Son dəqiqə – Penitensiar Xidmətin binası yanır

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin inzibati binasında yanğın başlayıb.

Turkustan.info APA-ya istinadən xəbər verir ki, Nəsimi rayonu, Nizami küçəsində yerləşən binada yanğını söndürmək üçün yanğınsöndürmə briqadaları cəlb olunub.