Gün: Mart 14, 2018

“Hər şeyə hazır olmalıyıq” – Ərdoğandan III Dünya müharibəsi BƏYANATI

“Suriyadakı ABŞ-ın hərbi bazaları niyə quruldu. Hər halda Rusiyaya görə deyil”. Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Suriyada 20 hərbi baza quruldu. Niyə quruldu? İlk ağla gələn İran və Türkiyədir. Hər halda, Rusiya deyil. Bu, üçüncü dünya müharibəsi anlamına gəlir. Hər şeyə […]

Türkiyənin baş naziri: “Kim nə deyir desin, Nizami Gəncəvi türkdür”

“Hər kim nə deyir desin, Nizami Gəncəvi Azərbaycan türküdür”. Turkustan.info xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Milli Məclisdə parlament sədri Oqtay Əsədovla keçirdiyi görüş zamanı deyib. “Nizami Gəncəvi 13-cü əsrdə yaşamış dahi şəxsiyyətdir, Azərbaycan türküdür. Hər nə qədər bəziləri ona sahib çıxmaq istəsə də, gerçək budur ki, […]

Türk ordusu Afrində yalnız bu kəndə toxunmadı – Səbəb

Türkiyə Silahlı Qüvvələri Afrində Ayn Dara, Qazaviyə və İskan kəndlərini alaraq mühasirə həlqəsini tamamlayıb. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, türk əsgəri terrorçuların zorla canlı bomba etmək istədiyi mülki insanların qaça bilməsi üçün Afrində yalnız bir əraziyə toxunmayıb. Məlumata görə, PKK zülmündən qaçanların Afrini rahat şəkildə tərk edə bilməsi üçün […]

İlham Əliyev 2 sərəncam, 4 fərman imzaladı

Prezident İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, bu barədə Prezidentin mətbua xidməti məlumat yayıb. Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, səhiyyə obyektlərinin tikintisinin davam etdirilməsi məqsədi ilə qərara alıram: 1. Quba Rayon […]

Kamran Həsənli Afaq Aslanı efirdə biabır etdi: “Sənin çılpaq şəkillərin…” – VİDEO

Kamran Həsənli Afaq Aslanı canlı yayımda utandırdı. Turkustan.İnfo xəbər verir ki, Kamran Həsənlinin “Space TV”-də yayımlanan “Onda başladıq” verilişində qonaqlardan biri Afaq Aslan olub. Aparıcı Afaq Aslanı haqqında “müğənni olmaq istəyən şəxs” sözlərini işlədib. A.Aslan aparıcının bu təqdimatına emosianal şəkildə  etiraz edib. Bu zaman o da Kamran Həsənlini tanımadığını, onu Samir Piriyevlə […]

Angela Merkelə hücum olub – VİDEO

Almaniya parlamentinin binası qarşısında ölkə kansleri Angela Merkelə hücum olub. Turkustan.info “Die Welt”yə istinadən xəbər verir ki, parlamentdə kansler seçksindən sonra A.Merkel binadan çıxarkən hücuma məruz qalıb. Naməlum kişi qışqıra-qışqıra kanslerə doğru gedib. Polis həmin şəxsi saxlayıb. Qeyd edək ki, A.Merkel 4-cü dəfə Almaniyanın kansleri seçilib. /Report/

Oliqarxlar milyardları prezidentin “ayağına gətirir”

Böyük Britaniyanın baş naziri Tereza Mey rəsmi Moskvanı Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı (polkovnik) Sergey Skripal və qızı Yuliya Skripların zəhərləməkdə ittiham edib. “Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, parlamentdə çıxış edən xanım baş nazir rusiyalı casusa qarşı sui-qəsd planının Moskvada hazırlandığını istisna etməyib: “Artıq məlumdur ki, […]

Azərbaycanda daha bir publik hüquqi şəxs yaradılıb

Azərbaycan prezidenti İlham Əliyev elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Turkustan.info-nun məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə  elektron hökumət sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirmək, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və […]

