Gün: Mart 9, 2018

Azərbaycanlı transseksual amansızcasına qətlə yetirildi – FOTO

Azərbaycanlı transseksual Türkiyədə amansızcasına qətlə yetirilib. Turkustan.info Femida.az-a istinadən xəbər verir ki, hadisə dünən gecə İstanbulda baş verib.”Kristina” ləqəbli transseksual Ramil Əliyev yaşadığı evdə çoxsaylı bıçaq zərbəsi alıb. İlkin məlumata görə, onun borca görə öldürüldüyü deyilir. Qətlə yetirilən transseksualın meyiti hazırda Türkiyədədir. Onun meyiti yaxınlarının İstanbula getməsindən sonra veriləcəyi bildirilir. […]

Azərbaycan telekanalında: “Vur məni, vur… Öpüş yanığıyam mən…” – VİDEO

Azərbaycan telekanalında yayımlanan “Evimin qonaqları” verilişində növbəti dəfə qalmaqal yaradacaq görüntülər yer alıb. Turkustan.info xəbər verir ki, aparıcı Sərxan Kərəmoğlunun bu dəfəki qonağı müğənni Elza Seyidcayan olub. Verilişdə E.Seyidcahan sənəti ilə bağlı danışarkən anidən aparıcı ona “vur məni, vur” deyib. Müğənninin onu vurmadığını görən S.Kərəmoğlu israr edib. Bundan sonra E.Seyidcahan onun […]

PKK-çı Ankarada bombanı belə yerləşdirib – VİDEO

Türkiyənin paytaxtı Ankarada Vergi Dairəsinin binasına bomba yerləşdirilməsi ilə bağlı yeni görüntülər ortaya çıxıb. Turkustan.info xəbər verir ki, yayılan yeni görüntülərdə PKK-çının bomba mexanizmini yerləşdirmə anı əks olunub. Qeyd edək ki, bu ilin fevralın 1-də baş verən partlayışda 4 nəfər yaralanmışdı. Bombanı yerləşdirən şəxs 7 saat yarım sonra evində ölü vəziyyətdə […]

Mirşahinin yeni televiziyası nə vaxt başlayır – MTRŞ açıqladı

“Real” TV-nin peyk yayımına başlayacağı tarix məlum olub. Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov apa-ya bildirib ki, “Real” TV-nin martın 12-dən sonra “Azərspace-1” peykində yayıma başlayacağı nəzərdə tutulub. Qeyd edək ki, martın 5-də MTRŞ-da “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi […]

Onların da maaşı artırıldı — SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb. Sərəncamla Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb. Dövlət başçısı […]

Almaniya miqrantlar üçün əlçatmaz olur: Azərbaycanlıları nə gözləyir?

Almaniya Sosial-Demokrat Partiyası Angela Merkelin liderlik etdiyi Xristian Demokrat Partiyası və Sosialist İttifaqının sağçı bloku ilə koalision hökumətin formalaşmasının lehinə səs verib. Bu barədə ASDP sədrinin səlahiyyətlərini icra edən Olaf Şolts açıqlama verib. Sosial-demokratların 66 faizi yeni hökumətə “hə” deyib. Əleyhinə səs verənlər isə 34 faiz təşkil edib. Bir neçə […]

Prezidentdən Təhsil Nazirliyi ilə bağlı – SƏRƏNCAM

Prezident İlham Əliyev Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında cəmi 956 şagird yerlik modul tipli 15 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı […]

Ana tərəfi Samuxdan olan türkiyəli siyasətçi Şuay Alpay kimdir?

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən Türkiyənin Milli Müdafiə Nazirinin müavini, əslən azərbaycanlı olan Şuay Alpaya aid məqalə yaradılıb. 1960-cı ildə Türkiyənin Elazığ şəhərində dünyaya göz açan Şuay Alpay İstanbul Universitetinin Hüquq fakültəsinin məzunudur. O, 1986-1991-ci illərdə hakim, 1991-ci ildən isə vəkil kimi fəaliyyət göstərib. Türkiyənin […]

Saçlarını kəsdirib Qarabağa döyüşməyə gedən Kəmalə: “Ya öldürməlisən, ya da ölməlisən…” – Müsahibə – VİDEO

Qız olduğu üçün ona silah vermədilər, o, top atmağı öyrəndi. Qarşımda öz ləyaqəti və gözəlliyi ilə bir Azərbaycan xanımı əyləşib. Saçları ağarmış bu xanım ömrünün 18-ci ilində saçlarını kəsdirərək müharibəyə yollanıb. Ona ürəyimdə çox suallarım olsa da çalışdım ki, həyatı nümunəyə çevrilən bu zərif duyğulu xanımın gəncliyimizə faydalı ola biləcək […]

Lənkəranskinin qardaşını həbsdən Quli azad etdirib – SENSASİON TƏFƏRRÜAT

Ötən ilin noyabrında İstanbulda Quli Bakinski kimi tanınan “qanuni oğru” Nadir Səlifova sui-qəsdə günahlandırılaraq həbs edilən dəstə haqda yeni sensasion xəbər yayılıb. Rusiya KİV-nin xəbərinə görə, dəstə üzvləri Qulinin “onların mənə sui-qəsdə əli ola bilməsi polisin uydurmasıdır” dedikdən sonra azadlığa buraxılıb.  Yada salaq ki, 22 illik həbsxana həyatından sonra Qaradağ […]

İlqar Rəsul APA.TV-dən getdi…

Bu gün tanınmış jurnalist – publisist İlqar Rəsulun 2013-cü ildən çalışdığı APA TV-dən işdən çıxması ilə bağlı xəbər yayılıb.  Turkustan.info  bildirir ki, qaziler.az saytı məsələ ilə bağlı İlqar Rəsulla əlaqə saxlayıb. O, APA.TV-dən getməsi xəbərini təsdiq edib: “Bəli, artıq APA.TV lə yollarımız ayrılıb. Heç bir iş tapmadan iş yerimdən ayrılmışam. Hələlik […]

Cinderesdə terrorçularla küçə döyüşlərinin görüntüləri yayıldı – VİDEO

Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusunun terror təşkilatı YPG/PKK-dan qurtardığı Cinderesin mərkəzindəki küçə döyüşlərinin görüntüləri yayılıb. Görüntülər TSQ və ASO əsgərlərinin istifadə etdiyi kameralarla çəkilib. Anadolu Agentliyinin yaydığı videogörüntünü təqdim edirik.  Anadolu Agentliyinin yaydığı videogörüntünü təqdim edir.  /Qaziler.az/

Elçibəyin oğlundan Siyavuş Novruzova CAVAB:“Mənim ailəmə qarşı təhqir olmayıb və ola da bilməz”

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov hazırda Avropada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin onun, ayrı-ayrı YAP funksionerlərinin, həmçinin dövlətin rəhbərliyində olan şəxslərin özü, yaxınları barədə səsləndirdiyi fikirlərə etiraz məqsədi daşıyan sensasion müraciət yayıb. YAP funksioneri […]

Üç manata görə qadını öldürən şəxs danışdı – VİDEO

Fevralın 27-si, saat 03:00 radələrində Gəncə şəhəri Nəriman Nərimanov prospektindəki mənzillərdən birində yanğın baş verib. Turkustan.info ARB TV-yə istinadən xəbər verir ki, alov söndürüldükdən sonra içəridən ev sahibi Natella Katiblinin yanmış meyiti tapılıb. Məhkəmə tibbi ekspertizasının müayinəsi zamanı mərhumun boğaz nahiyəsində kəsik olduğu, qabırğalarının isə sındığı müəyyən edilib. Polis və prokurorluq orqanları […]

Suriyalı qadının ağlayaraq TÜRK ƏSGƏRİNƏ VERDİYİ SUAL KÖVRƏLTDİ: “QURTULDUQMU”?

 TSQ və ASO, Afrinin Katmah kəndini ələ keçirib. Kənddə axtarış və təmizləmə aparan Türk əsgərini görən rayon sakini 55 yaşlı Suriyalı Ayla Məhəmməd, Mehmetciyə doğru qaçıb, “Xilas Olduqmu”? deyə, soruşub. Sonra Türk əsgərindən aldığı cavabla Ayla Məhəmməd sevincdən göz yaşlarına hakim ola bilməyib. Türkiyə Silahlı Qüvvələrinin ”Zeytun Budağı” Hərəkatı çərçivəsində […]

Türkiyə ordusu Afrində finala yaxınlaşdı – NATO TƏŞVİŞDƏ

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağ”ı əməliyyatı 49-cu günündə müvəffəqiyyətlə davam edir.  Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri və ASO Afrinin mərkəzi hissəsinin sərhədlərinə çatıb. Birliklər həmçinin, Afrinlə Azezi içməli su ilə təmin edən bəndə nəzarəti təmin edib. […]

Şir balası qıza hücum etdi – Dəhşətli hadisə – VİDEO

Səudiyyə Ərəbistanında qorxulu hadisə yaşanıb. Metbuat.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən payız festivalında uşaqların aslanla oynaması üçün qəfəsin qapıları açılanda dəhşət yaşanıb. Aslan bir anda küncə sıxışdırdığı qız uşağına hücum edib və o anlar mobil telefon kameralarına əks olunub. Səudiyyə Ərəbistanda festivalın təşkilatçıları 6 aylıq olduğu bildirilən, […]

Bakı İslam Universitetində “Dünya və axirət qadınlarının zinəti” adlı elmi-bədii tədbir keçirildi

8 mart 2018-ci ildə Bakı İslam Universitetində İslam Peyğəmbərinin əziz qızı Xanım Fatimeyi-Zəhranın mövluduna və Beynəlxalq Qadınlar Gününə həsr olunmuş böyük tədbir keçirildi. Tədbir universitetin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə gənclərin hazırladığı proqram üzrə baş tutdu. İlk növbədə TGT-nin sədri Qorxmaz Paşayev və sədr müavini İlgün Yunusova tədbir iştirakçılarını salamlayaraq […]

Sabahdan Ermənistanda yeni kütləvi etirazlar başlayır

Martın 10-dan başlayaraq Ermənistanda etiraz aksiyaları keçiriləcək. Turkustan.info xəbər verir ki, bu barədə “Miras” partiyasının sədri Armen Martirosyan açıqlama yayıb. Müxalif partiya sədri bildirib ki, itaətsizlik aksiyaları ölkəni böhran vəziyyətinə salan hakim rejimin dəyişdirilməsinə yönələcək. Çox güman ki, aksiyalar bir neçə gün davam edəcək.   /Azvision.az/

Azərbaycanda güclü yağışlar yağacaq – XƏBƏRDARLIQ

Martın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı, gecə yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Bu barədə  Ekologiya və əbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 7-10, Bakıda gecə 4-6, gündüz […]

Röya ilə sevgili olduğu deyilən oğlanın general atası: “Bu barədə oğlumla da danışmışam”

Bir neçə gün bundan əvvəl Azərbaycanın əməkdar artisti Röya Ayxanın yeni sevgi münasibətinə başlaması ilə bağlı xəbər yayılmışdı. Yayılan xəbərdə Azərbaycanın tanınmış generallarından biri, Milli Qəhrəman, general-leytenant Bakı korpusunun komandiri Rövşən Əkbərovun oğlu ilə eşq yaşadığı bildirilirdi. 35 yaşlı müğənninin sevgilisinin özündən yaşca kiçik, 28 yaşlı Telman Əkbərovun olduğu qeyd […]

