fazil Məmmədovun “ənənəsinə” son qoydu

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, tam iş vaxtı – müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddətinin […]

Efiopiyanın Bakıdakı fəxri konsulu: “Afrika ölkələri Azərbaycan üçün bir açılımdır” – MÜSAHİBƏ

Ceyhun Ələkbərov: “Efiopiya ilə Azərbaycanın ən böyük oxşar cəhəti qədim sivilizasiyaya malik olmalarıdır” Turkustan.info bildirir ki, Efiopiya Federal Demokratik Respublikasının Azərbaycandakı fəxri konsulu Ceyhun Ələkbərov Modern.az saytına müsahibə verib. Müsahibədə Efiopiya-Azərbaycan arasında iqtisadi-siyasi əlaqələrindən tutmuş, konsulun Xocalı soyqırımı ilə bağlı fikirləri yer alıb. – Ceyhun müəllim, 2017-ci ilin sonunda Efiopiyanın […]

Azərbaycanda QEYRİ-ADİ HADİSƏ -Qız özündən yaşca balaca sevgilisini qaçırdı – VİDEO

ARB TV-də yayımlanan “Çıxış yolu Afət Rahilqızı ilə” verilişində maraqlı məqamlara aydınlıq gətirilib. Turkustan.info xəbər verir ki, Mehparə adlı qadın keçmiş ərinin 5 uşağını ataraq, Bakıya getdiyini və övladlarına aliment vermədiyini bildirib. Kürdəmir rayon sakinin müraciətindən sonra verilişin çəkiliş heyəti sözügedən rayona yola düşüb. Lakin Mehparənin qaynanası onun yaxşı gəlin olmadığını, […]

Ərdoğan: “Dünyada vəhşi qətliam axtaran varsa, bu, Xocalıdır” – VİDEO

Bu gün Ədalət və İnkişaf (AK) Partiyasının parlament qrup toplantısı keçirilir. Turkustan.info xəbər verir ki, iclasda çıxış edən Türkiyə prezidenti və AK partiya sədri Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Xocalı soyqırımından danışıb. O, məclisdəki Azərbaycan heyətini salamlayaraq, bunları deyib: “Bu gün 26 il öncə Xocalı faciəsində şəhid olan bütün azərbaycanlı qardaşlarımızı […]

Avropa Afrin üçün hərəkətə keçdi: Türkiyəni dayandırın

Afrində keçirilən “Zeytun budağı” əməliyyatından narazı olan bir sıra siyasi simalar Fransada Türkiyə ordusunun dayandırılması üçün imza toplamağa başlayıb. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, əməliyyatın dayandırılması üçün imza toplamağa başlayan siyasətçilər bölgədə ağır zərbə alan qrupların müttəfiqləri olduğunu açıqlayıb. İŞİD-lə mübarizəni bəhanə edən fransız siyasətçilər türk ordusunun Suriyanın şimalından […]

Ərdoğan Afrinin mühasirəyə alınacağı tarixi açıqladı

“Qarşıdakı günlərdə Afrin şəhəri mühasirəyə alınacaq. Beləliklə, həm şəhərə, həm də bölgəyə gələn yardımların qarşısı kəsiləcək”. Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında bildirib. “Türkiyə və türk millətinin “qırmızı xət”lərini yox sayanlara, lazım gəldiyində bu xətləri alnın […]

Putindən Ərdoğana TƏMİNAT – Danışıqların detalları ortaya çıxdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında dünən baş tutan telefon tanışıqlarının yeni detalları ortaya çıxıb. Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, Rusiya lideri Ərdoğana Afrin mövzusunda təminat verib. Xəbərə görə, Ərdoğan Suriya ordusunun Afrinə girəcəyi halda, bunun ağır nəticələrinin olacağını bildirməsindən sonra, Putin “belə bir […]

Nazirlik: “Dünənki sərəncamlarla 33,6 min nəfərin təqaüdü artıb”

Müharibə və 20 Yanvar əlillərinə, şəhid ailələrinə verilən prezident təqaüdünün artırılması haqqında sərəncamlar ümumilikdə 33,6 min nəfərə şamil olunacaq. Turkustan.info bildirir ki, bu barədə Modern.az-a Əmək və Əahlinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Nazirliyin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müharibə əlillərinə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş […]