Türkiyə PKK-ya ən ağır zərbəni vurdu – 2 milyard dollar

Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə PKK-nın maliyyə mənbələrinə 2 milyard dollardan çox ziyan vurulub. Turkustan.info xəbər verir ki, bu barədə Suriya İqtisadiyyat Forumunun sədri Təmam əl-Barudi danışıb. Əl-Barudi PKK-nın Afrində narkotik maddə, yanacaq, xərac toplamaq, insan alveri kimi sahələrdən ildə təxminən 2 milyard dollar gəlir eldə etdiyini bildirib. “Suriyada […]

Britaniya Rusiyaya belə cavab verdi: 23 diplomatı ölkədən çıxartdı

Böyük Britaniya hökuməti martın 4-də ölkə ərazisində – Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücumla bağlı Rusiyaya qarşı cavab addımlarını açıqlayıb.   Turkustan.info-nun xəbərinə görə, baş nazir Tereza Mey parlamentdə çıxışında bu tədbirləri elan edib. O, Rusiyanın […]

“Azercell”dən Qərbi Kaspi Universitetində tələbələrə dəstək

Azercell Telekom MMC ölkəmizdə keçirilən karyera sərgilərində iştirakını davam etdirir. Turkustan.info xəbər verir ki, şirkətin əməkdaşları bu dəfə martın 10-da Qərbi Kaspi Universitetində baş tutan karyera sərgisində tələbə və məzunlara dəstək olublar. 50-dən çox nüfuzlu şirkətin iştirak etdiyi tədbirdə “Azercell” öz kreativ stendi ilə seçilib. Şirkətin İnsan Qaynaqları Departamentinin nümayəndələri […]

Sərkisyan uduzur, Əliyev tezliklə İrəvanı… – Erməni ekspert

Azərbaycanda keçirilən təlimlərin məqsədi Ermənistanı məhv etməkdir. Turkustan.info xəbər verir ki, bu sözləri Ermənistanın 1in.am saytına Azərbaycanda genişmiqyaslı hərbi təlimləri şərh edən erməni politoloq Levon Şirinyan deyib. L.Şirinyan Azərbaycanın Ermənistana qarşı qətiyyətli mübarizə apardığını qeyd edib: “Azərbaycan vurur, dağıdır, yeni resurslarla mübarizəsini davam etdirir. Bunun da kulminasiya nöqtəsi real döyüş […]

Supergüclər valyuta bazarında savaşır: KİM QAZANACAQ?

Dünyada Çinin iqtisadi ekspansiyası gedir.Bir dövlətin iqtisadi cəhətdən öz ixrac dairəsini və yayılma arealını genişləndirməsi, işğalçılıq müharibəsi xarakteri daşıyır.Təbii ki, bir ölkənin iqtisadi fəaliyyətinin genişləndirilməsinə hegemon güclər, o cümlədən, ABŞ kimi dövlətlər qarşı çıxır.Son günlər Çinə qarşı dolayı yolla iqtisadi təzyiqlər artıb.Belə ki, ötən gün ABŞ prezidenti Donald Tramp idxal […]

Afaq Aslan Kamran Həsənlini RÜSVAY ETDİ – VİDEO

Aparıcı Kamran Həsənlinin “Space TV”-də yayımlanan “Onda başladıq” verilişində qalmaqal yaşanıb.  Turkustan.info məlumatına görə, K.Həsənlini müğənni Afaq Aslanı “Müğənni olmaq istəyən Afaq Aslan” kimi təqdim etməsi müğənninin xoşuna gəlməyib. A.Aslan aparıcının bu təqdimatını “Samir Piriyevə pul ataraq yenidən efirə qayıdıb aparıcılıq etməyə üz lazım idi” sözlərini deyərək, verilişi tərk edib. […]

Xalis kərə yağı necə olmalıdır?

Hər kəsin görə biləcəyi bir neçə əlamət Sapsarı, yupyumşaq, ətirli…  Sizcə, əsl kərə yağı belə olmalıdır? Müxtəlif bitki yağlarının qarışığından ibarət yağları «Kərə yağı” adı ilə satanların toruna düşməyin. Çünki kərə yağı tək dadı ilə yox, həm də faydaları ilə gündəlik qidamızın ayrılmaz hissəsidir. «Kərə yağı” kimi alıcılara satılan marqarin […]

