Gün: Fevral 22, 2018

Niyə gözümüzün altı qaralır?

Göz altındakı qaralıq adətən yuxusuz gecələr və az yuxu nişanəsi sayılır. Bəs başqa səbəbləri ola bilərmi? Mövzunu BBC Future araşdırıb. Daha az tükü olan üzlərin üstünlüyü ondadır ki, parazitlərin gizlənmək üçün yeri az olur. Həmçinin təmiz dəridə tər bərabər yayılır və bizə sərinlik verərək işini effektiv şəkildə görmüş olur. Dərinin […]

Əliağa Vahid poeziya evi La Fontaine oldu

Azərbaycanın  görkəmli   qəzəlxanı  Əliağa Vahidin  adına  olan  poezia  evi   hal-hazırda  adı  dəyişdirilərək  fransız  şairi  və  yazıçısı  La Fontainenin  adını  daşıyır. Turkustan.info  xəbər verir ki, içəri  şəhərin  başlanğıcında  yerləşən  Filormaniya  bağında  qədim  tarixi  əks  etdirən  yazıçı  Əliağa  Vahidin adını  daşıdığı poezia  evinin  adının  dəyişdirilməsi  insanı  məyus  edir. Çünki  zaman-zaman  bu  binada  […]

“Avropada yaşayan bir erməni görmüsünüz Sərkisyana qarşı aksiya keçirsin?!” – Orduxana Orduxanlıdan sual

Avropada yaşayan bir qrup soydaşımızın Azərbaycan hakimiyyətinə qarşı aksiyalar keçirməsi Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar tərəfindən birmənalı qarşılanmayıb. Bu məsələ ilə bağlı BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı Musavat.com-a bildirib ki, Azərbaycandan gedən bir qrup şəxsin keçirdiyi aksiyalar kampaniya xarakterlidir: “Tək Avropada deyil, Azərbaycanda da ən radikal müxalifət Bakının mərkəzində […]

Qarabağda 9 erməni əsgəri öldü

İl başlayandan fevralın 22-dək Ermənistan Silahlı Qüvvələrinin 9 hərbçisi Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində naməlum şəraitdə ölüb. Məlumatı Ermənistan KİV-i yayıb. Qeyd edək ki, fevralın 22-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin daha bir əsgəri, 1998-ci il təvəllüdlü Qrigor Yeqoyan müəmmalı şəkildə ölüb.    /avropa.info/

İsrail və ABŞ müharibəyə hazırlaşır? – Martın 4-də BAŞLAYIR

İsrail və ABŞ martda hər iki ölkənin minlərlə hərbi qulluqçusunun iştirakı ilə hava hücumuna qarşı və raket əleyhinə müdafiə güclərinin birgə təlimlərini keçirəcək. Turkustan.info “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib. Hərbçilər vurğulayırlar ki, təlimlər plan xarakteri daşıyır və onlar hər hansı konkret […]

Rusiya 1 gündən sonra donacaq – Anomal soyuqlar

Yaxın vaxtlarda Rusiyanın mərkəzi əyalətlərində -35 dərəcəyə qədər şaxtaların olması gözlənilir. Turkustan.info xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional xidməti məlumat yayıb. “Hidrometerologiya Departamentinin apardığı monitorinqlərin nəticələrinə əsasən, 23-28 fevral tarixlərində Rusiyanın mərkəzi hissəsində və Vladimir əyalətində havanın temperaturu kəskin şəkildə enəcək”, – məlumatda bildirilib. Xüsusilə, Tver […]

Canlı efirdə dava: Aparıcı və qonaq əlbəyaxa oldu – VİDEO

Rusiyanın NTV telekanalında yayımlanan “Görüş yeri” (“Место встречи”) proqramının aparıcısı Andrey Norkin canlı efirdə verilişin qonağı, ukraynalı ekspert Dmitri Suvorovla əlbəyaxa olub. Ukraynanın Donbas vilayətindəki vəziyyətlərin müzakirəsi zamanı studiyada vəziyyət o qədər gərginləşib ki, aparıcı qonağa yaxınlaşmalı və onu sakitləşdirmək üçün əlindən tutmalı olub. Lakin bundan sonra vəziyyət daha da pisləşib və […]

Vəkillərə yeni bina və maşınlar veriləcək – Sərəncam

Prezident İlham Əliyev Azərbaycanda vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.  Turkustan.info BakuPost-a istinadən xəbər verir ki, sərəncamda vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti xüsusi vurğulanıb. […]

ABŞ Dağlıq Qarabağda müharibə proqnozlaşdırır – Moskva kimi seçəcək?

