Gün: Mart 13, 2018

Aqil Camal DiasporTV-nin “Azərbaycandan dünyaya baxış” verlişinin qonağı olub – VİDEO

“Türküstan” qəzetinin və Turkustan.info saytının baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal Diaspor.tv-də “Azərbaycandan dünyaya baxış” proqramının qonağı olub. Verilişin aparıcısı Ceyhun  Şakiroğlunun suallarını cavablandıran Aqil Camal hazırda Azərbaycan diasporunun fəaliyyəti, Türk dünyası diasporları arasında əlaqələr, bu sahədə görülməli olan işlər haqqında fikirlərini bölüşüb. Verilişin videosunu təqdim edirik: […]

Bakıda ət 3 manat ucuz satılacaq: TARİX VERİLDİ

“Novruz yarmakaları”nda mal və qoyun ətinin kiloqramı 7-8 manata olacaq. Turkustan.info bildirir ki, bu barədə Cebhe.info-ya Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaqdır. Qeyd edək ki, […]

Ərdoğan şad xəbəri xalqı ilə paylaşdı…

“Zeytun budağı” əməliyyatında 3400 terrorçu məhv edilib. Turkustan.info verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlarla vətənimizin təhlükəsizliyi təmin edilir. Dinc sakinlərdən qalxan kimi istifadə edən terrorçuların əsl üzü ortaya çıxır. Hazırda 3400 terrorçu məhv edilib. Afrinə girdik və davam edirik. […]

Türkiyədən üzücü xəbər gəldi: Ordu şəhid verdi

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Afrin bölgəsində təşkil etdiyi “Zeytun Budağı” əməliyyatı vaxtı bir əsgərin həyatını itirdiyi açıqladı. Turkustan.info xəbər verir ki, TSQ açıqlamasında bunları bildirib: “13 Mart 2018-ci ildə Afrin bölgəsində həyata keçirilən əməliyyatlar zamanı “Zeytun Budağı Əməliyyatı” çərçivəsində bir silahlı əsgərimiz şəhid oldu. Türk xalqına başsağlığı veririk”, – […]

Prezidentin vəzifə verdiyi Fərid Cəfərov kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Fərid Tahir oğlu Cəfərovun Gənclər Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.  Turkustan.info Unikal.org-a istinadən xəbər verir ki, F.Cəfərov bu təyinata qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Beynəlxalq Əməkdaşlıq şöbəsinin rəisi vəzifəsində çalışıb.

KISTOZ-FIBROZ xəstəliyinin tanıtımı ilə bağlı tədbir keçirilib – FOTOLAR

12 Mart tarixində Azərbaycan Tibb Assosiasiyasi Pediatriya dərnəyi və Baku Medical Plazanın birgə təşəbbüsü ilə konfrans təşkil olunub. Ilboyu fərqli mövzularla pediatrları marifləndirmə məqsədi daşıyan tədbirin bu dəfəki missiyası  nadir xəstəlik olan  Kistoz-Fibroz xəstəliyinin tanıtımı  ilə baglı  idi. Tədbir iştirakçıları əsasən həkim- pediatrlar idi. Nə üçün məhs həkim-pediatrlar? Çünki, kistoz-fibroz […]

Çavuşoğlu: “Türkiyə-ABŞ münasibətləri qırılma nöqtəsinə çatıb”

“Türkiyə ilə ABŞ arasında münasibətlər qırılma nöqtəsindədir”. Turkustan.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazirin fikrincə, türk xalqı amerikalılara çox neqativ yanaşır. “Bu qırılmanın qarşısını almaq üçün fevral ayında işçi qrup yaratmışdıq. Və biz onlara şərt qoyduq: əgər yenə dediyiniz heç bir […]

Böyrəkləri tam təmizləyən resept: 2 soğan və 2 litr su

Böyrək ən mühüm orqanlardan biridir. O toksinlərin qandan süzülməsinə və detoksifikasiyaya görə cavab verir. Buna görə də onu qorumaq və sağlamlığına nəzarət etmək lazımdır. Əks halda, əsl dəhşətə çevriləcək ciddi fəsadlarla üzləşə bilərsiniz. Çünki böyrəklərin iş orqanizmi təmizləməkdən ibarətdir, əgər onlar öz funksiyasını yerinə yetirə bilməzsə, onda bütün zəhərli maddələr […]