Bakıda qadının çantasını oğurlayan oğru küçənin ortasında belə döyüldü – VİDEO

Bakının Yasamal rayonu, Hüseyn Cavid prospektində baş verən oğurluq hadisəsinin görüntüləri yayımlanıb. Turkustan.info-nun əldə etdiyi məlumata görə, oğru qadının çantasını alıb, qaçmaq istəyərkən, ətrafdakı gənclər buna mane olublar. Belə ki, görüntülərdə hadisəni törədən şəxs çantanı gənclərə verdikdən sonra olay yerindən qaçmağa başlayır. Həmin görüntüləri təqdim edirik: /azxeber.com/

Mirşahinin telekanalı yayıma başlayır — VİDEO ANONS

Xəbər verdiyimiz kimi, Real TV sabahdan yayıma başlayır. Turkustan.info-nun əldə etdiyi məlumata görə, xəbər kanalı kimi fəaliyyətə başlayacaq yeni telekanalda bütün sahələr üzrə xəbərlər, təhlillər və müzakirələrə həsr olunmuş verilişlər yayımlanacaq. Məlumata görə, ilk yayım günündə telekanalın rəhbəri Mirşahin Ağayevin də müəllif verilişi efirə gedəcək. Artıq kanalın anonsları sosial şəbəkədə […]

Əli Həsənovun nəvəsi əfv üçün prezidentə müraciət etdi – Açıqlama

Bakı Ağır Cinayətlər Məhkəməsin qərarı ilə, 6 il müddətinə azadlıqdan məhrum edilən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev əfv olunması üçün prezident İlham Əliyevə müraciət edib. Turkustan.info xəbər verir ki, unikal.org-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Nail Allahverdiyevin əfv məktubu Azərbaycan Respublikasının Prezidenti […]

Dövlət qurumları işçi axtarır

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 14-dən yeddi dövlət orqanında inzibati vəzifələrin A və B növü üzrə 24 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib. DİM-dən verilən məlumata görə, ümumi müsahibəyə çıxarılan vəzifələrdən beşi A növü – inzibati rəhbər vəzifələr üzrə (Əmlak Məsələləri Dövlət Komitəsi – üç vəzifə, Dini […]

Binəli Yıldırım Bakıda – Əliyevlə görüşdü

Türkiyə baş naziri Binəli Yıldırım Azərbaycanda rəsmi səfərdədir. Turkustan.info xəbər verir ki, baş naziri Heydər Əliyev adına hava limanında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə Türkiyənin Bakıdakı səfiri Erkan Özoral və digər rəsmilər qarşılayıblar.  Yıldırım Bakıya həyata yoldaşı Semiha Yıldırım və rəsmi şəxslərin müşayiəti ilə gəlib.  Binəli Yıldırım səfər […]

Azərbaycanda ətin qiyməti endi – 8 manat 50 qəpik

Azərbaycanda ətin qiyməti enib. Turkustan.info bildirir ki, Bərdə rayon sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, bir həftə bundan öncə 11 manata satılan mal ətinin 1 kiloqramı artıq bazarlarda 8 manat 50 qəpik – 9 manata satılır. Satıcıların sözlərinə görə, hazırda quzu ətinin qiymətində də enmə var: “10 gün əvvəl quzu ətinin 1 […]

Nazir Yel çərşənbəsini əsgərlərlə keçirdi – FOTO

General-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Yel çərşənbəsini təlimlərdə iştirak edən hərbi qulluqçularla birgə keçirib. Turkustan.info xəbər verir ki, Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən Müdafiə naziri bayram şənliyində iştirak edib, tonqal ətrafında toplaşan əsgər və zabitlərlə söhbət edib. Görüşdə döyüş hazırlığının, sosial-məişət şəraitinin, mənəvi-psixoloji vəziyyətin və döyüş […]

Ermənilər Qarabağa zirehli texnika və artilleriya qurğuları yığdı

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərində təlimlər keçirir. Turkustan.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, təlimlərdə zirehli texnika və artilleriya qurğularından istifadə edilir. Təlimlərdə əsas diqqət atəşin aparılması formalarına və metodlarına, döyüş vəziyyəti nəzərə alınmaqla, şərti rəqibin hədəflərinin sıradan çıxarılması xüsusiyyətlərinə yönəldiləcək. Xatırladaq […]

