Gün: Mart 12, 2018

Ermənistan Azərbaycana qarşı 11 minlik təxribat qrupu yaratdı: HƏDƏF SƏDƏRƏKDİR – ŞOK FAKTLAR

Ermənistanın Artaşest rayonunda “Geqakron” adında təxribat qrupu yaradılıb. Turkustan.info bildirir ki, News12.az-ın araşdırma qrupunun məlumatına görə qeyri-leqal  fəaliyyət göstərən bu təşkilatın devizi belədir : ” Hələ alınmayan qalalarımız, torpaqlarımız var. Alınmayan torpaq bizim deyil”. Bu qrupun qızlardan ibarət qanadı da təşkil olunub. Hazırda 11 min üzvü var. Bu qızlar Almaniyada […]

Azərbaycan Rusiyadan daha 36 ədəd “cəhənnəm silahı” aldı

Stokholmda mənzillənən sülh problemləri İnstitutu (SIRRI) 2016-2017-ci illər üzrə dünya silah ixracına dair hesabatını açıqlayıb. Virtualaz.org xəbər verir ki, hesabatda Azərbaycan və Ermənistanın göstərilən müddət ərzində aldığı silahlar da əksini tapıb. Hesabata əsasən son 2 il ərzində Ermənistan cəmi 124 milyon dollarlıq silah idxal edib. Və silah idxalının həcminə görə […]

Abşeron, Sumqayıt və Gəncədə I sinfə qəbul imtahansız keçiriləcək – RƏSMİ

“Bu il Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərlərindəki bütün lisey və gimnaziyalara şagirdlərin I sinfə qəbulu zamanı ərazi prinsipi tətbiq olunmayacaq. Buna görə də istənilən valideyn yaşadığı yerdən asılı olmayaraq, öz uşağının həmin məktəbə imtahan vermədən qəbul edilməsi üçün müraciət edə bilər”. Turkustan.info xəbər verir ki, bunu Trend-ə Təhsil Nazirliyinin […]

1800 daimi iş yerinin açılması gözlənilir

Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsi regionda əməkdaşlığın inkişafına və qaz mənbələrinin diversifikasiyasına xidmət edir.  Turkustan.info xəbər verir ki, bunu “Trend”ə müsahibəsində Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov deyib. N.Mannapbekov deyib: “AİB-in əsas vəzifələrindən biri öz üzvləri arasında, o cümlədən enerji təhlükəsizliyinin təminatına […]

“Bütün Bakı sevsin Mirşahinin ana-bacısını” – Sabiq deputat

Sabiq millət vəkili Etibar Hüseynov “Real tv”nin rəhbəri Mirşahin Ağayevin qalmaqallı statusuna sərt şəkildə reaksiya verib. Turkustan.info xəbər verir ki, sabiq deputat Mirşahinin Azərbaycan xalqını təhqir etdiyini bildirib: “Zaman göstərdi ki, ötən iki il ərzində Mirşahin qətiyyən ağıllanmayıb. Və bu ağılın sahibinə də TV etibar eləmək, meymunun əlinə avtomat vermək […]

Təriqət lideri Şeyx Əhməd ABŞ-ın kosmik raketini “PARTLATDI” – VİDEO

Nəqşibəndi təriqətinin lideri Şeyx Əhməd Yasin Bursəvinin çıxışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Turkustan.ino xəbər verir ki, o,  1986-cı il yanvarın 28-də ABŞ-ın “Çellencer” kosmik aparatını özləri tərəfindən düşürüldüyünü iddia edib: “Bu kosmik aparat fəzaya buraxılanda Əhməd dayı Xızır peyğəmbərdən yardım istədi. Kosmik gəmi deyildiyi vaxtda qəzaya uğradı”. Bir çox izləyicilər […]

Tarixin ən böyük intiharı – 912 nəfəri aldadaraq intihara sürükləyən şəxs – FOTOLAR

“Constoun qətliamı” və ya başqa bir adla “Constoun kütləvi intiharı” tarixdə baş vermiş ən böyük kütləvi intihar aktıdır. Bu qətliam 1978-ci il noyabr ayının 10-u baş verib. Qətliam zamanı 912 nəfər zəhər (Siyanür) içərək intihar edib. Bu qətliamın əsas səbəbkarı isə Cim Cons olub. 912 nəfərin beynini yuyaraq intihara sürükləyən […]

