Gün: Mart 23, 2018

YAP Nəsimi təşkilatı “İlhamla irəli” adlı flaşmob keçiriblər – VİDEO

Yeni Azərbaycan Partiyasının  Nəsimi rayon təşkilatının gəncləri 11 aprel  2018-ci ildə keçiriləcək  Azərbaycan  Respublikasının  prezidentinin  seçkilərinə  həsr edilmiş  “ İLHAMLA  İRƏLİ”  açıq hava mitinqi keçirmişdir. Tədbirdə 1500-dən  çox  gənc iştirak edirdi. Gənclər bu tədbirdə  qarşıdakı 7 il üçün  daha güclü  və qüdrətli Azərbaycan naminə  bütün ölkə gəncliyinə  İLHAMLA  İRƏLİ  səslənərək, 11 aprel  […]

Ərdoğan Tramp və Putinlə danışıqlarının detalları haqda

“Ötən axşam ABŞ prezidenti Donald Trampla Suriyadakı məsələləri, terrorçuluğa qarşı mübarizəni müzakirə etdik. İki gün öncə Rusiya prezidenti Vladimir Putinlə də bu məsələləri müzakirə etmişdik. Onlara dedim ki, biz buralardan (Suriyanın Afrin şəhərini nəzərdə tutur) geri addım ata bilmərik”. Turkustan.info Report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib […]

Erməni generalın böyük qorxusu

İrəvanda yeni aprel xofu. Xocalı soyqırımında əli qana bulaşmış erməni general, keçmiş müdafiə naziri Seyran Ohanyan apreldə həbs edilə bilər. Turkustan.info məlumatına görə, bu barədə İrəvanda dərc olunan “Jamanak” qəzeti yazıb. Qəzetin məlumatına görə, əgər Ohanyan prezidentin inauqurasiyası və baş nazir seçkisi zamanı fəallaşarsa, Ermənistan müdafiə nazirliyindəki korrupsiya ilə bağlı […]

İtən alpinistlərlə bağlı YENİ XƏBƏR

Azərbaycanda alpinistlərin itkin düşməsindən 3 ay ötür. Turkustan.info xəbər verir ki, ötən ilin dekabrın 23-də “Gilavar” idman klubunun Şahdağ Milli Parkı ərazisində yerləşən Tufandağ zirvəsi istiqamətində qalxan üç üzvü – 1983-cü il təvəllüdlü Namin Bünyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadə itkin düşüb. Daxil olmuş […]

Prezident büdcədən 16,5 milyon manat ayırdı

Prezident İlham Əliyev “Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Turkustan.info-nun xəbərinə görə, Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin layihə-smeta sənədlərinin hazırlanması və tikintisinin başa çatdırılması məqsədilə prezidentin 2018-ci il 22 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı […]

Dollar kəskin bahalaşdı – Türkiyə əndişədə

Bu gün Türkiyənin milli valyutası – lirə ABŞ dolları qarşısında rekord həddə ucuzlaşıb. Turkustan.info report-a istinadən xəbər verir ki, gecə saatlarında dünya valyuta bazarında 1 dollar 4,03 lirəyə bərabər olub. Bu isə Amerika valyutasının lirə ifadəsində indiyə qədər qeydə alınmış ən yüksək həddidir. Bununla belə, tədricən TRY/USD nisbəti azalıb və […]

Ermənilər azərbaycanlı biznesmenə hücum etdi

Ukraynanın Luqansk vilayətinin Artemovskiy rayonunda ermənilər azərbaycanlı biznesmenə hücum edərək onu ölümcül döyüblər. Turkustan.İnfo Report-a istinadən xəbər verir ki, əslən Ağdam rayonundan olan, 1975-ci il təvəllüdlü Salamov Mürvət Qulu oğlu martın 20-də şəxsi avtomobilində olan zaman ermənilərin hücumuna məruz qalıb. Ukrayna vətəndaşları olan Karen və Qriqor adlı ermənilər azərbaycanlı iş […]

Şəhərdə terrorçu ovu: 14 İŞİD-çi saxlanıldı

Türkiyədə İŞİD terror təşkilatının yerli qollarına qarşı anti-terror əməliyyatı keçirilib. Turkustan.info türk mətbuatına istinadən xəbər verir ki, İstanbul polisinin keçirdiyi son əməliyyat çərçivəsində təşkilatın 14 üzvü saxlanılıb. Bu barədə bu gün İstanbul Polis İdarəsinin yaydığı xəbərdə qeyd edilib. Məlumatda bildirilir ki, əməliyyat İstanbulun 9 rayonunda aparılıb. Əməliyyatın hazırda da davam […]

Əgər başınız belə ağrıyırsa… – MÜTLƏQ OXUYUN!

