Ay: Mart 2018

Sankt-Peterburqda ABŞ bayrağı endirildi

Rusiyanın Sankt-Peterburq şəhərindəki ABŞ Baş Konsulluğundakı bayraq endirilib. Turkustan.info xəbər verir ki, buna səbəb ABŞ-ın Sankt-peterburqdakı Baş Konsulluğunun qapadılmasıdır. Qeyd edək ki, bundan öncə ABŞ İngiltərəyə dəstək olmaq məqsədilə ölkəsindəki 60 rus diplomatını qovub və Sietl şəhərindəki Rusiya konsulluğunun bağlanmasını tələb edib. Rusiya buna adekvat cavab verib. /Axar.az /

Bura Volkswagen qəbristanlığıdır

ABŞ-ın Kaliforniya ştatında, Viktorvill şəhərinin yaxınlığındakı səhrada Volkswagen markalı 350 min avtomobil var. Almaniyanın nəhəng avtomobil konserni bu avtomobilləri dizel mühərrikləri ilə bağlı qalmaqala görə satışdan geri çağıraraq satın alıb. CBS bildirir ki, 350 min maşına görə avtokonsern 7,4 milyard dollar ödəyib. 2015-ci ilin sentyabrında qalmaqal qopmuşdu. Bəlli olmuşdu ki, […]

“Bu, təsadüfidir, yoxsa nəyəsə hesablanıb?” – Amaşovdan ATƏT-in Media azadlıgı uzrə nümayəndəsinə etiraz

ATƏT-in Media azadlıgı uzrə nümayəndəsi Harlem Desir özünün twitter hesabında ötən gün Fransada azərbaycanlı Rahim Namazov və həyat yoldaşının güllələnməsi haqda bəyanat yayıb. O hadisəyə belə reaksiya verib: “Muhacirətdə yaşayan Azərbaycan jurnalisti Rahim Namazova qarşı sui-qəsd cəhdi və onun həyat yoldaşının Kolmar şəhərində öldürülməsi məndə dərin hiddət hissi oyatmışdır. Bu […]

Sevgilisinin anası ilə intim əlaqədə oldu, sonra isə öldürdü – Azərbaycanda

Sumqayıt Apellyasiya Məhkəməsində sevdiyi qızın anasını öldürməkdə təqsirləndirilən Samir Hacəliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Turkustan.info  “Report”a istinadən xəbər verir ki, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, S.Hacəliyevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən […]

Bir bilet aldı — Yarım milyard uddu

ABŞ-ın “Mega Millions” lotereyasında növbəti cekpot qalibi müəyyənləşib. Turkustan.info xəbər verir ki, bu barədə loteyera administrasiyası məlumat yayıb. Məlumata görə, uduşa Nyu-Cersidə satılmış bilet düşüb. Naməlum qalib yarım milyard dollardan çox olan cekpotun, yəni 521 milyon ABŞ dollarının sahibi olub.   /Ölkə.Az/

İlham İsmayılov: “Xaricdə yaşayan azərbaycanlılar lider kimi İlham Əliyevi dəstəkləyirlər”

“Xaricdə yaşayan azərbaycanlılar da prezident İlham Əliyevi özlərinin alternativsiz lideri görür, onun apardığı siyasi kursu birmənalı şəkildə dəstəkləyirlər”. Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının və Avropa Azərbaycanlıları Konqresi Məşvərət Şurasının üzvü İlham İsmayılov bildirib.  […]

“Əjdaha yuvası”nda nələr aşkarlandı – FOTOLAR

Bir qrup alpinistin tapdığı “əjdaha yuvası” görənləri dəhşətə salıb. Xarici KİV xəbər verir ki, alpinistlər dağlıq ərazidə dərin oyuğu gördükdə ora yaxınlaşıblar. Bir saat ərzində növbə ilə oyuğa girən alpinistlər 250-300 metr dərinlikdə yeni keçidlər kəşf ediblər. Burada onlar yeraltı suyu çıxarmaq üçün artezian sistemi ilə qarşılaşıblar. Oyuğun yeraltı mədən […]

Polis Bakıdakı mitinqlə bağlı məlumat yaydı

Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın Bakıda keçirdiyi mitinqlə bağlı məlumat yayıb. İdarədən verilən məlumatda bildirilir ki, martın 31-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan […]

Saakaşvili Ukraynaya qayıtmağa hazırlaşır

Gürcüstanın eks-prezidenti, keçmiş Odessa qubernatoru Mixayil Saakaşvili Ukraynaya geri dönməyə hazırlaşdığını bəyan edib. Turkustan.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Yaxın zamanda Ukraynaya qayıtmağa hazırlaşdığını deyən Saakaşvili, diaspora üzvləri və ukraynalı tələbələrlə görüşlər keçirdiyini diqqətə çatdırıb. “Mən bir çox Avropa şəhərlərinə səfər edirəm, müxtəlif insanlarla görüşürəm. Yaxın günlərə bir […]

“Pokrovka Məhərrəm” sərbəst buraxıldı

Rusiyada saxlanılan “Pakrov Məhərrəm” adı ilə tanınan iş adamı Məhərrəm Quliyev sərbəst buraxılıb. Turkustan.info xəbər verir ki, bu barədə APA-ya M. Quliyevin yaxınları məlumat verib. Onun saxlanılmasının səbəbləri hələlik açıqlanmır. Bu gün M. Quliyevin həbs olunmasını özündə əks etdirən video “youtube” şəbəkəsində yerləşdirilib.

Serbiya, Monteneqro və Bosniya və Herseqovinada soyqırımın 100-cü ildönümü ilə bağlı tədbirləri keçirilib

2018-ci il 31 mart tarixində azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyində anım mərasimi keçirilib. Tədbirdə Səfirliyin əməkdaşları ilə yanaşı Serbiyada, o cümlədən Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının üzvləri, Serbiyada yaşayan və təhsil alan azərbaycanlılar, Serbiya ictimaiyyətinin nümayəndələri və Belqrad şəhərinin […]

Son dəqiqə : Putin Qərb ölkələrinin 49 diplomatını ölkədən qovdu – Siyahı

23 ölkənin Rusiya diplomatlarını deportasiya etmə qərarından sonra hərəkətə keçən rəsmi Kreml 49 diplomatı ölkədən qovub. Turkustan.info xəbər verir ki, Rusiya ilə İngiltərə arasında yaşanan gərginliyin ardından 23 ölkə Rusiya diplomatlarını deportasiya etmək qərarı verdi. Tarix kitablarında “Skripal hadisəsi” kimi qalacaq gərginliyin ardından Rusiyadan da cəzalandırıcı cavab gəlib. Kreml 19 […]