Erməniləri utandıran keçmişi

Müxtəlif ölkələrdə yaşayan ermənilər Ermənistanın ictimai-siyasi həyatında faşizmin təbliğ olunmasından ciddi narahatdırlar. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki,  İrəvanın mərkəzində Qaregin Njdenin abidəsinin ucaldılması erməni ictimaiyyətinin narahatlığına gətirib çıxarıb. Erməni saytı yazır ki, bu hal Rusiya mətbuatında da dəfələrlə kəskin şəkildə pislənilib. Ölkə xaricindəki ermənilər Qaregin Njdenin və Hayk Asatryanın qəhrəman […]

Rusiya açıqladı: 200 tonluq balistik raket artıq… – Video

Rusiya SS-18 Satan tipli 200 tonluq “Voyevoda” qitələrarası balistik raketlərini qısa müddət sonra braka çıxaracaq. Turkustan.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Rusiya müdafiə nazirinin müavini Yuri Borisov “Voyevoda” raketlərinin istifadəsinin sona çatdığını bildirib. Borisov sözügedən raketlərin 1980-ci ilin sonunda istehsal edildiyini və sistemin artıq “qocaldığını” qeyd […]

Azərbaycanda bu quruma 21 milyon manat ayrıldı

Azərbaycan prezidenti İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Turkustan.info-nun məlumatına görə, əhalisi 597 min nəfərə yaxın olan 38 şəhər və rayonun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq […]

Səməd Səmədov canlı efirdə jurnalisti şərlədi

Space TV-də Kamran Həsənlinin müəllifi olduğu “Onda başladıq” verilişində qalmaqal baş verib.  Turkustan.info xəbər verir ki, bu gün verilişə qatılan jurnalist Seymur Verdizadə Xalq artisti Səməd Səmədovu sərt tənqid edib. Jurnalist deyib ki, bir neçə gün öncə qohumlarının birinin toyuna qatılan Səməd Səmədov onu məyus edib: “Səməd müəllim fonoqrama ilə […]

Pensiyaların veriləcəyi tarix bəlli oldu – RƏSMİ

Əmək pensiyaçılarının sosial müdafiəsinə və onların maraqlarının təminatına yönələn növbəti tədbir kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayı üzrə bütün pensiyaların maliyyələşdirilməsi Novruz bayramına kimi başa çatdırılacaq. Turkustan.info bildirir ki, bunu Oxu.Az-ın sorğusuna cavabında  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə […]

Erməni lobbisi Dilqəmlə Şahbaza görə beynəlxalq təşkilata hücum etdi

 “Dağlıq Qarabağda girov saxlanılan iki vətəndaşımıza qarşı mənəvi və fiziki təzyiq edildiyi haqqında müxtəlif mənbələrdən məlumatlar daxil olur. Bu məsələni Beynəlxalq İnsan Haqları Komitəsinin Azərbaycan Nümayəndəliyi Parisdə yerləşən mərkəzi ofisin diqqətinə çatdırıb”. Turkustan.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, bundan sonra həngamə qopub: “Fransadakı […]

“Niyə məni söyürlər?” – Mirşahin cavab verdi

Yeni yaranan Real TV-nin rəhbəri Mirşahin Ağayev TV fəaliyyətə başlamadan tənqidlərə məruz qalıb. Buna səbəb onun sosial şəbəkədə təhdid sovurması olub. Belə ki, M. Aöayev onu söyənlərə, təhdid edənlərə sərt şəkildə reaksiya və “ana-bacınızı söyməyəcəm, sadəcə sevəcəm” deyib.    Onun şərhi müzakirələrə yol açıb. Telejurnalist tənqidlərə cavab yazısı yazıb.   […]

Xalq Cümhuriyyətinin 100 lliyi ilə əlaqədar silsilə tədbirlər davam edir – “Milli naxışlar” Sumqayıtda

Azərbaycan Xalq Cümhuriyyətinin 100 lliyi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin xalq çalğı alətləri orkestri və xorunun Sumqayıt şəhərində “Milli naxışlar” adlı kompozisiya-konserti keçirilib. Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən Turkustan.info-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan məktəbin direktoru, əməkdar müəllim […]

Yalançı gülüşlər üzümüzdə qırışlar yaradıb – Seymur Verdizadə yazır

Seymur VERDİZADƏ Dostum sənətdən anlamasa da, arvadının arzusuna uyğun olaraq, arabir teatrlara, əyləncəli tədbirlərə gedir. Mənə də bilet aldığı üçün dörd-beş gün əvvəl onlara qoşulub, teatra getdim. Mən onsuz da mədəni-kütləvi tədbirlərdə tez-tez iştirak edirəm. Amma dostumun zövqünü yoxlamaq üçün bu dəfə onun təklifindən imtina etmədim… Sabit Rəhmanın başmağını geyinənlər, […]