Baş ağrıları hər birimizi vaxtaşırı narahat edir. Lakin bilmək vacibdir ki, baş ağrıları müxtəlif cür olur və fərqli səbəblərdən dolayı yaranır. Bəs adi yorğunluq ilə orqanizmin həyəcanlı siqnalını necə fərqləndirmək olar? Turkustan.info təhlükəli xəstəliyin ilk əlamətləri olan baş ağrıları ilə adi baş ağrılarının fərqlərini təqdim edir: 1. Gicgah və ya təpədə […]

Rusiyadan Masallıya kimi təqib edib, güllələdilər

Masallı rayonunda silahlı insident nəticəsində bir nəfər ağır yaralanıb. Turkustan.info xəbər verir ki, 1953-cü il təvəllüdlü Qızlavar kənd sakini Ağayev Ağəddin Nuru oğlu güllələnmə diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cərrahi əməliyyat zamanı onun bədənindən 4 güllə çıxarılıb. Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir. Qeyd olunur ki, zərərçəkmiş Rusiyada […]

Jirinovski 2036-cı ildə siyasətdən gedəcək, Azərbaycanı Rusiyaya “birləşdirəcək”

Rusiyada Liberal-Demokrat Partiyasının lideri, prezident seçkilərində təxminən 6 faiz səslə üçüncü olmuş Vladimir Jirinovski tezliklə siyasətdən gedəcəyi barədə məlumatlara “Telegram” sosial şəbəkəsində reaksiya verib. O, elan edib ki, siyasətdən tezliklə getməyəcək, əksinə, gələcəkdə Rusiyaya başçılıq edəcək, üstəlik Azərbaycanı da Rusiyaya “birləşdircək”. Bu haqda “Rossiyskaya qazeta” yazır. Jirinovski 2036-cı ildə Kremlin […]

 DÜNYA Fransada növbəti terror: Marketdəkiləri əsir götürdü, bəzilərini öldürdü

Fransada supermarketə hücum edən silahlı şəxs bir neçə nəfəri girov götürüb. Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin cənub-qərbində baş verib. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb. Polis rəsmiləri ölənlərin sayının artacağını istisna etməyiblər. Həmin silahlı şəxsin terrorçu İŞİD quruplaşmasının üzvü olduğu bildirilib. Hüquq-mühafizə orqanları hadisəni […]

MOSSAD-a yaxın saytdan ŞOK İDDİA: İNCİRLİK BOŞALDILIR

ABŞ-ın həm Qətər, həm də Türkiyədəki İncirlikdəki hərbi bazalarını tədricən boşaltdığı iddiası irəli sürülüb. İsrail kəşfiyyatına yaxın “DEBKA” saytının xəbərinə görə, Vaşinqton, Qətərdəki bazasını Səudiyyə Ərəbistana köçürmək qərarı alıb. İddiaya görə, İncirlikdəki Amerikan təyyarələri və təchizatı da Şərqi Avropadakı bazalarına aparılır. “Debka”nın hərbi mənbələri söykədiyi xəbərə görə, Pentaqon İncirlik yerinə […]

Bacısının ərinin başını kəsdi

Qobustan rayonunda ailə münaqişəsi qanla nəticələnib. Turkustan.info-nun APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Sədəf kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Ziya Əmirov ailə münaqişəsi zamanı həyat yoldaşı, 1986-cı il təvəllüdlü Əmirova Hüsniyə Qalib qızını döyüb. Hüsniyə Əmirova əsəbiləşərək evdə olan bir neçə dərman preparatını içib və zəhərlənib. Halı […]

100 il sonra Azərbaycan üçün meydana çıxan BÖYÜK TƏHLÜKƏ – ARAŞDIRMA

Şamaxı rayonu ərazisində yanvarın 16-da püskürən Quşçu vulkanı bu gün də ərazi və ətrafda yaşayanlar üçün təhlükə mənbəyidir. Belə ki, vulkanın püskürmə materiallarında yüksək dərəcədə konsentrasiya olunmuş mikroelementlər və ağır metallar ev heyvanlarının orqanizminə, nəticədə isə insan orqanizminə daxil olur. Bu elementlər yol verilə bilən ekoloji normanı keçdikdə bir sıra […]

Putinin qələbəsi təsdiqləndi

MSK son rəsmi nəticələri açıqladı. Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) martın 18-də keçirilən prezident seçkilərinin yekun rəsmi nəticələrini açıqlayıb. Turkustan.info “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, hazırkı dövlət başçısı Vladimir Putinin qələbəsi təsdiqlənib. Putin ümumi səslərin 76, 69 faizini qazanıb. Ona 56 430 712 seçici səs verib. İkinci Pavel Qrudindir. […]

