Böyük amnistiya ilə bağlı RƏSMİ AÇIQLAMA- VİDEO

“Bu yaxınlarda ölkədə böyük həcmli əfv sərəncamının verilməsi gözlənilir”.

Turkustan.info APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deyib.
“Bununla bağlı hazırda ciddi işlər gedir. Düzdür, bu, cənab prezidentin səlahiyyətində olan məsələdir, amma deyə bilərəm ki, bu yaxınlarda böyük əfv sərəncamı gözlənilir”, – deyə o qeyd edib.