Ətin qiyməti UCUZLAŞDI – Tələb azalıb

Paytaxtda ətin qiymətində 1 manata yaxın ucuzlaşma müşahidə edilir. Turkustan.info bildirir ki, ucuzlaşma təkcə paytaxtda yox, bölgələrdə də qeydə alınır. Təxminən 1 ay öncə 10 manatdan yuxarı qiymətə təklif olunan bir kiloqram mal əti hazırda 9 manata satılır. Bununla bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Vüqar Bayramov bildirib ki, ətin qiymətinin ucuzlaşması tələbin […]

​Azərbaycan ABŞ-a nota verdi – SƏFİR NAZİRLİYƏ ÇAĞIRILDI

“Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XİN-nə çağırılıb, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası ona təqdim edilib. […]

Daha bir dəhşətli təyyarə qəzası – 66 nəfərin taleyindən xəbər yoxdur – VİDEO

Banqladeşə məxsus təyyarənin Nepalda qəzaya uğraması nəticəsində ölənlərin sayı açıqlanıb. Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, 8 nəfər ölüb. Müxtəlif xəsarətlər almış 17 nəfər isə xəstəxanaya yerləşdirilib. Təyyarədə olan 37 kişi, 27 qadın və 2 uşağın aqibəti hələlik məlum deyil.   /bakipost.az/

Bakıda kişidən övladı yaşda qıza qarşı iyrənc hərəkət – VİDEO

Bakıda ictimai nəqliyyatda xoşagəlməz hadisə baş verib. Minval.info xəbər verir ki, 202 nömrəli marşrut avtobusunda kişi qıza telefon nömrəsini verməyə çalışıb. Bu barədə hadisə şahidələri məlumat veriblər. Onların sözlərinə görə, qız kişidən təxminən 10-15 yaş kiçik olub. Video sosial şəbəkələrdə paylaşılıb və insanların sərt reaksiyasına səbəb olub. Məlumata görə, kişinin […]

Afrində həlledici an – Türk Ordusu 3-cü mərhələyə keçdi

“Türkiyənin Afrində terrorçulara qarşı həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı 3-cü mərhələyə addım atıb. Turkustan.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, şimal və şərqdən mühasirəyə alınan Afrinin cənubdan da əhatələnməsi üçün 3-cü mərhələyə keçid edilib. TSQ və ASO-nun Afrinə çatması üçün 1 km məsafəsi qalıb. PKK/PYD-li terrorçuların məskən saldığı şəhərin mərkəzi […]

Pensiyalar nə vaxt veriləcək? – Açıqlama

Mart ayı üzrə əmək pensiyaları hələ hesablara köçürülməyib. Turkustan.info Report-a istinadən xəbər verir ki,  bu günə olan məlumata görə, əmək pensiyalar hesablara köçürülməyib: “Amma bu həftə ərzində pensiyalar hesablara köçürüləcək”.  Qeyd edək ki, hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 mln. 318 min 434 nəfər təşkil edir.

Şeyxin qudası vətəndaşın 3 mərtəbəli evini dağıdıb: “Polisə saxta sənəd təqdim etdi” – FOTOLAR+VİDEO

Hacı Qalib Seymur Quliyevi daşa basıb; əmlakını Allahşükür Paşazadənin qızının adına keçirib… “Hacı Qalib Salahzadə Milli Məclisin deputatı olduğu dövrdə mənim vətəndaş olaraq mülkümü zəbt etməklə sübut etdi ki, Azərbaycan Konstitusiyasını saymır. Konstitusiya ilə təsbit olunan mülkiyyət hüquqlarımızı ayaqları altına atıb tapdayır. Hazırda Qalib Salahzadə deputat deyil. Amma qanunsuz əməllərini […]

Bakı sakini qadını şəkilləri ilə şantaj etdi, 12 min manatını əlindən aldı

Paytaxt sakini olan qadından şantaj etməklə 5140 manat və 4000 ABŞ dolları almaqda şübhəli bilinən Miryusif Məmmədov saxlanılıb. DİN-dən  verilən məlumata görə, martın 9-da Bakı şəhər sakini A.N (qadın) Qaradağ RPİ 10-cu PB-yə ərizə ilə müraciət edib. O, 2017-ci ilin mart ayından bu il mart ayının 9-dək olan müddətdə tanışı […]

Qəzaya uğrayan Türkiyə təyyarəsinin pilotunun son sözləri – VİDEO

  BƏƏ-dən İstanbula gedərkən İranda qəzaya uğrayan “Başaran Holdinq”ə məxsus özəl təyyarənin pilotunun dispeçer qülləsi ilə son danışığı ortaya çıxıb. Turkustan.info haberler-ə istinadən xəbər verir ki, Şarika şəhərində İstanbula istiqamətlənən özəl təyyarə İranın cənub-qərbindəki Şəhrəkürd bölgəsində qəzaya uğrayıb. Pilot Melike Kuvvetin təyyarə qalxdıqdan bir müddət sonra dispeçer qülləsi ilə əlaqə […]

“Ana-bacınızı söyməyəcəm, sevəcəm” – Mirşahin

Tanınmış jurnalist Mirşahin Ağayevin rəhbərliyilə açılan yeni telekanal – Real TV-nin bu gündən peyk yayımına başlayacağı gözlənilir. Turkustan.info xəbər verir ki, bir neçə gündür, TV ilə bağlı müzakirələr getsə də, Mirşahin Ağayev bu söhbətlərə heç bir reaksiya vermirdi. Lakin jurnalist susqunluğunu pozub və efirdə olmadığı müddətdə onun haqqında danışanların hamısına […]

Azərbaycanda ilk STEM liseyi fəaliyyətə başlayıb

Hədəf Liseyi 2018-2019-cu tədris ilində fəaliyyətinə başladığını və həmin tədris ili üçün şagird qəbulunu elan edir. Turkustan.info xəbər verir ki, Hədəf Liseyi “Hədəf Kursları” MMC-nin bazası əsasında təsis edilən təhsil müəssisəsidir. Lisey STEM qısaltmasının ifadə etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin əlaqəli və “toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris olunması […]

Ceyhun Musaoğludan mərhum jurnalistlərin ailələrinə dəstək təklifi

“Biz sağıq, amma onlar dünyalarını dəyişiblər. Mətbuatın inkişafında, cəmiyyətin dolğun və operativ informasiya ilə təminatında mərhum jurnalistlərimizin rolu danılmazdır. Dünyasını dəyişən həmkarlarımızın hər biri sağlığında tanınmış imza olublar. Biz dirilərin borcu onların ailələrinə qayğı göstərməkdir. Təəssüf ki, sağ jurnalistlər mərhum jurnalistlərdən mənəvi mənada aralı düşüblər”. Bu fikirləri Azərbaycan Mətbuat Şurasının […]

General Novruzəli Orucovun oğlu bəraət istəyir

Bu gün Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov, Pərviz Abbasov və Kənan Vəliyevin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi baş tutacaq. Turkustan.info xəbərinə görə, apellyasiya şikayətinə baxış hakim Sahibxan Mirzəyevin sədrliyi ilə günün ikinci yarısında başlayacaq. Təqsirləndirilən şəxslər barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər. Qeyd […]

Afrinə girməyə 1,5 km məsafə qaldı – “Zeytun budağı” 52-ci günündə – VİDEO

Türkiyənin Afrində terrorçulara qarşı başlatdığı “Zeytun budağı” əməliyyatı bu gün (12 mart 2018) 52-ci gününə davam edir. Turkustan.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türk Ordusunun Afrinin mərkəzinə çatmasına 1,5 km məsafə qalıb. Dünən isə 18 bölgə terrorçulardan təmizlənib. Əməliyyatın ilk günündən bu yana məhv edilən terrorçuarın sayı 3300-ə yüksəlib. Ötən […]

İdeal çəkiyə malik olmaq üçün UZUC KOKTEYL

Əgər arıqlamağı çoxdan arzulayır, amma yürüşlərə, arıqladan proseduralara getməyə pulunuz və imkanınız yoxdursa, başqa üsulları sınaqdan keçirin. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, arıqlamağa kömək edən daha bir effektiv üsul var. Məsələn, piyləri əridən 5 ideal məhsulu bir kokteyldə birləşdirsəniz, artıq çəkidən çox sürətlə xilas olacaqsınız. O, artıq çəki atmağa […]

Bakının mərkəzində binaya girişi bağlayıb dönərxana açdılar – Məmurlar – FOTO

Ərazini zəbt edən qadının əri və oğlu DİN və gömrükdə yüksək vəzifədə olub. Bakı şəhəri, Rəsul Rza küçəsi, ev 19-da yaşayan İsayeva Şəmsi Abıəli qızı və Məmmədova Afət Sahib qızı mətbuata müraciət ünvanlayıb. Müraciət Səbail rayonu, Rəsul Rza küçəsi 19 saylı evin həyətinə olan girişin böyük bir hissəsinin Vəliyeva Zərifa […]

