Be. İyn 17th, 2019

Mobil operatorların qazancı azalacaq: “Facebook”-dan daha məşhuru bazara gəldi

Osman Gündüz: “Mobil operatorlar bunun üzərində düşünməlidirlər”.

“Whatsapp”-dan sonra “Instaqram” da zəng funksiyası yaradır. Bu mobil operatorların işinə necə təsir edəcək?

“Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz hesab edir ki, təkcə “Instaqram” deyil, ümumiyyətlə sosial şəbəkələrin zəng, görüntülü zəng, mesaj xidmətləri mobil operatorların işinə təsirzsiz ötüşmür:

“Alternativsiz danışma, yazışma xidmətləri sosial medianın üzərinə düşüb. Mobil operatorların yazışma xidmətləri də xeyli dərəcədə zəifdir. Son illərdə “Instaqram”, “Facebook”-dan da populyardır. “Instaqram” da bu cür xidmətlər təqdim edəcəksə, mobil operatorlar bunun üzərində düşünməlidirlər”.

Osman Gündüzün sözlərinə görə, mobil operatorlar yeni xidmətlərin üzərində düşünməlidirlər və onlardan gəlir götürməlidirlər: “Danışıqdan, yazışmadan pul qazanma dövrü 5-10 il arxada qalıb”.   /Cebhe.info/

Paylaşılıb
CrestaProject