İsraildən şok etiraf: Suriyada nüvə reaktorunu vurduq – VİDEO

İsrail on il yarım əvvəl Suriyada nüvə reaktorunu bombaladığını etiraf edib.

Turkustan.info xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında deyilib.

Məlumata görə, əməliyyat 2007-ci ildə sentyabrın 5-dən 6-na keçən gecə baş verib. Praktiki olaraq tamamlanmış müəssisə Deyr əz-Zor əyalətində Dəməşqin 280 mil şimal-şərqində yerləşib.

“4 ədəd F-16 təyyarəmiz yalnız İsrail deyil, bütün region üçün yaranan təhlükəni zərərsizləşdirdi”, – bəyanatda bildirilib.

İsrail məlumatı bu zamana qədər gizlətməsinə səbəb kimi ərazinin uzun müddət İŞİD terror qruplaşmasının nəzarətində qalmasını göstərib.

24 Baxılıb