Gün: Mart 17, 2018

Azərbaycanda 2 nəfərin prezidentliyə namizədliyi qeydə alınmadı: Seçkidə neçə namizəd olacaq? – SİYAHI

Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində 8 namizəd mübarizə aparacaq. Turkustan.İnfo xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında ilk olaraq prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Cəlal oğlu Məmmədovun prezidentliyə namizəd kimi qeydə alınması məsələsinə baxılıb. MSK katibi Arifə Muxtarova bildirib ki, S.Məmmədovun prezidentliyə […]

Azərbaycanın “yoran müharibə” TAKTİKASI və Qarabağda itkilər – Ermənistandan ŞOK ETİRAF

Martın 15-də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində daha bir erməni əsgər öldü. Müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1999-cu il təvəllüdlü Edqar Yeremyan yol qəzası nəticəsində həlak olub. Turkustan.info xəbər verir ki, hadisəni şərh edən erməni siyasi şərhçi Sarqis Artsruninin sözlərinə görə, sözügedən hadisə cari ilin ilk ayları ərzində Ermənistan […]

Qərargaha çevrilən həbsxana terrorçulardan təmizləndi – FOTO

Afrində PKK-nın qərargaha çevirdiyi mərkəzi həbsxana terrorçulardan təmizlənib. Turkustan.info xəbər verir ki, terrorçuların Əsəd rejimi tərəfindən həbs edilən məhkumları TSQ və ASO-ya qarşı vuruşmaq şərtilə azadlığa buraxaraq həbsxanadan qərargah kimi istifadə etdikləri məlum olub. Həbsxanada xeyli sayda silah-sursat və üzərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının loqoları olan tibbi məmulatlar ələ […]

Tovuzda jurnalistə hücum – VİDEO

Sürət həddi aşılır, yol nişanlarının tələbləri pozulur, təhlükəsizlik kəmərindən isə ümumiyyətlə istifadə olunmur. Turkustan.info ARB-yə istinadla xəbər verir ki, yol-hərəkəti qaydalarına əməl etməyən sürücülər mənzil başına tələsik çatmağı sanki öz həyatlarından üstün tuturlar. Necə gəldi avtomobil idarə edən sükan sahibləri yollarda vəziyyəti çətinləşdirməklə yanaşı, digər hərəkət iştirakçılarını da təhlükəyə atırlar. Lakin […]

“…Özümü çox güclü hesab edirəm” – Əli Həsənov

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Turkustan.info Trend-ə istinadən xəbər verir ki, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli müsabiqədə 67 kütləvi informasiya vasitəsinin iştirak etdiyini və 169 yazının daxil olduğunu deyib: “Yazılar ekspertlər […]

Qənirə Paşayeva Türkiyənin fəal iş qadınları ilə görüşüb – FOTOLAR

Millət vəkili Qənirə Paşayeva Türkiyənin fəal iş qadınları ilə görüşdə onları birliyimizin güclənməsində daha fəal olmağa çağırıb. Qənirə Paşayeva Türkiyənin fəal iş qadınları ilə görüşdə ilk öncə onlara Azərbaycanla bağlı geniş məlumatlar verib. Azərbaycanın iqtisadi və turizm potensialı barədə də geniş fikirlərini bölüşən millət vəkili Deputat Türkiyənin fəal iş qadınlarını […]

Azərbaycanın Qazaxıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Tədbir çərçivəsində Azərbaycanın istehsal etdiyi məhsullar, ölkəmiz haqqında müxtəlif nəşrlər nümayiş olunub. Qonaqların diqqətini qədim Azərbaycan xalçalarından ibarət sərgi və kompozisiya cəlb edib. Xalçaların üzərində mis qablar, milli musiqi alətləri və digər eksponatlar tədbir iştirakçılarında Azərbaycanın zəngin mədəniyyətinə marağını daha da artırıb.

Hava limanında AZAL-a məxsus təyyarədə partlayış

İstanbulun Atatürk hava limanında “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Boeing 767-300” təyyarəsində partlayış olub. Turkustan.info “Sabah”a istinadən xəbər verir ki, ekipaj üzvünün təxliyə avadanlığını səhvən açması nəticəsində partlayış olub. Təyyarə Bakı-İstanbul reysi ilə uçurmuş. Hadisə yerinə xilasedicilər cəlb edilib.   /Yenicag.az/