Qərbdə Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibənin başlayacağı haqda fikirlər səsləndirənlər getdikcə artmaqdadır. ABŞ-ın beyin mərkəzlərinin hesabatlarında da bu münaqişənin adı tez-tez çəkilir. Onlar hesab edir ki, 2018-ci ildə iki ölkə arasında genişmiqyaslı müharibə başlaya bilər. ABŞ Milli Kəşfiyyatının direktoru Deniel Kouts tərəfindən 2018-ci il üçün dərc edilmiş “Dünya üzrə təhlükələrin […]

Yumurtlayan uşaq hamını şoka saldı – VİDEO

İndoneziyada bir uşaq yumurtlama şikayəti ilə xəstəxanaya gətirilib. İndoneziyanın Qova bölgəsində yaşayan 14 yaşlı bir oğlan uşağı atası tərəfindən yumurtlama şikayəti ilə xəstəxanaya yerləşdirilib. Akmal adlı uşaq ona inanmayan həkimlərin gözü önündə 2 dəfə yumurtlayıb. Uşağı daxilinə yumurtaların kənardan salına biləcəyini və insan bədənində yumurta yaradılmasının mümkün olmadığını söyləyən həkimlər […]

“Ərdoğan bunu etməlidir, əks halda…” – Moskvadan müharibənin ssenarisini YENİDƏN YAZACAQ TƏKLİF

Suriya prezidenti Bəşər Əsədlə dialoqun qurulmasının vacibliyi ilə bağlı Moskvadan Türkiyəyə ünvanlanan mesajlar bir-birini əvəz edir. İki gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Türkiyənin təhlükəsizlik maraqları Suriya hökumətiylə dialoq vasitəsilə tamamilə təmin edilə bilər. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, “Beynəlxalq Avrasiya hərəkatı”nın rəhbəri, politoloq, Kremlin ideoloqu […]

Rusiya Suriyada 200 yeni silahını sınaqdan keçirdi

Rusiya Suriyada 200-dən çox yeni silahını sınaqdan keçirib. Turkustan.info xəbər verir ki, Rusiya Duması Müdafiə Komitəsinin sədri, deputat Vladimir Şamanov Rusiyanın bununla bütün dünyaya öz hərbi sənaye kompleksinin effektivliyini nümayiş etdirdiyini bildirib. “Biz Suriya xalqına kömək edib, burada 200-dən çox silahımızı sınaqdan keçirdik. Bu sınaqlar dünyaya rus silahının effektivliyini göstərdi. […]

Azərbaycanlı transseksual jurnalistdən ŞOK etiraf: “Kişi sevgililərimə həftədə 300 manat xərcləyirəm” – VİDEO

Azərbaycanlı jurnalist və produsser Aydın Ulusoyun verdiyi cəsarətli və ŞOK açıqlamalar sosial şəbəkələrdə səs-küy yaradıb! Turkustan.info xəbər verir ki, Ayka ləqəbi ilə tanınan Aydın heç kəsin hünər edə bilməyəcəyi sandıq-sandıq iddialar irəli sürüb. Gündüzlər Aydın kimi gecələr isə Ayka kimi fəaliyyət göstərən transseksual, müxbirin: “Sevdiyin kişi və ya qadın var […]

Efiopiyanın Azərbaycanda fəxri konsulluğunun açılması ilə əlaqədar qəbul təşkil edilib

