Be. İyn 17th, 2019

Bakı metrosunda izdiham: Sərnişinlər içəri buraxılmır

Bakı metrosunda bu gün səhər saatlarında problem yaranıb.

Turkustan.info bildirir ki,  Cebhe.info-nun hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, Həzi Aslanov – Dərnəgül marşrutu üzrə hərəkət edən qatar “Koroğlu” – “Ulduz” və “Ulduz” – “Nərimanov” stansiyaları arasında xeyli ləngiyib.

Sərnişinlər arasında təşviş yaşanıb. İlkin məlumatlara görə, problem Nərimananov stansiyasında işarəvermə sistemindəki problemlə bağlıdır.

Saat 9.30 radələrində metronun “Neftçilər” stansiyasına giriş məhdudlaşdırılıb. Digət tərəfdən, şəhərdə müxtəlif istiqamətlərdə nəqliyyatın hərəkətində ciddi problem yaranıb. Şəhərdə müxtəif istiqamətlərdə tıxac var.

Paylaşılıb
CrestaProject