“Artur Rasizadədən bu yaşında əlavə nəsə gözləmək olmaz” – Sabir Rüstəmxanlı

Azərbaycan Dövlət Dil Komissiyasının üzvü, xalq şairi Sabir Rüstəmxanlı Baş nazir Artur Rasi-zadənin ötən gün Milli Məclisdəki çıxışına münasibət bildirib. Turkustan.info bildirir ki, S.Rüstəmxanlı “Ölkə.Az”a açıqlamasında deyib ki, Azərbaycan dilində normal danışmaq hər bir dövlət məmurunun borcudur: “Azərbaycan mətbuatı Baş nazir Artur Rasizadənin dünənki çıxışına elə yanaşır ki, guya bu, […]

Afrinin mühasirəsi başa çatdı – Türkiyə Silahlı Qüvvələri

İki istiqamətdən Afrinin mühasirəsini aparan Türkiyə ordusu birləşmələri PYD/PKK mövqelərini ələ keçirərək üzə-üzə gəliblər. Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Şəhər mərkəzinin ətrafındakı kənd və strateji təpələri qərbdən və şərqdən alaraq irəliləyən ordu hissələri Afrinin şimalında bir araya gəliblər.

Baxçalardakı təhlükə – Valideynlər diqqətli olun – VİDEO

Space Tv-nin ekranlarında həftə içi hər gün yayımlanan “Olar? Olmaz!” verilişinda daha bir maqalı məsələyə toxunulub. Turkustan.info xəbər verir ki, araşdırmaçı jurnalist və aparıcı Amil Xəlil bağçalara yollanıb və oradakı təhlükəsizlik barədə məlumatlandırıb. Təssüf ki, vəziyyət o qədərdə ürəkaçan olmayıb. Bəzi bağçaların boşluğu tam formada görünür. Valdeyinlər, diqqətli olmaq vacibdir. […]

Din xadimi: “Tək qadınla doyan kişi anormaldır” – VİDEO

Türkiyənin “Müsəlman Alimlər Birliyi Şurası”nın üzvü Abdullah Yolçunun sözləri sosial mediaya bomba kimi düşüb.  O, deyib ki, “tək qadınla doyan kişi anormaldır”. A.Yolçunun çıxışlarından birinin  videosu yayılıb. Yolçu həmin çıxışında tək qadınlı kişiləri hədəf alıb və “tək qadınla doyan kişi anormaldır” ifadələrini işlədib. “Kişilər üçün saysız huri var. Allah kişini […]

Putinin bu qərarını gözləyirdik, indi əsas hədəfimiz… – Britaniya

Rusiya Xarici İşlər Nazirliyi Britaniya səfirliyinin 23 nümayəndəsini “persona non qrata” elan edərək, onların bir həftə ərzində Rusiyanı tərk etməsi ilə bağlı tələb irəli sürüb. Turkustan.info xəbər verir ki, məlumat qurumun rəsmi saytında yer alıb. Bundan başqa, Moskva Britaniya konsulluğunun Sankt-Peterburqda açılması razılığından geri çəkilib. Müvafiq prosedurlar beynəlxalq hüquq praktikasına […]

YPG-yə ŞOK – Afrin sakinləri terrorçuların mərkəzi binasını ələ keçirdi – VİDEO

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən həyata keçirilən “Zeytun budağı” hərəkatından son məlumatlar paylaşılıb. Turkustan.info xəbər verir ki, Afrin sakinləri YPG terror təşkilatının mərkəz binasını ələ keçirib. Sakinlər YPG-yə aid əşyaları torbalar və yeşiklərlə öz evlərinə daşıyır. Yerli qaynaqlar binanın önünə toplanan yüzlərlə insanın binadan qida məhsulları götürdüyünü bildirib. […]

Azərbaycan: Silahlar hara tuşlanıb?

“Rusiyada indi hər şeydə tənəzzüldür, təkcə hərbi sənayedən başqa. Buna görə də, Dugin, Proxanov, “ermənilər” Kurginyan, Mirzəyan Putində öz arzularını görüblər, onu dəstəkləyiblər və balaca Stalin əldə ediblər”. Bu fikri erməni politoloq Levon Şirinyan söyləyib. O hesab edir ki, Putinin qələbə çalacağı təqdirdə Rusiyada avtoritarizm güclənəcək, daxili çəkişmələr şəraitində isə […]

“Putin seçiləcək, Qarabağın işğalı isə…”: Politoloqdan proqnoz

“Vladimir Putinin yenidən prezident seçiləcəyi şübhə doğurmur. İkinci yeri böyük ehtimalla Pavel Qrudinin tutacaq”. Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O bildirib k, Qrudinin özü kommunist olmasa da, namizədliyi Kommunist Partiyası tərəfindən irəli sürülüb: “Partiyanın lideri Gennadi Züqanov bu dəfə namizəd olmadı, nəticəni anladığından Qrudinini irəli sürdü. […]

