Gün: Mart 11, 2018

İraq hökuməti və Mosul məclisi PKK-ya 10 gün vaxt verdi: “Buradan çəkilin” – Ankaranın xəbərdarlığı təşviş yaratdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun İraqın baş naziri Heydər əl İbadi ilə görüşdən sonra “PKK Mosulun Sincar rayonundan çıxmalıdır. Yoxsa İraqdakı seçkidən sonra orada hərbi əməliyyata başlayacağıq” bəyanatı rəsmi Bağdadı hərəkətə gətirib. Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün İraq Mərkəzi Hökuməti ilə Mosul şəhər Məclisi birgə […]

​Türkiyənin sərnişin təyyarəsini vurmaq əmri verdim – PUTİN

Soçidə keçirilən Olimpiya Oyunları öncəsi Rusiya hərbi aviasiyası terrorçular tərəfindən ələ keçirildiyi bildirilən sərnişin təyyarəsini yaxalamaq üçün havaya qaldırılıb. Turkustan.info xəbər verir ki, bu barədə Rusiya lideri Putin onun haqqında çəkilən “Putin” filmində danışıb. Putin mövcud situasiyaya uyğun hərəkət etmək, o cümlədən zərurət yarandığı halda təyyarəni vurmaq barədə tapşırıq verdiyini […]

Rusiyada böyük terrorun qarşısı alındı – VİDEO

Qısa döyüş zamanı cinayətkarlar məhv ediliblər.   Rusiya Federal Təhlükəsizlik Xidməti Saratov vilayətində terror aktının qarşısını alıb.  Turkustan.info RİA Novosti-yə istinadla xəbər verir ki, terroru gizli qruplaşma həyata keçirməyə hazırlaşırmış. FTX əməkdaşları içində cinayətkarların olduğu maşını saxlamaq istəyərkən, sonuncular silahlı müqavimət göstərib. Qısa döyüş zamanı cinayətkarlar məhv ediliblər. Hadisə yerindən TT […]

Rüsumlar azaldıldı, amma qiymət enmir — Kərə yağı müəmması davam edir

2017-ci ilin noyabrında Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edərək, kərə yağı və süddən hazırlanmış digər yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarını bu malların gömrük dəyərinin 15 faizdən 5 faizə salınması ilə bağlı qərar qəbul edib. Qərar 2019-cu il dekabrın 31-dək qüvvədə […]

Bahalı daş-qaşlarla dolu məzar tapıldı – FOTOLAR

Tarix boyu axtarılan xəzinələr sən demə məzarlarda gizli imiş. Müxtəlif filmlərdə gördüyümüz xəzinə xəritərələri adalardan deyil, məhz Romadan tapıldı. İlk dəfə olaraq 1578-ci ildə ortaya çıxan Roma məzarları tarix həvəskarlarının diqqətini çəkir. Romanın tarixi qədər maraqlı tarix demək olar ki, yoxdur. Burada yerləşən ehramların hər biri geniş və maraqlı tarixi […]

İtkin alpinistlərlə bağlı YENİ XƏBƏR

2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən “Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir. “Gilavar” hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımlı bildirib ki, axtarışlar nəticəsizdir: “Hər yerə baxılıb. Hətta əvvəl axtarış aparılan yerlərə təkrar baxış keçirilib, amma […]

Putinin Qafqaz planı: Müharibə bölgəyə qayıdır?

NATO-nun Avropa komandanlığının başçısı, general Kertis Skaparotti Rusiyanın qonşu dövlətləri təhdid etdiyini bildirib. “Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, NATO rəsmisi Rusiyanın NATO-nu sıradan çıxarmağa və dünya düzənini dəyişməyə nail olmağa, habelə ABŞ-ın dünya liderliyini sarsıtmağa, öz qonşuları üzərində dominantlıq edib bütün dünya üzrə təsirlərini yaymağa çalışdığını diqqətə […]

Ərdoğandan qətiyyətli çıxış: HAZIRIQ!