Fevralın 21-də Efiopiyanın Azərbaycanda fəxri konsulluğunun açılmasına həsr olunan qəbul təşkil edilib. Turkustan.info xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Efiopiyanın Türkiyədəki səfiri, eyni zamanda Azərbaycanda akkreditə olunmuş səfiri Ayaleu Gobezi Vorknyu ölkəsinin Bakıda fəxri konsulluğunun açılmasından məmnunluğunu bildirib. Səfir bildirib ki, Efiopiya və Azərbaycan arasında qədim […]

BAMF-ın prezidenti Avropa Parlamentinin sədrinə müraciət ünvanlayıb

Turkustan.info-nun verdiyi xəbərə görə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Avropa Parlamentinin (AP) sədri Antonio Tayaniyə müraciət ünvanlayıb. Avropa Parlamentinin sədri Antonio Tayani Müraciətdə AP-nin dörd deputatının öz səlahiyyətlərindən sui-istifadə edərək, Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər etməsi, işğal faktına bəraət qazandırmağa çalışan bəyanatları, eləcə də münaqişənin sülh […]

“İRƏLİ” Xocalı faciəsi aksiyasına start verdi

“İRƏLİ” İctimai Birliyi sosial şəbəkələrdə erməni təcavüzkarlarının törətdiyi Xocalı faciəsi ilə bağlı aksiyalara start verib.  Aksiyaların keçirilməsində məqsəd bütöv Azərbaycanı parçalamaq arzusunda olan erməni təcavüzkarlarının xalqımızın başına gətirdiyi müsibəti dünya ictimaiyyətinə çatdırmaq, faciə haqqında məlumatsız olan insanları insanlığa qarşı törədilmiş cinayət haqqında məlumatlandırmaqdır. Birlikdən verilən məlumata görə, sosial şəbəkələrdə təsir […]

İzmirdə Xocalı Soyqırımının qurbanları anılacaq

Türkiyənin İzmir şəhərində fəaliyyət Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti Xocalı Soyqırımının 26-cı ildönümü münasibətilə tədbir təşkil edəcək. Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib. “Cəmiyyət bu tədbiri Türk Ocaqları İzmir şöbəsi ilə birgə həyata keçirəcək. Tədbir, fevralın 24-də 13.00-da İzmirin mərkəzi meydanında icra hakimiyyətinin önündə keçiriləcək. Soyqırımla bağlı […]

Moskvada Azərbaycanlı biznesmen Anar Əliyev öldürüldü – VIDEO

Azərbaycanlı biznesmen Anar Əliyev Rusiyanın paytaxtı Moskvanın cənubunda güllələnib. Rusiya mətbuatı xəbər verir ki, o, şəxsi avtomobilində olarkən hücuma məruz qalıb və başından güllə yarası alıb. Hücumun sifarişli olduğu istisna edilmir. Hazırda 43 yaşlı Anar Əliyev reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır. Qeyd edək ki, Anar Əliyev Moskvada qida məhsulları, içkilər […]

Azercell Plus Musiqi xidməti ilə hər gün milyonlarla mahnılar smartfonunuzda

Ölkənin lider mobil operatoru Azercell Telekom özünün Azercell Plus xidmətləri çərçivəsində musiqisevərlər üçün Azercell Plus Musiqi xidmətini yenidən təkmilləşdirərək abunəçilərinin istifadəsinə təqdim edib. Artıq Azercell abunəçiləri xidmətini aylıq yox, günlük sifariş edə, 28 000 000 mahnı dinləyə, eləcə də, öz fərdi musiqi siyahılarını yarada bilərlər.  Xidmətə qoşulmaq üçün*701#YES kodunu yığmaq […]

Azay Quliyev Prezidentin mesajını ATƏT-də ermənilərə çatdırdı: “Tarixi torpaqlarımıza qayıtmalıyıq”