İncirlik NATO-nun yox, Türkiyənindir – Çavuşoğlu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ mətbuatında İncirlik aviabazası ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Turkustan.info xəbər verir ki,  Çavuşoğlu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı deyib: “İncirlik hərbi bazası ilk növbədə NATO-nun deyil, Türkiyənindir”. Qeyd edək ki, ABŞ-ın “Vol Strit Jurnal” nəşri Ankara və Vaşinqton arasındakı gərginliyə […]

Qənirə Paşayeva Ərzurumda “100. İl Qəhrəmanlar Abidəsi”nin açılışında Türk dünyasına birlik və Qarabağ çağırışı edib – FOTOLAR

Ərzurumun düşmən işğalından qurtuluşunun və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə Ərzurumda Azərbaycan Bulvarı, Heydər Əliyev parkında “100. İl Qəhrəmanlar abidəsi”nin açılışı olub. Ərzurum Böyükşəhər Bələdiyyəsi, Azərbaycanın Türkiyədəki səfirliyi, Eko Avrasya Dərnəyi  və Türkiyə Dil və Ədəbiyyat Dərnəyi Ərzurum şöbəsinin ortaq həyata keçirdiyi layihə və tədbirdə Ak Parti Ərzurum […]

Nail Çelebi: Avrupa Birliği benzeri Bir Türk Birliği’nin kurulması şarttır

Türk dünyasının Parlamenterler Birliği Başkanı Nail Çelebi Ankara’da Türk dünyası gazetecileriyle buluşmasında,Türkiye’nin terör ve teröre destek veren ülkelere karşı tek başına mücadele verdiğini belirterek , adeta bir haçlı seferiyle karşı karşıya olduğunu ifade etti. Türkiye’nin Afrin’deki Zeytin Dalı Harekat’nda sonuna kadar haklı olduğunun altını çizen Çelebi, Türkiye’nin yalnızlığa itilmeye çalışıldığını […]

Mirşahin: Qadın bilmirlər, qız bilmirlər, küçə söyüşlərinin biri bir qəpiyədir

Tanınmış teleaparıcı Mirşahin Ağayev rəhbəri olduğu və fəaliyyətə başlamasının sosial şəbəkələrdə müzakirə obyektinə çevrildiyi Real TV ilə bağlı açıqlama yayıb. Turkustan.info Oxu.Az-a istinadən aparıcının Facebook sosial şəbəkəsində yazdığı həmin məlumatı təqdim edir: “Real TV-nin fəaliyyətə başlaması ərəfəsində qəribə, hətta mənşəyi bəlli olmayacaq dərəcədə ajiotaj yaranıb. Yeni kanal açılır və əslində bu […]

Xanım QHT rəhbərlərinin iştirakı ilə “Virtual çərşənbə” adlı tədbir keçirilib – Fotosessiya

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələfin təşəbbüs və təşkilatçılığı, Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadənin dəstəyi ilə könüllü olaraq “Virtual çərşəmbə” adlı tədbir keçirilib.  Turkustan.info xəbər verir ki, paytaxt və regionlarda fəaliyyət göstərən 30-a yaxın aktiv xanım QHT rəhbərinin iştirak etdiyi tədbirə Azərbaycan-Amerika Qadın […]

MEK-in dəstəyi ilə Respublika Uşaq Kitabxanası “Milli çalğı alətləri” mövzusunda telegörüş keçirdi

13 mart 2018-ci il tarixdə AMEA Mərkəzi Elmi Kitabxananın təşkilati dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının oxucularının Ukrayna Milli Uşaq Kitabxanasının oxucuları ilə “Sərhəd bilməyən incəsənət” layihəsi çərçivəsində “Milli çalğı alətləri” mövzusunda telegörüş keçirildi. Görüşdə Georgi Şaroyev adına 35 nömrəli uşaq musiqi məktəbinin tələbələri, 7 nömrəli uşaq musiqi məktəbinin […]

İyrənc zibillər yeni məhsul kimi evimizə necə qayıdır? – Çirkli şəhərin təmiz üzündən REPORTAJ+FOTO

Həyatınızda bir dəfə də olsun düşünmüsünüzmü ki, hər gün mətbəxinizdə xüsusi ləzzətlə yediyiniz məhsulların qalıqları, bir vaxt sevərək aldığınız, istifadə etdiyiniz əşyalar evinizdən çıxdıqdan sonra başına nə gəlir? Onların zibil qutusuna atılmasından sonrakı “həyatında” nə baş verir? Turkustan.info bildirir ki, Publika.az bu sualların izinə düşərək doğma paytaxtımızın təmizlik qayğısına qalan “Təmiz […]

