Gün: Mart 20, 2018

Qənirə Paşayeva 300-dən artıq azərbaycanlının təhsil aldığı universitetinin rəhbərliyi ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva 300-dən artıq azərbaycanlının təhsil aldığı Bursa Universitetinin rəhbərliyi ilə görüşüb. Millət vəkili Q.Paşayeva Azərbaycanda səfərdə olan Uludağ Universitetinin rektor müavini Prof. Dr. Mehmet Yüce və universitetin rəsmiləri ilə görüşüb. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırovanın da iştirak etdiyi görüş zamanı Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri, […]

Bayram günü Bakı metrosunda olay: Sərxoş qadını vaqondan düşürmək mümkün olmadı – VİDEO

Bakı metrosunda sərxoş qadını vaqondan düşürmək mümkün olmayıb.  Turkustan.info xəbər verir ki, bu barədə azxeber.com-a hadisə şahidləri məlumat veriblər. Qadın “Neftçilər” stansiyasında qatara minib və vaqonda yatmağa başlayıb. “Dərnəgül” stansiyasına qədər bu formada hərəkət edən qadını vaqondan düşürmək mümkün olmayıb. Onun içkili olduğu və dəfələrlə özündən gedərək yerə yıxıldığı bildirilib. Hadisə […]

Azərbaycana bahar gəldi

Yaz fəsli Azərbaycana martın 20-si saat 20:15:30-da qədəm qoyub. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov Axar.az-a bildirib ki, baharın gəlişi zamanı gecə-gündüz bərabərləşir: “Həmin vaxt Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarım kürəsindən şimal […]

Tramp Putini təbrik etdi

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putin ilə telefon söhbəti edib. Turkustan.info RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ evdəki məmurlardan birinə istinadən NBC telekanalı məlumat yayıb. Kremlin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. Bildirilir ki, Tramp Putini prezident seçkilərində qələbə qazanması […]

Azərbaycan Qarabağ savaşına hazırlaşır

Rusiya Cənub Hərbi Dairəsinin Ermənistan və Cənubi Osetiyada keçirdiyi hərbi təlimlər Azərbaycanın hərbi təlimi ilə bağlı ola bilər. Turkustan.info xəbər verir ki, bunu “Kavkaz uzel” saytına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib. “Təlim plana uyğun olaraq aparılır, amma biz Qarabağda hərbi konflikti də istisna edə bilmərik. Heç kim konfliktə […]

Bahalaşma qaçılmazdır: Ət də monopoliyaya alınır

Bakıda ət kəsimi ilə bağlı qaydalar sərtləşdiriləcək. Qida Təhlükəsizliyi Agentliyinin (QTA) sədri Qoşqar Təhməzli ötən gün keçirilən “Media və təhlükəsiz qida” mövzusundakı brifinqdə deyib ki, ölkədə qanunsuz ət kəsiminin qarşısını almaq məqsədi ilə layihənin hazırlanması istiqamətində iş gedir: “Bu iş yaxın vaxtlarda yekunlaşdırılacaq və layihə ölkə rəhbərliyinə təqdim ediləcək”. Agentlik […]

Putin revanş götürür: Təhlükə artır: Siyahıda hansı ölkələr var?

Vladimir Putin martın 18-də Rusiyada keçirilmiş prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib. İlkin nəticələrə görə, hakim Vahid Rusiya Partiyasının namizədi səslərin 76,6 faizinin səsini toplayıb. Səsvermədə iştirak edən vətəndaşların 67,74 faizi və 73,36 milyon nəfəri Vladimir Putini dəstəkləyib.  İkinci yerdə isə qazandığı səslərin sayına görə Rusiya Federasiyası Kommunist […]

Adnan Oktarın yanından gecə paltarında qaçan “kedicik” SİRLƏRİ AÇDI

Adnan Oktarın ən tanınmış “kedicik”lərindən olan Ceylan Özgül gündəmə bomba kimi düşəcək açıqlamalar verib. Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, Instagram hesabında paylaşım edən “kedicik” “Həkim müayinəsinə belə təkbaşına gedə bilmirik”deyib. Ceylan Özgül Adnan Oktarın yanından pijamayla qaçdığını bildirib:”20 ildə bir dəfə belə məhəllə baqqalını görmədim. Aptekdən dərmanları da özümüz […]

“Bu təlimlər birbaşa Qarabağda müharibəyə hazırlıq idi…”

Rusiya ordusunun Cənub hərbi dairəsində ötən gün başlayan təlimlərlə Azərbaycan ordusunun ötən həftə keçirdiyi irimiqyaslı hərbi təlimlər arasında hansısa əlaqənin olması istisna deyil. Virtualaz.org xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Novaya qazeta”nın şərhçisi Pavel Felqenhauer “Kavkazskiy uzel” portalına müsahibəsində deyib. Ekspert bildirib ki, hərçənd təlimlər əvvəlcədən planlaşdırılmışdı, amma Qarabağda […]

