Paşayeva türkləri ayağa qaldırdı: “Türkün türkdən başqa dostu yoxdur!” – VİDEO

Millət vəkili yenidən Türkiyə mediasının gündəminə gəlib.

Turkustan.info xəbər verir ki, millət vəkili Türkiyənin Aydın şəhərinin Nazilli bölgəsində ucaldılan Xocalı abidəsinin açılışına qatılıb.

Mərasimdə Paşayeva çıxış edərək Türkiyəyə dəstəyini nümayiş etdirib.

” Türkiyəni zəiflətmək istəyənlərə səslənirəm. Türkiyə tək deyil, onu zəiflətmək istəyənlərin buna gücü yetməz. Türkiyə üçün canını verəcək, canını verməyə hazır olan mən də daxil on milyonlarla türk övladı var”- deyə millət vəkili çıxışında bildirib.

/A24.Az/