Gün: Mart 18, 2018

Ən böyük zəlzələnin harada və nə zaman olacağı müəyyənləşdi – TƏHLÜKƏ

Dünyanın ən böyük zəlzələsinin vaxtı və yeri müəyyənləşib. Zəlzələ yaxın on ildə Çilinin paytaxtı Santyaqo ətrafında baş verəcək. Daha dəqiq olaraq, paytaxtdan 100 km aralıda yerləşən Valparaiso şəhərində qeydə alınacaq. Fransa və Çili alimlərinin ümumi proqnozlarına görə, bu zəlzələ tarixin ən güclü zəlzələsi olacaq. Zəlzələnin hətta episentrdən kənarda gücü 8,3 […]

Rusiyada seçkilərin ilkin nəticəsi açıqlandı – Ekzit-poll

Rusiyada keçirilən bugünkü prezident seçkiləri ilə bağlı iki ekzit-poll nəticəsi açıqlanıb. Turkustan.info xəbər verir ki, bir ekzit-pollun (FOM) nəticəsinə görə, Putin seçicilərin 77 faizinin səsini toplayıb. Qrudinin 11,8, Jirinovski isə 5,9 faiz səs verib. Ekzit-poll keçirən digər qurum isə Putinin 73,9, Qrudininin 11,2, Jirinovskinin 6,7 faiz qazandığını açıqlayıb.  /Axar.az/

İsgəndər Həmidov həbsxanada “Lotu Quli”nin atasına 40 gün yas saxlayıb?

Sovet höküməti “Lotu Quli”nin atasını niyə 15 il azadlıqdan məhrub edib? Turkustan.info bildirir ki, Əsl adı Nadir Nəriman oğlu Səlifov olan və kriminal aləmdə “Lotu Quli” kimi tanınan avtoritet haqda Moderator.az silsilə yazılar təqdim edəcək. Oxumaq istəyənlər saytı izləsinlər. Əldə etdiyimiz kitabda Lotu Quli haqda heç yerdə eşitmədiyiniz məlumatlarla tanış […]

Rasputinin qorxunc 9 ÖNCƏGÖRMƏSİ: bizi hansı DƏHŞƏTLƏR GÖZLƏYİR?

Sonuncu rus imperatoru II Nikolayın ailəsinin ən yaxın dostu, öncəgörmələri ilə dünyanı lərzəyə salan sadə kəndli Qriqori Rasputin kim idi? Hansı xüsusiyyətlərinə görə savadsız, kasıb bir kişi hakim təbəqənin ən çox güvənib, etibar etdiyi insana çevrilmişdi? Ətrafında çoxlu mistik və tükürpədən əhvalatlar dolaşan Rasputinin ölümü, hətta qəbri belə müəmmalarla doludur. […]

“Zeytun Budağı” əməliyyatında Türkiyə ordusunun 46 hərbçisi şəhid olub

Türkiyə ordusu “Zeytun Budağı” əməliyyatı başlayandan etibarən 46 hərbçisini itirib. Turkustan.info saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə silahlı qüvvələrinın Baş Qərargah İdarəsi məlumat yayıb. Bildirilir ki, əməliyyatlar zamanı 225 hərbçi yaralanıb. Qeyd edək ki, Çanaqqala zəfərinin 103-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib […]

Mirşahinin ilk müsahibi Cavid Qurbanov oldu: “Məsələ bir az göründüyü kimi deyil…” – VİDEO

“3 il bundan əvvəl Bakı-Tiflis-Qars dəmir yolu ilə sərnişinlərin daşınması üçün vaqonlar sifariş edilmişdi. Lakin bəzi adamların səhlənkarlığından müqavilə axıra qədər davam etdirilmədi”. Bunu Real TV-yə eksklüziv müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. O, müsahibə zamanı bir sıra mühüm məsələlərə toxunaraq sensasion açıqlamalar verib. Cavid Qurbanov Bakı-Tiflis-Qars […]

Bu məhsul “xərçəng”i məhv edir – İnanılmaz – VİDEO

Yumurta insan orqanizmi üçün olduqca faydalıdır. Çünki tərkibində 90% kalsium, 10% dəmir var. Turkustan.info xəbər verir ki, vitaminlərlə zəngin olan yumurta insanda enerji yaratmaqla yanaşı, görmə qabiliyyətini gücləndirir, bədənin inkişafında mühüm rol oynayır. Toyuq yumurtasında olan B12 vitamini orqanizmimizdə olan zərərli maddələri bədəndən xaric edir. Ona görə də insanlara gün ərzində […]

