Jurnalist təşkilatı Avropa Parlamentinə müraciət etdi

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Avropa Parlamentinə müraciət ünvanlayıb. Bu barədə JAM sədri Seymur Verdizadə məlumat verib. S.Verdizadə bildirib ki, sözügedən müraciət rus və ingilis dillərinə tərcümə olunaraq, Avropa Parlamenti üzvlərinin elektron ünvanına göndərilib.

Müraciət də deyilir: “Avropa Parlamenti,  Avropa İttifaqı, Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Avropa Parlamentinin 09 iyul 2015-ci il tarixli plenar iclasında məruzəçi Eduard Kukanın hazırladığı “Avropa Qonşuluq Siyasətinin nəzərdən keçirilməsi” adlı qətnamə qəbul  edilib. Qətnamədə  Avropa Qonşuluq Siyasəti ölkələri ilə münasibətlərdə dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə dəstək verilməsinin başlıca prinsip olduğu xüsusilə vurğulanır və bu xüsusda bir dövlət tərəfindən digərinin ərazisinin işğalının yolverilməz olduğu bəyan edilir. Bu baxımdan 2018-ci ilin yanvar ayında Avropa Parlamenti üzvü Lars Adaktusson Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionuna səfər etməsi və işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimin təmsilçiləri ilə görüşməsi təəssüf doğurur.

27 fevral 2018-ci ildə Avropa Parlamenti üzvləri Lars Adaktusson və Mişel Rivasi Avropa Parlamentinin binasında Dağlıq Qarabağla bağlı tədbir keçirməyi planlaşdırırlar. Bu tədbir Tufenkian Foundation, Armenian Legal Centerfor Justiceand Human Rights və European Armenian Federation for Justiceand Democracy adlı erməni lobb itəşkilatlarının sponsorluğu ilə təşkil olunacaq. 28 fevral 2018-ci ildə isə Avropa Parlamenti binasında (European Parliament – Room JAN 6Q2) AP üzvü Frank Engelin təşkilatçılığı ilə “Dağlıq Qarabağ və Aİ: 1988-2018” mövzusunda tədbir keçirilməsi planlaşdırılır. Bu tədbir The Armenian General Benevolent Union və European Friends of Armenia adlı lobbi qruplarının sponsorluğu ilə həyata keçiriləcək.

Bir daha qeyd edək ki, bəzi üzvləri öz fəaliyyətlərində Avropa Parlamentinin qətnamələrini nəzərə almırlar. Bu cür yanaşma Avropa Parlamentinin və Avropa İttifaqının dondurulmuş münaiqəşələrin həlli ilə bağlı səylərinə mane olur və kölgə salır. Çünki, Avropa Parlamenti öz sənədlərin dədəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Sizlərdən Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrində qeyd olunan prinsiplərə sadiqliyini nünayiş etdirərək bu tədbilərə qatılmamağınızı xahiş edirik.

Eyni zamanda bu gün – fevral ayının 26-da Xocalı soyqırınmın 26-cı ildönümü qeyd olunur. Bildiyiniz kimi, 26 il əvvəl Ermənistan Silahlı Qüvvələri  tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. İşğal nəticəsində 613 dinc sakin həlak olmuş, 1275 nəfər girov götürülmüşdür. Bir daha təssüf hissi ilə qeyd edirik ki, Avropa Parlamenti Xocalı soyqırımına biganə qalır. Avropa Parlamentinin iclasları və tədbirlərində Xocalı soyqrımı haqqında müvafiq qətnamə qəbul edilməsi məsləsini qaldırmağa çağırırıq”.

81 Baxılıb