Gün: Mart 1, 2018

Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu bağlantısı ilə bağlı gələcək perspektivlər müzakirə olunub

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla İran Yol və Şəhərsalma Nazirinin müavini, İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında ikitərəfli görüş keçirilib. Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyəti çərçivəsində Astara (İran) terminalının tikintisi, Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu bağlantısı ilə bağlı hərəkət perspektivləri müzakirə olunub […]

İranda sensasion hadisə: Bu, inqilabdır

İran prezidenti Həsən Ruhaninin müavini Məsumə İbtikar qadınların məcburi şəkildə baş örtüsü taxması qanununa qarşı olduğunu deyib. Turkustan.info sputnik-ə istinadən bildirir ki,onun bu sözləri ölkədə “düşüncə inqilabı” kimi dəyərləndirilib. Çünki 1979-cu il inqilabından bu yana heç bir rəsmi şəxs tərəfindən bu haqda açıq fikir bildirən olmamışdı. “Baş örtüsü elə bir […]

Ermənistanda aksiyalar başlayır

Ermənistanda yenidən etiraz aksiyaları başlayır. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, Erməni Milli Konqresi və Ermənistan Xalq Partiyası Yerevanın Azadlıq meydanında aksiya təşkil edib. Aksiya 2008-ci ilin martın 1-də prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifətçilərlə polis arasında baş verən toqquşmalarda ölənlərin xatirəsini yad etmək məqsədi ilə təşkil olunub. Şəhərin […]

İcra hakimiyyətində ölüm hadisəsi

Mingəçevir Şəhər İcra Hakimiyyətində ölüm hadisəsi baş verib. Turkustan.info “Report”a istinadən xəbər verir ki, idarənin kargüzarlıq işləri ilə məşğul olan 1956-ci il təvəllüdlü İntizar Məmmədovanın ürək tutmasından qəfil halı pisləşib. Ətrafdakıların səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. İntizar Məmmədova uzun illərdir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti Aparatında ümumi […]

Dərsə vertolyotla gedən sumqayıtlı müəllim: Gənc xanımın heyrətamiz həyatı – FOTOLAR

Yaşadıqları yerlərdən uzaqlarda, ucqar kəndlərdə dərs deyən xeyli müəllimlər tanıyırıq. Onlar min bir çətinliyə qatlaşaraq, pedaqoji fəaliyyətini davam etdirirlər, gələcək üçün kadr yetişdirilər. Turkustan.info xəbər verir ki, AzEDU-nun “Bizdən uzaq müəllimlər” layihəsində təqdim olunan müəllim isə təkcə uzaqda yaşamasıyla fərqlənmir… O, az qala, nağılvari bir yerdə, Xəzər dənizində yerləşən Çilov adasında […]

İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı

Prezident İlham Əliyev Səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, səhiyyə müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara […]

İntihar etdiyi deyilən 4-cü sinif şagirdi ilə bağlı QANDONDURAN TƏFƏRRÜAT: sən demə…

Zaqatala rayonu Muxax kənd sakini, 4-cü sinif şagirdi Hafiz Məmmədovun ölümünün təfərrüatı məlum olub. Turkustan.info xəbər verir ki, ilkin məlumatda onun intihar etdiyi yazılsa da, kənd sakinlərinin sözlərinə görə, H.Məmmədov ehtiyatsızlıqdan dünyasını dəyişib. Sakinlər bildirir ki, hadisə evlərinin yaxınlığındakı tikilidə baş verib. “Hafiz həmin tikilidə taxtadan hazırlanmış oyuncaqlarla oynayırmış. Oyuncaqların […]

Abel Məhərrəmov təhsil naziri olmaq istəyir? – Açıqlama

“Təhsil çox məsuliyyətli sahədir. Təhsil naziri elə şəxs təyin olunmalıdır ki, məsuliyyəti çiyinlərinə götürə bilsin”. Turkustan.info xəbər verir ki, bu sözləri AzEdu.az saytına açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib. O, vəzifə axtarışında olmadığını deyib: “O adam xoşbəxtdir ki, o, vəzifəni yox, vəzifə onu gəlib tapır. Əgər insan vəzifə […]

Bu şəxslərin də maaşları artırıldı

Prezident İlham Əliyev martın 1-də “Sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, sərəncama əsasən dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.   /Yenicag.az /

Evlərin enerji şəbəkəsinə qoşulmasına görə haqq ödəniləcək

Dövlət başçısının fərmanı ilə sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı proseduru sadələşdirilib.  Turkustan.info xəbər verir ki, bu addım ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, beynəlxalq reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, enerji təchizatı şəbəkələrinə qoşulma prosedurunu və müddətini optimallaşdırmaq […]