Moskvada azərbaycanlı iş adamını diz çökdürdülər – “Pokrovka Məhərrəm”… – VİDEO

Moskvada “Pokrovka Məhərrəm” kimi tanınan azərbaycanlı biznesmen Məhərrəm Həsənov Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Turkustan.info xəbər verir ki, sosial şəbəkələrdə polislərin Məhərrəmi qandallamalarını və dizləri üstə qoymalarını əks etdirən video yayılıb. Məhərrəm Həsənovun tutulmasının səbəbləri məlum deyil. Məhərrəm Həsənov Rusiyada “tərəvəz mafiyası”nın əsas fiqurlarından biridir. Şəmkir rayonundan olan M.Həsənov Azərbaycandan kənd təsərrüfatı […]

Hökumət QƏRAR VERDİ: ölkədə bu tarixdə milli sosial şəbəkə YARADILACAQ

İran ən yaxın həftələr ərzində “Telegram” sosial şəbəkəsini milli messencerlə əvəz etməyi planlaşdırır. Turkustan.info “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu haqda İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Bürucerdi bildirib.Bürucerdi vurğulayıb ki, “Telegram”ın İran alternativinin yaradılması haqqında qərar hakimiyyətdə ən yüksək səviyyədə qəbul edilib. Onun sözlərinə […]

Məşhur professordan daha bir TÖVSİYƏ: “Quyruq yağını əridib içən insanlar…”

Türkiyəli professor Canan Karatay çay və fındığın insan sağlamlığı üçün çox faydalı olduğunu bildirib. Turkustan.info xəbər verir ki, daxili xəstəliklər üzrə həkim, kardioloq Rəcəb Tayyib Ərdoğan Universiteti tələbələrinin iştirak etdiyi “Özünə yaxşı bax” verilişinin qonağı olub. Canan Karatay yaz və yay aylarında sağlam qidalanma ilə bağlı tövsiyələri verib: “Qara Dəniz […]

Əxlaqsız şagirdlə bağlı fikrimi təhrif edənlər… – Millət vəkili

Azərbaycanda mətnin məntiqi təhlili ilə bağlı ciddi problemlər var. Turkustan.info xəbər verir ki, bu sözləri iki ay öncə Bakı şəhərindəki 132-134 nömrəli Təhsil Kompleksində baş verən olayla bağlı mövqeyinin yanlış anlaşılması və ona ünvanlanan tənqidlər haqda danışarkən millət vəkli Fazil Mustafa deyib. Millət vəkili adını çəkmədiyi sayt rəhbərinin onun mövqeyinə […]

Azərbaycan cırtdanları: Onların sayı niyə artır?

Azərbaycanda cırtdanboylu insanların sayı qeydiyyatda olandan çoxdur. Dövlət tərəfindən pulsuz dərman təminatı olmadığı üçün onlar qeydiyyata düşməyə həvəs göstərmirlər. Turkustan.info bildirir ki, bu barədə Azvision.az-a açıqlamasında Respublika Endokrinologiya Mərkəzinin həkim metodisti, endokrinoloq Samirə Xəlilova deyib. Onun sözlərinə görə, cırtdanboyluluq nanizm, subnanizm və tender sindromuna görə ayrılır: “Ötən il tender sindromu […]

“MEK-də 1918-ci il mart soyqırımına həsr olunmuş sərgi təşkil olunub”

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) 1918-ci il 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş sərgi təşkil olunub. Sərgidə kitabxananın fondlarında mühafizə olunan “31 Mart soyqırımı 1918-1920-ci illər mətbuatında”, “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım”, “Soyqırım tarixinin dastanı”, “Soyqırım cinayəti”, “Azərbaycan xalqına qarşı 1918-ci il Mart soyqırımı”, “1918-ci il qırğınları; Tarixi araşdırmalar”, […]

Azərbaycan Respublikasının İrandakı Səfiri MEK-i ziyarət edib

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı (İİR) Fövqəladə və Səlahiyyətli Səfiri cənab Bünyad Hüseynov AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib. Səfir MEK-in Sərgi salonunda, Akademiklər zalında, eləcə də kitabxananın başqa informasiya təminatı məkanlarında mühafizə olunan Azərbaycan və dünya mədəniyyətini, tarixini əks etdirən sənədlərlə tanış olub. Qarşılıqlı əməkdaşlığın müzakirəsi zamanı Səfir […]

Azərbaycandakı dönərxanalarla bağlı şok açıqlama – “ÖLMÜŞ İNSAN ƏTİ VURURLAR”

“Azad İstehlakçılar Birliyi tezliklə bütün dönər hazırlayan restoran, kafe və obyektlərdə yoxlamalara başlayacaq. Təkcə Bakıda 15 000 dönərxana var. Lakin rəsmi sertifikat yalnız 2 şirkətə məxsusdur. Bu şirkətlərin isə 60 obyekti var. Digər dönərxanalarda istifadə olunan ətin içində mənşəyi məlum olmayan ət, at, eşşək əti, hətta ölü insan ətinin olması […]

Qənirə Paşayeva Bakı Slavyan Universitetində 31 Mart soyqırımı ilə bağlı çıxış edib

Millət vəkili Q.Paşayeva Bakı Slavyan Universitetində 31 Mart soyqırımı ilə bağlı çıxış edib və gəncləri ölkəmiz əleyhinə yalanlara qarşı mübarizədə fəal olmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva Bakı Slavyan Universitetində 31 mart – Azərbaycanlılara qarşı soyqırımın 100-cü ildönümü ilə bağlı tədbirdə və tanınmış araşdırmaçı,alim Şəlalə Həsənovanın “İrsimizə atəş açmayın”sənədli filminin […]

Qubada minlərlə insan Memorial Kompleksinə yürüş etdi – FOTOLAR

Martın 31-də 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar Qubada Soyqırımı Memorial Kompleksinə yürüş təşkil olunub. Yürüşdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları və ölkəmizin bütün bölgələrindən vətəndaşlar iştirak ediblər. Azertag.az-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə ümummilli […]

Sevgilisinə görə iki qadını vurdu, amma sevgilisi onu atdı – Bakıda ilginc cinayət

Bakıda liftdə iki qadına hücum etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. O, özünü təqsirli bilmir. Turkustan.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən 1990-cı il təvəllüdlü Şəhriyar Əlizadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Şəhriyar […]

ADAU-da Antiplagiat İnternet-Sistemi tətbiq olunur

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) aparılan işlərin mühüm istiqamətlərindən biri də hazırlanan tədris vəsaitlərində plagiat hallarının aradan qaldırılmasıdır.  Bu məqsədlə, 2016-cı il iyulun 5-də ADAU ilə Plagiat.pl Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı arasında müqavilə imzalanmışdır. Sistem informasiya xidmətləri sahəsində işləyir və digər sənədlərində yer aldığı strikeplagiarism.com antiplagiat sistemi bazasında və internet-kontentlə çalışan […]

Suraxanı rayonunda körpələr evinin zirzəmisində yaşayan məcburi köçkün, ikinci qrup əlil Mehriban Əliyevaya müraciət ünvanladı

