Onları mülki şəxs kimi qəbul etmək mümkün deyil – TSQ

Terror təşkilatına məxsus sığınacaqlardan istifadə edən və əsgərlərimizə atəşə açdıqdan sonra mülki şəxs kimi görünənləri qəbul etmək mümkün deyil.

Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Qeyd edək ki, TSQ Afrin əməliyyatı çərçivəsində 100 mövqeni terrorçulardan təmizləyib və xalqın azad edilən bölgələrə geri qayıtmağa hazırlaşdığını söyləyib.  /Axar.az /