Gün: Mart 6, 2018

Azərbaycan jurnalistlərinə 2018-ci il üçün “Beynəlxalq media vəsiqəsi” verildi

Azərbaycanın bir qrup jurnalistinə Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi  “Beynəlxalq media vəsiqəsi” (İnternational Press Card)  təqdim edilib. Təqdimat mərasimi BJF-nin Azərbaycan üzrə yerli üzv təşkilatı  olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) ofisində baş tutub. JuHİ sədri  Müşfiq Ələsgərli bildirib ki, BJF  təsis etdiyi  “Beynəlxalq media vəsiqəsi”  jurnalistlər üçün dünyanın bütün ölkələrində qəbul edilən tanıtım nişanıdır. Vəsiqəni əldə […]

Türk dünyasında “Od çərşənbəsi”, Od kultu

Ərəstü Həbibbəyli Novruz bayramında od çərşənbəsinin xüsusi yeri vardır. Lakin təəssüf ki, hələ də od bayramını zərdüştlüklə əlaqələndirənlər vardır. İlk növbədə qeyd etməliyik ki, Novruzun yaz bayramı olması və milli-etnik kimliyin formalaşmasından əvvəl ortaya çıxması bu iddianı özü-özlüyündə inkar edir.  İkincisi, sivilizasiyalar arası münasibətlər prizmasından baxdıqda da bu iddia özünü […]

İlham Əliyev ailəsi ilə birgə tonqal ətrafında – FOTO

Azərbaycan prezidenti İlham Əliyev ailəsi ilə birlikdə üçüncü çərşənbə – “Od çərşənbəsi”sini qeyd edib. Turkustan.info xəbər verir ki, dövlət başçısı ailəsi ilə birgə tonqal qalayaraq bayram keçirib. Tonqal ətrafında çəkilən fotoları Leyla Əliyeva sosial şəbəkələrdə paylaşıb. Həmin görüntüləri təqdim edirik: /oxu.az/

Azərbaycanda dəhşətli hadisə – Mesajları səhv başa düşdü, öldürüb, ata bağlayıb sürüdü

Cəlilabad rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. İlkin araşdırmalardan sonra Musalı kənd sakini, 21 yaşlı Nəsirov Sirus İlham oğlunun həmkəndlisi, 33 yaşlı Seymur Məmmədov tərəfindən qısqanclıq zəminində öldürüldüyü məlum olub. Bildirilir ki, martın 2-də S.Məmmədov Sirusun onun həyat yoldaşına yazdığı mesajları gördükdən sonra onu küt alətlə […]

Azercell-in 4G şəbəkəsinə keç, 5GB internet hədiyyə qazan

Ölkəmizdə ən böyük 4G şəbəkəsinə sahib Azercell Telekom bütün abunəçilərinin 4G xidmətindən yararlanması məqsədilə yeni kampaniyaya başlayır. İndi Şirkət 5GB internet paketini bütün abunəçilərinə hədiyyə edir.  Kampaniyadan yararlanmaq üçün abunəçilərə sadəcə 4G xidmətinə qoşulub, “4” rəqəmini 2525 qısa nömrəsinə SMS-lə göndərmək kifayətdir. 4G şəbəkəsində istifadəsi nəzərdə tutulan 5GB internet ilə […]

Qənirə Paşayevanın iki təklifi Türkiyədə dəstəkləndi

Millət Vəkili Qənirə Paşayevanın İzmir şəhərinin Karşıyaka rayonunda Azərbaycan Cümhuriyyəti küçəsi və parkının açılması təklifi dəstəklənib. Turkustan.info xəbər verir ki, millət vəkili İzmir və Qarasunun rəsmiləri ilə görüşdə Qarabağ həqiqətlərinin bu vilayətdə daha geniş təbliğ olunmasını müzakirə edib. Q.Paşayeva Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümü olduğunu vurğulayaraq, bölgənin mərkəzi küçələrindən birinə Azərbaycan adının […]

8 Mart – Qadınlar günü ilə bağlı tədbir keçirilib

“Regional Hüquqi və İqtisadi Maariflədirmə ”İB ilk tədbirini, Beynəlxalq Qadınlar gününü şəhid ailələri ilə birlikdə keçirib. Arzu Bağırovanın rəhbərlik etdiyi “Regional Hüquqi və İqtisadi Maariflədirmə ”İB 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə özünün ilk təqdimat tədbrini şəhid anaları, şəhid xanımları, şəhidlərin qız övladları ilı birlikdə keçirib. Tədbirdə dövlət rəsmiləri, […]