Turkustan.info bildirir ki, Analoq.az-ın mail ünvanına məktub ünvanlayan, əslən Laçın rayonunun Qarakeçdi kəndindən olan,məcburi köçkün,ikinci qrup əlil,hazırda Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsində yerləşən 258 saylı körpələr evinin zirzəmisində məskunlaşan,Həsənzadə Azadə Hüseyin qızı Azərbaycan Respubilkasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.Analoq.az həmin müraciəti olduğu kimi təqdim edir: Çox hörmətli Mehriban xanım, […]

Valideynləri qətlə yetirilən xocalılılar dünya ictimaiyyətinə, Azərbaycan xalqına müraciət etdi – EKSKLÜZİV

Bu gün Xocalı soyqırımı zamanı hər iki valideyni ermənilər tərəfindən qətlə yetirilən “25-lər”  Bakıda “Ana harayı” abidəsini ziyarət ediblər. 31 Mart Dünya Azərbaycanlıların soyqrımının 100 illiyi ilə əlaqədar toplaşan Xocalı soyqırımının canlı şahidləri dünya ictimaiyyətini Xocalı soyqırımını tanımağa səsləyiblər. Onlar 31 Mart azərbaycanlılarının soyqrımından 100 il ötməsinə baxmayaraq, dünyanın hələ də […]

Ankarada 31 Mart soyqırımının 100 illiyi ilə bağlı konfrans keçirilib

Nail Çələbi: “Anadolu, Azərbaycan, Qırğız, Özbək, Türkmən, Qazax türkləri bu ağrını heç unutmayacaq” Bu gün Türk Dünyası Parlament Birliyi 31 Mart azərbaycanlıların soyqırımının 100 illiyi münasibətilə Türkiyənin paytaxtı Ankara şəhərində mətbuat konfransı təşkil edib. Birliyin sədri Nail Çələbi, erməni silahlı dəstələrinint Türklərə qarşı etdikləri soyqırımı lənətləyərək şəhidlərə Allahdan rəhmət diləyib. […]

Moskva elan etdi – Sunami effekti YARADACAQ

Moskva Rusiya diplomatlarının deportasiyası ilə ilə Böyük Britaniyanın qərarına cavab olaraq 50-dən çox Britaniya diplomatını göndərməyə hazırlaşır. Turkustan.info  TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. “Rusiya və Britaniya diplomatlarının sayı arasındakı fərq 50-dən çoxdur”, – o deyib. Xatırladaq ki, Rusiyanın […]

“Bu müəllimlər işdən azad olunmalıdır”

Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmədə minimum nəticə göstərən müəllimlərlə bağlı sərt addımlar atılacağı, tədbirlər görüləcəyi ilə bağlı cəmiyyətdə gözləntilər olsa belə, ötən müddət ərzində bu baş verməyib. Bu azmış kimi, diaqnostik qiymətləndirmədə hansı müəllimlərin necə nəticə göstərməsi barədə məlumatlar Təhsil Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanmayıb. Təhsil eksperti Kamran Əsədov Yeniavaz.com saytına […]

1918-ci il Mart Soyqrımının qisasını alan Borçalı bəyi İsrafil bəy Acalov

Erməni generalın başını kəsən İsrafil bəy kim olub? Borçalı türk dünyasına çox igid oğullar verib.İran Türk savaşının qəhrəmanı Nağı xan Borçalı, rus və Polşa ordularının generalları Yadigarov qardaşları, Osmanlı ordusunun Paşası Darvazlı Mehralı Paşa, Nəriman Nərimanov, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Hoyski, Qars islam Cumhuriyyətinin başqanı Emin bəy Acalov (Borçalı) […]

Dəhşət: Qızı maşından düşürüb, yolun ortasında… – VİDEO 18+

Dağıstanlı gənc başqasının avtomobilinə oturan sevgilisini ölümcül döyüb. Turkustan.info xəbər verir ki, hadisə Rostov-Bakı şosesində baş verib. Sevgilisini maşından düşürüb yolun ortasında döyən, daha sonra isə daşla başını əzən gəncin hərəkəti nəzarət kamerasına düşüb. Cinayəti törədən şəxs artıq həbs edilib.   /Axar.az/

MEK-in “Qorqud” viki klubunun könüllüləri 31 martla bağlı vikipediayada məqalələr yaradıblar

AMEA Mərkəzi Elmi Kitabxananın Sərbəst elektron resurslar şöbəsinin nəzdində yaradılan “Qorqud” viki klubunun könüllüləri tərəfindən azərbaycanlıların 1918-ci il 31 martsoyqırımına həsr olunmuş məqalələr yaradılıb. Məqalələrdən biri Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 15 iyul 1918–ci ildə yaratdığıFövqəladə Təhqiqat Komissiyası ilə bağlıdır. Burada komissiyanın fəaliyyəti və qərarları əks olunub. “Mart soyqırımı” adlanan başqa […]

Fransa PKK-ya silahlı yardım göndərəcək – Qərar verildi

Fransa hakimiyyət orqanları Suriyanın Menbiç bölgəsindəki kürd terrorçularına kömək məqsədilə qoşun göndərməyə qərar verib.  Turkustan.info-nun məlumatına görə, bu barədə Fransanın “Parisien” qəzeti  PYD  terror təşkilatının bazasında yaradılmış Suriya Demokratik Qüvvələri adlandırılan silahlı təşkilata  istinadən açıqlama yayıb. Xəbərdə qeyd edilir ki, SDQ-nin üzvləri martın 29-da Fransa prezidenti Emmanuel makronla görüşüb.  Nümayəndə […]

“Zeytun budağı” 3800-dən çox terrorçunu ZƏRƏRSİZLƏŞDİRİB

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3820 nəfərə çatıb. Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı […]

Ekoloji MÜHARİBƏ: “Qərb bilərəkdən Azərbaycanda quraqlıq yaradır” – şok AÇIQLAMA

“Azərbaycanda qış aprelin 15-nə qədər davam edəcək”. Turkustan.info bildirir ki, bunu Modern.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov deyib. O bildirib ki, mart dəli-dolu aydır. “Bu ayda ağaclarda xırda yarpaqlar olmalı olsa da, hazırda Azərbaycanda bu nəzərə çarpmır. Çünki ölkəmizdə yaz gecikir. Bunun səbəbi isə, qlobal istiləşmə […]

Qar, yağış, şimşək – Ölkə ərazisində hökm sürən hava

Ölkə ərazisində martın 30-u gün ərzində, 31-i səhərədək hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub. Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bəzi rayonlarda, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda güclü şimal-qərb küləyi əsib.  /Bizimyol.info/

Azərbaycanda məmur güllələndi – RƏSMİ AÇIQLAMA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkının ərazisinə brakonyerlərin daxil olması barədə əldə edilmiş məlumat əsasında martın 30-da saat 22:10 radələrində Milli Parkın əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib. Turkustan.info bildirir ki, Nazirliyin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı Milli Parkın 1 saylı sahəsinin 5 saylı postunun […]