Yeni müharibənin tarixi açıqlandı – 7 aylıq danışıqların DETALLARI

Şimali İraqda PKK terror təşkilatına qarşı birgə keçirilməsi planlaşdırılan əməliyyatla bağlı Ankara və Bağdad arasında aparılan danışıqların bəzi detalları məlum olub. Turkustan.info “Habertürk” nəşrinə istinadən xəbər verir ki, 7 aydır davam edən danışıqlarda Sincardakı 7 və Mahmur bölgəsindəki bir düşərgəyə qarşı əməliyyatın keçirilməsi qərarlaşdırılıb. İyun ayında keçirilməsi planlaşdırılan əməliyyat iki ölkənin […]

“Zeytun budağı”nın ikinci kritik mərhələsinə keçid başlandı – Afrin boşaldılır

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) birgə həyata keçirdiyi “Zeytun budağı” hərəkatı 54-cü gününə qədəm qoyub. Turkustan.info xəbər verir ki, hərəkat çərçivəsində Afrinin şəhər mərkəzinin mühasirəsi tamamlanıb. Beləliklə, hərəkatın ikinci mərhələsinə keçid üçün kritik bölgələr ələ keçirilib. Baş qərargahq “Zeytun budağı” çərçivəsindəki əməliyyatlar nəticəsində 12 mart tarixindən […]

Vaşinqton Qarabağ separatçısına tribuna verəcəkmi? – ABŞ hökuməti müəmmalı şəkildə susur

Qarabağdakı qondarma rejiminin başçısının İnterpol axtarışına verilməsi təklif olunur; politoloq: “Separatçı rejimin oyuncaq rəhbərinin ABŞ-a səfərinin və səfərin doğurduğu nəticələrin bütün məsuliyyəti Tramp administrasiyasının üzərindədir” Azərbaycanı özünün müttəfiqi sayan ABŞ hökumətinin rəsmi Bakının etirazına nə dərəcədə ciddi yanaşdığını və müttəfiqliklə bağlı bəyanatlarında nə dərəcədə səmimi olduğunu bir gün sonra biləcəyik. […]

Ordumuzun təlimləri erməniləri panikaya saldı – “Müharibəyə hazır deyilik”

Azərbaycan ordusunun martın 12-də başladığı genişmiqyaslı hərbi təlimlər Ermənistanda ciddi narahatlığa səbəb olub. Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, 25 min hərbçinin, zirehli texnika, artilleriya sistemi və aviasiyanın iştirak etdiyi təlimlər erməni ekspertləri tərəfindən də maraqla izlənilir. “Azərbaycan hərbi təlimlərə əsas arsenalını – T-90, T-72 tanklarını, “Smerç” reaktiv yaylım atəşi sistemlərini […]

62 yaşlı direktordan 11 yaşlı qıza qarşı MƏKTƏBDƏ İYRƏNC ƏMƏL: Otağına saldı və dəfələrlə… – Xaçmazda

Xaçmaz rayonunda şagirdinə qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən 62 yaşlı Gülfərz Alxasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Gülfərz Alxasov Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyib. Gülfərz Alxasov 1996-cı ildən həmin məktəbdə direktor kimi fəaliyyət göstərib. O, orta məktəbin 6-cı sinif […]

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə S.Vurğun adına Mərkəzi kitabxanada şair İbrahim İlyaslı ilə görüş keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə S.Vurğun adına Mərkəzi kitabxanada  “Oxucularla üz-üzə” layihəsi çərçivəsində Əli Kərim adına Poeziya Evinin müdiri,  Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İbrahim İlyaslı ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın Metodika- biblioqrafiya şöbəsinin böyük metodisti Natəvan Axundzadə acaraq İbrahim İlyaslının həyat və […]

SENSASİYA: Azərbaycan Ermənistanla razılaşdı? – 5 rayon qaytarılır

Qərb nə postsovet, nə də Yaxın Şərqdəki müttəfiqlərinin suverenliyi və ərazi bütövlüyünə zəmanət verir. Turkustan.info xəbər verir ki, bunu “1in.am” saytına müsahibəsində rusiyalı ideoloq, filosof Aleksandr Duqin söyləyib. Onun sözlərinə görə, Ermənistan heç bir zaman Qərbin yanında yer almamalıdır: “Trampın hakimiyyəti dönəmində Amerikada hökmranlıq edən model realizmdir. Bu halda belə […]