ATƏT Parlament Assambleyasının (ATƏT PA) 17-ci qış sessiyasının daimi komitəsinin iclasında Ermənistan nümayəndə heyətinin rəhbəri Hermine Nağdalyan ənənəvi olaraq Azərbaycana qarşı iftiralar səsləndirib. O, Cənubi Qafqazda həyata keçirilən infrastruktur layihələrində Ermənistanın düşünülmüş şəkildə təcrid edilməsini qeyri-qanuni addım kimi dəyərləndirib. Erməni deputat beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini öz fəaliyyətinin əsas prinsiplərindən biri […]

Bakıda valideyn müəllimdən polisə şikayət etdi – Məktəbli qızının açıq-saçıq şəkillərini…

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 82 saylı orta məktəbin şagirdlərindən birinin valideyni polisə şikayət edib. Turkustan.info report-a istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə müraciət edən C.Ş. (şərtidir) bu məktəbdə təhsil alan yeniyetmə qızının açıq-saçıq görüntülərinin yayıldığını bildirib. C.Ş. şikayətində bu məsələdə qızının Ə. (şərtidir) adlı […]

“Ramiz Mehdiyevdən rica edirəm” – Ziya Bünyadovun qatili nə istəyir? – III

Ömürlük məhbus Nizami Nağıyev: “İndi belə düşünürəm ki, Heydər Əliyevdən küskün olublar, ona inamsızlıq yaratmaq istəyiblər”  1997-ci il fevralın 21-də böyük alim akademik Ziya Bünyadov qətlə yetirilib. Akademikin qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş Nizami Nağıyevlə saxlanıldığı Qobustan Qapalı Həbsxanasında görüşüb müsahibə almışıq. Həyatının 54-cü ilini yaşayan Nizami Nağıyev […]

Çörəklə bağlı ciddi xəbərdarlıq: “Tərkibinə elə maddələr vurulur ki…”

Məlumdur ki, Azərbaycanda xeyli sayda çörək istehsalı müəssisəsi fəaliyyət göstərir. Turkustan.info bildirir ki, ən çox istehlak edilən ərzaq növü olan çörəyin istehsalında, daşınmasında və satışında sanitar-gigeyenik normaların pozulmasının kifayət qədər geniş miqyas aldığı çoxdan bəllidir. Yəni, çörək istehsalında birmənalı olaraq, yuxarıda sadaladığımız tələblərə əməl edilmir, məhəl qoyulmur. Nəinki, bölgələrdə, eləcədə […]

Türkiyədən tarixi zəfər: Sərhədlə əlaqə kəsilir

Afrində PYD terror qruplaşmasının Türkiyə sərhədi ilə bağlantısı qopmaq üzrədir. Turkustan.info xəbər verir ki,  Türkiyə ordusunun Afrin istiqamətində irəliləməsi nəticəsində Kilislə sərhəddə yerləşən ərazi terrorçulardan tamamilə təmizlənib. Məlumata görə, uğurla davam etdirilən Afrin əməliyyatı nəticəsində PYD-nin nəzarətində Türkiyə ilə sərhəddə yalnız Hatay və Qaziantep istiqamətində 10 kilometrlik bir sərhəd xətti […]

ADAU-nun Aqrar Məsləhət Xidmətinin əməkdaşları Şimal Bölgəsinin fermerlərli ilə görüşüb

Bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəzdində fəaliyyət göstərən “Aqrar Məsləhət Xidməti” nin (AMX)  bir qrup əməkdaşı şimal bölgəsində səfər edib, Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu, Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin əməkdaşları ilə birgə Quba Fermer evində sahibkarlar və fermerlə görüş keçiriblər. Görüşün ilk […]

Azərbaycanda daha bir yol pullu olacaq

Bakı-Quba-Rusiya dövlət sərhədi yeni avtomobil yolu ödənişli olacaq. Turkustan.info APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov bildirib. Onun sözlərinə görə, 2018-ci ildə qarşıya qoyulan əsas vəzifə Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolunun tikintisidir. “Bu yol Bakı – Rusiya sərhədinin 43-cü kilometrliyində yerləşən Tağıyev qəsəbəsindən […]