Rusiya Ermənistanı silahlandırmağa davam edir

Rusiya 2018-ci ildə yeni 100 milyon dollarlıq müqavilə ilə Ermənistana silah tədarük etməyə başlayacaq. TASS-ın xəbərinə görə, bu barədə ArmHiTec sərgisində jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktor müavini Vladimir Drojjov deyib. “Yeni silah və hərbi texnikanın tədarükü 2018-ci ildə nəzərdə tutulub”, – V.Drojjov deyib. Kredit üzrə […]

Amerikadan daha bir XAİN ADDIM: Türkiyə ABŞ-la dəhşətli savaşın BİR ADDIMLIĞINDA

Türkiyənin Münbiçdə YPG terror təşkilatına qarşı həyata keçirməyi planlaşdırdığı əməliyyata mane olmaq istəyən ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) mahala yeni hərbi qüvvə göndərib. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, ABŞ-ın “Assoşieyted Press” agentliyi Münbiçə göndərilən yeni Amerika əsgərlərinin fotolarını paylaşıb. ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra […]

Fazil Mustafa hovuzda xaricilərlə “dava” edib

“Ötən günlərdə hovuza üzməyə getmişdim. Bir neçə xarici vətəndaşın da hovuzun ətrafında olduğunu gördüm və danışıqlarından anladım ki, Azərbaycanın güneyindən gələn soydaşlarımızdır. Nədənsə bizlər kimi ictimai yerdə ucadan danışırdılar və istər-istəməz qulağıma çatan sözlərdən rahatsız olmağa başladım”.  Turkustan.info xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib. F.Mustafa iranlılarla arasında baş verən […]

Xərçəng və diabet xəstəliyinin çarəsi! – Təzə fındığın MÖCÜZƏVİ FAYDALARI

Sağlam qidalanma və pəhriz mütəxəssisi Ayça Gülərüz təzə fındığın xərçəng hüceyrələrini məhv etdiyini açıqlayıb. Turkustan.info Türkiyə mətbuatına istinadən dietoloqun fındığın faydaları haqqında fikirlərini təqdim edir. İmmun sistemini gücləndirir Fındıq E vitamini baxımından zəngindir. E vitamini qırmızı qan hüceyrələrinin parçalanmasını qarşısını alaraq qan azlığı riskini azaldır. Qan dövranının düzgün işləməsi isə […]

Prof.dr. Aygün Attar: “Öncəsi və sonrasıyla 1918-ci il 31 mart Bakı soyqırımı”

Azərbaycanlı professor, Giresun universitetinin sabiq rektoru Aygün Attar 31 mart soyqırımının ildönümü ilə bağlı məqalə qələmə alıb. Musavat.com həmin məqaləni orijinalda təqdim edir: Öncesi ve Sonrasıyla 31 Mart 1918 Bakü Soykırımı Ermenistan ve hamilerinin yaklaşık 200 yıl boyunca Türklere karşı giriştikleri acımasız siyaset ve neticesinde Azerbaycan’da ’31 Mart Azerbaycanlıların Soykırımı Günü’ ilan […]

Ermənistan üçün kritik 9 gün – Gerisayım başladı

“Tamahkar, cinayətkar, oliqarx Sərkisyan…” – Ermənistan prezidentinə ev verilməsi və yüksək pensiya kəsilməsi ictimai qəzəbi daha da artırdı; erməni nəşri: “Öz xalqına bunca bədbəxtlik gətirən Sərkisyan…” 9 gün sonra Ermənistanda yeni, formal baş nazir seçkisi keçiriləcək. Ona görə “formal” ki, parlamentdəki hakim çoxluğun namizədi – prezident kimi səlahiyyət müddəti başa […]

Paytaxtda məmur oğlu “qırmızı işıq”dan keçərək qəza törədib, ağır yaralanan var – VİDEO

Bakının Nəsimi rayonunda işıqforun qırmızı işığından keçən sürücü qəza törədib. Turkustan.info ”Report”a istinadən bildirir ki, “10-LJ-600” dövlət qeydiyyat nişanlı BMW markalı avtomobili idarə edən 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Nüsrət oğlu Rəşid Behbudov küçəsində yüksək sürətlə hərəkət olarkən, işıqforun qırmızı işığından keçib. Nəticədə onun 28 May küçəsindən gələn Əsgərov Elvin […]

Azərbaycanda bir gündə 72 nəfər SAXLANILDI

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 95 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb. Turkustan.info bildirir ki, Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 33 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında […]

Ordumuz bu ölkəyə girə bilər – Yıldırım

İraq əməliyyat aparmasa, Suriyadakı kimi, Sincarda da hərbi hərəkata start verəcəyik. Turkustan.info xəbər verir ki, bu açıqlama ilə Türkiyə Baş naziri Binəli Yıldırım çıxış edib. Yıldırım ölkənin iqtisadi inkişafından da danışaraq bildirib ki, Türkiyə G20 ölkələrini geridə qoyaraq, 7,4 nisbətində sıçrayışa nail olub. Qeyd edək ki, Türkiyə Prezidenti Ərdoğan da […]

Bakı hərbi zərbəyə hazırlaşır – Sabiq nazirin şərhi

Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun Axar.az-a müsahibəsini təqdim edirik: – ABŞ Prezidenti Donald Tramp ötən gün Konqres tərəfindən daha əvvəl bəyənilmiş büdcə layihəsini imzalayıb. Gürcüstandan və Ukraynadan fərqli olaraq, Ermənistan maliyyə yardımı almayacaq. Bu, nədən qaynaqlanır? – Tramp seçkiqabağı da belə bir bəyanatla çıxış edirdi ki, ABŞ […]

Faciələrimizi özümüz araşdırmalı, bütün dünyaya da özümüz tanıtmalıyıq

Cavanşir Feyziyev Millət vəkili, fəlsəfə doktoru 30 mart 2018-ci il Milli dövlətçiliyimizin çox əsrlik təkamülü tarixində Azərbaycan ərazisi çoxsaylı savaşların meydanı olub. Bu ərazidə regionun və dünyanın böyük güc sahibləri üz-üzə gəliblər. Lakin 20-ci əsrə qədərki dövrdə heç zaman yerli əhalinin – Azərbaycan türklərinin kütləvi qırğınına, etnik və dini mənsubiyyət […]

Bu gün azərbaycanlıların soyqırımından 100 il ötür

Bu gün, 31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Soyqırım hadisəsindən 100 il ötür. Belə ki, 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni […]