Afrin əhalisi türk ordusunu belə QARŞILADI – FOTOLAR

Türk ordusunun qarşısında duruş gətirə bilməyəcəyini anlayan PKK/PYD terror təşkilatının əsas bölmələri  bir neçə gün öncə silah-sursatlarını da götürərək Afrindən qaçıbmış. Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, bunu türk hərbçilərinə azad edilmiş Afrin  şəhərinin əhalisi deyib. Qeyd edək ki, terrorçulardan təmizlənən  Afrin şəhərinin əhalisi Türkiyə Silahlı Qüvvələri və Azad Suriya […]

Bakıda bina uçdu – VİDEO

Binəqədi rayonunda uçqun olub. Turkustan.info Femida.az-a istinadən xəbər verir ki, hadisə ikinci mədən adlandırılan ərazidə baş verib. Əvvəllər neft şirkətinə məxsus olmuş yeməkxana qəzalı vəziyyətdə olduğu üçün uçub. Hadisə şahidlərinin sayta verdiyi məlumata görə, yaxınlıqda yerləşən dayanacaqda saxlanılan bir neçə avtomobilə ciddi ziyan dəyib. Həmçinin qeyd olunan ərazidə 1910-cu ildə […]

Kəşfiyyat müharibəsi başlayır

Sülhəddin Əkbər: “Britaniya və Rusiya arasında kəşfiyyat müharibəsi olacaq” Fransa, Almaniya, ABŞ və Böyük Britaniya Solsberdə Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq əməkdaşı Sergey Skripal və onun qızı Yiliyanın zəhərlənərək öldürülməsi ilə bağlı birgə bəyanat yayıb: “Biz Fransa, Almaniya, ABŞ və Böyük Britaniya liderləri 2018-ci il martın 4-də […]

Nəhayət, Türk Ordusu Afrində bayrağını ucaltdı – HƏMİN ANIN GÖRÜNTÜLƏRİ

Türk Silahlı Qüvvələri Afrinin tamamilə nəzarətə alınması ilə bağlı rəsmi açıqlamasını verib. Turkustan.info Türkiyə mediasına istinadın xəbər verir ki, Afrinin mərkəzinin bütövlükdə Türk Silahlı Qüvvələrinin əlinə keçməsindən sonra təhlükəsizlik qüvvələri işlərini bölgədə davam etdirir. TSQ açıqlamasında “Türk Silahlı Qüvəvləri və Azad Suriya Orusu tərəfindən Afrin şəhərinin mərkəzi nəzarətə alınıb. Bölgədə mina və […]

Tanınmış azərbaycanlı müğənnini içkisinə dərman atıb zəhərlədilər – ŞOK İDDİA – FOTO

Mələkxanım Eyyubovanın yaxın qohumu, “Xalq Ulduzu” mahnı yarışması ilə məşhurlaşan xanəndə Mirkamil dünən gecə saatlarında Bakı şəhər 1 saylı kliniki mərkəzin (Semaşko) Toksikologiya şöbəsinə yerləşdirilib. Turkustan.info xəbər verir ki, müğənninin sosial şəbəkə vasitəsilə verdiyi məlumata görə, onu axşam iştirak etdiyi məclislərin birində zəhərləyiblər: “Məni öldürməyə çalışan qüvvələr var. İçkimə dərman […]

Bu ölkədə 3 adamdan biri milyonerdir

Super zəngin vətəndaşları üçün torpağı azalan bir ölkənin başçısı olsaydınız, nə edərdiniz? Balaca bir ölkə təsəvvür edin – ərazisi cəmi 2 kvadrat kilometrdən bir az artıq olan ölkə. Günəşli, sakit, it nəcisi olmayan küçələri olan və gəlir vergisi olmayan bir ölkə. Elə bir yer ki, avtomobil yarışları və yaxtaçılıq milli […]

ABŞ hərbi gəmisini Gürcüstana göndərdi

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus HİLL(LSD-51) gəmisi Gürcüstanın Batumi limanına yan alıb. Turkustan.info xəbər verir ki, bu hərbi gəmi Gürcüstan Sahil Mühafizəsi Departamentinin keçirdiyi dörd günlük təlimdə iştirak edəcək. ABŞ hərbçiləri Batumidə Acarıstan Muxtar Respublikasının baş naziri Zurab Pataradze ilə görüşəcəklər. Qeyd edək ki, ABŞ hərbi gəmisi Gürcüstanı 20 martda […]

Azərbaycanlılar hansı səbəbdən Almaniyadan deportasiya olunur?