Məşhur yəhudi həkimdən ŞOK AÇIQLAMALAR: “Peyvənd vurdurub uşağınızı məhv etməyin”

Turkustan.info bildirir ki, Publika.az-ın xüsusi müsahibi İsrail Zehni və psixofiziki inkişaf pozğunluğu olan uşaqların müalicəsi və bərpası Mərkəzinin rəhbəri, həkim Lev Levitdir. – Doktor, autizm bəlasının kökü haradan qaynaqlanır? – Artıq dünyada autizm, nitq, şüur inkişafının gecikməsi kimi problemlərin sayı sürətlə artmaqdadır. 90-cı illərdən etibarən bu kimi xəstəliklərin sayı kifayət […]

Tramp Tillersonu işdən qovdu – Təcili

ABŞ Prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifədən azad edib. Turkustan.info xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp qərarını Tvitter səhifəsində açıqlayıb. Tillersonu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Mayk Pompeo əvəz edəcək. Tramp xidmətlərinə görə Tillersona təşəkkür edib. “MKİ rəhbəri Mayk Pompeo bizim yeni dövlət katibimiz olacaq. O möhtəşəm […]

Türkiyənin baş naziri sabah Bakıya rəsmi səfərə gələcək

Türkiyənin baş naziri Binəli Yıldırım sabah Bakıya rəsmi səfərə gələcək. Turkustan.info “Ahaber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər. O, Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və baş nazir Artur Rəsizadə və digər rəsmi şəxslərlə görüşəcək. B.Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə […]

“Anadan, bacıdan bixəbər hansısa…” – Deputat Mirşahinə görə əsəbləşdi

Dünəndən bəri xəbər saytlarında və sosial şəbəkələrdə Mirşahin Ağayevin “ana-bacı” sözlərinin ətrafında müzakirələr davam edir. Turkustan.info xəbər verir ki, deputata Fazil Musatafa da bununla bağlı fikirlərini bildirib. O qeyd edib ki, Mirşahin kimi sözün gerçək mənasında peşəkar və istedadlı bir media kapitanının televiziya kanalı açması çox müsbət haldır: “Azərbaycan istedadlı və peşəkar […]

Sarkisyan: “Azərbaycan tərəddüd etmədən İrəvanı raketlə vuracaq…”

Nəinki Azərbaycan ordusunun iki gündür davam edən irimiqyaslı təlimləri, eləcə də Türkiyə ordusunun Suriyanın şimalındakı Afrin bölgəsini PKK/YPG kürd birləşmələrindən təmizləmək üçün apardığı hərbi əməliyyatlar Ermənistanda ciddi narahatlıqla izlənir. Turkustan.info xəbər verir ki, bu gün Ermənistan Demokrat partiyasının lideri Aram Sərkisyan İrəvanda jurnalistlər qarşısına çıxıb və Türkiyənin Naxçıvandan platsdarm kimi […]

Qərbin Qarabağla bağlı güzəşt planı: Sarkisyan razılaşmasa – ŞƏRT

Azərbaycanda aprelin 11-də prezident və Ermənistanda isə aprelin 17-də keçiriləcək baş nazir seçkilərindən sonra Dağlıq Qarabağ probleminin nizamlanması üzrə danışıqların növbəti mərhələsi başlana bilər. Ancaq indi siyasi müşahidəçiləri düşündürən başlıca məsələ danışıqlarda Ermənistan tərəfini kimin təmsil edəcəyi ilə bağlıdır. Yəni prezident Serj Sarkisyanaın səlahiyyətlərinin başa çatması ilə Ermənistanın parlament üsul-idaretmə […]

Azay Quliyev: “İpək Yoluna Dəstək Qrupunun missiyasına maraq artıb”

“İpək Yoluna Dəstək Qrupunun missiyasına maraq artıb. Hesab edirəm ki, İpək yolu konsepsiyası tam gücü ilə işləyərsə, əməkdaşlıq daha sıx olar. ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda beynəlxalq konfranda Bakı Bəyannaməsini müzakirə edib, qəbul edəcəyik”. […]

Səlim Müslümov vəzifəli şəxsləri cəzalandırdı

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci ilə dair fəaliyyətinin yekunlarına və Fondun qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən azxeber.com-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2017-ci ildə görülən işlər barədə […]

