Təriqət lideri Şeyx Əhməd ABŞ-ın kosmik raketini “PARTLATDI” – VİDEO

Nəqşibəndi təriqətinin lideri Şeyx Əhməd Yasin Bursəvinin çıxışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Turkustan.ino xəbər verir ki, o,  1986-cı il yanvarın 28-də ABŞ-ın “Çellencer” kosmik aparatını özləri tərəfindən düşürüldüyünü iddia edib:

“Bu kosmik aparat fəzaya buraxılanda Əhməd dayı Xızır peyğəmbərdən yardım istədi. Kosmik gəmi deyildiyi vaxtda qəzaya uğradı”.

Bir çox izləyicilər şeyxin bu çıxışını gülüşlə qarşılayıb.   /A24.az/