Daha 4 kənd azad edildi – Terrorçuların CƏBBƏXANASI ələ keçdi

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) “Zeytun budağı” antiterror əməliyyatını davam etdirir.

Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, TSQ və ASO qüvvələri Afrinin cənubundakı strateji cəhətdən əhəmiyyətli Ahlam dağı və 4 kəndi kürd terrorçularından azad edib.

Kimar ve Berad kəndlərinə doğru irəliləyən ASO qüvvələri ilə Əsəd rejiminə bağlı milislər arasında toqquşma olub. Toqquşmada milis qüvvələrinin yüksək rütbəli zabitlərindən birinin öldürüldüyü bildirilir.

Azad edilmiş bölgədə terrorçuların qərargah kimi istifadə etdikləri binadan çoxlu sayda raket və top mərmiləri ələ keçirilib.   /Cebhe.info/