Putinin yeni prezidentlik dönəmi nə vəd edir? – Politoloq rəyi

Rusiyada keçirilən prezident seçkilərində gözlənildiyi kimi təəccüblü nəsə baş vermədi. Hazırkı prezident Vladimir Putin növbəti 6 il ərzində də bu ölkəni idarə edəcək. Qeyd edək ki, Putin əvvəlki prezidentlik müddəti illərində aqressiv, başqa dövlətlərin torpaqlarını işğal etmək siyasəti yürüdüb. Nəticədə, sovet imperiyasının dağılmasından sonra ilk dəfədir ki, dünya yenidən gərginlik, […]

Ərdoğandan ABŞ-ın Afrin bəyanatına – Sərt cavab

Amerika bəyanat verir ki, Afrindən qayğılıyıq. Biz qayğılarımızı sizə çatdıranda harada idiniz? Turkustan.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Dövlət Departamenti və Pentaqon sözçülərinin Suriyanın Afrin bölgəsindəki durumla bağlı narahatlıq keçirdikləri barədə bəyanatlarına münasibət bildirərkən söyləyib. “Terror təşkilatlarını təmizləyək” deyəndə harada idiniz? PYD, YPG məsələlərini […]

Telman İsmayılov 600 milyon dollardan imtina etdi

“Mardan Palace”ın  Türkiyə üzrə nümayəndəsi  otelin “Rixos Group” tərəfindən alınacağı ilə bağlı KİV-də yayılan xəbərləri təkzib edib. Turkustan.info xəbər verir ki, bu barədə “eurasiadiary.com” məlumat yayıb. “Bu sadəcə söz-söhbətlərdir. “Rixos” şəbəkəsinin “Mardan Palace”ın alınması üçün tələb olunan bu vəsaiti ayıracağı inandırıcı deyil.  Şəbəkənin müxtəlif ölkələrdə yeni otellərin inşasını davam etdirməsi də bunu deməyə […]

Ağ ev: “Tram Putini təbrik etməyəcək, amma…”

Yenidən 6 illiyə Rusiya prezidenti seçilən Vladimir Putini qələbəsi münasibətilə artıq bir sıra xarici liderlər təbrik ediblər. Onların sırasında MDB ölkələrinin əksəriyyətinin liderləri, Venesuela, Macarıstan, Serbiya və Kuba prezidentləri, Yaponiyanın, Hindistanın baş nazirləri, Çinin dövlət başçısı və digərləri var. ABŞ prezidenti Donald Tramp isə qələbəsi münasibətilə Vladimir Putini təbrik etmək […]

Başımız bəladaymış, xəbərimiz yox – DİQQƏT

Normalda belədir ki, cəmiyyətdə hər hansı bir problem meydana çıxırsa, mətbuat həmin nöqsanı ictimailəşdirir, müvafiq dövlət qurumunu bununla bağlı məlumatlandırır və həmin qurum da həm yardımçı olduğu üçün KİV-ə təşəkkür edir, həm də sözügedən problemin həllinə səfərbər olur. Belə zəncirvari fəaliyyət sayəsində cəmiyyət üçün faydalı nəticə meydana çıxır. Üstəlik jurnalist […]

Sarkisyan erməniləri aprel müharibəsilə qorxutdu: Ermənistanda küçə mübarizəsi başlayır

Ermənistan prezidenti Serj Sarkisyanın baş nazir olmaq niyyətini açıqlaması müxalifət tərəfindən ciddi etirazla qarşılanıb. Artıq parlamentdə təmsil olunan müxalifət liderləri  Serj Sarkisyanın parlamentar sistemdəbaş nazir kürsüsünü ələ keçirməklə üçüncü müddətə hakimiyyətdə qalmaq planının qarşısını almaq üçün etiraz aksiyalarına başlamaq qərarına gəlib.  Xatırladaq ki, Ermənistan prezidenti  dörd il əvvəl olduğu kimi, […]

Azərbaycanda nişanlı oğlan bayram günü özünü asdı – İnanılmaz səbəb

Şamaxı rayonunda gənc oğlan intihar edib. Turkustan.info APA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 12.00 radələrində rayonun Ovculu kəndində baş verib. Kənd sakini 1995-ci il təvəllüdlü Alıyev Müzadil Şahsəddin oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib. M. Alıyev bir neçə aydır ki, nişanlıdır və […]

Qardaşdan bacısına qarşı ŞOK ƏMƏL: bacısıgilə getdi, gizlicə yataq otağına saldı, sonra… – Tərtərdə