Bakıda böyük təhsil sərgisi keçiriləcək

KÜNİB (Qafqaz Universitetləri Birliyi) Türkiyənin təhsil sahəsində qazandığı uğurları qardaş ölkələrlə paylaşmaq üçün Bakıda böyük bir təhsil sərgisi həyata keçirəcək. Türkiyənin nüfuzlu üniversitetləri təhsil sərgisində iştirak edəcəkdir. Sərgi 31 mart -1aprel tarixlərində Pullman Baku (köhnə Kempinski Hotel Badamdar) da keçiriləcək. Təhsil sərgisində Türkiyənin Universtetləri ilə yanaşı Azərbaycanında məşhur Universtetləri iştirak […]

Özlərini çarmıxa çəkdirdilər – Dini ayin – VİDEO

Filippində əksəriyyəti katolik xristianların yaşadığı San-Fernando şəhərində dini ayin keçirilib. Turkustan.info “Euronews”a istinadən xəbər verir ki, mərasimdə İsa peyğəmbərin (ə) çarmıxa çəkilməsi səhnəsinin canlandırılıb. Bir neçə şəxs eyni əzabı hiss etmək istədiklərini deyərək çarmıxa çəkilməyə razı olublar. Onlar 10 dəqiqə ərzində əlləri taxtaya mismarlı və taxtaya bağlı şəkildə asılıblar. Mərasimi […]

Təzyiqi salmaq üçün bunları yeyin – 3 SEHRLİ MƏHSUL

Bəzi məhsullar var ki, onlar öz faydalı xüsusiyyətlərinə görə təzyiqi normada saxlamağa kömək edir. Sizə bu məhsulları təqdim edirik 1. Çuğundur Çuğundurun tərkibində olan maddələr insan orqanizminə düşdükdən sonra burada azot oksidinə çevrilir. Azot oksidi damarları genişləndirir ki, bu da arterial təzyiqi aşağı salır. Çuğundur həmçinin qidalı liflərlə zəngindir. Bu […]

Dünyanı bu asteroid məhv edəcək – VİDEO

Yer kürəsi yenə təhükə altındadır. Diametri 5 kilometr, ağırlığı minimum 5 milyard ton olan Tautatis asteroidi artıq neçənci dəfədir ki, yerə yaxınlaşır. Tautatis qoz ləpəsinə bənzəyir. Bəzi alimlərin fikrinə görə, bu iki fərqli asteroidin birləşməsindən yaranıb. Bu asteroidin qeyri-standart forması olduğuna görə, alimlər onun hərəkət trayektoriyasını və Yerə dəqiq nə […]

Azərbaycan Rusiyanın bu istəyi əvəzində Qarabağı tələb edir

Rus parlamentarilərinin İrəvana səfərinin arxa planı. Azərbaycan öz ərazisində Rusiyanın hərbi mövcudluğu istiqamətində istənilən istəyin əvəzində Qarabağ münaqişəsində İrəvana ciddi təzyiq tələb edir.  Turkustan.info məlumatına görə, bu barədə erməni ekspert Manvel Qumaşyan “Novosti-Armeniya” portalı üçün yazdığı “Rus parlamentarilər niyə tez-tez İrəvana gəlirlər?” adlı məqaləsində bildirib. Bunu Qərbin sanksiyaları qarşısında Moskvanın […]

Raket və artilleriya bölmələri döyüş meydanında – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Raket və Artilleriya birləşmələrinin və bölmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə cəbhə bölgəsindəki bütün ümumqoşun poliqonlarında keçirilən təlimləri davam edir. Müdafiə Nazirliyindən  verilən məlumata görə, təlimlər zamanı iştirak edən bölmələrin yürüş imkanları, eləcə də onların cəmləşmə rayonlarına çıxarılması, start […]

“WhatsApp”da istifadəçiləri izləmək mümkün oldu: Yeni PROQRAM

“iOS” mobil əməliyyat sistemi üçün təqdim edilmiş “Chatwatch” mobil proqramı “WhatsApp” messencerində kontaktların aktivliyini izləməyə imkan verir. Turkustan.İnfo ICTnews-a istinadən xəbər verir ki, yeni proqram dostların messencerdən istifadə tezliyini, orada keçirdikləri vaxtı öyrənməyə imkan verir. Bundan başqa, “Chatwatch” mobil proqramı “WhatsApp” messencerində iki kontaktın onlayn vaxtını tutuşdura və onların bir-biri ilə […]

Meyxanaçı Ehtiram: “Arvad sözünə qulaq asan kişi deyil” – VİDEO

“Arvad sözünə qulaq asan kişi deyil” Turkustan.İnfo xəbər verir ki, bu sözləri meyxanaçı Ehtiram “5-də 5” verilişində deyib. O, sonradan fikirlərinə aydınlıq gətirib: “Amma arada arvadın yaxşı məsləhətinə də qulaq asmaq lazımdır. Nəyəsə görə qardaş arasına girirsə, ona qulaq asan kişi deyil. Mən bu mənada deyirəm”.   /Minval.İnfo/

BAKIDA DƏHŞƏT:13 yaşlı oğlan qardaşını güllələyib öldürdü

Bu gün Bakıda 13 yaşlı oğlan qardaşını güllələyib. Turkustan.info xəbər verir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsi ərazisində baş verib. 13 yaşlı B.Rəhimov dərsdən gələndən sonra evdə atasına məxsus tüfənglə ehtiyatsız rəftar edib. Atəş açılması nəticəsində ailənin böyük övladı Rəhim Rəhimov ağır xəsarət alıb. Onun həyatını xilas etmək mümkün olmayıb. […]

Putinin “bənzərsiz” raketləri: Cəmi 23 saniyə – VİDEO

Rusiya Müdafiə Nazirliyi dünyada bənzəri olmadığı iddia edilən qitələrarası ağır ballistik raket olan “Sarmat”ın sınaq videosunu yayıb. Turkustan.info xəbər verir ki, sözügedən raketlər prezident Putin tərəfindən də dəfələrlə tərif olunub. Yayınlanan 23 saniyəlik videoda sadəcə raketin atıldığı görünür. Bu, “Sarmat” üçün ikinci sınaqdır. Birinci sınaq ötən il dekabrda gerçəkləşdirilmişdi. Xatırladaq […]

“Lider” TV-də qalmaqal: “Manaf Ağayev oxuyursa, mən niyə oxumayım?” – VİDEO

“Bəzi müğənnilər özləri təhqir olunmaqda maraqlıdırlar. Elza Seyidcahana yüz dəfə deyilib ki, şeir yazmasın. Çünki onun poeziyadan xəbəri yoxdur. Elza şeir yazmaqla Nizaminin, Füzulinin ruhunu təhqir edir. Elza xanım ədəbiyyat tənqidçilərinin, oxucuların rəyini qulaqardına vurduğu üçün onu sosial şəbəkələrdə təhqir edirlər”. Turkustan.info xəbər verir ki, bu sözləri tanınmış jurnalist Seymur […]

Silah, dava, söyüş, üzə tüpürmək, qadın başına yumruq… – Bakının avtobus macəraları – VİDEOLAR