Bu pəhrizlə gündə 1 kq arıqlaya bilərsiniz – FOTOLAR

Gündə 1 kq arıqlamaq mümkündürmü? Turkustan.info xəbər verir ki, türkiyəli müğənni Demet Akalın bunun mümkün olduğunu sübut edib. Tanınmış müğənni müxtəlif pəhriz üsulları ilə hər gün 1 kq arıqlayıb. Amma çox yumurta yeməyin də ziyanlı olduğunu həkimlər tez-tez vurğulayırlar Həmin pəhriz üsulunu təqdim edirik: Bu üsulda sadəcə yumurta və müxtəlif […]

Rusiyanın cavab zərbəsi ABŞ-ın sonu olacaq – General

Avropadakı müttəfiqlərinə nüvə silahından istifadəni öyrədən ABŞ bunun bəşəriyyətin sonu olacağını unudaraq, Rusiya ilə nüvə müharibəsi istiqamətində irəliləyir. Turkustan.info xəbər verir ki, bu barədə ehtiyatda olan rus general Yevgeni Bujinski danışıb. “ABŞ-ın nüvə təhdidinin nə dərəcədə təhlükəli olduğunu heç kim deyə bilməz. Rus hərbçiləri hazırlaşır, həmçinin amerikalılar da eyni şeyi […]

Elşad Eyvazlı yeni sayt açdı – AzEdu

Martın 1-dən Azərbaycanda yeni media qurumu – sayt fəaliyyətə başlayıb. Saytın yaradıcısı Parlement Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlıdır. AzEdu.az sırf təhsil saytıdır. Saytın hansı zərurətdən yaranması ilə bağlı sorğuya cavab olaraq Elşad Eyvazlı Modern.az-a bildirib ki, bu sahədə müəyyən boşluqlar var. “Ciddi bir təhsil komandası ilə bu işə başladıq. Komandanın […]

Putindən dünyanı silkələyən BƏYANAT: “Elə bir silah hazırlayırıq ki…” – VİDEO

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Federasiya Şurasına illik müraciətində rəqiblərini qorxuya salan bəyanatla diqqətdə qalıb. Turkustan.info TASS agentliyinə istinadən xəbər verir ki, Putin dünyanın hər yerini vura biləcək böyük bir nüvə silahı hazırladıqlarını deyib. Rusiya prezidentinin çıxışının gedişatında ilk dəfə “Sarmat” raket kompleksinin sınaqlarının kadrları göstərilib. Dövlət başçısı bu kompleksin sınaqlarının […]

Ölkə əhalisinin tibbi müayinədən keçirilməsinə başlanılır

Mayın 12-dək davam edəcək prosesdə respublika əhəmiyyətli tibb müəssisələrinin mütəxəssislərindən ibarət qruplar müntəzəm olaraq regionlara ezam olunacaqlar.  Kəlbəcər RMX-nın baş həkimi Mehparə Kazımova onu da bildirmişdir ki,Cənab prezident Ilham Əliyevin müvafiq sərəncamına əsasən fevralın 12-dən etibarən respublikamızın 1050 yaşayış məntəqəsində pərakəndə məskunlaşmış kəlbəcərli soydaşlarımızın profilaktiki tibbi muayinələrdən keçirilməsinə başlamışıq.Kəlbəcər mərkəzi rayon xəstəxanasının […]

“Seçkidən sonra Təhsil Nazirliyi ləğv olunacaq” – “Yeni nazir buna görə təyin olunmur”

Azərbaycanda 3 aya yaxındır ki, təhsil naziri postu boş qalıb. Belə ki, ötən ilin 5 dekabr tarixində prezident İlham Əliyev Mikayıl Cabbarovun təhsil naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Onun yerinə isə hələ də təyinat olmayıb. Ötən 3 ay ərzində mətbuatda təhsil naziri postuna namizəd kimi fərqli-fərqli şəxslərin adı […]

Kremldən dünyanı qarışdıracaq İDDİA

Rusiya Suriyada terror təşkilatı YPJ-nin nəzarətində olan bölgədə ABŞ-ın indiyə qədər 20-yə yaxın hərbi baza qurduğunu iddia edib. Turkustan.info xəbər verir ki,  Türkiyənin “Zeytun budağı” əməliyyatı başlamasının ardından Rusiya mətbuatına ilginc informasiyalar yer alır. Rusiya Təhlükəsizlik Şurasına istinadən ABŞ-ın Suriyada YPJ tərəfindən nəzarət edilən bölgədə 20 hərbi baza qurmasına dair […]