“Lotu Quli” Moskvadakı həbsxanaya kimə görə zəng edib? – ŞOK DETALLAR

Moskvada yerləşən və Avropanın ən böyük meyvə-tərəvəz bazası “Fud-Siti” uğrunda krminal vəziyyət ən kəskin məqamına çatıb.  Turkustan.info lent.az-a istinadən xəbər verir ki, hər gün sübh tezdən hava qaralanədək bazarın həndəvərində “Lotu Quli”yə yaxın onlarla şəxs növbə çəkir. Onlar bazadakı bütün iri və orta səviyyəli iş adamlarına kimə xərac verəcəkləri ilə bağlı xəbərdarlıq […]

Saçı tökülən kişilərin dərmanı – BU BİTKİDİR

Əsrlər əvvəl müasir dərmanlar yox idi. Amma elə otlar var idi ki, onlar insanların həyatını xilas edirdilər. Günümüzün reallığı odur ki, bahalı dərmanlar, ardı-arası kəsilməyən prosedurlar dərdimizə əlac olmur. Amma sıradan bir ot, bizə həyatımızı və sağlamlığımızı geri qaytarır. Heç bir qulluq tələb etmədən yetişən, bənövşəyi rəngdə çiçəklər açan əməköməcinin […]

Aprel döyüşlərimizin “Rembo”su gözlərini açdı – FOTO

Aprel döyüşlərimizdə ağır yaralanan “Rembo” ləqəbli döyüşçümüz Razi Cavadovun Türkiyədə əməliyyat olunduğu xəstəxanadan yeni görüntüləri yayılıb. Döyüşdə başından ağır yaralanan döyüşçümüzə martın 10-da süni beyin qapağı qoyulub. Ağır əməliyyatdan sonra döyüşçümüzün dostları bu dəqiqələrdə onun yeni fotolarını sosial şəbəkədə paylaşıblar. Görüntülərdən məlum olur ki, döyüşçümüzün başı əvvəlki formasına qayıdıb. Xatırladaq […]

Qəssablara bəd xəbər

“Bakı və paytaxtın ətrafında bölgələr üzrə əhali və təsərrüfat sayına görə kəsim məntəqələri açılacaq”. Turkustan.info APA-ya istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirilən “Media və təhlükəsiz qida” mövzusundakı brifinqdə deyib. Onun sözlərinə görə, ölkə ərazisində qanunsuz ət kəsiminin qarşısını almaq məqsədi ilə layihənin […]

Azərbaycanda DƏHŞƏT – Məktəbli qız özünü güllələdi

Şəkidə 11-ci sinif şagirdi özünü güllələyib. Turkustan.info APA-ya itsinadən xəbər verir ki, martın 16-dan 17-ə keçən gecə rayonun Şorsu kənd sakini, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizova döş qəfəsinin və qarın boşluğunun dəlib-keçən güllə yaraları xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. MRX-dan verilən məlumata görə, müayinə […]

Allahşükür Paşazadənin Çexiyadakı villası – FOTOLAR

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin Çex Respublikasının müalicəvi suları ilə dünyada məşhur olan şəhəri- Karlovı Varı-dakı mənzil kompleksinin görüntüləri yayılıb. Almaniyada yaşayan blogger Tural Sadıqlı şeyxin Karlovı Varı-dakı mənzil kompleksini görüntüləməyi bacarıb. AzEuroNews.com-un əldə etdiyi məlumatda isə, deyilir ki, şeyx tez-tez Karlovi Varı-ya baş çəkir. O, müalicə […]

ABŞ və Türkiyə Qafqazda: Rusiya sıxışdırılır – Qarabağ şansı

Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsindəki son kadr dəyişiklikləri ilə ABŞ-ın xarici siyasəti daha dişli və kəsərli olmağa başlayacaq. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a ABŞ-dakı son kadr dəyişiklikləri fonunda Vaşinqtonun Cənubi Qafqaz və Dağlıq Qarabağ siyasətini dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Pompeo siyasətdə diplomatiya ilə […]

İki raket bəsdir ki, Britaniyanı məhv edək – Jirinovski

İmkan vermək lazım deyil ki, kimsə bizə qarşı tərbiyəsizlik etsin. Turkustan.info xəbər verir ki, bunu “Rossiya 1” televiziyasında çıxışı zamanı Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. “Əgər bizə ultimatum verirlərsə, o zaman Ali Baş Komandan, Baltik donanmasını Britaniya sahillərinə göndər. Bu gün bizi təhdid edirlər. Satqını kimsə zəhərləyib, amma […]

