Türkiyə İraqda: 9 PKK-lı məhv edildi

Türkiyə Silahlı Qüvvələri (TSK) İraqın şimalında PKK terrorçularına qarşı əməliyyat keçirib.

Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat nəticəsində 9 PKK terrorçusu məhv edilib.

Xatırladaq ki, İraq ərazisində PKK-ya qarşı əməliyyatlar martın 10-da başlayıb. Əməliyyatlarda indiyə qədər 50 terrorçu məhv edilib.  /Cebhe.info/