Quranda Peyğəmbər sözü yoxdur! – Elşad Miridən açıqlama – VİDEO

Tanınmış ilahiyyatçı Elşad Miri “Quranda Peyğəmbər sözü yoxdur” başlığı altında qısa videoçarx hazırlayıb. Turkustan.info “din.az” saytına istinadən xəbər verir ki, ilahiyyatçı yayımladığı videoda “nəbi” ilə “rəsul”sözlərinin anlayışlarını izah etməyə çalışıb. “Peyğəmbər, namaz, dəstəmaz və sair kimi ifadələr dilimizə ərəb dilindən deyil, fars dilindən keçib. Halbuki ərəb dilində bu sözlərin fərqli mənaları […]

Ziya Məmmədovun villasındakı yanğınla bağlı – Rəsmi açıqlama

İsmayıllı rayonunda ötən gecə yanan evin sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu məlum olub. Turkustan.info-nun APA-ya istinadən xəbərinə görə hadisə fevralın 19-da saat 4:00 radələrində rayonun Buynuz kəndində qeydə alınıb. Meşəlik və dağlıq ərazidə yerləşən, keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus böyük həyətyanı sahədə inşa edilən evlərdən biri yanıb. […]

Türk ordusu 78 mövqeni tutdu: 1715 ölü

Türk ordusu Afrində keçirilən “Zeytun budağı” əməliyyatının başlanğıcından indiyə qədər 78 mövqedə nəzarəti ələ keçirib. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə TSQ-nın Baş Qərargahından bildirilib. Məlumata görə, “Zeytun budağı” əməliyyatı çərçivəsində gecə ərzində Kilisdən terrorçu mövqelərinə artilleriya zərbələri endirilib, Raco və Cinderesdə şiddətli atışmalar davam edib. 32 gün […]

İtkin alpinistlərin axtarışı dayandırıldı

Son günlər yağan güclü qar axtarış aparmağa imkan vermir Ötən ilin dekabr ayının sonlarında Qusar ərazisində itkin düşmüş 3 alpinistin axtarışlarını son 2 gündə aparmaq mümkün olmayıb. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, buna səbəb son günlərdə müşahidə edilən kəskin hava şəraiti olub. Fevralın 18-dən başlayaraq əraziyə yenidən güclü qar yağıb. […]

Türklərə qarşı “Afrin tələsi”: Moskvadan cavab gecikmədi

Saleh Müslimin “Rusiya vasitəçilik edir” açıqlamasına Moskvadan cavab gecikməyib Suriyanın şimalında, Türkiyənin hərbi əməliyyat keçirdiyi Afrin bölgəsində vəziyyət gün keçdikcə daha da gərginləşir. Türkiyə Silahlı Qüvvələri (TSQ/TSK) və Azad Suriya Ordusu (ASO) qarşısında tab gətirə bilməyən PYD terrorçuları Suriya prezidenti Bəşər Əsəddən yardım istəyib.   Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir […]

Əli Mirəliyev Mirkamili efirdə biabır etdi: “Ağzını əydi”- VİDEO

İfaçı Mirkamil kamilov “Səhər-səhər” verilişinin qonağı olub. Turkustan.info xəbər verir ki, ifaçının klassik musiqini oxuma tərzi 68 yaşlı Əli Mirəliyevi qane etməyib. Mirkamili tənqid edən ifaçı onu yamsılamağa da cəhd göstərib. Elgiz Əkbər tərəfindən də tənqid edilən ifaçı çarəni mahnını yenidən ifa etməkdə görüb. Həmin kadrları təqdim edirik:   /A24.Az /  

Putin emissarının İrəvan səfəri, PKK-erməni dostluğu və Qarabağ…

Rus xəfiyyəsi Narışkinin Ermənistan ziyarətində Türkiyə “izi” və… səfərin bəzi başqa pərdəarxası məqamları; Azərbaycanın böyük lobbisti olan İsrail müdafiə naziri Libermana qarşı sui-qəsd cəhdi təsadüfidirmi; azərbaycanlı general: “Erməni barmağı var…” Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin dünən – fevralın 19-da İrəvanda işgüzar səfərdə olub. Bu barədə informasiyanı Ermənistan Milli […]

Prezident borcların silinməsini təklif edib – LAYİHƏ

Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə (MM) əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borclarının, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib. Turkustan.info APA-ya istinadən xəbər verir ki, bununla bağlı prezident İlham […]

Əl, ayaq və digər orqanlarda ŞİŞKİNLİYİN 8 TƏHLÜKƏLİ SƏBƏBİ – FOTO

İllərdir ki, istifadə etdiyiniz üzük barmağınıza olmur, ayaqlarınız da şişdiyi üçün ayaqqabılarınız sıxmağa başlayıb? Bu cür şişlər orqanizmdə mayenin toplanması nəticəsində yaranır. Turkustan.info oxucuları bədəndəki şişlərin yaranma səbəbləri və ondan xilas yolları ilə tanış edib. Duz Gündəlik tövsiyə edilən duz norması 5 qram və ya 1 çay qaşığıdır. Əgər lazım […]