Sərnişin və yük daşıyanların nəzərinə – Qanun dəyişir

Ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və hüquqi şəxslərin fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.  Turkustan.info-nun xəbərinə görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov Trend-ə bildirib ki, “Yol hərəkəti haqqında” qanuna əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü beynəlxalq yol hərəkətində iştirak […]

Maşınla piyadanın üstündən keşən polis rəisinin işdən çıxarıldığı TƏSDİQLƏNDİ

Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisinin işdən çıxarılması rəsmən təsdiqlənib. Turkustan.info-nun APA-ya istinadən məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəhim Zalov işdə yol verdiyi nöqsanlarla əlaqədar daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə tutduğu vəzifədən azad edilərək DİN-in […]

“Keçmişdən bu günə – Gəncə” layihəsinə start verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə şəhər Gənclər evinin təşkilatı dəstəyi ilə həyata keçirilən “Keçmişdən bu günə – Gəncə” layihəsinə start verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olmuş BDU-nin tələbəsi Şahin Şərifov tədbiri açıq elan edərək yeniyetmə və gənclərə milli-mənəvi dəyərlərimizi, öz dini dəyərlərimizi, […]

Küçənin ortasında qadına təcavüz etmək istədi – Sonunda isə … (VİDEO)

Qadın küçənin ortasında ona təcavüz etmək istəyən kişini döyüb.  Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, hadisə Misirdə baş verib. İslam.Ş küçədən keçən 20 yaşlı Rena F adlı qadının yanına əli ilə toxunub və təcavüz etmək istəyib. Amma o istəyinə nail ola bilməyib. Belə ki, gənc qadın təcavüzçünü izləyərək onu […]

Aydın vilayətində Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib

Aydın vilayətində Qarabağ problem, Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib   Yüzlərlə insanın, millət vəkilləri, rəsmi şəxslər, QHT və KİV rəhbərlərinin iştirak etdiyi konfransda millət vəkili Q.Paşayeva Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən Prezident yanında QHT-na Dəstək Şurasının […]

Danimarkalı ekspert ADAU-nun rektoru ilə görüşüb

Azərbaycan höküməti ilə Dünya Bankı  “Kənd təsərrüfatında risklərin qiymətləndirilməsi”  mövzusunda  birgə layihə həyata keçirmək niyyətindədir. Artıq  hazırlıq işləri yekunlaşmaq üzrədir və rəsmi təqdimat iyun ayına planlaşdırılıb.   Sənədlərin hazırlanması  çərçivəsində  Danimarkadan olan və Azərbaycana  ezam edilən ekspert  Karl Larsen aqrar sektorda təhsil və məsləhət xidmətlərinə aid tədqiqatını davam etdirməkdədir. Səfər çərçivəsində Karl Larsen Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nı […]

Onları ataları da xilas edə bilmədi: Həbsə göndərilən azərbaycanlı məmur övladları – SİYAHIDA KİMLƏR VAR?

Qanun hamı üçündür. İstər məmur, istər biznesmen, istərsə də sadə vətəndaş ol, etdiyin qanunsuz əmələ görə cəza çəkməlisən. Bu, qanunun tələbindən irəli gəlir. Bir zamanlar dəbdəbəli həyatı ilə dillərdə gəzən məmur övladlarından bəziləri son zamanlar cinayət əməlləri ilə mətbuatın gündəmində yer alırlar. Cebhe.info həbsdə olan məmur övladları ilə bağlı xatırlatma […]

Bakıdakı gecə klubundan şok görüntülər – VİDEO (+18)

Bakıda fəaliyyət göstərən gecə klubu paytaxt sakinlərinin narazılığına səbəb olub. Turkustan.info xəbər verir ki, Nərimanov rayonunda yerləşən “İnfinity” adlanan məkandan yayılan görüntülər müzakirələrə yol açıb. Belə klubun ölkəmizdə fəaliyyət göstərməsi, bəzilərinin sərt reaksiyasına tuş gəlib. Onlar bu məkanda erotik rəqslərin və əyləncənin bu tərzdə təşkilinə etiraz ediblər. Görüntülərin dünən lentə alındığı […]

