Məşhur türk aktrisa Ərdoğana görə həbs edildi

Türkiyənin məşhur aktrisası Zuhal Olcay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməsi iddiası ilə 10 ay həbs cəzasına məhkum edilib.

A24.az xəbər verir ki, bu barədə “Xəbərtürk” qəzeti məlumat yayıb. Qəzet prokurorluğun Olcay üçün 4,8 il cəza istədiyini, lakin hakimlərin bunu qəbul etmədiyini bildirib.

Qeyd edək ki, Olcay bir müddət öncə Ərdoğana həsr etdiyi mahnılardan birini ifa etdikdən sonra əli ilə təhqiramiz işarə göstərib. Türkiyə rəsmiləri bunu prezidentə təhqir kimi qəbul ediblər.   /A24.az/