Ça. İyl 23rd, 2019

Xüsusi təlim görən kürd terrorçular: İraq və İranın ardından indi də bu ölkədə…

Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı”əməliyyatında kürd terrorçuların müqavimət gücünün artırılması üçün müxtəlif tədbirlər görülür.

Turkustan.info Türkiyə mətbuatına istinadən bildirir ki, ABŞ 1990-cı illərdən bəri Guam adasındakı hərbi bazasında  xüsusi təlim verdiyi 70 terrorçunu Afrinə gətirib. Adadakı düşərgədə onlara helikopter və təyyarədən istifadə, dijital mina təlimi verilib.

Həmin terrorçulardan Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusuna qarşı döyüşdə istifadə ediləcək.

Məlumatlara görə, İraq, Suriya, İran və bəzi ölkələrdən Giuam adasındakı hərbi bazaya aparılan kürd gənclər  burada minimum 1 il təlim keçir. Onlar daha əvvəl İraqa, 2000-ci illərdən etibarən isə İran və Suriyaya göndərilir.

/Cebhe.info/