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması bu ilin sonunadək başlaya bilər

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması yəqin ki, bu ilin sonunadək başlayacaq. Turkustan.info bildirir ki, bu sözləri Avstriyanın paytaxtı Vyanada səfərdə olan “Azərbaycan Dəmir Yolları“ QSC-nin sədri Cavid Qurbanov AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib. C.Qurbanov qeyd edib ki, ilkin mərhələdə sərnişin daşınması Türkiyənin Qars şəhərinədək olan əraziləri əhatə edəcək. Bunun üçün ilk […]

Təranə Qumraldan efirdə şok təklif: “Soyun… “- VİDEO

Təranə Qumral və Musa Musayev “Səhər-Səhər” verilişinin qonağı olub. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, xanım ifaçı “mənə Uzi Təranə deyirlər” ifadəsini səsləndirib. Bu ifadənin qarşılığında Elgiz Əkbər “bax, buram ağrıyır, bax gör nədi problemim?” deyə sual verib. Bu sualın qarşısında isə Təranə xanım “Sənə baxa bilməyim üçün soyunmalısan” sözünü işlədib. […]

Yalnız müharibə vəziyyətində… – Terrorçuların kabusu HƏRƏKƏTƏ KEÇİR – VİDEO

Türkiyə Daxili İşlər Nazirliyinə bağlı Jandarma Xüsusi Hərəkat və Polis Xüsusi Hərəkat birlikləri Müdafiə Nazirliyinin əmrinə verilib. Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, birliklər Afrində “Zeytun budağı” hərəkatı çərçivəsində məskunlaşma ərazilərindəki əməliyyatlarda iştirak edəcək. Daxili İşlər Nazirliyinə bağlı birliklər hərbi vəziyyət, səfərbərlik və müharibə vəziyyətlərində Nazirlər Kabinetinin qərarı ilə Müdafiə […]

Xaricdən gətirilən düyünün tərkibi şok etdi – VİDEO

Xarici ölkələrdən gətirilən və hazırda mağazalarda satılan düyülərin saxta, plastik düyü olduğunu sübut edən video yayılıb. Turkustan.info xəbər verir ki, yayılan videoda iki nəfər ayrı-ayrı qablara tökülmüş Masallı rayonunda yetişdirilmiş yerli düyü ilə xaricdən gətirilən, saxta olduğu hesab edilən düyünün qəribə üsulla tərkibini yoxlayırlar. Yerləşdirilən videoda hər iki düyünün üzərinə kimyəvi […]

Türk ordusuna əmr verildi: Dərhal vurulsun!

Əsəd qüvvələrinin Afrinə girməsindən sonra Türkiyə ordusuna “vur” əmri verilib. Turkustan.info xəbər verir ki, bu barədə “Xəbərtürk” informasiya yayıb. Qəzetin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinə göndərilən əmrdə “hərəkət edən istənilən hərbi hədəf dərhal vurulsun” yazılıb. Bəşər Əsədə bağlı qüvvələrin PYD/YPG ilə razılığa gəlməsi və hökumətə bağlı yeni birliyin Afrinə çatması […]

Bəxtiyar Vahabzadənin həyat yoldaşı vəfat etdi

Azərbaycanın mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin ailəsinə ağır itki üz verib. Turkustan.info-nun məlumatına görə, mərhum Xalq şairinin həyat yoldaşı Dilarə Vahabzadə ötən gecə vəfat edib. Bu barədə saytımıza ailənin yaxınları məlumat veriblər. Bildilib ki, Dilarə xanımla vidalaşma mərasimi bu gün Təzəpir məscidində keçiriləcək. Xatırladaq ki, Bəxtiyar Vahabzadənin özü də fevral […]

Sumqayıtda Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib – FOTOLAR

Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbində Sumqayıt şəhər Mərkəzi Kitabxananın incəsənət şöbəsinin birgə layihəsi ilə Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdi. Tədbirdə məktəbin rəsm şöbəsi şagirdlərinin əl işlərindən ibarət bəstəkarin əsərlərinə çəkilmiş illüstrasiyaları, kitab və klavirləri sərgilənmişdir. Musiqi bölümündə isə Q.Qarayevin əsərləri geniş […]