Xərçəngi bu robot müalicə edəcək – İnanılmaz kəşf

Çin Nanoelmlər və Texnologiyalar Mərkəzinin alimləri təhlükəli şişlərə qarşı uğurla mübarizə aparan ilk avtonom DNK nanorobotlar yaratmağa və onları sınaqdan keçirməyə müvəffəq olublar. Hər bir nanorobot o qədər kiçikdir ki, onu adi gözlə görmək mümkün deyil. Nanorobot ölçüsünə görə iynənin ucundan 5 min dəfə kiçikdir. Turkustan.info Axar.az-a istinadən xəbər verir […]

İlham Əliyev 7 sərəncam, 1 fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə […]

Dağlıq Qarabağa… – Putinin “gizli ordusu”nun məxfi obyekti TAPILDI – FOTO

Rusiyada jurnalistlər “Vaqner qrupu” xüsusi hərbi şirkətin düşərgəsinin yaxınlığında olublar. Turkustan.info xəbər verir ki, bu haqda “Znak” yazıb. Baza Krasnodardan 30 kilometr cənubda, M-4 “Don” yolunun üzərində, Molkino qəsəbəsinin yaxınlığında yerləşir. Jurnalistlər bazanın yaxınlığında Rusiya Müdafiə Nazirliyinin Baş qərargahı yanında Baş Kəşfiyyat İdarəsinin (QRU) 10-cu briqadasının hərbi qulluqçuları ilə danışıblar. […]

Daha bir Rusiya təyyarəsi qəzaya düşdü – 32 nəfər ölüb

Rusiyanın “An-26” təyyarəsi Suriyada eniş edərkən qəzaya uğrayıb. Turkustan.info Rusiya mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 32 nəfər həlak olub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hadisə martın 6-da saat 15 radələrində Himeymim aeroportuna eniş zamanı baş verib. İlkin məlumata əsasən, təyyarənin göyərtəsindəki 26 sərnişin və 6 heyət üzvünün hamısı […]

Polislərin maaşları artırıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci […]

SON DƏQİQƏ! Azərbaycanda məktəbdə yanğın

Qəbələ rayonunda orta məktəbdə yanğın olub. Turkustan.info-nun FHN-in saytına istinadən verdiyi məlumata görə, Laza kəndində ümumi sahəsi 1300 m2 olan kənd orta məktəbinin yanar konstruksiyaları 650 m2 sahədə yanıb. Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:27-də yanğın bölmələri tərəfindən söndürülüb.​ Hadisə zamanı xəsarət alan olmayıb.    /A24.Az/

Erməni qadın 30 il sonra Bakıya qayıtdı – VİDEO

Ötən gün əslən erməni olan İrina Berçinyan Bakıya gəlib. Turkustan.info-nun məlumatına görə, digər Bakı erməniləri kimi, o da 30 il sonra Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının vasitəçiliyilə Azərbaycan paytaxtına qayıdıb. İrina Bakı haqqında əslən azərbaycanlı olan ərindən öyrənib. Doğulduğu və böyüdüyü şəhəri, o, erməni separatçılarının Azərbaycana qarşı ərazi iddialarından sonra tərk […]

“Sənin kimi kişini başqa cür sındırıram” – Azərbaycan telekanalında qalmaqal – VİDEO

Bu gün “Səni axtarıram” yenidən qalmaqallı səhnələri ilə yadda qalıb. Turkustan.İnfo  Milli.Az-a istinadən xəbər verir ki, qalmaqal itkin düşən 1 uşaq anası Çinarəni axtaran anası və atalığı Dövlət və ilk gündən bu cütlüyü tənqid edən ekspert – qadın vəkil Şəfiqə Nağıyeva arasında yaşanıb. Xanım vəkil onun üçün hədiyyə olaraq boks […]

Türkiyəli jurnalist xəritədə Naxçıvanla Dağlıq Qarabağın yerini səhv saldı – VİDEO

“Haber Türk” kanalında Türkiyənin Suriyda başlatdığı “Zeytun budağı” əməliyatının 44-cü gününü müzakirə edən zaman jurnalistin çıxışı diqqət çəkib. Turkustan.info A24.az-a istinadən xəbər verir ki, jurnalist Nevzat Çiçek ayağa qalxaraq xəritədə Azərbaycanla bağlı izləyicilərin iradına bir növ etiraz edib. Lakin xəritədə Azərbaycan torpaqlarını göstərən zaman səhvə də yol verib və Naxçıvan ərazisini […]