İslamın düşməni və həzz verən İŞGƏNCƏLƏR – Oxuduqlarınız sizi DƏHŞƏTƏ GƏTİRƏCƏK

ABŞ prezidenti Donald Tramp bu gün dövlət katibi postunda Reks Tillersonun əvəzinə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) başçısı Maykl Pompeonun namizədliyini təklif etdi. Əgər Konqres onun namizədliyini təsdiqləyərsə, Quantanamoda işgəncələri dəstəkləyən, Edvard Snouden üçün ölüm cəzası istəyən və islamı Amerika üçün təhdid adlandıran kəşfiyyat şefi ABŞ-ın xarici siyasət idarəsinə rəhbərlik edəcək. […]

Azərbaycanlı milyarder pullarını götürüb Rusiyanı tərk edib

Rəhimov “Kiyevskaya ploşad” şirkətlər qrupundakı payını başqa şəxsin adına keçirib. Turkustan.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı və dostu, azərbaycanlı oliqarx-milyarder İlham Rəhimov bu ölkədəki kommersiya daşınmaz əmlak biznesini tərk edib. Rəhimov “Kiyevskaya ploşad” şirkətlər qrupundakı payını başqa şəxsin adına keçirib. 500 milyon dollar həcmində qiymətləndirilən səhmlərin […]

Yerə atılan Qurana görə şəhid oldu – Terrorçulardan şərəfsiz tələ – VİDEO

“Zeytun budağı” əməliyyatında şəhid olan uzman çavuş Orxan Sürmenin bomba ilə gizlədilmiş Quran-i Kərimi yerdən qaldırmaq istəyərkən şəhid olduğu ortaya çıxıb. Turkustan.info xəbər verir ki, Mehmetçiyin Quran-i Kərimə qarşı həssaslığını bilən PKK/PYD terrorçuları tərk etdikləri bölgədə müqəddəs kitabdan istifadə edərək tələ qurublar. “TRT World Haber” direktoru Fatih Ər “Twitter” hesabından […]

60 İŞİD tərəfdaşı saxlanıldı – Moskvada

Rusiyanın Dövlət Təhlükəsizlik Xidməti (FTX) İŞİD terror təşkilatı tərəfdaşlarının Suriya və İraqa göndərilməsi kanalının qarşısını alıb. Turkustan.info TASS-a istinadən xəbər verir ki, bu barədə FTX-in mətbuat xidməti məlumat yayıb. Məlumat əsasən, FTX və DİN əməkdaşları Moskva və Moskva vilayətinin ərazisində birgə xüsusi əməliyyat keçirib. Nəticədə 60 xarici ölkə vətəndaşını saxlanılıb. […]

Məşhur alim vəfat etdi

Dünyaca məşhur alim Stiven Uilyam Hokinq 77 yaşında vəfat edib. Nəzəriyyəçi – fizik Stiven Hokinqin 10 milyon nüsxədə çap edilən “Zamanın qısa tarixi” kitabının müəllifidir. Alim kainatın ilkin vəziyyətinin öyrənilməsi sahəsində çalışırdı. Qeyd edək ki, Hokinq tamamilə iflic vəziyyətdə olmasına baxmayaraq, aktiv həyat tərzi sürürdü və elmlə məşqul olurdu.

Azərbaycanda doğuş faciəsi: Ana və körpəsi öldü

Tovuzda ana və uşaq ölümü baş verib. Turkustan.info-nun məlumatına görə, Ağstafaya qohumları evinə qonaq gələn Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Dadaşova Aytən İlqar qızı doğuş sancısı başladığı üçün Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Uşaq dünyaya gələn zaman ölüb. Ananın vəziyyəti isə bir müddətdən sonra pisləşib. Ona tibbi yardım göstərilsə də, […]

İrəvan Bakıya ciddi əsas verdi – Qarabağ müharibəsi

İrəvan hazırda böyük təşviş içərisindədir və bunu çox ağrılı şəkildə yaşayır. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Ermənistan XİN-in Azərbaycanda keçirilən hərbi təlimlə bağlı açıqlamasını şərh edən politoloq Tofiq Abbasov deyib. Politoloq bildirib ki, son hərbi təlimlər erməni qoşunlarının çox gec olmadan Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasına dair İrəvana mühüm xəbərdarlıqdır: […]