Əksər ölkələrdə müəyyən səbəblərdən insanların xarici ölkələrə miqrant axını müşahidə edilir. İnsanlar rəsmi və qeyri-rəsmi yolla xaricə gedib, orada yaşayayırlar. Lakin hər kəs bu mövzuda şanslı ola bilmir. Üz tutduğu ölkələrin necə deyərlər, sərt qərarları ilə qarşılaşır və deportasiya olmaq məcburiyyətində qalırlar. Son zamanlar azərbaycanlıların da Almaniyadan kütləvi deportasiyasının olduğunu […]

Okeanda 2 nəhəng burulğan tapıldı: İzahedilməz – FOTO

Atlantik okeanında 2 böyük burulğan aşkarlanıb. Turkustan.info “Ls Stamp” qəzetinə istinadla xəbər verir ki, burulğanlar Amazondan 200 kilometr aralı, Fransa ərazisində yerləşir. Onların hər birinin diametri ən azı 400 kilometrdir. Təqribən 1 saatda 3 km fırlanan burulğanlar səthdən yarım metr hündürlüyə qalxır. Elm adamları okeanda baş verən bu dəyişikliklərin səbəbini, […]

Vladimir Putin “səs” verdi – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Rusiyada prezident seçkiləri keçirilir. Unikal.org xəbər verir ki, martın 18-də Prezident Vladimir Putin Rusiya Elmlər Akademiyasında yerləşən 2151 saylı seçki məntəqəsinə gələrək “səs” verib. Rusiya dövlət başçısı Vladimir Putin prezident seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib ki, mənə prezident vəzifəsini yerinə yetirmək hüququ verən istənilən […]

Azərbaycan tələb etdi, Türkiyə bu filmin yayımına qadağa qoydu

“Filmmor” Qadın Film Festivalının İstanbuldakı son günündə “Yeva” adlı filmin nümayişi qadağan olunub. Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Filmmor”un nümayəndəsi Mələk Özman filmin nümayişinə Azərbaycan hökumətinin tələbi ilə İstanbul Valiliyi tərəfindən qadağa qoyulduğunu bildirib. “Azərbaycan səfirliyi əvvəlcə Fransız Mədəniyyət Mərkəzinə rəsmi tələb göndərərək filmin nümayişinin qadağan olunmasını istəyib. Biz Fransız Mədəniyyət […]

Son dəqiqə: Türk Ordusu Afrinin mərkəzini fəth etdi – FOTO+VİDEO

Zeytun Budağı Hərəkatının 58-ci günündə Afrin rayon mərkəzinə soxuldu. Afrine girən ÖSO qoşunları rayon mərkəzində nəzarəti əlinə aldı. Turkustan.info xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin apardığı Zeytun Budağı Hərəkatı çərçivəsində Azad Suriya Ordusu qüvvələri şəhərin cənub-şərqindən girməyə başladı. ASO qüvvələri, bu gün səhər  saatlarında PKK/YPG-li terrorçulardan təmizlənməsi məqsədi ilə Afrinə şəhərin […]

Göygöldə ana 3-cü övladını dünyaya gətirəndən sonra niyə ölüb?

Göygöl rayonunda qeysəriyyə əməliyyatından 2 gün sonra dünyasını dəyişən qadının ölüm səbəbi açıqlanıb. Turkustan.info “Report”a istinadən xəbər verir ki, ilkin ehtimala görə, buna ağ ciyər arteriyasının tromboemboliyası səbəb olub. Rayonun Şəhriyar kənd sakini olan 42 yaşlı Abdullayeva Ofeliya Cəlal qızı 22 ildən sonra 3-cü oğlan uşağını dünyaya gətirib. Uşaq martın […]