ABŞ türklərlə savaşması üçün Afrinə 1700 terrorçu göndərdi

Terrorçu PKK/YPG-PYD-nin başqa ad altında fəaliyyət göstərən “Suriya Demokratik Qüvvələri”nə (SDQ) bağlı 1700 terrorçu Afrinə göndərilib. Turkustan.info A24.az-a istinadən xəbər verir ki, bu barədə “Suriya Demokratik Qüvvələri”nin təmsilçisi bildirib. Qeyd edək ki, ABŞ SDQ-ni terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə üçün hazırladığını bildirir. Rəsmi Ankaranın YPG və PYD-ni ABŞ-ın silahlandırması ilə […]

“Türkiyə “Şeytan üçbucağı”na…” – Şahzadədən QALMAQALLI BƏYANAT

İlk xarici səfərini Misirə edən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Salman bin Məhəmməd qalmaqallı bəyanat verib. Turkustan.info bildirir ki, kahzadə Türkiyə, Qətər və İranı “şeytan üçbucağı” adlandırıb. O, sözügedən ölkələrin ərəblərin təhlükəsizliyinə təhdid ola biləcək siyasət yürütdüyünü deyib. Şahzadə İranı isə bölgədə məzhəbçilik siyasəti aparmaqda ittiham edib. “Ərdoğanın idarə etdiyi osmanlılar […]

3-cü yol və Qarabağ danışıqları üçün yeni düyün NÖQTƏSİ: Eks-nazir sərt DANIŞDI

Ermənistan hakimiyyəti işğal altındakı Qarabağ torpaqlarına 3-cü yol çəkəcək.   Ermənistan KİV-nin məlumatına görə, tikinti işləri Zod aşırımını Kəlbəcərin rayon mərkəzi ilə birləşdirəcək. Tikinti işləri bu ilin yayında başlayacaq. Yol Ermənistanın Qeqrkunik vilayətinin Zod kəndindən Kəlbəcər rayonun mərkəzinə qədər 26 kilometr məsafəni əhatə edəcək və 2019-cu ilin əvvəlində istifadəyə veriləcək.   […]

SOCAR-ın işçilərinin maaşı artırıldı – Qadınlara isə xüsusi sürpriz

SOCAR və Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə SOCAR strukturlarında əmək müqaviləsi ilə çalışan bütün işçilərin aylıq vəzifə maaşları 10% artırılıb. Turkustan.info xəbər verir ki, bu barədə “Azneft” İB məlumat yayıb. “Bu bayram 51 minə yaxın SOCAR əməkdaşı üçün ikiqat, 8500-ə yaxın qadın […]

Evlənmək istəyənlərdə tapılan xəstəliklər: 1366 nəfərdə sifilis, 305 nəfərdə isə QİÇS…

Bu ilin fevral ayında nikaha daxil olmaq istəyən 10125 nəfər tibbi müayinədən keçib. Turkustan.info-nun xəbərinə görə, Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya deyib ki, ötən ay müayinədən keçən şəxslərdən 390 nəfərində talassemiya daşıyıcılığı, 17 nəfərdə sifilis, 12 nəfərdə isə QİÇS aşkarlanıb. Onun […]

Azərbaycanda satılan qoz-fındıqda qorxulu xəstəlik var – DƏHŞƏTLİ açıqlamalar

Azərbaycanda bazarlarda satılan qoz-fındığın tərkibində qaraciyər serrozu yaradan toksiki maddə var Novruz bayramı ərəfəsində əhali bayram süfrəsi və şirniyyatlar üçün qoz, fındıq, badam almaq üçün bazarlara üz tutur. Qız-fındıq, ləpənin qiyməti cibimizə uyğun olmasa da Novruza xatir bu ərzaqlardan az da olsa almağa çalışırıq. Turkustan.info xəbər verir ki, Azərbaycanda satılan qız-fındıqla […]

Rusiyaı generaldan ermənilərə zərbə: “Qarabağda müharibə olarsa dəstək verməyəcəyik”

Separatçı Dağlıq Qarabağ rejimi Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatının (KTMT) üzvü olmadığından müharibə olacağı təqdirdə, təşkilat Xankəndinə hərbi dəstək verməyəcək. Turkustan.info APA-ya istinadən xəbər verir ki, bu barədə KTMT birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoliy Sidorov bildirib. O qeyd edib ki, KTMT bütün sazişləri Ermənistanla imzaladığından İrəvan qarşısında müəyyən öhdəlikləri var. A.Sidorov […]