Ziya Bünyadovun qatili SENSASİYALI FAKTLARI AÇIQLADI – Həbsxanada ŞOK MÜSAHİBƏ – II

İcra başçısının oğlu olan Nizami Nağıyev qətlin hazırlıq mərhələsindən və hər şeydən danışdı… Akademik Ziya Bünyadovun qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş Nizami Nağıyevlə saxlanıldığı Qobustan Qapalı Həbsxanasında görüşüb müsahibə almışıq. Həyatının 54-cü ilini yaşayan Nizami Nağıyev 18-ci ildir ki, həbsxanadadır. 2000-ci ildən ömürlük məhbuslar üçün nəzərdə tutulan kamerada […]

Lənkəranski Allahşükür Paşazadəyə yazdığı məktubunda nə istəyirdi? – İstintaq materialları

Rövşən Lənkəranski ilə bağlı istintaq materiallarından maraqlı materialları təqdim edirik. Bu yazımızda sizə R.Lənkəranskinin İtaliya həbsaxnasında olarkən, “Kriminal” kimi Vatikana-Roma Papasına, Moskva və Bütün Rusiyanın patriarxı Kirillə, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə yazdığı məktub barədə məlumat verəcəyik. R.Lənkəranski Lənkəran və lənkəranlıları tədqiq etmək üçün Rusiya Federasiyasının yaxın və Orta […]

Martın 20-nin ilaxır çərşənbəyə düşməsi çaşqınlıq yaradır? – RƏSMİ AÇIQLAMA

“Bu il martın 20-nin ilaxır çərşənbəyə təsadüf etməsi bəzi insanlarda çaşqınlıq yaradır. Lakin insanlar bilməlidirlər ki, bu il ilaxır çərşənbə ilə Novruz bayramı günü deyil, bayram axşamı üst-üstə düşəcək”. Turkustan.info xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru […]

“Sovetski”dən köçürülmə ilə bağlı növbəti qərar verildi

Nazirlər Kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” qərar verib. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, qərara əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, […]

SON DƏQİQƏ: Tehranda iğtişaşlar başladı – 3 polis öldürüldü

İranın paytaxtı Tehranda “Qonabadi” təriqətinin lideri Nemətullah Reyahinin polis tərəfindən nəzarətə alınmasından sonra iğtişaşlar başlayıb. Turkustan.info xəbər verir ki, təriqət liderinin tərəfdarları ilə polis arasında qarşıdurma yaşanıb. Nəticədə 3 polis əməkdaşı öldürülüb. İran Polis Təşkilatının sözçüsü Səid Müntəzirulmehdi nümayişçilərdən birinin avtobusla təhlükəsizlik qüvvələrinin arasına girdiyini və 3 polisi öldürdüyünü təsdiqləyib. […]

Əli Həsənovun “Xocalı soyqırımı” kitabı Bişkekdə qırğızca və rusca çap olunub

Bişkekdəki “Turar” nəşriyyatında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Xocalı soyqırımı” kitabı qırğız və rus dillərində çap olunub. AZƏRTAC xəbər verir ki, kitabı qırğız dilinə Bekten Dıykanbay tərcümə edib. Dünyanın müxtəlif dillərində nəşr edilmiş kitabda son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik […]

Türkiyəyə gücünüz çatmaz – Millət vəkili

Türkiyə yalnız deyil, Türkiyəni zəiflətməyə sizin gücünüz çatmaz. Turkustan.info xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Türkiyənin Aydın rayonunun Nazilli səmtində yerləşən Şirinevlər məhəlləsində Qarabağ parkı və Xocalı abidəsinin açılış mərasimində çıxışı zamanı deyib. Sözügedən parkın yaradılmasından çox məmnun olduğunu bildirən Paşayeva bunun iki dövlət arasındakı bağları daha […]

Azərbaycanda yerli özünü idarəetmə instutu olan Bələdiyyələrin 140 illik tarixi

Azərbaycanda yerli özünü idarəetmə instutu olan Bələdiyyələrin yaranma tarixini və yerli özünü idarəetmə ənənələrini araşdıranların əkəriyyəti Azərbaycan bələdiyyələrin yaranma tarixini yanlış olaraq Azərbaycan Respublikasında 12-dekabr 1999-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərinin keçirildiyi tarixə aid edir və bələdiyyələrimizin yaşını bu tarixdən hesablayırlar. Düzdür Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu […]