Azərbaycanlı tarixçidən erməni himayədarlığına etiraz…

Turkustan.info Türkiyədə yaşayan və çalışan azərbaycanlı tarixçi Cavid Mövsümlü ilə müsahibəni təqdim edir. 

-Cavid bəy, son zamanlar vaxtilə Azərbaycanda yaşamış ermənilər Bakıya gətirilir, gəzdirilir, geri qaytarılır. Bu addım, sizə necə təsir edir?
-Bəli, biz son zamanlar Azərbaycanın media məkanında tez-tez “İllər sonra erməni doğma vətənində” (yəni Azərbaycanda) kimi xəbər başlıqları ilə qarşılaşırıq. Hələ bu azmış kimi, həmin erməniləri hava limanında qarşılamaqdan tutmuş, Bakıda gəzdirib, yedirib-içirməyə qədər geniş videosüjetlər hazırlayır, teleməkanda yayımlayırlar. Halbuki bu telekanalların heç biri Türk dünyası ilə əlaqədar kifaət qədər həyata keçirilən tədbirləri, demək olar ki, təqdim etmirlər. Bəs görəsən xalqımızın qanına illərcə susamış mənşəyi məlum olmayan bu milləti nədən son zamanlar bir bu qədər qabartmağa başlamışlar? Axı, demək olar ki, hər ay bu ünsürlərin terrorçu əməllərindən dolayı şəhid verərkən, bizə bunları bəh-bəhlə gətirib Bakıda gəzdirmək və onları sivil bir millət olaraq toplumumuza sırımaq yaraşamaz. Axı, görəsən kim bunlara Azərbaycana gəlmələri üçün viza verir? Nədən gəlişlərinin məqsədi bəlli olmayan bu ünsürlərə aidiyyəti qurumlar izin verir?
-Sizcə, kimlər durur bunun başında? Yenə “5-ci kalon” işləyir?
-Guya bu addımla bəzi qüvvələr bizim dünyaya necə sülhməramlı bir millət olduğumuzu, hər kəsə tolerant yanaşdığımızı göstərməyə çalışır. Əslində isə, hər şey fikrimcə tam fərqlidir. Bəli, “5-ci kalon” yenidən öz işini görür. Bəzi qüvvələr Azərbaycan xalqının qan yaddaşını silmək, tarixi düşmənini unutdurmaq, tarixdən tarixə yaşamış olduğumuz faciələrin təkrarlanmasına yol açmaq yönündə fəaliyyət göstərir. Yenə də erməniyə “dayı” deyənlər ölkəmizdə erməni adlı ünsürün təbliğatına başlayıb. Buna əyani misal son zamanlar Azərbaycan toplumu arasında yeridilən yeni bir fikirdir: “Bizim erməni xalqı ilə düşmənçiliyimiz yoxdur, bizim düşmənçiliyimiz onların başında oturan bəzi qüvvələrlədir”… Kökündən yanlış olan bu geydirmə fikirlə millətimizin beynini zəhərləməyə çalışırlar.
– Tez-tez qeyd olunur ki, Azərbaycanda otuz min erməni yaşayır. 
-Erməni kilsələrinə pulsuz qaz verməkdən, onların kilsələrini bərpa etməkdən tutmuş, Azərbaycana gətirib gəzdirməyə qədər bu millətə hər cür dəstək edilir. Tez-tez Azərbaycanda otuz mindən çox erməni yaşadığı vurğulanır. Sual olunur, bəs haradadır bu otuz min? Niyə mən bu yaşıma qədər Vətənim Azərbaycanda bir dənə də olsun erməniyə rast gəlməmişəm? Yoxsa, bu xislətsiz millət ölkəmizdə müsəlman soyadları altında gizlənirlər. Belə olan halda biz kimlərə güvənək? Axı bu terrorçu ünsürlər müsəlman soyadı altında dövlət məmuru, həkim, müəllim, və ya qida sektorunda çalışan bir işçi və s. ola bilər. O zaman biz Azərbaycan Türklərinin həyatının təhlükəsizliyini kim sığortalaya bilər?. 
-Sosial şəbəkələrdə də erməninin yaxşı millət olması ilə bağlı fikirlər tirajlanır. Sizcə, bu da həmin təbliğat maşının işidir?
-Sosial şəbəkələrdə tez-tez ermənilərə qarşı tolerant yanaşma dolayısı yollarla təbliğ edilir. Özəlliklə Azərbaycan gəncliyi arasında bu kimi təbliğatlara daha çox üstünlük verilir. Azərbaycanda yaşayan ermənilərin çox yaxşı bir millət olduğu fikirləri aşılanır. O zaman, elə çıxır ki, biz pis millət olmuşuq ki, bu qanlı münaqişə yaranıb. Məgər 1906-ci ildə, 1918-ci ildə, 1992-ci ildə soyqırıma məruz qalan biz Azərbaycan Türkləri deyilmiydik? Bu soyqırımları həyata keçirən erməni deyilmiydi? Tarixi Azərbaycan torpaqları olan İrəvandan qovulan bir milyondan çox azərbaycanlının hansı biri dədə-baba yurduna dönə bilir? İşğal olunmuş Azərbaycan Cümhuriyyətinin torpaqları Qarabağdan qaçqın düşmüş bir milyon soydaşımızın hansı biri öz yurduna dönə bilir? Dağıdılan tarixi abidələrimizlə o torpaqlardaki tarixi izimizi yox etməyə qalxan erməni millətinin yaxşı bir millət olduğunu söyləmək bir azərbaycanlı olaraq bizə yaraşmaz. 
-Bakıya gətirilən ermənilər nə dərəcədə səmimi görünür sizə? Sizcə, həqiqətənmi özlərini bizdən biri hesab edirlər, bizimlə bərabər yaşamağı istəyirlər?
-Məlum videoları izlərkən bu ermənilərin verdikləri müsahibələrindən də dəhşətə gəlirəm. Zorla bunların azərbaycanlı və ya Azərbaycan ermənisi adlandıran video süjjetlərdə, bu erməni dığaları söhbətlərinin heç bir yerində mən azərbaycanlıyam demir, mən Bakılıyam və ya filan yerdənəm deyir. Tarixi vətəninin isə Ermənistan olduğunu çəkinmədən söyləyir. Biriləri mənə anlatsın ki, “Bakı ermənisi” nə deməkdir? Məgər Bakının da ermənisimi olur? Bakının bir əzəli xalqı olub, o da Azərbaycan türkləridir. Onun xaricində hansı bir millət olubsa, hamısı gəlmədir. Bu gəlmələrin heç birinin nə Bakıdan, nə də Azərbaycanın heç bir yerindən nəsə iddia etməyə haqqı yoxdur. Unutmayın ki, “Tarixində faciələri unudan xalq o tarixi bir daha yaşamağa məhkumdur”. Belə faciələri zaman-zaman çox yaşamış Azərbaycan xalqının bu qanlı tarixini unutmağa əsla və əsla haqqı yoxdur.    /moderator.az/