ADAU-da fermerlər üçün daha bir seminar keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) mühəndislik fakültəsində fermerlərin iştirakı ilə növbəti seminar keçirilib. ADAU-nun mətbuat xidmətinin xəbərinə görə “Aqrar sahədə yüksək məhsuldar maşınlar kompleksindən səmərəli istifadə” möv­zusunda olan elmi-praktik seminarı giriş sözü ilə təhsil müəssisəsinin Elmi işlər üzrə prorektoru Nizami Seyidəliyev açıb, tədbirdə iştiraka görə fermerlərə təşəkkürünü […]

“Virtual Məkanda Azərbaycan” layihəsinin növbəti təlimi baş tutub

04.03.18-ci il tarixində Gənclər və İdman Nazirliyinin dəstəyi , “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Virtual Məkanda Azərbaycan” layihəsinin növbəti təlimi baş tutub.  Azərbaycanın tanınmış marketinq mütəxəssisi, Floor6 Kreativ Agentliyinin təsisçisi Leyla Məmmədova gənclərə “PR strategiyasının qurulması” mövzusunda təlim keçib. Təlim çərçivəsində məlumatların təhlil metodları, məlumatın insanlara ötürülməsi  metodikası haqqında danışılaraq mövzu […]

Məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindi

Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinəcək. Turkustan.info-nun məlumatına görə, bu haqda “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsində qeyd edilib.  Qanun […]

QHT Şurasından qrant alan təşkilatların adları açıqlandı – SİYAHI

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2018-ci il birinci qrant müsabiqəsində və “Hasilat Sənayesində Şəffaflıq (HSŞ) prosesində QHT-lərin iştirakı” mövzusunda qrant müsabiqəsində qalib gələn QHT-lərin adlarını elan edib. 444 təşkilat 2018-ci il birinci qrant müsabiqəsində, 19 təşkilat isə HSŞ müsabiqəsində (cəmi 463) tələb olunan ekspert balını toplaya bilib. Turkustan.info […]

Gələn həftə 62 əcnəbi deputat Bakıya futbol yarışına gəlir

Gələn həftə Bakı tarixində ilk dəfə olaraq 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək. Martın 9-11-i arasında gerçəkləşəcək futbol yarışı Azərbaycan  Parlamentinin yaradılmasının 100 illiyə həsr olunub. Turnir Milli Məclisinin Gənclər və idman komitəsinin təşəbbüsü və Milli Məclisin dəstəyi ilə həyata keçiriləcək. Turkustan.info bildirir ki, bu barədə Modern.az saytına Milli Məclisin Gənclər […]

Azərbaycanda zorla qaçırılan qız necə qurtuldu? – ŞOK TƏFƏRRÜAT

Ağcabədidə maşının şüşələri sındırılaraq qaçırılan Sevinc Musayeva tapılıb. Turkustan.info xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının direktoru Mətanət Fərzəlibəyova deyib. Onun sözlərinə görə, qız hazırda anasının yanındadır: Oğlan evi Sevinc İsmayılovanı qaçırıb İsmayıllıda gizlətmişdilər. Qız deyir ki, “gördüm məni ortaya çıxartmaq fikirləri yoxdur. Bilirdim ki, valideynlərim […]

ABŞ İranı təhdid etdi – “Bir neçə aydan sonra müharibə başlaya bilər”

“ABŞ, İsrail və müttəfiqləri dünyanı təhdid edən təhlükəli təxribarlara cavab verəcəklər”. Turkustan.info xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin köməkçisi Mayk Pens deyib. Amerikalı diplomat beynəlxalq nüvə müqaviləsinin şərtlərini pozan İranın dünyanı təhlükə qarşısında qoyduğunu bildirib. “ABŞ, İsrail və müttəfiqləri təhlükəli təxribatlara səssizlik nümayiş etdirməyəcəklər. Əgər İran qarşıdakı […]

“İctimai” TV-yə sərt İTTİHAM: “Sovet vaxtı bu qədər nadanlıq təbliğ olunmurdu”

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Fazil Mustafa İctimai Televiziyanın efirində ziyarətgahların təbliğ olunmasını kəskin tənqid edib. Turkustan.İnfo-nun Modern.az-a istinadən məlumatına görə, Fazil Mustafa qeyd edib ki, İctimai televiziyanın efirində ziyarətgahların və digər pirlərin təmiri ilə bağlı veriliş gedirdi. “Ziyarətgahlarda təmir işlərinin aparılması müsbət haldır və mən bunu […]