Bizim fiziki sərhədlərimizlə könül dünyamızın sərhədləri tamamilə fərqlidir. Turkustan.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakarya konfrasında çıxışı zamanı deyib. “Türkiyənin sərhədləri 780 kv/km-dan daha çoxdur. Biz bəziləri kimi öz mənafeyimiz üçün, neft üçün dünyanı qan gölünə çevirənlərdən olmadıq. Biz hamı üçün azadlıq, təhlükəsizlik istəyirik. Biz hər […]

Türkiyə təyyarəsi İranda qəzaya uğradı: ən azı 11 ölü – Təcili

İranın cənub-qərbində Türkiyəyə məxsus təyyarə qəzaya uğrayıb. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Bildirilib ki, sözügedən təyyarə İstanbuldan BƏƏ-nin Şarika şəhəri istiqamətində uçurmuş. Ehtimal edilir ki, qəzaya uğrayan sərnişin təyyarəsi olub. Olayla bağlı ətraflı məlumat verilməyib. *** İSNA İran Mülki Aviasiya Təşkilatı Türkiyəyə məxsus […]

Erməni qızlarını Bakıya kim göndərir? – Şok faktlar

Rosanna Kapilyan. Bu ad çoxları üçün tanış olmaya bilər. Amma erməni ASALA terror təşkilatının ən fəal üzvlərində biri olan bu qadın Azərbaycanın başına çox bəlalar gətirmişdi. Rosanna Kapilyan kim idi? 1964-cü ildə Gəncədə doğulan Rosanna orta məktəbi o zamankı Kirovabad (indiki Gəncə) şəhərində bitirmişdi. Beynəmiləl məktəbin şagirdi olan Rosanna məktəbi […]

Rusiya Suriyada 210 silahı sınaqdan çıxardı – Şoyqu

Rusiya Suriyada 210 silah növünü sınaqdan çıxarıb. Turkustan.info verdiyi məlumata görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Andrey Kondraşovun “Putin” sənədli filmində bildirib. S. Şoyqu Rusiya Silahlı Qüvvələrinin Suriya geniş təcrübə qazandığını qeyd edib: “Biz 210 silah növünü suriyalılarla birgə döyüş meydanında sınaqdan çıxardıq. Mən əminəm ki, gələcəkdə bu silahlarla […]

Kəsiləcəyini görən xoruz “DİLƏ GƏLDİ” – Görün nə dedi… – VİDEO

Türkiyədə qeyri-adi hadisə yaşanıb. Turkustan.info xəbər verir ki, Balıkesir ərazisində evdəki xoruzunu kəsmək istəyən adam inanılmaz mənzərə ilə qarşılaşıb. Belə ki, xoruz kəsiləcəyi an “Ana” deyərək səs çıxarıb. Xoruzun sahibi İbrahım Kırcalı bildirib ki, qonaqlarıma kəsmək üçün onu tutdum Bir anda “ana” deyərək banlamağa başladı. Qorxumdan buraxdım. “Artıq onu kəsməyəcəyəm, […]

Bədəndən pis qoxunun gəlməsinə səbəb olan 9 QİDA

Bədəndən gələn pis tər qoxularını aradan qaldırmaq üçün bəzən gigiyena qaydalarını yerinə yetirmək kifayət etmir. Bunun üçün gərəkdir ki, yediyimiz məhsullara diqqət edək. Turkustan.info xəbər verir ki, bədəndən gələn qoxular birbaşa yediyimiz məhsullarla sıx əlaqəlidir. Tərin 98-99%-ni adi su təşkil edir və bu səbəbdən normada tərin heç bir pis spesifik qoxusu […]

Azərbaycanlı ana Türkiyədə göz yaşı töküb yalvardı – VİDEO

5 uşağı ilə Azərbaycanda yaşayan Günel Şabanova yoldaşı Vüqar Şabanovla birlikdə Türkiyədə üzünü imkanlı şəxslərə tutub övladının sağalması üçün yalvarıb. Turkustan.info A24.az-a istinadən xəbər verir ki, 9 yaşlı Elvinə 10 ay bundan əvvəl xərçəng diaqnozu qoyulub. Müalicə almaq üçün Ankaraya gələn ailənin hazırda maddi gücü çatmadığını üçün imkanlı şəxslərdən kömək istəyib. […]

Millət vəkili Böyükşəhər Bələdiyyəsinə təkliflərlə çağırış edib

Millət vəkili Qənirə Paşayeva İstanbulda Azərbaycanın və bütün türk dünyasının böyük aydını, milli istiqlal şairimiz Əhməd Cavadla bağlı geniş məruzə ilə çıxış edib və Böyükşəhər Bələdiyyəsinə təkliflərlə çağırış edib. Turkustan.info-nun məlumatına görə, İstanbulda Türk Ocaklarının təşkilatçılığı ilə keçirilən tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva […]

Zəm-zəm quyusu haqqında bilinməyənlər – Yapon alimdən inanılmaz AÇIQLAMA – FOTOLAR

Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, dünyanın ən sağlam və faydalı sularından olan zəm-zəm suyunun sirri hələ də müəmmalı olaraq qalır. Bu gün texnologiyaların son dərəcə inkişaf etdiyi bir vaxtda belə zəm-zəm suyunun mənbəyi tapılmır. Turkustan.info Publika.az-a istinadən sizə zəm-zəm suyu ilə bağlı maraqlı faktları təqdim edir: “Zəm-zəm” sözü ərəbcə “dayan” mənasını […]

SON DƏQİQƏ: Yevlaxda şagirdləri daşıyan avtobus qəzaya uğradı

Yevlaxda şagirdləri daşıyan “Vito” markalı mikroavtobusun toxuculuq müəssisəsi yaxınlığında “QAZ-53” markalı avomobillə toqquşması nəticəsində 19 nəfər xəsarət alıb. Turkustan.info report.az-a istinadən bildirir ki, onlar 2003-cü il təvəllüdlü şagirdlərdir. Hadisə zamanı xəsarət alanlardan 14-ü Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan 8-nin xəsarəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar. […]

“Tramadol” narkoloji xəstələrin “lomka”ağrılarını sakitləşdirir” – Psixiatr-narkoloq Rəşad Sevdalıyev

Tramadol narkoloji xəstələrin “lomka”ağrılarını sakitləşdirir… İnsan ölümü müxtəlif səbəblərdən gerçəkləşə bilər. Müharibələr, yoluxucu xəstəliklər, avtomobil qəzaları,intihar halları və s. amillər. Son zamanlar isə sadalananların sırasına biri də əlavə olunub. Bu, ağ ölüm adlandırdığımız narkomaniyadır. Narkomaniya birbaşa intihar halı olmasa da, onun insanları tədricən məhv etdiyini, ölümə sürüklədiyi inkaredilməzdir.Artıq uzun müddətdir […]

“Zeytun budağı” əməliyyatı: 3291 terrorçu öldürülüb

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatlarına dair yeni hesabat açıqlanıb. Turkustan.info xəbər verir ki, Türkiyə Baş Qərargahının yaydığı son məlumata əsasən, “Zeytun budağı” əməliyyatında indiyədək 3291 terrorçu zərərsizləşdirilib,175 bölgə nəzarətə götürülüb. Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun […]

Azərbaycanda yol polisləri arasında qanlı DAVA: Məmur oğlu bıçaqlandı

Beyləqan rayonunda yol polisləri arasında qanlı dava baş verib.  Turkustan.info criminal.az-a istinadən xəbər verir ki, Beyləqan rayon yol polisi şöbəsinin əməkdaşı Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu bıçaqlayıb. Hadisənin səbəbi hələlik məlum deyil, Namiq Zeynalov ağır vəziyyətdə Beyləqan rayon xəstəxanasına çatdırılıb, həkimlər tərəfindən ona ilkin yardım göstərilib. Beyləqan rayon mərkəzi […]

İlham Əliyevdən Bəylər Eyyubova doğum günü hədiyyəsi – FOTO

Aprelin 10-da Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, Prezidentin Təhlükəsizlik İdarəsinin rəisi general-polkovnik Bəylər Eyyubovun doğum günüdür. Turkustan.info xəbər verir ki, prezident İlham Əliyev də onu unutmayıb. Ölkə başçısı özünün Facebook hesabında Bəylər Eyyubovla atası, mərhum prezident Heydər Əliyevin birgə çəkilmiş fotosunu paylaşıb. Fotonun altında yazılan rəylərdə Bəylər Eyyubov […]

Türkiyə S-400-dən imtinaya hazırlaşır: nələr itirəcək? – Şərh

Əslində, Türkiyənin belə bir qərar verməsi gözlənilən idi. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun açıqlamasını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Onun sözlərinə görə, NATO üzvü olan bir ölkənin alyansın sistemlərinə uyğun gəlməyən və oradakı müəyyən hava hücumundan müdafiə sirlərini oğurlaya biləcək sistemləri […]