Ömrü uzatmağın asan yolu tapıldı

ABŞ-ın Dük universitetinin alimləri qısa müddətli fiziki yüklənmənin ürək-damar xəstəlikləri və erkən ölüm riskini əhəmiyyətli dərəcədə azaltdığını öyrənib. Turkustan.info xəbər verir ki, araşdırma haqqında elmi məqalə “Journal of the American Heart  Association” jurnalında dərc olunub. Mütəxəssislər yaşı 40-dan yuxarı olan 4840 nəfərin müayinə nəticələrini təhlil edib. Könüllülər üzərində aparılan müşahidələr 2003-2006 illəri […]

Şəbnəm oğluna ad günü etdi, ərini 8 mühafizəçi qorudu – VİDEO

Bir neçə gün öncə tanınmış və qalmaqallı müğənni Şəbnəm Tovuzlu oğlu Əliyə təmtərahlı ad günü şənliyi etsə də, bu günə qədər onların keçirtdikləri ad günü məclisi medianın gündəmin düşmür. Turkustan.info baku.ws-ə istinadən xəbər verir ki, ad günü Şəbnəm ilə həyat yoldaşının birgə zala daxil olması qonaqlar tərəfində alqışlarla müşayət olunub. Lakin bu doğum günündə edilən […]

Vahid Ələkbərov ən zəngin rusiyalıların reytinqində

Forbes” jurnalı  ən yüksək gəlirləri olan rusiyalı milyarderlərin ilk onluğunu dərc edib. Turkustan.info xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb. Aktivlərin dəyərləndirildiyi ənənəvi “ən zəngin biznesmenlər” reytinqindən fərqli olaraq, bu reytinqdə milyarderlərin ötən ilin fevral ayından cari ilin fevral ayına kimi aktivlərinin satışından və ya dividentlərdən əldə etdiyi “canlı” pulları […]

Canlı yayımda insanın ətini kəsdilər, bişirib özünə yedizdirdilər

“Facebook”dan canlı həyata keçirilən yayımda iki könüllü şəxsin kürəyindən ət parçası kəsilib və bişirilib  Latviyanın paytaxtı Riqada ağılalmaz bir aksiya həyata keçirilib. Aksiyanın məqsədi isə qlobal ərzaq ehtiyatları tükənərsə, bəşəriyyətin hansı bəla ilə üz-üzə qalacağını göstərməkdən ibarət olub.  Turkustan.info Milliyet-e istinadən xəbər verir ki, aksiyanın ilk günü Latviyada keçirilən tədbirdə […]

Dünya futbolunun nəhəngləri üz-üzə – Bu gün

Bu gün milli komandalar arasında yoldaşlıq oyunları keçiriləcək. Turkustan.info xəbər verir ki, ən maraq doğuran oyunlardan biri Almaniyanın Düsseldorf şəhərində olacaq. Burda son iki dünya çempionatının qalibləri – Almaniya və İspaniya milliləri münasibətlərinə aydınlıq gətirəcəklər.  Mundiala ev sahibliyi edəcək Rusiya isə doğma meydanda dünya çempionatlarının daimi favoritlərindən Braziliya ilə qarşılaşacaq. […]

Adnan Oktar canlı yayımda haqqındakı iddialarla bağlı “Yeni Müsavat”a danışdı – Video

“Ceylan Özgül məni qısqandığı üçün bu hərəkətləri etdi” Türkiyə cəmiyyətində ‘Adnan Hoca’ olaraq tanınan Adnan Oktar (Harun Yəhya) bu dəfə bir qaçış iddiası ilə gündəmə gəlib. İddianın sahibi, zamanında onun yanında olan məşhur “kediciklərindən” Ceylan Özgüldür. Özgül, Adnan Oktar qrupundan qaçdığını söyləyib və onun yanında olarkən bir çox hüquqlarının pozulduğunu, […]

ABŞ-dan MENBİÇ AÇIQLAMASI

ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsü Heter Nauert ölkəsinin və koalisiya qüvvələrinin Türkiyənin əməliyyat keçirməyi planladığı Menbiç bölgəsindən çəkilməyə niyyətlərinin olmadığını açıqlayıb. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, Vaşinqtonda keçirilən mətbuat konfransında çıxış edən XİN sözçüsü jurnalistlərin suallarını cavablandırarkən bu açıqlamanı verib. Belə ki, jurnalistlərdən biri “Türkiyə xarici işlər naziri […]

Türkiyədə təyyarə qəzaya uğradı: Pilot öldü – YENİLƏNDİ

Türkiyənin Nevşehir şəhərində qəzaya uğrayan “F-16” qırıcı təyyarəsinin pilotu həlak olub. Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının nümayəndəsi məlumat yayıb. Qəzadan sonra əməliyyat–axtarış tədbirləri nəticəsində təyyarənin qalıqları və pilotun meyiti aşkar olunub.  /Publika.az/

İranda əhalinin 75 faizi durumdan narazıdır

İranda Öyrəncilər Sorğu Agentliyinin (ISPA) keçirdiyi sorğunun nəticələrinə əsasən ölkədə hər dörd nəfərdən üçü mövcud qaydalardan narazıdır. Turkustan.info xəbər verir ki, respondentlərin 75 faizi “mövcud durumdan razısınızmı?” sualına cavabları öyrənilən gənclər “yox” cavabı veriblər. Onlar iqtisadi, işsizlik, yoxsulluq və korrupsiyadan gileyləniblər. Respondetlərin 25 faizi dövlət banklarına inanmır. Həmçinin 5 iranlıdan […]

Azərbaycanda dollarla olan əmanətlər açıqlandı

2018-ci il fevaralın 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 497,0 milyon manat təşkil edib. Turkustan.info xəbər verir ki, əmanətlərin 66,3 faizi xarici, 33,7 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrunə nisbətən 74,1 faiz artıb, xarici valyutada əmanətlər isə 21,1 […]

Ata qızının dodaqlarını kəsdi

Türkiyənin Ədirnə bölgəsində S.D. adlı qızının dodaqları evə gec gəlməsinə hirslənən atası A.D. tərəfindən dodağından bıçaqla kəsilib. Turkustan.info “Mynet”ə istinadən xəbər verir ki, hadisə Ədirnənin Keşan rayonunda, Cümhuriyyət məhəlləsində baş verib. S.D.-ı evə gec gəlməsinə əsəbiləşən və onu evdən qovmaq istəyən atası A.D. ilə mübahisəyə başlayıb. Bu zaman ata əlinə […]

Futbolçular seks üçün varlı kişilərə satılır – DƏHŞƏT

Argentinanın “İndependyente” klubunda bütün dünyanı şoka salan pedofil skandalı yaşanmaqdadı. Turkustan.info xəbər verir ki, ölkənin ən köklü klublarından biri sayılan bu komandada gənc futbolçuların bəzi hakimlərə və zəngin insanlara pul qarşılığında satıldığına dair şok məlumatlar üzə çıxıb. Bu xəbər qısa bir zamanda ölkəni bir-birinə vurub. Söhbət 14 və 16 yaş […]

Killerlər azərbaycanlı biznesmenin “Range Rover”ini gülləbaran etdilər

Martın 22-də Moskvada azərbaycanlı iş adamına sui-qəsd olub. Turkustan.info xəbər verir verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb. Qeyd edilir ki, cinayətkarlar Moskva Dairəvi Avtomobil Yolunda “Range Rover”də olan biznesmenə hücum ediblər. Güllələrdən bir iş adamının ayağına dəyib. Bildirilir ki, yaralı şəxs özü xəstəxanaya gedib. Faktla bağlı araşdırma […]

Prezidentin Qarabağ mesajı: İrəvana hücum…

Azərbaycan hər zaman olduğu kimi, seçkidən sonra da Dağlıq Qarabağla bağlı daha tələbkar, ciddi və beynəlxalq prinsiplərə söykənən mövqedən çıxış edəcək. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a a Novruz münasibətilə keçirilən ümumxalq şənliyində Prezident İlham Əliyevin Ermənistanla bağlı çıxışını şərh edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini […]

Putin Qarabağla bağlı addım atmağa hazırlaşır – Şərh

Rusiyada prezident seçkisinin nəticəsi Dağlıq Qarabağ məsələsinin həllinə müsbət təsir edə bilər. Bu sözləri Axar.az-a açıqlamasında prezident seçkisindən sonra Rusiyanın Qarabağ siyasəti və mümkün dəyişikliklər barədə danışan politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətində əsas prioritetdir: “Rusiyada Vladimir Putinin yenidən prezident seçilməsi ilə […]

Türk dünyasının tanınmış fəal qadınlarından olan Madalet Başustaya Bakıda Fəxri Doktor adı verildi – FOTOLAR

Türk dünyasının dünyada tanınmış fəal qadınlarından olan Madalet Başustaya Avrasiya Universitetinin Fəxri Doktoru adı verildi. Universitet rəhbərliyinin, alim və tələbələrin iştirak etdiyi tədbirdə ilk öncə universitetin rəhbərliyi çıxış edərək Madalet Başustanın Türk qadınlarının dünyada geniş tanıdılmasında rolu, Azərbaycan-Türkiyə qardaşlığının güclənməsi üçün fəaliyyəti barədə geniş danışıb və universitetin qərarı ilə ona […]