Artıq şansları qalmayacaq, əsl KABUS BAŞLADI – “Mehmetcik” Suriyada yeni XƏRİTƏ ÇƏKDİ

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” hərəkatı 57-ci günündə uğurla davam etdirilir. Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, hərəkat çərçivəsində ən strateji nöqtə ələ keçirilib. Afrin şəhərinin kənar məhəllələrinin 600 metrliyinə qədər yaxınlaşan Türkiyə Silahlı Qüvvələri və ASO birlikləri bölgənin ən […]

Azərbaycanın qorxunc müharibə ssenarisi – Düşmənin yeni təlaşı

Bu gün başa çatacaq genişmiqyaslı hərbi təlimlərin daha bir hədəfi – Bakının savaş taktikasında düzəliş; Moskvada yaşayan erməni politoloq: “Ermənistanı əclaflar idarə edir…” Artıq aydındır ki, Ermənistanda aprelin 9-da gözlənilən yeni baş nazir seçkisinin nəticəsi də işğalçı ölkənin iqtisadi durumunda, əhalisinin isə güzəranında müsbət heç bir dəyişiklik yaratmayacaq. Çünki Ermənistanı […]

“Maqa Naxçıvanski” “Lotu Quli”dən video yayıb üzr istədi – GÖRÜNTÜLƏR

“Maqa Naxçıvanski” kimi tanınan azərbaycanlı qanuni oğru kriminal avtoritet Nadir Səlifovdan üzr istəyib və videomüraciəti sosial şəbəkədə yayıb. Turkustan.info GoldNews.Az-a istinadən xəbərinə görə, o, başqalarının onun hesabının şifrəsini ələ keçirərək Lotu Quli və Hacı Həsrətə qarşı təhqiramiz fikirlər səsləndirdiyini qeyd edib:  “Mən “Maqa Naxçıvanski” Lotu Qulidən, Hacı Həsrətdən üzr istəyirəm, çünki […]

Böyük Britaniyadan Türkiyə vətəndaşlarına QADAĞA

Böyük Britaniya hökuməti Türkiyə vətəndaşlarına verdiyi daimi yaşayış icazəsini ləğv edib. “Hürriyet” qəzeti yazır ki, İngiltərə Daxili İşlər Nazirliyi Ankara müqaviləsi çərçivəsində Türkiyə vətəndaşlarına verdiyi daimi yaşayış icazəsinin ləğvinə qərar verib. Bundan sonra Türkiyə vətəndaşları sadəcə, vizalarının müddətini müəyyən müddətə uzada biləcəklər. Ankara müqavilsəinə əsasən Türkiyə vətəndaşları birinci müraciətlərində 1 […]

Mədət Quliyevin oğlu bu ifası ilə hər kəsi heyran etdi – VİDEO

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevin oğlu Murad Qulubəyli “İnstagram” səhifəsində yeni videosunu paylaşıb. Turkustan.info xəbər verir ki, Murad Qulubəyli  bəstəkar, pianoçu Vaqif Mustafazadənin “Düşüncə” adlı əsərini pianoda ifa edib. Onun bu ifası dinləyənləri heyran edib. Qeyd edək ki, bu gün dünya şöhrətli Azərbaycan pianoçusu, bəstəkar, caz-muğam janrının banisi, Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günüdür. /A24.Az/

Nuriyyə Hüseynova üçün ÖZƏL GÜN – Video

Bu gün Türk dünyasının sevilən müğənnisi, Azərbaycanın Əməkdar artisti, xanəndə Nuriyyə Hüseynovanın doğum günüdür. Nuriyyə İsmayıl qızı Hüseynova Azərbaycanın qədim diyarı Naxçıvanda – Ordubad rayonunda dünyaya gəlib. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solistidir.Əməkdar Artist Nuriyyə Hüseynova Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət […]

Gərgin əməliyyat: Türk ordusu strateji qəsəbəyə girdi

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin strateji nöqtəsi sayılan, şəhərin su və elektrik ehtiyacını qarşılayan Meydanki su anbarının yerləşdiyi qəsəbəyə daxil olmağı bacarıb. Turkustan.info xəbər verir ki, müttəfiq qüvvələr bu əməliyyatdan sonra Muhabbebe kəndinə də daxil olmağa cəhd edib. Qeyd edək ki, YPG-çilərin Meydanki qəsəbəsinin ətrafına torpaq bəndlər […]

Prezident Mikayıl Cabbarovla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 2999 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info-nun məlumatına görə, sərəncamda qeyd edilir ki, “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti […]