Afrində 130 erməni terroçu öldürülüb – Türk ordusu hücumda

Türkiyə Silahlı Qüvvələrinin yanvarın 20-dən başlayaraq Afrində “Zeytun budağı (dalı)” əməliyyatlarına başladığı gündən keçirtdiyi əməliyyat haqda hər gün açıqlama yayır.

Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə mətbuatına iddiasına görə tutulan şəxslərin çoxu kürd əsilli terroçular deyil. Mətbuatın iddiasına görə Avropa ölkələrindən gələn terroçularla yanaşı, erməni terror təşkilatlarının üzvləri Türkiyəyə qarşı döyüşür. Afrində yaxınlığındakı döyüşdə dünən tutulan 23 nəfərin 9-nun Ermənistan vətəndaşı olduğu iddia edilir. Əsasən erməni qadınlarından ibarət olan snayper qrupları türk əsgərinin məhv edilməsi üçün çalışır. Bu iddianı Maltəpə Universitetinin professoru Mesut Hakki Çaşin təsdiq edib.

M. H. Çaşin bildirib ki, PKK-nın bəzi birlikləri ASALA üzvlərindən təşkil edilib: “Əldə etdiyim məlumata görə, yanvar ayından bu günə qədər 130 erməni terroçusu məhv edilib. Tutulan terroçular arasında çoxsaylı erməni var və onlar əsasən Livandan və Ermənistandan gələn terroçulardır. ”. /News12.az /