Əli Həsənovdan haqqında yazılanlara dərhal REAKSİYA: “Bu, növbəti təxribatdır”

“Bu yazılara qəti etirazımı bildirirəm.Çünki həqiqətə uyğun deyil”.  Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mətbuatda nəvəsinin yaşıllıq ərazisini məhv etməsi ilə bağlı xəbərlərə reaksiya verərkən deyib. Onun sözlərinə görə, mətbuatda qeyd edilən ünvana yaxın ərazidə 2 il bundan […]

Türkiyəli aparıcıdan kobud səhv – Azərbaycan mahnısını ermənilərin adına çıxardı – VİDEO

Türkiyəli aparıcı Oğuzhan Uğur “Çırpınırdı Qaradəniz” mahnısının ermənilərə aid olduğunu deyib. Turkustan.info xəbər verir ki, 27 fevralda məşhur Onedio.com saytının “Youtube” kanalından yayımlanan verlişin aparıcısı öncə mahnını ifa edib, daha sonra da kobud səhv edərək “Erməni xalq mahnısıdır”- deyə, əlavə edib. Qeyd edək ki, həmin “Youtube” kanalının 1.5 milyon daimi izləyicisi var. […]

Azərbaycan toyunda qəribə addım: Erməni bayrağı… – FOTO

Azərbaycanda toy məclisində maraqlı addım atılıb. Turkustan.info xəbər verir ki, xeyir işin sahibi şadlıq evində milli ruhda məclis təşkil edib. Belə ki, restoranda zalın giriş qapısının bir tərəfinə Azərbaycan, digər tərəfinə Türkiyə bayrağı asılıb. Bu barədə toya dəvət alan şair Daşqın Ziyəddinoğlu məlumat verib. Bununla yanaşı, toy sahibinin təşəbbüsü ilə […]

Ərdoğan: “Heç kim Afrində Türkiyənin gücü qarşısında dayana bilməz”

“Heç kim Afrində Türkiyənin gücü qarşısında dayana bilməz”. Turkustan.info-nun məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Dövlət başçısı bildirib ki, əgər hər hansı qüvvə və ya ölkə “Zeytun budağı” hərbi əməliyyatına mane olmağa çalışsa, cavabını alacaq: “Türkiyənin terrorçularla mübarizədə hər hansı məsləhətləşməyə ehtiyacı yoxdur”. Xatırladaq ki, yanvarın […]

İş axtaranların NƏZƏRİNƏ! – Ədliyyə orqanlarında işləmək istəyənlər üçün ŞANS!

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən ali hüquq təhsilli Azərbaycan vətəndaşları müsabiqəyə dəvət olunur. Turkustan.info bildirir ki, Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, müsabiqənin birinci mərhələsində – test imtahanında iştirak üçün müraciətlərin qəbulu Nazirliyin əhaliyə göstərdiyi “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün […]

Prezident 8 Marta görə bütün qadınlara pul mükafatı AYIRDI

Türkmənistan qadınlarına 8 Mart münasibəti ilə prezident Qurbanqulu Berdımuhammedovun adından 40 manat ( 18,80 AZN) təqdim olunacaq. Turkustan.info Türkmənistan mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı tərəfindən imzalanan sərəncama əsasən, pul mükafatını mülkiyyət formasından asılı olmayaraq, müəssisə və idarələrdə, təşkilatlarda işləyən qadınlar ala biləcəklər. Prezidentin sərəncamı tələbələrə, məktəbli qızlara, uşaq […]

“Virtual Məkanda Azərbaycan”

Gənclər və İdman Nazirliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Virtual Məkanda Azərbaycan” layihəsinin növbəti təlimi baş tutub. Turkustan.İnfo bildirir ki, “QHT Xəbər” saytının baş redaktoru Sənan Nəcəfov gənclərə sosial şəbəkələrdən səmərəli istifadə, sosial şəbəkələrin (facebook, twitter, Wikipedia) bütün parametrlərini gənclərə aşılamaq mövzusunda təlim keçib. S. Nəcəfov qeyd edib ki, […]

Rusiyanın Qarabağa gətirmək istədiyi xüsusi ordu – Şok audio

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın şəxsi hərbi şirkəti olan “Vaqner qrupu” barədə audioyazı dərc edib. Turkustan.info xəbər verir ki, bu barədə “Obozrevatel” nəşri məlumat yayıb. Audioyazıdan məlum olur ki, Rusiya Silahlı Qüvvələrinin Baş qərargahı Suriya münaqişəsində “Vaqner qrupu”nun muzdurlarının iştirakını planlaşdırır. Qeyd edilir ki, audioyazı rəsmi Moskvanın “Vaqner qrupu” ilə bağlılığını sübut […]