Səməd Səmədov canlı yayımda aktrisaya sauna təklif etdi – VİDEO

Əməkdar artist Hüsniyyə Mürvətova dünən “5/5”-in qonağı olub. Turkustan.info xəbər verir ki, aktrisa aparıcı Zaura xəstələndiyini deyib. Verilişin digər qonağı Səməd Səmədov Hüsniyyəyə sağalmağın “tək yolu” kimi saunaya getməyini təklif edib. Zaur Kamal xalq artistinin aktrisaya etdiyi bu təklifdən bərk qəzəblənib. Aparıcının “Siz saunaya gedirsiniz?” sualına xalq artisti “Sauna olmasaydı, […]

Bu gün üç generalın taleyi həll olunur — MTN işi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun […]

Dini Komitə “Babasil duaları” olan kitablara görə Elşad Mirini günahlandırdı – ŞƏRH

İlahiyyatçı Elşad Miri Dini Komitənin mətbuat katibi və sədr köməkçisinin haqqında irəli sürdüyü ittihamlara cavab verib. Dini Komitənin sədr köməkçisi Amil Əliyev və mətbuat katibi Yaqut Əliyeva ilahiyyatçı Elşad Miri haqqında ittiham irəli sürüb. İlahiyyatçı Elşad Miri bunu gülünc iddia adlandırıb: “Bu gün Dini Komitədən həm gələcəyinə ümid bəslədiyim dostum Amil Cavadov, həm […]

Saakaşviliyə növbəti zərbə – 2021-ci ilədək Ukraynaya buraxılmayacaq

Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin 2021-ci il fevralın 3-nə qədər ölkəyə girişinə qadağa qoyub. Turkustan.info-nun “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə siyasətçinin vəkili Ruslan Çernolutskiy bildirib. Onun sözlərinə görə, bu qərar qanunsuz olduğundan şikayət veriləcək. Xatırladaq ki, M. Saakaşvili fevralın […]

Bayram ərəfəsində 500-dək məhkum əfv edilə bilər – VİDEO

Hər il bayramqabağı həyata keçirilən əfvin bu il də Novruz bayramına təsadüf edəcəyi gözlənilir. Turkustan.info-nun “Xezerxeber.az”a istinadən məlumatına görə, Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyevbildirib ki, indiyədək əfvlə bağlı keçirilən iclaslarda yüzlərlə müraciətə baxılıb. Müraciətlərə baxılan zaman əsas 4 amilə xüsusi diqqət edilir. Ə. Nuriyev onu da qeyd edib ki, […]

Gizli mason cəmiyyəti haqqında az bilinən 6 SİRR

Masonlar – dünya mənəvi hökmranlıq tarixinin ən qüdrətli və mistik təşkilatıdır. Onların yüz illər boyu necə təşkilatlandıqları və böyük sərvətə sahib olduqları çox az adama məlumdur. Onların zəngin olmalarının sirri pulun energetikası, arzulananın özünə cəlb edilməsi və reallığın öz lehinə dəyişdirilməsi haqqında biliklərinin olmasıdır. Bu biliklər uzun müddət savadı olmayan […]

“Azercell” SABAH Karyera Qış Məktəbi layihəsində Qubada təlimlər təşkil edib

Azercell Telekom MMC ölkəmizdə təhsilin və tələbələrin inkişafına dəstəyini davam etdirir. Şirkət əməkdaşları II dəfə təşkil olunan SABAH Karyera Qış Məktəbi layihəsində Qubada tələbələrə təlimlər keçiblər. Qeyd edək ki, tədbirdən əvvəl təlimçilər Təhsil Nazirliyində nazir müavinin qəbulunda olublar. 100-ə yaxın tələbənin iştirak etdiyi Qış Məktəbində Azercell şirkətinin peşəkar təmsilçiləri Vahida […]