Dünyanı yeni təhlükə gözləyir – Alimlər xəbərdar etdi

Qlobal istiləşmə 5 milyon insanın yaşadığı ərazilərin sel altında qalması ilə nəticələnə bilər. Turkustan.info xəbər verir ki, iddia “Environmental Research Letters” jurnalında çap olunan məqalədə yazılıb. “Bir çoxları Paris Sazişinin prinsiplərinə riayət etməyin iqlim fəlakətlərindən xilas olacağına inanırlar. Lakin biz bəşəriyyətin tez-tez daşqınlara məruz qalacağını sübut etdik. Temperaturun 1.5 dərəcə […]

Ərdoğana ağır itki üz verdi – FOTOLAR

Türkiyədə prezidenti Rəcəb Tayyib Ərdoğana ağır itki üz verib. Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bolu rayonunda, Karabük-Gerede yolunda prezidentin 55 yaşlı dayısı oğlu Bayram Ali Mutlunun da içində olduğu avtomobil zəncirvari qəzaya düşüb. 3 avtomobilin toqquşması nəticəsində 3 nəfər yaralanıb, 2 nəfər isə ölüb. Ağır yaralı halda xəstəxanaya yerləşdirilən Mutlu bu […]

Həmidə Ömərova tanınmaz hala düşdü – FOTO+VİDEO

Stilist Anar Ağakişiyev Xalq artisti Həmidə Ömərovanı makiyajla cavanlaşdırıb. Turkustan.info xəbər verir ki, şəxsi kosmetika brendini çıxartmağa hazırlaşan makiyaj ustasının növbəti qəhrəmanı aktrisa Həmidə Ömərova olub. O, Xalq artistinin makiyajdan əvvəl və sonrakı görüntülərini instaqramda paylaşıb. H.Ömərovanın retro obrazı üzərində Səbinə İmanova və Turan Dadaşova çalışıb. Anar instaqramda qeyd edib ki, […]

Prezident seçkiləri üzrə səsverməyə start verildi

Rusiyada prezident seçkiləri üzrə səsverməyə start verilib. Turkustan.info Rusiya mətbuatına istinadən xəbər verir ki, seçki məntəqələri ilk olaraq Çukot Muxtar Dairəsi və Kamçatka diyarında açılıb. Səsvermə yerli vaxtla 8:00-dan 20:00-dək keçirilir. Ümumilikdə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdədir. Səsvermə prosedurunu dünyanın 109 ölkəsindən təqribən 1500 beynəlxalq […]

Aşiq olan adamların bədənində nələr baş verir? – İnanılmaz faktlar

Turkustan.info Ailem.az-a istinadən aşiq olan zaman insan orqanizmində baş verən dəyişikliklərdən danışacaq. İlk növbədə oradan başlayaq ki, aşiq olduğu zaman insanın göz bəbəkləri böyüyür. Birindən təsirlənən zaman simpatiya sinir sistemində oyanma meydana gətirir və bu oyanma nəticəsində göz bəbəklərində böyümə meydana gəlir. Xəstəlik hissi İnsan aşiq olan zaman iştahasının itməsi və […]

“İnsan da xəstə haqqında yazarmı, Allah səni öldürsün?” – İsgəndər Həmidov

Xəbər verildiyi kimi, keçmiş Müsavat başqanı, Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər səhhətində yaranmış problemlərlə əlaqədar Ankarada müalicə aldıqdan sonra evə buraxılıb. Milli azadlıq hərəkatnın liderlərindən biri olan sabiq parlament sədrinin ürək xəstəliyi ilə bağlı bundan sonra bir daha siyasətlə məşğul olmayacağı haqda söz-söhbət yayılıb. Bununla bağlı İsa Qəmbərin hərəkat […]

Moskvada azərbaycanlı iş adamına hücum — Soydaşımız quldurlardan belə qurtuldu…

Rusiyanın paytaxtında azərbaycanlı iş adamına hücum edilib. Turkustan.info ” Rusiya KİV-nə istinadən xəbər verir ki, adı açıqlanmayan soydaşımız Malino kəndi istiqamətində hərəkət edərkən hücuma məruz qalıb. Üzübağlı bir neçə şəxs onun avtomobilinin qarşısını kəsib və maşına giriblər. Soyğunçular avtomobildəki 200 min rublu aparmaq istəyib.  Lakin iş adamı ayıq-sayıqlıq nümayiş etdirib. […]