Ordumuz 25 min əsgərlə hərəkətə keçdi – İrəvanı qorxuya salan İKİNCİ APREL PLANI

12-17 mart tarixlərində Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirəcək. Ali Baş Komandan İlham Əliyevin təsdiqlədiyi plana əsasən keçirilən təlimlərdə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb […]

Fazil Mustafa özündən çıxdı: “Geri zəkalı gənclər yığını, nadanlar…”

“Azərbaycanda cahil, nadan, geri zəkalı bir gənclik var ki, bunlar üçün oxumaq, öyrənmək deyilən anlayış yoxdur. Sadəcə, şəxsimə qarşı qara piar aparmaqla özlərini inkişaf etdirmək istəyirlər”. Turkustan.info xəbər verir ki, bu sözləri Milli Məclis deputatı Fazil Mustafa qeyd edib. O, sosial şəbəkələrdə yayılan fotosu haqda münasibət bildirərkən belə deyib. Deputat qeyd […]

Telefonunuza bu proqramları YAZMAYIN! – Diqqətli olaq

Sosial şəbəkələrdə reklam olunan, yaxud “Play merket”-də qarşımıza çıxan hər hansı bir tədbiqi yükləyərkən ikinci dəfə fikirləşmək lazımdır. Çünki həmin proqramlarda virus ola bilər. İKT Mərkəzinin direktoru Fərid Kazımov bununla bağlı Metbuat.az-a açıqlamasında bildirib ki, qlobal olaraq İOS sistemlər üçün hazırlanan proqramlar daha təhlükəsiz olur: “Android cihazlar üçün hazırlanan proqramlarda […]

“Tank” ləqəbli məşhur kikboksçumuz Almaniyada qələbə qazandı – FOTOLAR+VİDEO

Azərbaycan Kikboksinq Federasiyasının üzvü,dünya çempionu, nüfuzlu yarışların qalibi Xəyal Əhmədov Almaniyada baş tutan beynəlxalq yarışda parlaq qələbə qazanıb. İdmançımızın rəqibi STERRENBERG adlı təcrübəli kikboksçu idi. Xarici saytlar idmançımızın döyüşü ilə bağlı anons vermişdilər. Yarış izdihamlı keçib. Xəyal Əhmədov bir sıra nüfuzlu beynəlxalq yarışların qalibidir. Azərbaycan bayrağını beynəlxalq yarışlarda ucaltdığı üçün […]

Türkiyə ikinci cəbhə açır

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vyanada jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi Şimali İraqda da PKK terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat aparacaq. M. Çavuşoğlu bu il mayın 12-də İraqda keçiriləcək parlament seçkilərindən sonra Türkiyənin İraqla birlikdə belə bir əməliyyatı keçirməyi planlaşdırdığını qeyd edib: “İraq hökuməti ilə birlikdə terrorçu PKK qruplaşmasına […]

Qeydə alınan namizədlərin sayı 7-yə çatdı

Namizədliyi verilən şəxslər üçün verilən müddət bu gün bitir… Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar namizədliyin qeydə alınması üçün seçki sənədlərinin və seçici imzalarının Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti bu gün saat 18.00-da başa çatır. Təqvim Planına əsasən, seçki sənədləri səsvermə gününə ən çoxu 50 və ən azı […]

YPG-nin “elit dəstələri” bir zərbəyə bazanı qoyub qaçdı

Azad Suriya Ordusu (ASO) türk ordusunun dəstəyi ilə qısa müddət ərzində Afrində yerləşən YPG qruplaşmasının xüsusi döyüşçülərinin təlim keçdiyi bazanı ələ keçirib. Turkustan.info xəbər verir ki, hələ Suriya konflikti başlamadan öncə sözügedən bazada YPG xüsusi təyinatlıları – YPG-nin “elit dəstələri” təlim keçiblər. Məlumata görə, Afrindən cəmi 2 km məsafədə yerləşən […]

Göz rənginiz xasiyyətiniz haqda nə deyir? – XARAKTERİSTİKA

Aparılan araşdırmalara görə, göz rənginiz xarakterinizdəki bəlli xüsusiyyətləri daşıyır. Bəs göz rənginizin xarakteriniz haqqında nələr söylədiyi barədə maraqlanmısınızmı? Milli.Az ailem.az-a istinadən bununla bağlı məlumatları diqqətinizə çatdırır. Beş fərqli göz rəngi mövcuddur və hər biri fərqli bir xarakteristik özəlliyi təqdim edir. Tünd qəhvəyi və qara gözlər Liderlik özəlliyinə sahib olan insanların […]