Deputatdan Milli Şuranın mitinqinə ETİRAZ: “Milli Məclis Bakı meriyasından izahat tələb etməlidir”

“Seçki Məcəlləsinə əsasən seçki təbliğatı seçkilərə 20 gün qalmış başlaya bilər. Ancaq Milli Şura adlanan qurum martın 10-da mitinq keçirmək istəyir”. Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev deyib. Qüdrət Həsənquliyev bildirib ki, onda olan məlumatlara görə, Bakı Şəhər İcra Hakimiyyəti bu […]

Son dəqiqə – Narkoloji Mərkəz qəsdən yandırılıb, həbs edilən var

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı yeni məlumat yayıb. Turkustan.İnfo xəbər verir ki, 2018-ci il mart ayının 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində coxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib. Fakt üzrə dərhal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri […]

Bakıda 81 yaşlı kişi 13 yaşlı qıza təcavüz etdi

Bakının Binəqədi rayonunda 81 yaşlı kişi 13 yaşlı yeniyetməyə qarşı əxlaqsız hərəkətlər edib. Bakının Binəqədi rayonunda seksual təcavüz baş verib. Təcavüzü törətməkdə günahlandırılan şəxsin 81, onun qurbanı olan qızın isə 13 yaşı var. Turkustan.info bildirir ki, bu barədə məlumatı Sputnik Azərbaycan-a Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, hadisə […]

Röyanın 13 il öncəki 18+ GÖRÜNTÜLƏRİ YAYILDI: “Kənan, söz ver ki, məni soyundurmayacaqsan” – VİDEO

Sosial şəbəkədə müğənni Röya Ayxanın maşın şoudan arxiv videosu üzə çıxıb. Turkustan.info xəbər verir ki, ifaçı sözügedən verilişdə çox cəsarətli açıqlamaları ilə çıxış edib. Röyanın 18 + söhbətləri kimi təqdim olunan kadrlar “Maşın Şou 2” də çəkilib. “Maşın şou”nun iştirakçıları ilə tək-tək görüşən Röya Murad Dadaşovun “Maşınla görüşmədin” sualına o, “Maşının […]

Mirşahinin telekanalında çalışacaq İSİMLƏR – “Real” TV-nin saytı da yaradıldı

Milli Teleradio Şurası, tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərlik etdiyi “Real” TV-yə peyk yayımı üçün müddətsiz lisenziya verib. Telekanalın tezliklə fəaliyyətə başlayacağı gözlənilir. Mirşahinin “Real” TV-yə əsasən keçmiş ANS telekanalının əməkdaşlarını topladığı bildirilir.  “Real” TV-dən Modern.az-a verilən məlumata görə, Mirşahin Ağayevin yeni komandasında fəaliyyəti dayandırılmış ANS telekanalının aşağıdakı əməkdaşları çalışacaq: Afət Telmanqızı, […]

Aydın Xırdalanlıdan üzücü xəbər: Sağalmaz xəstəliyə tutuldu

Tanınmış meyxanaçı Aydın Xırdalanlı ağır xəstəliyə düçar olub. Turkustan.info-nun yenicag.az-a istinadən məlumata görə, özəl xəstəxanaların birinə aparılan meyxanaçıda müayinə zamanı qaraciyər serrozu aşkarlanıb. Saytımıza açıqlama verən A. Xırdalanlı xəbəri təsdiqləyib: “Özümü yaxşı hiss etmirdim, müayinə olundum və qan analizi verdim. Həkimlər məndə “Hepatit C” aşkarladı. Ağır xəstəlikdir, həkimlər deyir ki, […]

PKK-dan “yaş adyal” hiyləsi: Türk əsgəri son anda duyuq düşdü

PYD-PKK terrorçuları 8 türk hərbçisinin şəhid olduğu 1083 saylı Keçəl Təpəyə ikinci dəfə hücuma keçmək istəyib. Turkustan.info xəbər verir ki, 40 terrorçu pilotsuz uçuş aparatlarından yayınmaq üçün yaş adyalların altında gizlənərək növbəti hücuma cəhd edib. Lakin türk hərbçiləri son anda PUA-larla onların yerini təyin edib və öldürücü zərbə endirib. Əməliyyat zamanı […]

“Zeytun budağı”ndan ZƏFƏR GÖRÜNTÜSÜ – Afrin qırıcıları heyrətlə izlədi

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” hərəkatı 46-cı günündə uğurla davam edir. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, hərəkat çərçivəsində 109-u dünən olmaqla, 2795 PKK/KCK/PYD-YPG ve İŞİD terrorçusu məhv edilib. Toplam 114 kənd, 22-i dağ və təpə, 30-u strateji məntəqə olmaqla, 144 bölgənin […]

Qırışların qarşısını almaq üçün BUNLARI YEYİN!