Lotu Qulinin yaxın adamı qətlə yetirilib – VİDEO 18+

Azərbaycanlı kriminal avtoritet Lotu Qulinin yaxın adamı qətlə yetirilib. Turkustan.info GoldNews.az-a istinadən xəbər verir ki, qətlə yetirilən şəxsin görüntülərini azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskinin ölümündən sonra onun bir nömrəli varisi sayılan çeçen əsilli, “Şeyx Həmzət” ləqəbli kriminal avtoritet Həmzət Qastamirov şəxsi İnstagram hesabında paylaşıb. Kadrlarda “Lotu Quli qardaşımızdır”,- deyən şəxsə […]

“Böyüməyən uşaqlar” İctimai TV-də müzakirə olundu – VİDEO

Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az xəbər portalının rəhbəri Elşad Eyvazlının Xocalıda hər iki valideyni qətlə yetirilmiş uşaqların acı xatirələrindən bəhs edən “Böyüməyən uşaqlar” kitabı İctimai TV-də müzakirə olunub. Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, Vəsilə Vahidqının aparıcı olduğu “Diqqət mərkəzi” verilişində millət vəkili Çingiz Qənizadə, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı […]

Heç bir əziyyət çəkmədən qarın əritmək üçün – Qədim Çin üsulu – VİDEO

Yay gəlir, kompleksli insanlar təşvişə düşürlər. Kilolu insanlarda əsas onları narahat edən qarın piyləridir. Orqanizm fərqli olduğu üçün insanlar da fərqli dietlərlə arıqlayırlar. Həmçinin qarın quruluşları da fərqli piyləndiyi üçün onların da özünə məxsus pəhriz qaydaları var. Heç bir əziyyət çəkmədən qarın piylərindən qurtulma üsülunu təqdim edirik:    /matbuat.az/

Rayonda dəhşətli intihar: Gənc öz beynini dağıtdı

O, hadisə yerində dünyasını dəyişib. Dünən Şabran rayonunda intihar hadisəsi qeydə alınıb. Hadisə gecə saat 03.00 radələrində, Şabranın Gəndov kəndinə baş verib. Turkustan.info bildirir ki, Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, 1993-cü il təvəllüdlü İbrahimov Müşviq Mənsur oğlu yaşadığı evdə ov tüfəngi ilə baş nahiyəsindən atəş açaraq intihar edib. […]

Georgi Tsereteli: “ATƏT PA Azərbaycanda prezident seçkilərini müşahidə edəcək”

Parlament Assambleyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Turkustan.info bildirir ki. bunu apa-ya açıqlamasında ATƏT PA prezidenti Georgi Tsereteli deyib. O bildirib ki, bu məqsədlə portuqaliyalı deputat Nilza Sena xüsusi koordinator təyin olunub: “Bu, qısamüddətli missiyadır. Onlar səsvermə günündən 3-4 gün qabaq gələcəklər. Sayını dəqiq bilmirəm, 15-16 nəfər olmalıdır”. Qeyd […]

Sumqayıt abunəçiləri üçün yeni Azercell Eksklüziv

Azərbaycanın lider mobil operatoru Azercell Telekom yeni konsepsiyaya uyğun mağazalarının sayını paytaxt və regionlar boyu artırmaqda davam edir. Belə ki, Azercell 12 mart  tarixində Sumqayıtda yeni konsepsiyaya uyğun Eksklüziv mağazasının açılışını edib. Sumqayıt şəhəri, 11-ci m/r, Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində yerləşən bu mağaza ən müasir avadanlıqla təchiz olunaraq […]

“Təlim adı altında cəmləşib, hücum edə bilərlər…” – VİDEO

Azərbaycan ordusunun dünəndən başlayan irimiqyaslı hərbi təlimləri erməni hərbi dairələrində ciddi narahatlıqla izlənir. Turkustan.info xəbər verir ki, rəsmi İrəvan bu təlimləri “ATƏT öhdəliklərinin pozulması” adlandırıb. Erməni generallar isə narahatdır ki, Azərbaycan ordusu təlim adı altında strateji istiqamətlər üzrə cəmləşərək qəfil hücum edə bilər. “Biz ayıq-sayıq olmalıyıq, kəşfiyyat vasitələri ilə müəyyən […]

“ABŞ de-fakto Dağlıq Qarabağ rejimini tanımır” – Səfirlikdən AÇIQLAMA

“ABŞ-ın mövqeyi dəyişməyib. ABŞ de-fakto Dağlıq Qarabağ rejimini tanımır”. Turkustan.info xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi səfir Robert Sekutanın XİN-ə çağrılması və ona etiraz notasının təqdim olunmasına cavab olara yaydığı açıqlamada bildirib. Səfirliyin məlumatında daha sonra qeyd edilib: “Birləşmiş Ştatlar ATƏT-in Mink qrupunun prosesini dəstəkləyir və münaqişənin Helsinki […]

Afrin şəhəri mühasirəyə alındı – FOTOLAR

Türkiyə Silahlı Qüvvələrindən (TSQ) və Azad Suriya Ordusunun (ASO) “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrin şəhəri mühasirəyə alınıb. Turkustan.info TSQ-ya istinadən xəbər verir ki, “Zeytun budağı” əməliyyatının 53-cü günündə Afrin şəhəri mühasirəyə alınıb. Hazırda Türkiyə Silahlı Qüvvələri şəhər əhalisinin boşaldılması istiqamətində iş aparır və bunun üçün koridor açmağa çalışır. Amma buna baxmayaraq, […]

“Zeytun budağı” 53-cü günündə: Şəhərdən qaçan terror başçıları və Afrindən SON GÖRÜNTÜLƏR

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən Suriyanın Afrin şəhərində birgə həyata keçirilən “Zeytun budağı” hərəkatının 53-cü günüdür. Turkustan.info xəbər verir ki,  “mehmetçik”lərin Afrinin mərkəzinə doğru irəliləyişindən qorxan PKK/YPG terror təşkilatının başçıları şəhərdən qaçmağa başlayıb. Şəhərin mərkəzindən çıxışlarına icazə verilməyən dinc sakinlərin də terrorçulara təzyiqləri artmaqdadır. Canlı sədd […]

Türkiyənin beynəlxalq sulara çıxışı bağlandı – Qardaş ölkə yeni cəbhədə MÜHARİBƏYƏ BAŞLAYIR

Şərqi Aralıq dənizində Türkiyə və Yunanıstan ilə Cənubi Kipr arasındakı gərginlik Egey dənizinə keçib. Turkustan.info Türkiyənin “Vətən” nəşrinə istinadən xəbər verir ki, Şərqi Aralıq dənizində istədiyini əldə edə bilməyən Yunanıstan yeni və təhrikedici hücumu Egey dənizində etmək niyyətindədir. Afina ötən həftə 6 mart-30 aprel tarixlərində Egey dənizində real sursatlarla hərbi təlimlər […]

Bu şəxslərin borcu silindi – ŞAD XƏBƏR

2017-ci il ərzində 163 314 vergi ödəyicisinin 1 mlrd. 912 mln. 624,9 min manat məbləğində borcu yaranıb. Turkustan.info-nun məlumatına görə, bu,  Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb. Hesabatda qeyd olunub ki, ötən il 154279 vergi ödəyicisinin 2 mlrd. 285 mln. 354,8 min manat məbləğində borcu ləğv edilib. […]

Saakyana Amerika nəvəzişinə Azərbaycandan top-tüfəngli CAVAB

“Ermənistan hakimiyyəti illərdir beynəlxalq aləmə təlqin etməyə çalışır ki, guya Azərbaycan torpaqlarının işğalında onlarlıq bir iş yoxdur, Azərbaycan Dağlıq Qarabağ rejimi ilə əlaqə qurub ortaq məxrəcə gəlməlidir. Bunun yalan olduğu hamıya bəllidir. Çox uzağa getmək lazım deyil. Dağlıq Qarabağ rejiminin əldəqayırma olduğu, İrəvandan idarə olunduğu son hadisə ilə bir daha […]

“İrəli”də Milli Təcrübə Forumu – FOTOLAR

“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Milli Təcrübə Forumu” layihəsi baş tutub. Turkustan.info bildirir ki, tədbir müddətində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Layihə haqqında “İrəli” İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı məlumat verib. Daha sonra Brandup agentliyinin direktoru Tamerlan İsmayilov, Phi gallery və Panda […]

