İran səfirliyinə hücum: Bayraq endirildi

İranın Britaniyadakı səfirliyinin binasının eyvanına bir neçə naməlum şəxs daxil olaraq, İran bayrağını endirib.

Turkustan.info xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. Agentlik səfirliyə hücum edən şəxslərin Londondakı dini ekstrimist qruplardan birinin üzvləri olduğunu bildirib.

Səfirliyə hücum edən şəxslər həmçinin İranın rəsmi şəxslərinin ünvanına təhqiramiz şüarlar səsləndiriblər.

“BBC Fars” isə hücum edənlərlə bağlı maraqlı məlumat yayıb. Radio bu şəxslərin ayətulla Məhəmməd Şirazinin ideyalarının davamçıları olduğunu bildirib.

Qeyd edək ki, Məhəmməd Şirazi 2001-ci ildə vəfat edib. O, İranın keçmiş Ali Dini lideri Ruhulla Xomeyninin əsas düşmənlərindən biri sayılır.

Ötən gün hücum edən şəxslərdən 4 nəfərinin həbs edildiyi barədə rəsmi məlumat yayılmışdı.    /Axar.az /