Bakıda ictimai nəqliyyatda davaların baş verməsi az qala adi hal alıb. Vaxtaşırı avtobuslarda insident yaşanır və bu xoşagəlməz vəziyyət müzakirə mövzusuna çevrilir. Turkustan.info Minval.info-ya istinadən xəbər verir ki, ötən gün ictimai nəqliyyatda həmişəki davalardan daha da artığı olub. Belə ki, gənc oğlan qadını yumruqla vuraraq əndazəni aşıb. İndiyə qədər baş […]

Qənirə Paşayeva Dillər Universitetində 31 Mart soyqırımı ilə bağlı çıxış edib – VİDEO

Millət vəkili Q.Paşayeva Dillər Universitetində 31 Mart soyqırımı ilə bağlı çıxış edib və gəncləri yalanlara qarşı mübarizədə fəal olmağa çağırıb. Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımının 100-cü ildönümündə Azərbaycan Dillər Universitetində Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin təşkil etdiyi tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, siyasi elmlər doktoru Q. […]

Müharibəni biz yox, ABŞ başlatdı – Rusiya

ABŞ ilə diplomatik müharibəni Rusiya başlatmadı. Moskvanın 60 ABŞ diplomatını deportasiya etmək və Sankt-Peterburqdakı Baş Konsulluğu bağlamaq qərarı cavab addımı idi. Turkustan.info xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib. “Rusiya heç bir diplomatik müharibəyə başlamadı. Rusiya Prezidenti Vladimir Putin ABŞ da daxil olmaqla, bütün ölkələrlə yaxşı münasibətlər […]

Əflatun Amaşov: “Əminəm AMEA rəhbərliyi institut direktoru barədə ciddi ölçü götürəcək”

“Kütləvi informasiya vasitələrində Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalistləri təhqir etməsinə dair məlumatlar yayılıb. Mən şəxsən hadisənin təfərrüratları, necə və hansı şəraitdə baş verməsinə dair dəqiq bilgiyə malik deyiləm. Ancaq hər bir halda hesab edirəm ki, yazılanlar doğrudursa, yəni peşə fəaliyyətini yerinə yetirən jurnalist Ramiz Məmmədova […]

Hikmət Babaoğlu: “Facebook” da, “twitter” də transmilli şirkətdir və onların milli informasiya məkanında fəaliyyəti hüquqla tənzimlənməlidir

“İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: mənfi meyillərə qarşı jurnalist həmrəyliyi” mövzusunda olduqca vacib və aktual tədbirdə Azərbaycan mətbuatını milli intellektual institutlarımızın avanqardlarından biri kimi səciyyələndirdiyinə görə, eyni zamanda, mətbu resurslarımızın milli maraqlar ətrafında səfərbər edilməsində bizlərə daima dəstək verdiyinə görə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli […]

ADAU-nun rektoru IELTS sertifikatlarını tələbələrə təqdim etdi

Azərbaycan Dövlət Aqrar Universitetində ingilis dilinin tədrisi və bu dildə qrupların yaradılmasına xüsusi önəm verilir. Aqrar iqtisadiyyat və aqronomluq fakültələrində ingilis dilli qruplar fəaliyyət göstərməkdədir. Bu məqsədlə ingilis dilində təhsil səviyyəsinin – həm tələbə, həm də professor-müəllim heyətinin ingilis dili bacarıqlarının inkişaf etidirlməsi yolunda müxtəlif uğurlu addımlar atılır. Azərbaycan Dövlət […]

Menbiçdə Amerika hərbçiləri öldürüldü

Menbiçdə amerika hərbçiləri minaya düşdü. Turkustan.info xəbər verir ki, ötən gün axşam saatlarında bir qrup ABŞ hərbçisi Suriyanın şimalında yerləşən Menbiç şəhərində kustar üsülla hazırlanan minaya düşüb. Bu barədə ABŞ koalisiya komandanlığından məlumat verilib. Məlumata əsasən, hadisə nəticəsində 2 ABŞ hərbçisi ölüb 5-i isə yaralanıb. Baş verən insidentlə bağlı heç bir terror təşkilatı […]

Qənirə Paşayeva türk dünyasına birlik çağırışı edib

“Ermənistan kimi işğalçılara qarşı daha güclü mübarizə üçün lazım olan güc birlikdən keçir” Okuklu Holdinqin təşkilatçılığı ilə keçirilən Afrin Zəfəri Festivalında çıxış edən millət vəkili Qənirə Paşayeva Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyib, terroru və arxasında duranları lənətləyirik deyib. Turkustan.info-nun məlumatına görə, Azərbaycanın erməni terrorundan çox əziyyət […]

3-cü böyük HƏRƏKAT başlanır – Bu dəfə türkman, ərəb, kürd, yəhudilər də…

Terror təşkilatlıarına qarşı həyata keçirilmiş “Fərat qalxanı” və “Zeytun budağı” hərəkatları işğalçıların Türkiyənin cənubuna dair bütün planlarını boşa çıxarıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Suriyanın şimalını PKK terror təşkilatı ilə birgə işğal edən ABŞ hazırda linç edilmə qorxusu yaşayır. Çünki Türkiyə Silahlı Qüvvələrinin iki böyük hərəkatla Suriyaya verdiyi rahatlıq […]

Türkiyənin dünyanı QORXUYA SALAN yerli hərbi silahları – FOTO

  Türkiyə Silahlı Qüvvələrinin silah və sursat ehtiyaclarının qarşılanmasında xarici ölkələrdən asılılığını ən aşağı səviyyəyə endirmək üçün yeni layihələrə imza atır. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bu layihələrdən bir neçə artıq sınaq mərhələsindədir. Pulat Akkor Bu, bir tank qoruma sistemidir. Bu sistemin tanklara tətbiq edilməsinə qısa müddət sonra başlanılacaq. […]

ADAU-da 31 MART AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜ ilə bağlı tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin Ictimai elmlər və multikulturalizm kafedrasının əməkdaşları Aqrar iqtisadiyat, Aqrobiznes və idarəetmə fakültələrində  31 Mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirib. Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov  açıb, Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri haqqında […]

Siyasi mübarizə intellektə, arqumentlərə söykənərək aparılmalıdır – PƏRVİZ HƏŞİMLİ

“Əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə Qərb mediasında Azərbaycan hakimiyyəti əleyhinə kampaniyanın şahidi olmadıq. Görünür, son zamanlar   səslənən söyüşlərin də bir səbəbi budur”. Bu sözləri Gununsesi.info xəbər portalının baş redaktoru Pərviz Həşimli “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda keçirilən dəyirmi masada səsləndirib. Baş […]

Çavuşoğlundan Fransa açıqlaması: Sən kimsən ki?!