Kreml Qarabağla bağlı İrəvanı sıxışdırır? – Diaspor qalmaqalı

Hazırda Ermənistan hökuməti ilə Avropdakı erməni diasporu arasında böyük bir uçurum yaşanır. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Ekspert Ermənistanın Dağlıq Qarabağı Azərbaycana qaytarmaq üçün Rusiya ilə sövdələşməyə getməsi yönündə ortaya atılan iddiaların da bundan qaynaqlandığını bildirib: “Avropdakı erməni diasporu uzun müddətdir ki, özünü və […]

Ayaqların soyumasının səbəbi və onun ƏN UCUZ MÜALİCƏ ÜSULU

Pis qan dövranı nəticəsində ayaqlar, əllər soyumağa və tədricən keyləşməyə başlayır. Bu, xüsusilə qış aylarında baş verir. Qan dövranının zəifləməsi ciddi problemdir, onun yaranma səbəbləri də müxtəlifdir: diabet, ateroskleroz, hipertoniya, qan laxtalanması, hərəkətsiz həyat tərzi, siqaret, narkotik və s. zərərli vərdişlər. Turkustan.info bu yazıda oxucuları bu problemin bir neçə həlli […]

Xiyar, limon, nanə… İllərlə qurtula bilmədiyiniz xəstəlik 60 saniyədə yox olacaq

Qarının köpməsinin ilk səbəbi orqanizmin ümumi problemindən qaynaqlanır. Bu nəinki daxildən, həm də xaricdən diskomfort yaradır. Köpmə həzm funksiyasının pozulmasından yaranır. Turkustan.info-nun məlumatına görə, dünyada insanların əksəriyyəti bu problemdən əziyyət çəkir. Köp bir çox səbəblərdən yarana bilər. Orqanizmdə xora varsa, helikobakterial infeksiya nəticəsində yaranıbsa, həkim birbaşa antibiotiklərin köməyindən istifadə etməyi […]

“Məndən xalq düşməni düzətmək üçün çox gecdir” – Flora Kərimova

Azərbaycanın Xalq artisti Flora Kərimova təkrarsız ifası ilə milli ekstradamızın “qızıl” səsi olaraq qalır. İnanmaq çətindir ki, bu həmişəcavan və istedadlı qadının 77 yaşı var. Baxmayaraq ki, son illərdə müğənnini efirlərdə tez-tez görmək və eşitmək mümkün deyil, amma o, heç vaxt unudulmur. Bayram verilişləri və konsertlərinin, filmlərin, teletamaşaların 80%-ni xalq […]

Dəhşət: Evdə yiyəsiz qalan 3 körpə yanaraq öldü

Bu gün Ukraynanın Kirovoqrad vilayətində yaşayış binasında baş verən yanğın nəticəsində 3 körpə ölüb. Turkustan.info xəbər verir ki, yanğınsöndürənlər yanğın baş verən yaşayış binasından 2017, 2015 və 2014-cü il təvəllüdlü körpələrin meyitini çıxarıblar. Araşdırma zamanı məlum olub ki, ana evdən gedərək uşaqları baxımsız qoyub. Ukrayna qanunvericiliyinə görə, ana məsuliyyətə cəlb […]

İngiltərədə müsəlmanlarla bağlı inanılmaz çağırış – Məkkəyə atom…

İngiltərədə naməlum şəxslər 3 apreli Müsəlmanların Cəzalandırılması günü elan edib. Turkustan.info xəbər verir ki, İngiltərinin bəzi bölgələrinə əhalini müsəlmanları öldürməyə çağıran məktublar göndərilib. Məktubda müsəlmanlara işgəncə vermək üçün müxtəlif variantlar və variantlara uyğun xallar təklif edilib: 10 xal – bir müsəlmana şifahi şəkildə təzyiq göstərmək; 25 xal – müsəlman qadının […]

Ərdoğan xalqı bozqurd işarəsi ilə salamladı və… – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Mersindəki konqresində xalqı bozqurd işarəsi ilə salamlayıb. Turkustan.info xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “Xəbərlər” saytı yayıb. Məlumata görə, çıxışına “bir millət, bir bayraq, bir dövlət, bir vətən” sözləri ilə başlayan Ərdoğanın bozdurq, arxasınca isə “rabia” işarəsi göstərməsi hər […]