Bizi alçaldırlar: ya bu əraziləri verməliyik, ya da… – Jirinovski

ABŞ bizə qarşı savaş hazırlayır. Turkustan.info xəbər verir ki, bunu Rusiya prezidentliyinə namizəd, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. “Bizi hər yerdə alçaldırlar. Xalq olaraq alçaldırlar. Əsas istiqamət qərb sərhədlərimizdir. Müharibə hazırlanır. Bu müharibəyə görə Ukraynanı bizdən ayırdılar. Ukrayna heç kimə gərək deyil. Bu bizim qərb sərhədimizə yaxınlaşmaq üçün […]

Hər gün bu ərzaqlardan MÜTLƏQ istifadə edin!

Qida üzrə mütəxəssislər orqanizmin ümumi balansını qorumaq üçün hər gün bu dörd ərzağı qida rasionuna əlavə etməyi tövsiyə edirlər. Turkustan.info xəbər verir ki, bunlar kök, qoz, alma və qara şokoladdır. Bu ərzaqlarda dəmir, nişasta və lazımi vitamin çeşidləri mövcuddur. Mədə və bağırsaq sisteminin yaxşı işləməsinə, beyinin fəaliyyətinin tənzimlənməsinə xidmət edir. […]

Novruz Novruzlu tamaşaçıları Eşqin səfasına dəvət edir – Opera və Balet Teatrında təsəvvüf musiqisi (Foto)

Martın 18-də təsəvvüf musiqisi həvəskarlarını çox gözəl bir tədbir gözləyir. Turkustan.info xəbər verir ki, 18 mart 2018-ci il tarixində saat 19-00 da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında müğənni, aktyor Novruz Novruzlunun “UZUN İNCƏ BİR YOLDAYAM” adlı solo konserti keçiriləcək. Novruz Novruzlu Azərbaycanda mistik musiqi qrupunun professional səviyyədə ilk qurucusudur. Onun ifa […]

Türk ordusu tarixində ilk belə hücuma başlayır

Afrində keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində Raco və Cinderes bölgəsini azad etmək üçün bütün hazırlıqlar tamamlanıb. Turkustan.info xəbər verir ki, türk ordusu məskunlaşma ərazilərində keçiriləcək ilk döyüşlər üçün 4 strateji nöqtədə baza yaradıb. Yaradılan bazalarda həmçinin jandarma və polis xüsusi təyinatlı dəstələri yerləşdirilib. Afrinin düzənlik hissəsində terror qruplaşmasının hərəkətliliyini minimuma […]

Zaqatalada dəhşət: 4-cü sinif şagirdi özünü asdı

Zaqatalada 4-cü sinif şagirdi intihar edib. Turkustan.info-nun APA-ya istinadən məlumatına görə, hadisə bu gün axşam saat 19:30 radələrində rayonun Muxax kəndində baş verib. Kənd sakini, 2007-ci il təvəllüdlü Hafiz Nazim oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsində inşa edilmiş təndirxanada asılı vəziyyətdə özündən böyük qardaşı tərəfindən aşkar edilib. İlkin araşdırma […]

Öskürəyi sağaldır, cinsi gücü artırır… – Ətirli meyvənin faydaları

Yaz aylarında çiçəkləri ilə evimizi ətirləndirdiyimiz iydənin faydalarını bilirsizmi? Vitamin deposu olan iydənin tərkibində orqanik asitlər, vitaminlər, flovan qlükozidlər, uçan yağ, taninlər var. Turkustan.info ailem.az-a istinadən iydənin digər faydalarını təqdim edir. – İshalı dayandırır – Öskürəyə faydalıdır – Bədən müqavimətini artırır – Bağırsağa faydalıdır – Sidik problemlərini nizama salır – Mədə […]

Prezident müəllimlərin maaşını artırdı: 6 sərəncam, 10 fərman

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb. *** Azərbaycan Respublikası Prezidenti İlham Əliyev […]

Türkiyədə “Turancı Hərəkat Platformu” Xocalını belə andı – FOTOLAR

Bildiyimiz kimi, Qarabağda Türk Soykırımı; Xocalı üçün ölkəmizdə anım tədbirləri keçirilir. Qardaş Türkiyə dövətində də fərqli qurum və quruluşlar da qan qardaşlarının bu haqq davasına hər zaman zaman sürdürmüşlər. Bu durum Xocalıdakı Türk soyqırımının yalnız Azərbaycan Türklərinin deyil, bütün Türk Dünyasının acısı olduğunu bir daha isbat edir. Bizlər bu addımı […]