Təəssüf ki, Fransa dürüst deyil, bunu üzlərinə də söyləyirik. Fransanın bizimlə terrorçular arasında vasitəçilik etmək təklifi qəbuledilməzdir. Turkustan.info xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. “Sən kimsən ki, vasitəçilik edəsən? Vasitəçilik etmək cürətini haradan tapırsan? Fransa obyektivliyini tamamilə itirib. Fransanın bir-biri ilə təzad təşkil edən […]

“Lotu Quli”ni təhqir edən “Opasnı Roma” güllələndi – İLGİNC İDDİALAR

Fransada yaşayan iki azərbaycanlı güllələnib. Turkustan.info Report-a istinadən xəbər verir ki, hadisə Tuluza şəhərinin yaxınlığındakı Colomie şəhərində qeydə alınıb. Qeyd olunub ki, “Audi” markalı avtomobildən düşən şəxs digər avtomobildə olan Rahim Namazov və həyat yoldaşına 7 güllə vurub və hadisə yerindən qaçıb. Güllələnən R.Namazovun vəziyyəti ağırdır, arvadı isə xəstəxanada ölüb. Hadisə […]

Akademik jurnalistlərin təhqirinə haqq qazandırdı – “KÜÇÜK DEMİŞƏM, ƏCƏB ETMİŞƏM”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov jurnalistləri təhqir etməsində özünü haqlı sayıb.  Turkustan.info xəbər verir ki, R.Məmmədov unikal.org-a açıqlamasında bildirib ki, Azərbaycan mətbuatında bir-iki “küçük” jurnalist var, onu biabır etməklə məşğuldur: “Küçük sözünü demişəm, əcəb etmişəm. Gedib mənim dilimdən yalandan yazı yazırlar. Ona görə də, jurnalistlərdən özümə […]

Fransada azərbaycanlı mühacirləri GÜLLƏLƏDİLƏR – FOTO

Fransada yaşayan iki azərbaycanlı güllələnib. Turkustan.info report-a istinadən xəbər verir ki, hadisə Tuluza şəhərinin yaxınlığındakı Colomie şəhərində qeydə alınıb. Qeyd olunub ki, “Audi” markalı avtomobildən düşən şəxs digər avtomobildə olan Rahim Namazov və həyat yoldaşına 7 güllə vurub və hadisə yerindən qaçıb. Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə […]

Bakıda şok hadisə: “Səni arvadımla tutdum, 5000 manat verməlisən”

Bakıda maraqlı hadisə baş verib. Turkustan.İnfo xəbər verir ki, tanış olduğu qızla onun evinə gedən Bakı sakini şok fırıldaqla qarşılaşıb. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Həsənov martın 25-də tanış olduğu bir qadının onu M.Qaşqay küçəsindəki evə qonaq çağırdığını bildirib. Onun sözlərinə görə, […]

Ağ evin sərt üzü: İran Azərbaycan siyasətini dəyişir

“İran prezidenti Həsən Ruhaninin ölkəmizə səfəri ikitərəfli iqtisadi və siyasi əlaqələrinin inişafına töhfə verəcəyinə rəsmi Bakı ümid edir. Çünki, rəsmi Tehran zamanla Azərbaycana qarşı siyasətində səmimi olmayıb və işğalçı Ermənistana siyasi və iqtisadi yardımları ən üst səviyyədə bu günə kimi qoruyub saxlayır”. Cebhe.info xəbər verir ki, bunu AXCP sədrinin müavini, […]

Fəzail Ağamalı Elmar Məmmədyarovdan istefa TƏLƏB ETDİ

Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun istefası tələb olunub. Turkustan.info xəbər verir ki, Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib ki, xarici işlər naziri Elmar Məmmədyarov prezident İlham Əliyevin hücum diplomatiyasına adekvat ola bilmir. “Çox təəssüf edirəm ki, prezident […]

Qarabağ qazisi “Beynəlxalq Hüquq”dan müdafiə etdi

Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü, Qarabağ qazisi Dr. Səftər Rəhimli Bakı Dövlət Universitetinin Hüquq Fakültəsində “Beynəlxalq Hüquq” ixtisası üzrə müdafiəsini uğurla edib. Müdafiədə Avropanın tanınmış beynəlxalq hüquq üzrə mütəxəssisləri,ekspertləri də iştirak ediblər. Bu barədə məlumatı verən S.Rəhimli müdafiən in uğurla keçdiyini bildirib. “Bakı Dövlət Universitetinin Hüquq Fakültəsində “Beynəlxalq Hüquq” ixtisası […]

Bakıda vulkan püskürüb

29 mart  2018-ci il tarixində saat 21:10 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Ayrantökən palçıq vulkanında püskürmə baş verib. Turkustan.info bildirir ki, bu barədə Oxu.Az-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Yeddi dəqiqəyə qədər davam edən püskürmə alovla müşayiət olunub və alov sütunu vulkanın kraterindən təqribən […]

Səfər Əbiyevin və Eldar Mahmudovun susmalarının səbəbi üzə çıxır

Sülhəddin Əkbər: “Xaricə getmək artıq öz əhəmiyyətini itirib” Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun son günlərdə Azərbaycan əleyhinə yenidən açıq fəaliyyətə başlaması və Avropadakı “söyüş müxalifəti” ilə əlaqələrin olması barədə iddialar bir çox məsələləri gündəmə gətirib. Onun fonunda vəzifəsini itirən yüksək ranqlı məmurların uzun müddət ölkədən kənara buraxılmamalarının vacibliyi […]

Seçkiöncəsi Azərbaycanda kredit borcları silinəcək?

Rusiyada seçkilərdən sonra əhalinin banklara olan borcunun silinməsi istiqamətində addım atılmağa başlanılıb. Belə ki, Rusiya mətbuatının yazdığına görə, əhalinin banklara olan 38,6 milyard dollarlıq kredit borcu silinəcək. Azərbaycanda da problemli kreditlərin həcmi durmadan artır.   Hazırda problemli kreditlərin həcmi 1,2 milyard dollara çatıb. Dəfələrlə, müxtəlif ekspertlər tərəfindən həmin həcmin müəyyən […]

Dövlət qurumlarından hava ilə bağlı XƏBƏRDARLIQ

Bakı Nəqliyyat Agentliyi hazırda paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb. Agentlikdən bildirilib ki, BNA sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını tövsiyə edir. Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamaq, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşmələri xahiş edilib. Təhsil Nazirliyi də həmçinin […]

Azərbaycanda ən çox çəkilən siqaret BAHALAŞDI

Azərbaycanda siqaret markalarından biri bahalaşıb. Turkustan.info xəbər verir ki, siqaret çəkənlərin ən çox istifadə etdiyi “Winston XS”in qiyməti qalxıb. Buna səbəb kimi gömrük sərhəd buraxılış məntəqəsində tütün məhsullarının saxlanılması göstərilir. Məlumata görə, siqaretlərin ölkəyə keçirilməsində artıq 1 aydır ki, problemlər yaranıb. Bununla əlaqədar “Winston XS”in qiyməti 0.10 manat bahalaşıb. Sözügedən siqaret […]