Tərtər rayonunda qısqanclıq zəminində bacısının öldürməyə cəhd etməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Taleh Alızadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Taleh Alızadənin bacısı Cəmilə Tərtər rayonunun Evoğlu kəndində yaşayan Şahin Quliyev ilə rəsmi nikahda olub. Onunla birlikdə yaşayıb. Cəmilə Şahin Quliyevlə yaşasa da, qonşu […]

Putinin yalanı ifşa edildi: prezidentlik üçün…

ABŞ və Avropa Birliyi hazırda Moskva ilə münasibətlərə yenidən nəzər yetirirlər. Turkustan.info xəbər verir ki, bunu “Haqqin.az” saytına müsahibəsində BMT-nin Ukraynadakı sisteminin koordinatoru, irlandiyalı diplomat Frensis Odonnel söyləyib. “Avropada heç bir dövlət, hətta Britaniya Rusiya ilə münasibətlərin tam ortadan qaldırılmasında maraqlı deyil. Doğrudur, Sergey Skripalın ölümündən sonra 23 rus diplomatı Londondan […]

Qızlar üçün maraqlı NOVRUZ FALLARI

Çərşənbə axşamına uşaqlar çoxlu paxlava, qoğal, şəkərbura yediyi, gənc qızlar isə Novruz fallarına baxa biləcəyi üçün sevinir. Axı qızlar fala baxmağı çox sevir, həm də bu əyləncəli fallar bayram axşamı əhvalı qaldırır. Novruz bayramında hər evdə səməni cücərdilməlidi. Və cücərdərkən niyyət tutmaq lazımdır. Əgər səməni göyərərsə, niyyətin çin olacaq deməkdir. […]

Rusiyaya BÖYÜK ŞOK: 120 hərbçisini itirdi

15-2018-ci illərdə Suriyada həyatını itirən rusiyalı hərbçilərin siyahısı açıqlanıb. Turkustan.info xəbər verir ki, Rusiya mediasının mənbələri Suriyada 120 hərbçinin həyatını itirdiyini bildiriblər. Qeyd edək ki, Rusiya Suriyada əməliyyatlara 2015-ci il sentyabrın 30-da başlayıb. Moskvanın ötən il İŞİD terror təşkilatının üzərində qələbəni elan etməsindən sonra Rusiya hərbçilərinə hücumlar daha da artıb.  […]

Ölülər canlıların təsirinə düşərək diriləcəklər – Yumurta

Novruz yumurtası – Mifik düşüncədə yaradılışın simvolu Novruz bayramının başlıca simvollarından olan müxtəlif rənglərə boyanmış yumurtalar mifik təfəkkürün dünya haqqındakı anlayışının izlərini daşıyır. Mifolojik düşüncələrdə insanın yaradılışı kainatın yaradılışının təqlididir. İnsan da kainatın yaradılış qanunlarını izləyir, eyni başlanğıcı və formaları təqlid, təqib edir. Bu mənada yumurta mifik inanclarda kosmik ilkinliyin, […]

Türk ordusunun insanlıq dərsi – Fotolarda

“Zeytun budağı” əməliyyatının gedişatında martın 18-də Suriyanın Afrin şəhərini PYD/YPG terrorçularından təmizləyən Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu təhlükəsizlik işlərini davam etdirir. Turkustan.info xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri şəhərin əməliyyatdan sonrakı görüntülərini paylaşıb. Fotoların altında yazılan “Mülki və günahsız insanlar, ətraf mühit, tarixi əsərlər, dini və mədəni tikililər Türkiyə […]

Səmənini atmayın, müalicəvi şirə hazırlayın – İnanılmaz faydalar

Cücərmiş yaşıl buğda-səmənidən müalicəvi içki hazırlamaq olar. Səməni suyu yaxşıca cücərmiş, uzanmış səməni otundan hazırlanır. Turkustan.info medicina.az-a istinadən xəbər verir ki, bu şirə immunitet, ürək, qan-damar sistemini gücləndirici, dişləri və sümükləri möhkəmləndirici, orqanizmi yeniləyici təsirə malikdir. Hətta xərçənglə mübarizə aparan xəstələr belə bundan içə bilər. Arıqlamaq istəyənlər, bədəni toksinlərdən, artıq […]

“Elə nazir var ki, axşam pul aparmasa, arvad evə buraxmır” – Hafiz Hacıyev başladı – VİDEO

Bu gün İctimai Teleradioda prezidentliyə namizədlərin çıxışı başlayıb. Turkustan.info xəbər verir ki, prezidentliyə namizəd, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev bildirib ki, müxalifətin bu seçkilərdə iştirak etmədiyi fikrini formalaşdırmaq istəyirlər: “Bu, çox yanlış, Azərbaycan dövlətçiliyinə ən böyük zərbələrdən biridir. Başa düşə bilmirəm, müxalifət “ştamp”ını kimin üzərinə kim vurub? Burada biz […]