Ça. İyn 18th, 2019

Qadın sürücü Vasif Məhərrəmlinin videosunu yaydı – VİDEO

Əməkdar artist Vasif Məhərrəmli idarə etdiyi 10-VM-500 qeydiyyat nişanlı “Range Rover” markalı avtomobillə paytaxtda yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə və piyadalara maneə yaradıb.

Onun bu hərəkətlərini əks etdirən videonu sürücü-təlimçi Arzu Babayeva çəkərək avtosfer.az saytına göndərib.

Turkustan.info xəbər verir ki, müğənni avtomobili ilə yolayrıcında geriyə hərəkət edərək piyada keçidinin üstündə dayanıb.

O, bu zaman sağa dönən avtomobillərin qarşısını kəsib. “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsində qeyd olunub ki, piyada keçidlərində və yolayrıcında geriyə hərəkət etmək qadağandır.

/Milli.Az/
Paylaşılıb
CrestaProject