ADAU-nun alimləri Göyçay rayonunda fermerlər üçün seminar müşavirə keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetin rektorluğu və professor-müəllim heyəti fermerlərlə müşavirələri, elmi praktik konfransları və seminarları təkcə təhsil müəssisəsində keçirmir, onlar vaxtaşırı rayonlarda  olur, bu cür tədbirləri yerlərdə də reallaşdırırlar. Zaqatala, Quba, Şəmkir, Tərtər və digər rayonlardan sonra professor-müəllim heyəti bu dəfə Göyçayda olub,  təsərrüfat sahiblərinə dəyərli məsləhətlər veriblər. Bu da  […]

Türkiyəyə qarşı plan: 6 minlik ordu gəlir

Türk ordusunun hücumları nəticəsində Afrində ağır itki verən terrorçulara Suriyanın digər ərazilərindən kömək göndəriləcək. Turkustan.info  xəbər verir ki, bu barədə Suriya Demokratik Qüvvələrinin nümayəndəsi Ömər İdlibi danışıb. “Afrini müdafiə etməyə məcburuq. İndiyə qədər 1700 döyüşçümüzü Afrinə göndərmək qərarı aldıq. Bizim isə 6 min döyüşçümüz var”, – İdlibi bildirib. Qeyd edək […]

Polisdə özünü 3-cü mərtəbədən atan şəxslə bağlı yeni xəbər

Dünən Tovuz rayon Polis Şöbəsində özünü 3-cü mərtəbədən atan şəxslə bağlı bəzi məqamlar üzə çıxıb. Turkustan.info xəbər verir ki, 48 yaşlı Tofiq Şükürov AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyevin bacısı və onun ərinin qətli ilə bağlı aparılan cinayət işinin istintaqı çərçivəsində ifadə verməyə çağırılıbmış. Onun şahid, yaxud şübhəli şəxs qismində şöbəyə gətirildiyi […]

Putin dünyanı aldadır? – Analitiklər şübhəli məqama diqqət ÇƏKİR

Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə müracətində ölkəsinin ən müasir silahlara malik olduğunu deməsi Qərbdə ciddi narahatlıq yaradıb. Bu, həm də Rusiyanın hərbi doktrinasının məqsədlərini daha aydın büruzə verdi. Ümumiyyətlə, ABŞ və Rusiya qızğın silahlanma yarışında öz nüvə arsenallarını müasirləşdirir. Elə bu səbəbdəndir ki, Putin çıxışında həm də Amerikaya mesaj […]

Fədayə Laçından sürpriz telefon zəngi: “Bağışla…”

Müğənni Fədayə Laçın “8 mart – Beynəlxalq Qadınlar günü”nü dəmir barmaqlıqlar arxasında keçirtsə də, ana-bacısını təbrik edib. Turkustan.info xəbər verir ki, Yenicag.az-a açıqlama verən müğənninin bacısı İlahə Fəda dünən Fədayə ilə telefonla danışdıqlarını deyib: “Fədayə hər 8 mart bayramında anamı təbrik edirdi. O, hədiyyə almaqdan çox verməyi xoşlayır. Çünki insanlar […]

​Şəhər döyüşləri BAŞLAYIR – “Mehmetcik”i qələbəyə aparacaq 3 mərhələli PLANIN DETALLARI

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağ”ı əməliyyatı 49-cu günündə müvəffəqiyyətlə davam edir. Martın 3-də Raco, 4-də Şeyx Hədid qəsəbələrini PKK/PYD terrorçularından təmizləyən Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) birlikləri dünən Cinderesin mərkəzinə daxil olub.  Turkustan.İnfo publika.az-a istinadən xəbər verir […]

“Kediciklər” getdi: Adnan Oktar bitdi

Türkiyədə din xadimi kimi tanınan Adnan Oktar “kediciklər”ə ekran qadağası qoyandan sonra proqramlarının reytinqi aşağı düşüb. Turkustan.info türk mediasına istinadən xəbər verir ki, din xadiminin “A9” kanalı ilə canlı yayımlanan proqramlarının izlənmə reytinqi əvvəlki kimi yüksək deyil. Radio və Televiziya Ali Şurası (RTÜK) cəzasından sonra “kediciklərim” dediyi gənc qızları ekrana […]