Eldar Mahmudov son generalları da qurban verdi – 44 illik həbs və…

Bu gün “MTN işi” üzrə məhkəmədə sabiq nazirin “kassiri” və “qara qutusu” hesab olunan şəxslərə hökm oxunacaq; ev dustağı olan general-mayor Natəvan Mürvətovanın taleyi necə olacaq? Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, […]

“Hədəf Prezident və Azərbaycandır… durum artıq dərəcədə ciddidir” – Əli Həsənovdan sensasion çıxış

Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda tədbir keçirilir. Musavat.com xəbər verir ki, tədbirdə prezidentin içtimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov,  ölkənin aparıcı KİV nümayəndələri, deputatlar iştirak edirlər. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə […]

Rusiya ballistik raketini atdı: Dəhşətli görüntülər – VİDEO

Rusiya Müdafiə Nazirliyi Sarmat qitələrarası ballistik raketini yenidən sınaqdan keçirib. Turkustan.info Rusiya mətbuatına istinadən xəbər verir ki, raketin ilk sınağı 2017-ci ilin dekabr ayında həyata keçirilib. İkinci dəfə həyata keçirilən sınaq testləri zamanı raket müsbət qiymətləndirilib. Qeyd edək ki, bu raketin hazırlanmasına 2011-ci ildə başlanılıb. Bu ilin birinci yarısında onun […]

Afaq Aslan BƏYƏNDİYİ İDEAL KİŞİNİ AÇIQLAYIB: “… Çox xarizmatik kişidir” – FOTO

Afaq Aslan yenə də maraqlı açıqlaması ilə gündəmi zəbt edib. Turkustan.info sosial şəbəkələrə istinadən xəbər verir ki, o siyasətçilərdən Rəcəb Tayyib Erdoğanı çox bəyəndiyini, çox karizmatik KİŞİ olduğunu qeyd edib. Qeyd edək ki, açıq saçıq şəkilləri ilə gündəm ola Afaq Aslanın bu açıqlaması artıq kifayət qədər şərhə səbəb olub.  /A24.Az/

Türkiyədə hərbi hissəyə hücum: 5 əsgər şəhid olub

PKK silahlıları Türkiyənin cənub-şərqində, Siirt vilayətindəki hərbi hissəyə hücum ediblər.  Turkustan.info xəbər verir ki, hücum nəticəsində 5 türk hərbçi həlak olub, 7-si yaralanıb. Türkiyə Silahlı Qüvvələri bölgədə terrorçuların zərərsizləşdirilməsi üçün dərhal əməliyyata başlayıb. Xatırladaq ki, ötən gün Diyarbəkirdə PKK-çıların avtomobil karvanını atəşə tutması nəticəsində 6 türk hərbi qulluqçu xəsarət almışdı.   […]

ADAU-nun tələbələri üzümlərdə quru bağlama işi aparıb

Azərbaycan Dövlət Aqrar Universitetində təcrübə saatları bir qayda olaraq sahələrdə keilir və tələbələr öyrəndiklərini bu yolla bir daha sınaqdan çıxarır. Nəticədə nəzəriyyə ilə təcrübə tələbələrin seçdiyi ixtisas üzrə daha mükəmməl bilik əldə etməsini gücləndirir. ADAU-nun mətbuat xidmətindən Turkustan.İnfo-ya bildirilib ki, bu günlərdə tələbələr təcrübə sahələrində tez-tez olur, səpində, üzümlərin budanması […]

İstifadəçilər, DİQQƏT! “Elektrik enerjisindən istifadə Qaydaları” dəyişdi

Nazirlər Kabineti “Elektrik enerjisindən istifadə Qaydaları”na bir sıra dəyişikliklər edib. Turkustan.info “Report”a istinadən xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb. Dəyişikliyə əsasən, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, istehlakçının yeni və ya yenidən quraşdırılmış elektrik qurğularının şəbəkəyə qoşulması, istifadə olunmasına icazə verilmiş gücün artırılması, enerjitəchizatı sxeminin […]

Yunanıstandan Türkiyəyə TƏHDİD: “Onlara Osmanlı imperatorluğunun çöküşünü xatırladacağıq!”

Yunanıstanın müdafiə naziri Panos Kammenos İrəvanda erməni həmkarı Vigen Sarkisyan ilə birgə mətbuat konfransı keçirib. Turkustan.info xəbər verir ki, mətbuat konfransında çıxış edən müdafiə naziri Panos Kammenos Türkiyəni beynəlxalq hüquq normalarına riayət etməməkdə ittiham edib: “Türkiyə son zamanlar sərgilədiyi mövqeyi ilə Avropa dəyərlərindən getdikcə uzaqlaşdığını nümayiş etdirir. Biz isə tam […]

Bakıda 40 milyon manata satılan torpaq sahəsi kimindir? – VİDEO

Bakıda fantastik qiymətə torpaq sahəsi satılır. Turkustan.info Xezerxeber.az-a istinadən xəbər verir ki, bir torpagın qiyməti 40 milyon manata, digərinin qiyməti isə 3 milyon 900 min manatadır. Elan saytlarının birində Bakının Nərimanov rayonunda 40 milyon manata boş torpaq sahəsi satılır. Elanda 2 hektar 10 sot ölçüsü olan torpaq sahəsinin yeni tikili […]

Təzadlı xəbərlər: ABŞ çıxır, Fransa girir?

Fransa hökuməti Suriyanın Menbiç vilayətindəki kürdlərə dəstək olmaq üçün buraya öz qüvvələrini göndərəcək. Turkustan.info xəbər verir ki, bu barədə informasiyanı “Parisien” qəzeti yayıb. Suriyaya göndəriləcək qüvvələrin Fransa xüsusi təyinatlılarından ibarət olacağı bildirilib. Onların sayı haqda heç bir məlumat verilməyib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ ordusunun Suriyadan çıxacağı […]

Babək necə məğlub edildi? – Ən məxfi fakt

833-cü ildə xəlifə əl-Məmunun ölümündən sonra xürrəmilər hərəkatı yeni qüvvə ilə alovlandı. Nizamülmülkün yazdığına görə, üsyan İsfahan, Fars və bütün Kuhistanı bürüdü. 20 illik hakimiyyəti ərzində xürrəmilərə qarşı daim mübarizə aparan xəlifə əl-Məmun qardaşı əl-Mötəsimə vəsiyyətində xürrəmilərlə müharibəyə qətiyyətli və amansız adam göndərməyi tövsiyə etdi. Kult.az xəbər verir ki, bu […]

Təhsil Nazirliyindən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: “Sabah təhlükəli…”

Təhsil Nazirliyi valideynlərə xəbərdarlıq edib.  Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcək, güclü (təhlükəli) şimal-qərb küləyi əsəcək. “Təhsil Nazirliyi bununla bağlı tələbə və şagirdləri diqqətli olmağa, xüsusilə azyaşlı məktəb […]