Londonda Putinin düşmənini boğub öldürən “major” Bakıdakı butikin şərikidir

Böyük Britaniya KİV-ləri martın 14-də Londonda mərhum oliqarx-milyarder Boris Berezovskinin dostu, “Aeroflot” şirkətinin keçmiş kommersiya direktoru Nikolay Qluşkovu evində boğub öldürdüyü ehtimal olunan gəncin fotosunu yayıb.

Turkustan.info xəbər verir ki, bu 27 yaşlı rusiyalı gənc, Qluşkovun qızı Natalya ilə birlikdə Vestminister universitetində təhsil alan Denis Truşindir. O, “major” kimi tanınır və moda tarixi üzrə təhsil alıb.

“The Daily Mail” yazır ki, Denis Truşinin Qluşkovun sevgilisi olduğu və onu seks oyunu zamanı boğub öldürdüyü ehtimal olunur. Nikolay Qluşkov əvvəllər normal seksual oriyentasiyaya malik biri olub, onun ailəsi və uşaqları var. Lakin bildirilir ki, Putinin düşməni kimi tanınan biznesmen sonradan homoseksuallığa meyl edib.

Truşinin Qluşkovla onun birlikdə oxuduğu qızı vasitəsilə tanış olduğu bildirilir. O, ingilis dilində sərbəst danışır və Natalya Qluşkova ilə birlikdə Bakıda eksklüziv brendlərdən kişi aksessuarları satan “Vault Prive” (Fransa səfirliyinin yaxınlığında yerləşir, hazırda bağlıdır) butikini açıb.

Mətbuata sızan məlumatlara görə hadisə günü Qluşkov evdə tək olmayıb. Lakin mənzilə zorakı yolla daxil olmaya dəlalət edən heç bir iz aşkarlanmadığına görə ehtimal olunur ki, biznesmen qatili özü evə buraxıb. Qluşkovun it gəzdirmək üçün nəzərdə tutulan kəmərlə boğulub öldürüldüyü bildirilir.

Hələlik polis bu deyilənlərlə bağlı şərh vermir. Amma hüquq-mühafizə orqanları əmindir ki, Qluşkovun ölümü ondan bir neçə gün əvvəl Solsberidə kimyəvi silahla zəhərlənən keçmiş QRU polkovniki Sergey Skripalın və qızının işi ilə bağlı deyil.   /Virtualaz.org/