İranda iğtişaşlar – Ölü sayı 5-ə çatdı – VİDEO

300-dən artıq həbs olunan var.

İranda ötən gündən başlayan iğtişaşlar zamanı ölənlərin sayı 5 nəfərə çatıb.

Turkustan.info İran KİV-lərinə istinadən verdiyi məlumata görə, fevralın 19-u axşam saatlarında Tehranın Pasdaran küçəsində Qonabad dərvişləri ilə hüquq-mühafizə qüvvələri arasında qarşıdurma yaranıb. Hadisə dərviş liderlərindən olan Nemətullah Riyahinin həbs edilməsindən və dərvişlərin yaşadığı məhəllərin hökumət qüvvələri tərəfindən mühasirəyə alınmasından sonra baş verib.

Ölənlərdən 3 nəfərin polis əməkdaşı olması barədə bildiriblər. Məlumata görə, hadisələrlə bağlı saxlanılanlarında olduğu bildirilir. Saxlanılanların sayı təxminən 300 nəfər qeyd edilib.

Fevralın 20-si sübh saat 04:00 radələrinə qədər davam edən qarşıdurmada polis dərvişləri dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edib. Lakin vəziyyətin kəskinləşdiyini görən hökumət qüvvələri etirazçı dərvişlərə odlu silahdan atəş açaraq onlardan bir neçəsini yaralayıblar. Nəticədə onlarla dərviş yaralanıb, 30-ü həbs edilərək naməlum istiqamətə aparılıb.   /İstiPress/