“Türkiyənin Afrin hərəkatı bütün Türk dünyası üçün çox önəmlidir” – Ağrı Qaradağlı

Turkustan.info-nun suallarını hazırda Türkiyədə yaşayan Güney Azərbycandan olan milli fəal Ağrı Qaradağlı cavablandırır.

  • Afrində gedən savaş nə üçündür və səbəbkarları kimlərdir?

 Afrində gedən savaş kürd terror qruplaşması ilə Türkiyə arasında Zeytun budağı adı ilə davam edir, bu savaşın ortaya gəlməsində Amerika ve terroru dəstəkləyən bəzi dövlətlərin böyük rolu var, çünki bu terroru dəstəkləyən ölkələr 40 ilə yaxındır ki Türkiyədə stabilliyi pozmağa çalışırlar, terror qruplaşması pkk-ya her türlü dəstəyi sağlayırlar. Son zamanlar isə Türkiyə rəsmilərinin danışıqlarında ki, “ey amerika və batı ölkələri ki terroru dəstəkləyirsiz, nə etmək istədiyinizdən xəbərimiz var, artıq buna son verin” bunlara baxmayaraq gəlib Türkiyə sərhəddində terror ordusu yaratmağa başladılar, ypg-pyd-pkk bu üç terror qrupundan birləşdirici bir qorxu uluşturmaya başladılar. Amma Türkiyəmiz zamanında Zeytun budağı hərəkatını başlatıb və afrin bölgəsinə girərək terrorçulari darmadağın etdi və etməyədə davam edir, biz bu məsələdə Türkiyəmizin yanındayıq və gərəkən dəstək nə olursa verməyə hazırıq.

  • Bəzi sözdə təşkilat mənsubları  bu savaşın yanlış olduğun və Türkiyəni məsul tutullar sizcə belədirmi?

Bəzi içimizdə olan qanı pozuk və terrorçulara dəstək olanlar bu məsələdə Türkiyə və prezident Ərdoğani savaş çıxardığına görə günahlandırıb və məsum insanlarin ölümünə səbəb olur və ya özümüzə gələn seçimlərdə səs yığılsın diyə bu savaşa girdi, bu adamlar özlərini kimə və nə üçün satdıqlarının fərqində deyillər, bunlar kimi adamlarin həyati zatən onun bunun qucağında oturmaqla keçib, köpeklik etdiyi sahibləri nə desələr onları diyəcəklər.

  • Pkk, Pyd və Ypg kimlərdilər və nə istəyirlər?

Pkk, pyd və ypg üçüdə zatən bir amaca qulluğ edirlər, Türk düşmənçiliyi və Türkiyədə terror törədirlər, və bunu sahibləri olan qərb ölkələri və amerikanın tapşırığı ilə edirlər, bir sözlə onlarin maşası rolunu oynayırlar. Bu üç terror qurupu hər biri olduğu ölkələrdə türklərə qarşı savaş aparıb və Türk topraqlarına göz tikillər iraqda kərkük, təlafer və … Suriyədə türkməndağı və … bunlar hamısı kukla kimi oyuncaqdılar və əsas sahiblərinin istəyi isə türkiyəni və türk yurdlaını zəyiflətmək və parçalamaqdır amma buna izin verməyəcəyik.

  • İran rejimi dəfələrcə bildirib ki terrorla mücadilədə Türkiyəyə dəstək verir və türkiyənin yanında olduğun bildirir, nə qədər doğruluq var?

İran rejimi terrorçulara dəstək və yardım etməsin yanında olduğun istəmirik. İran adlanan ölkə Türk düşmənçiliyi yapan ölkələrin başında gedir ona görə heç bir zaman Türkiyənin yanında olmayıb və olmayacaq , pkk-nin yaranma tarixinə baxarsaq 1979 il iran islam inqilabından az sonra yaranmış olduğu maraqlıdır, və belə hesab edirəm ki Pkk-nın yaranmasında və güclənməsində iranin böyük rolu olubdur.  İran heç vaxt Türkiyənin güclənməsini istəməyib və istəmir onun üçündə terror qrupunun iran qolu olan pejak’a gizli olaraq dəstək verir bu vasitə ilə həm Güney Azərbaycanın topraklarına göz tikilir həmdə pkk’ya dəstək verilir, məsələn Urmu gölü iran rejimi tərəfindən qəsidli olaraq qurutulur və orada yaşayan Güney Azerbaycan xalqını xəstəliklərlə təhlükəyə məruz qoyur və məcburi köç etmələrinə zəmin yaradir daha sonra isə kürdləri planı o şəkildə o topraklara yerləşdirməyi düşünür, beləliklə Türkiyə ilə güney Azərbaycan arasında kara yolu ortadan qaldırmaq istəyir. İran rejiminin Türk düşmənçiliyi yürütdüyü zatən orada yaşayan 42milyon Türkün olmasından aşikardir, orada ki Türklərə xüsusilə Güney Azerbaycan Türklərinə illərdir basqı yapıb və təqib-təziqə məruz qoyur milli fəallarımıza uzun müddətli həbslər, işgəncələr verməklə bu düşmənçiliyi isbat etmişdir.

  • Türkiyənin Afrinə girməsi Türkiyəyə nə qazandırdı?

Türkiyənin Afrinə girməsi sadəcə Türkiyə üçün önəm daşımır, əslində bu savaş Türk dünyası üçün çox önəmlidir, ona görə biz Türk ordusu və dövlətinin yanındayıq. Bu məsələ həm iraq Türklərinin həm suriya Türklərinin həmdə Güney Azerbaycan Türklərinin savaşı olmalıdır, biriləri dünyanın o başından gələcək və Türkiyə sərhəddində terror ordusu yaradacaq və o terrorçulara həm maddi həm silah dəstəyi verəcək Türkiyədə durub baxacaq eləmi? Elə bir dünya yox, Türkiyə çox ədalətli və isabətli bir qərar alaraq Afrinə girdi və başarılarını kiyiflə izləyirik bizə də nə zaman ehtiyac olarsa könüllü olaraq gedəcəyik.

  • Necə ola bilir ki, İran dəstəkli şiə milislər Aamerika dəstəkli ypg-yə yardıma gedir?

Yuxarıdada qeyd etdiyim kimi İran hər zaman Türk düşmənləyi edib və etməyə də davam edəcək, bunun üçün onlara görə məzhəb və ya din önəmli deyil, iran rejimi sadəcə islam adından istifadə edərək Türk düşmənçiliyi yaradır, Qarabağ müharibəsi dünən kimi yaddaşımızda, islama zidd olan bir ölkə yəni ermənistana müharibə zamanı nəcə yârdım etdiyi hamımıza aşkarlandı, əgər onlar üçün din və ya məzhəb önəm daşısaydı gərək ki Qarabağ müharibəsində Azərbaycana dəstək verərdilər. Bunlar türklər qalib gəlməsinlər diyə şeytanla belə anlaşmaya gedərlər. Ypg dəstək verən iran milisləri əslində inqilab keşikçilər korpusunun xarici bölümüdür ki başlarında Qasim Süleymani gedir. Bu adam qəndil mağaralarına gedib və pkk-ya həm dəstək həmdə yol göstərmişdir indi isə pkk-nin qardaşı olan ypg-yə dəstək verir. Bir sözlə bunları bir araya toplayan Türklərə olan düşmənlikləridir.