QHT Şurası ilə ASAN Radio yeni layihəyə başladı

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ASAN Radio ilə əməkdaşlığı çərçivəsində radio proqram hazırlanır. Verlişində hazırlanmasında məqsəd QHT-lərin fəaliyyətinin ictimaiyyətə daha geniş miqyasda təqdim olunmasına yardım etməkdir.
İndiyədək 2 buraxılışı yayımlanmış “QHT Xəbər” verlişi hər həftənin ikinci günü (çərşənbə axşamı), saat 14:00-da efirdə olacaq.
“QHT Xəbər” verlişi də Qhtxeber Az saytı və “Vətəndaş cəmiyyəti” jurnalı kimi QHT-lərin ictimai tribunasına çevriləcək.
Verlişdə QHT sektorunda olan yeniliklər, Şuranın fəaliyyəti, QHT-lərə göstərilən xidmətlər, QHT-lərin həyata keçirdiyi müxtəlif sahələri əhatə edən layihələr, beynəlxalq əməkdaşlıq, QHT-hökumət münasibətləri və digər mövzular müzakirələr ediləcək.
Verlişin aparıcısı Cəlalə Nəzəroğludur