Bu Novruz bir də 17 il sonra olacaq

“Azərbaycanda bu il olduğu kimi ilaxır çərşənbə ilə Novruz bayramının eyni günə təsadüf etməsi sonuncu dəfə 2001-ci ildə baş verib. Bu hadisə bir də 2035-ci ildə qeydə alınacaq”. Turkustan.info  xəbər verir ki, bunu Trend-ə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylov bildirib. […]

Qadını zorlayıb öldürən, daha sonra meyiti zorlayan dostların şok etirafları – Bakıda dəhşət

Bakıda qadını zorlayaraq öldürüb daha sonra meyiti zorlayan dostların istintaqı başa çatıb. Turkustan.info-nun yenicag.az-a istinadən verdiyi məlumata görə, sözügedən qətl hadisəsi ötən ilin aprelin 30-da Səbail rayon Neftçilər prospektində yerləşən mənzildə baş verib. Həmin mənzildə Rusiya vətəndaşı Samir Zenyukov tanışı Dmitri Razumnıy ilə birgə yaşayıb. Onlar qadın tanışları Yelena Sandrandinovanı […]

“Kürdlər deyirlər ki, İran, Rusiya və Türkiyə onların taleyi barədə razılığa gəliblər”

“The Independent” yazır ki, Suriyanın şimalındakı Afrin regionuna hücum edən Türkiyə qoşunlarının tərkibindəki ərəb silahlılar yerli kürd əhalisinə ya İslamın özünü İslam Dövləti adlandıran qrupun və əl-Qaeda tərəfindən təbliğ olunan təriqətini qəbul etmək, ya da məhv olmaq şərti qoyublar. Məqalədə deyilir ki, əvvəllər belə tələblər Suriya və İraqda yerli kürdlərin […]

Qənirə Paşayeva türk polislərini ətrafına topladı: “Söz konusu vatan ise…” – VİDEO

Millət vəkili Qənirə Paşayeva yenə maraqlı addımı ilə gündəmə gəlib. Turkustan.info xəbər verir ki, millət vəkili türk polisini ətrafına toplayaraq maraqlı video hazırlayıb. Millət Vəklinin ətrafında toplanan polislər Paşayevanın cümlələrini təkrarlayıblar. Həmin görüntüləri sizə təqdim edirik: /A24.Az/

Mirşahinin yeni komandası – Tam siyahı

Azərbaycan efir məkanında yeni televiziya –  “Real” TV bu həftə ərzində fəaliyyətə başlayacaq. Bu barədə “Report”a Milli Televiziya və Radio Şurasından (MTRŞ) məlumat verilib. “Real” TV-nin “Azerspace”də yayım tezliyi 11135, polarization, horizontal və symbol rate 27500 olacaq.  Xatırladaq ki, MTRŞ-nin martın 5-də keçirilən iclasının qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” […]

MKİ-nin Qarabağ mesajı: ABŞ Qafqazda aktivləşir

Amerikanın Qarabağla bağlı mövqeyi Rusiyaya nisbətən daha çevik, praqmatik, az da olsa, Azərbaycanın maraqlarına uyğundur. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. “Rusiya hesab edir ki, ABŞ-ın ATƏT-in Minsk Qrupundakı həmsədrinin bir-birinin ardınca verdiyi açıqlamalar Dağlıq Qarabağ probleminin həllinə dair hansısa plandan xəbər verir, bununla […]

Azərbaycanın ikinci peykinin orbitə buraxılacağı TARİX bilindi

Azərbaycanın “Azerspace-2/Intelsat” 38 ikinci geostasionar peykinin buraxılışı aprelin 30-a planlaşdırılıb. Turkustan.info xəbər verir ki, bu barədə Trend-ə etibarlı mənbədən məlumat verilib. Peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru kosmodromundan “Ariane 5 ECA” raketdaşıyıcısı vasitəsilə orbitə buraxılacaq. Qeyd edək ki, “Azerspace-2/Intelsat 38″in xidmət dairəsinə Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və […]

İranın Qarabağda bank oyunu: ABŞ İrəvanı cəzalandıracaq

Uzun müddət beynəlxalq maliyyə sistemlərindən kənarda qalması, sanksiyalar altında yaşaması İranı bir çox xarici ölkələrdəki banklar vasitəsilə maliyyə əməliyyatları apararaq dünya maliyyə sisteminə qoşulmağa sövq edir. Turkustan.info xəbər verir ki, bu sözləri Axar.az-a ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş üzvü Den Bartonun açıqlamasını şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyib. İqtisadçı bildirib […]