“ABŞ-ın istədiyi olmasa…” – Türkiyəyə qarşı gizli toplantının ŞOK DETALLARI

Türkiyə və ABŞ arasında Suriya münaqişəsi üzrə fikir ayrılıqlarını aradan qaldırmaq üçün komitənin qurulmasından əvvəl Konqresdə Türkiyə əleyhinə gizli bir toplantı keçirilib. Turkustan.info Türkiyənin “Axşam” nəşrinə istinadən xəbər verir ki, Konqresdəki mənbələrdən əldə edilən məlumatlara görə, toplantıda Türkiyənin küncə sıxışdırılması üzrə planlar müzakirə edilib. Konqresin bəzi üzvləri Rusiyadan S-400 zenit-raket kompleksləri […]

Bədbəxt hadisə nəticəsində 61 nəfər öldü – Azərbaycanda

Ötən ilin istehsalatla əlaqəli sayılan 151 bədbəxt hadisənin təhqiqatı aparılıb ki, onlardan 11 hadisə qrup halında baş verib. Turkustan.İnfo-nun unikal.org-a istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb. Hesabatda verilən məlumata görə, baş vermiş hadisələr nəticəsində 61 nəfər həyatını itirib, 121 nəfər isə müxtəlif dərəcəli […]

Generaldan Milli Şuranın mitinqi ilə bağlı XƏBƏRDARLIQ

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın martın 10-da keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib. İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov apa-ya açıqlamasında bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribata imkan verilməyəcək: “Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara […]

NATO-dan Türkiyəyə TƏKLİF – Afrinlə bağlı

Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı əməliyyatın miqyası və müddəti məhdudlaşdırılmalıdır. Bu barədə NATO baş katibinin müavini Rouz Qetemüller bildirib. “Türkiyə Alyansın dəyərlərini unutmamalıdır. Afrindəki əməliyyata gəlincə, bu o deməkdir ki, proporsionallıq prinsipinə əməl edilməlidir, mülki şəxslər hədəf olmamalıdır, əməliyyatın miqyası və müddəti mümkün qədər məhdudlaşdırılmalıdır”, – deyə Rouz Qetemüller Brüssel […]

Ərindən arvadına 8 Mart “hədiyyə”si – qabırğalarını qırdı

Bakıda ər arvadını döyərək qabırğasını sındırıb. Turkustan.info xəbər verir ki, hadisə ötən gün baş verib. Sultanməcid Əfəndiyev küçəsində 43 yaşlı Əzizova Şəfiqə Yaqub qızı həyat yoldaşı ilə mübahisə edib. Nəticədə əri onu döyüb. Yaralı qapalı kəllə-beyin travması və qabırğa sümüklərinin sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis […]

Putin yeni silahlarını sadaladı: Ağ Evə təcili görüş TƏLƏBİ

Rusiya prezidenti Vladimir Putinin yeni silahlarla bağlı çıxışından sonra ABŞ-dan ilginc reaksiyalar gəlir. Cebhe.info xarici mətbuata istinadən bildirir ki, bir qrup demokrat senator dövlət katibi Reks Tillersona müraciət edərək Rusiya ilə dialoq təklif ediblər. Putinin yeni silahların yaradılması barədə çıxışından sonra müraciət göndərən senatorlar hesab edirlər ki, Moskva ilə strateji […]

Qəddafinin qohumlarının 10 milyard avrosu yoxa çıxdı: MÜƏMMA

Liviyanın sabiq lideri Müəmmar Qəddafinin yaxınlarının dondurulmuş bank hesablarından 10 milyard avro vəsait naməlum şəkildə yoxa çıxıb. Turkustan.info xarici mətbuata istinadən bildirir ki, yoxa çıxan vəsait Euroclear bankında olub. Pulun yoxa çıxması tədricən- 2013-2017-ci illər ərzində baş verib. Hesabdadkı 16 milyard avrodan ancaq 5 milyard avro qalıb. Bu hesablar 2011-ci […]