Dəri 25 yaşdan sonra yavaş-yavaş qırışmağa başlayır. Qırışların qarşısını almaq üçün təkcə qulluq vasitələrindən istifadə etmək kifayət deyil. Gözəl dəri arzulayırsınızsa, ilk növbədə sağlam qidalanmağa diqqət etməlisiniz. Turkustan.info bildirir ki, Publika.az dərini qırışmağa qoymayan, yaşlılıq əlamətlərini aradan qaldıran qidaları araşdırıb: 1. Avokado Tərkibində bol miqdarda E və B vitaminləri olan bu […]

PKK-nın 30 illik planı məhv oldu: dağlarda qaldılar

Türkiyə Silahlı Qüvvələrinin Raconu alması nəticəsində PKK-nın Amanos dağları vasitəsilə Aralıq dənizinə keçmək planları iflasa uğrayıb. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Sabah” qəzetinin yazarı Özgür Cəbə məlumat yayıb. Yazar bildirib ki, PKK Suriyada vətəndaş müharibəsindən də əvvəl Hatay vilayətinin Hassa rayonu vasitəsilə Amanos dağlarına keçib. Buradakı terror […]

Putin 20 min tankı hazır vəziyyətə gətirdi – Avropada BÖYÜK MÜHARİBƏ

Rusiya böyük müharibəyə hazırlaşır. Turkustan.info xəbər verir ki, bunu Belsat TV-yə müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib. “Bu, strateji qərardır. Belə bir qərar yekun olaraq 2013-cü ilin əvvəlində verilib. Hökumətin fikrincə, 2030-cu ilə qədər, özəlliklə 2020-ci illərdə müharibə təhdidi artacaq və Rusiyaya hər tərəfdən hücumlar olacaq. Buna görə də Rusiya […]

Bu QANUNLARDA dəyişikliklər olacaq

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Turkustan.info xəbər verir ki, iclasda ilk öncə deputatlar Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında qanun layihəsini müzakirə edəcək. Daha sonra Seçki Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, Ticarət Gəmiçiliyi Məcəlləsinə, o cümlədən “Prokurorluq orqanlarında qulluq keçmə […]

Arvadını öldürüb qanlı əlləri ilə canlı yayım etdi – ŞOK VİDEO

Almaniyada yaşayan Suriyalı qaçqın adam arvadını bıçaqlayaraq öldürəndən sonra Facebookda canlı yayım edib. Cani ər məqsədinin həyat yoldaşlarını qəzəbləndirən qadınlara mesaj vermək olduğunu deyib. Turkustan.info xəbər verir ki, Almaniyaya köç edən Suriyalı Ai Marvan adlı adam arvadını boşandıqdan sonra Livanlı bir kişi ilə evlənmək istədiyi üçün öldürdüyünü deyib. 41 yaşındakı kişi 37 […]

Qarabağ danışıqları yenə Serj Sərkisyanla aparılacaq?

Politoloq: “Onun baş nazir seçiləcəyi hələ dəqiq deyil” Ötən həftə martın 2-də Ermənistanda parlament ölkənin yeni prezidentini seçdi. Hakim Respublika Partiyasının namizədi Armen Sarksiyan Ermənistanın yeni prezidenti seçilib. Ermənistanda son konstitusiya dəyişikliyinə əsasən, prezident əsasən mərasim funksiyalarını həyata keçirən, real icraedici funksiyaların olmadığı şəxs sayılacaq. Real hakimiyyət isə baş nazir […]

Prezident sərəncam imzaladı – Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə…

Prezident İlham Əliyev martın 5-də “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” sərəncam imzalayıb.Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci il də daxil olmaqla, 5 il müddətində ildə 10 manat məbləğində subsidiya müəyyən edilib. Nazirlər Kabinetinə subsidiya verilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, […]

Azərbaycanda bu meşədə bəbir peydə oldu – FOTO

Hirkan Milli Parkının Şindan meşəbəyliyinin ərazisində fevral ayı ərzində ardıcıl olaraq 1 yetkin və 2 kiçik bəbirin fotoşəkli qeydə alınıb. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, fotoları bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirilən layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə əldə etmək mümkün olub. Qeyd edək ki, Ümumdünya […]